Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq dövlət və özəl təşkilatlar arasında futzal liqasının 7-ci turunun oyunları keçirilib.
Bu turda aşağıdakı nəticələr qeydə alınıb:
“Antiinhisar və İBNDA” - “FHN-Xilasedici” 1:4
“Diplomatik” – “DSMF” 2:7
“Penitensiar Xidmət” – “Badamlı” 0:4
ƏƏSMN - “Türkiyə Səfirliyi” 8:1
“Nəqşicahan Holdinq” – “Hava Limanı” 11:3
“Ədliyyə” – “Prestij” 2:6
“Ağbulaq” – “Günnüt” 3:2
“Panter” – “Birlik” 11:5
“Cahan Holdinq” – “Qayğı” 6:0
“Zirvə” – “Lokomotiv” 1:1
“Nuhçıxan” – “Mustanq” 5:8
Hazırda turnir cədvəlinə 7 görüşdə maksimum xal toplayan “Panter” başçılıq edir. “Badamlı” və “Penitensiar Xidmət” komandalarının aktivində 18 xal var.
Ceyhun MƏMMƏDOV