Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birinciliyin məqsədi kikboksinq idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında bu idman növünün təbliği olub.
Birincilikdə 22 çəki dərəcəsində 110-a yaxın idmançı 7-8, 9-11 və 12-13 yaş qruplarında fərdi mübarizə aparıblar.
Komanda hesabında birinciliyin qalibi “Turan” Fight Klubu olub. Naxçıvan şəhər komandası ikinci, Babək rayon komandası isə üçüncü yerlə kifayətlənib.
Sonda qalib idmançılar və komandalar diplom və medalla mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV