22 Dekabr 2024, Bazar

10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletikanın qaçış növü üzrə birincilik keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 120 tələbə mübarizə aparıb və onlar 3000 metr məsafədə qalibi müəyyənləşdirməyə çalışıblar.

* * *

Ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında keçirilən stolüstü tennis üzrə birincilik başa çatıb.
Birincilikdə 36 tələbə qalib adı uğrunda mübarizə aparıb.

* * *

Naxçıvan Dövlət Universitetinin idman zalında ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında badminton idman növü üzrə təşkil edilən birinciliyə yekun vurulub.
Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ­Heydər Əliyev adına Gənclər Birliyinin təşkil etdiyi yarış olimpiya sistemi üzrə ­keçirilib.

* * *

Gənclər Mərkəzində Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar tələbələr arasında “Xəmsə” milli intellektual oyunu və ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” intellektual oyunu keçirilib.
12 komandanın iştirak etdiyi “Xəmsə” milli intellektual oyun 3 yarımfinal və final mərhələsindən ibarət olub, “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarında müxtəlif mövzularda 25 sual səsləndirilib.
Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyununda isə iştirakçılar pazl şəklində olan Azərbaycanın coğrafi xəritəsini daha tez yığmaq üçün yarışıblar.
Qeyd edək ki, qalib komandalar və iştirakçılar noyabrın 15-də “Gənclik” Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR