03 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən oktyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşdırılması və vətənpərvərlik hisslərinin aşılanması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir. 

Ötən ay Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək, Culfa və Ordubad rayon birincilikləri, “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində “Təbiətsevər” yarışı, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii qiraət müsabiqəsi, “Xəmsə” milli intellektual oyunu keçirilmiş, Şahbuz rayonunda Naxçıvan Dövlət Universitetinin gənc ifaçılarının konserti təşkil olunmuşdur.

“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayon muzeylərinə ekskursiyası təşkil edilmiş, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Dahi şəxsiy­yət” və “Xalqa bağışlanan ömür” adlı sənədli filmlər nümayiş olunmuşdur. 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər arasında boks, cüdo, karate-do, basketbol, kikboksinq, voleybol, boccia, şahmat idman növləri üzrə birinciliklər və yoldaşlıq görüşləri, Naxçıvan Futzal Liqasının oyunları, 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrlə futbol hakimliyi kursu təşkil olunmuşdur.
Oktyabr ayında muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə iştirakı təmin olunmuş, idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 16 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR