22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən sentyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunmuş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilmişdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında “İntellekt döyüşü” adlı layihə çərçivəsində “Xəmsə”, “Poliqon”, “Axtar, tap!” intellektual oyunları, “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqə keçirilmişdir.

Gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə üzgüçülük, karate-do, sərbəst güləş, boks, voleybol, futbol, kikboksinq, peyntbol, yüngül atletika növləri üzrə birinciliklər, yoldaşlıq görüşləri təşkil olunmuşdur.
Sentyabr ayında muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə iştirakı təmin olunmuş, onlar yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 3, beynəlxalq turnirdə 16, beynəlxalq yoldaşlıq görüşündə 17 medal olmaqla, ümumilikdə, 36 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR