22 Dekabr 2024, Bazar

Futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatında (Region Liqasının Naxçıvan regionu üzrə) mövsümün ikinci turuna yekun vurulub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın ilk oyunlarında Qərb zonasında mübarizə aparan komandalar meydana çıxıblar. “Arpaçay”-“Sədərək” görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci görüşdə isə “Kəngərli” komandası Naxçıvan Dövlət Universitetinin komandasını 2:1 hesabı ilə məğlub edərək növbəti 3 xalını qazanıb.
Mərkəzi zonada isə azarkeşlər bir qədər bolqollu oyunlara şahidlik ediblər. Belə ki, “Babək” komandasını sınağa çəkən “Araz-Naxçıvan” cari mövsümdə keçirdiyi ilk görüşdə meydanı 7:0 hesablı qələbə ilə tərk edib. Ötən turda qələbəni bayram edən “Dübəndi” komandası bu dəfə “Batabat” komandasını məğlub etməyi bacarıb – 7:2.
Qeyd edək ki, çempionat Mərkəz və Qərb zonaları üzrə keçirilir. Müvafiq olaraq 3 və 5 dövrədən ibarət zona yarışları sonunda turnir cədvəlində 1 və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR