22 Dekabr 2024, Bazar

İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.
Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) mübarizə aparıb. Azərbaycan yığmasının heyətində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliynin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika Bölməsinin üzvü Tərmenxan Babayev də öz qüvvəsini qitə birinciliyində sınayıb.

96 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 145 kiloqram nəticə ilə 4-cü pillədə qərarlaşıb. Təkanla qaldırma hərəkətində isə daha yaxşı çıxış edən Tərmenxan Babayev 181 kiloqram çəki dərəcəsinin öhdəsindən gəlib və Avropa birinciliyinin bürünc medalını ­qazanıb.
Toplam 326 kiloqram (145+181) nəticə ilə idmançımız yekun sıralamada 4-cü yeri tutub.
Qeyd edək ki, komanda şəklində yaşı 17-yə qədər olan atletlərimiz ön plana çıxıblar. Belə ki, toplam 558 xal əldə edən bu yaş yığmamız Avropa birinciliyində komanda hesabında 4-cü yeri tutmağı bacarıb.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR