22 Dekabr 2024, Bazar

İnsan sağlamlığı onun fiziki tərbiyəsi ilə vəhdət təşkil edir. Fiziki və mənəvi sağlamlığa xidmət edən, cəmiyyətimizin böyük bir hissəsinin maraqlarını özündə birləşdirən və təkamül yolu keçən idman nəzəriyyəsi geniş mənalarda işlədilir. Bəzən bu sahədə qazanılan bir uğur ölkənin bütün mövqeyini, ab-havasını dəyişir. Düzdür, idmanla məşğul olan hər kəs olimpiya, dünya və ya Avropa çempionu olmur. Lakin peşəkar və həvəskar idmançıları birləşdirən bir məqam var: zədə. İdman edərkən rastlaşdığımız ən böyük problem zədələrdir. Bəzən bu zədələr idmançı karyerasına son qoya, hobbi kimi bu sahə ilə məşğul olanları uzaqlaşdıra bilər. Bəs idman edərkən zədələrdən necə qorunmaq lazımdır, yaxud bunun fiziki təlimləri varmı?

İdman alimləri və həkimlərinin apardığı araşdırmalar göstərir ki, zədələrə səbəb daxili amillərdir, yəni yorğunluq, çoxlu fiziki iş, fərdi bədən xüsusiyyətləri. Bunun nəticəsində orqanizmdə sıyrıqlar, yaralar, yumşaq toxuma qırıqları, oynaqlar və sümük sınıqları yaranır ki, nəticədə, bu amillər insanın idmanetmə ənənəsini pozur və onu bu sahədən uzaqlaşdırır. Bu tipli zədələr, xüsusən idmançılar təlim-məşq toplanışlarında olarkən baş verir. Başvermə səbəbi isə idmançıların təlimin sonunda tətbiqi proqramı düzgün qiymətləndirə bilməmələridir.

Ardını oxu...

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeni­yetmələr (2002-2004-cü illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 7 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı qüvvəsini sınayıb.
Yekun nəticəyə əsasən Turqay Allah­verdiyev, Uğur Məmmədov, Hüseyn Əhmədli, Fərid Əsgərli, Abbas Nəzər­əliyev, Əli Əlioğlu və Qoca Əhmədov müvafiq olaraq 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar verilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi birincilikdə 3 yaş qrupunda 30 idmançı üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə mübarizə aparıblar.
Yarışın yekununa əsasən 2002-2004-cü illər təvəllüdlü idmançılar arasında Nərmin Həsənova, 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında Gülan Əhmədova və 2007-2008-ci illər təvəllüdlü idmançılar arasında isə İnci Allahverdiyeva qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda yer tutan idmançılar diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti

Bu ilin 12-14 iyul tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində karate idman növü üzrə VIII “Istanbul Open” beynəlxalq turniri keçirilib.
30 ölkədən 2000 idmançının təmsil olunduğu turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı Rəşid Süleymanov da iştirak edib. Fərdi və komanda hesabı formasında keçirilən yarışda idmançımız 10-11 yaş qrupunda – 40 kq çəki dərəcəsində II yerə layiq görülüb.
Yaşının az olmasına baxmayaraq, bir çox beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edən və uğur qazanan idmançımız növbəti dəfə bu ilin 28-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək karate üzrə “Baki Open” beynəlxalq turnirində iştirak etməyə hazırlaşır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ölkəmiz müstəqillik əldə etdikdən sonra idman sahəsinə diqqət gündən-günə artmağa başladı. Bunun ifadəsidir ki, dövlət səviyyəsində uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb.
İdman sahəsində qazanılan nailiy­yətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi öz əksini tapır. Qazanılan mükafatlar, idman obyektlərinin tikintisi Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınması uğurların əsasını təşkil edir.
Bu gün Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclərin fiziki, mənəvi tərbiyəsinə böyük önəm verilir, onların mənəvi, fiziki inkişafı ilə bağlı bir sıra sənədlər qəbul edilir. Səbəb isə bütün istiqamətlərdə onların sağlam yetişmələrini təmin etməkdir. Hazırda Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyi, ona tabe qurumların təşkilatçılığı ilə keçirilən intellektual bilik yarışlarının yeniyetmə və gənclər arasında geniş vüsət alması təqdirəlayiqdir. Xüsusilə muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində təşkil edilən bu yarışlar böyük maraq doğurur. Belə yarışlar yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaqla yanaşı, həm də asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm rol oynayır. Uşaq, yeniyetmə və gənclərin mənəvi inkişafında bu yarışların əhəmiyyəti danılmazdır. Muxtar respublikada bu sahədə həyata keçirilən siyasət, görülən işlər uşaq, yeniyetmə və gəncləri böyük uğurlara aparır.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr (2003-2004, 2005-2006 və 2007-2008-ci illər) arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Yarışın məqsədi məktəblilərin asudə vaxtlarının daha da səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 3 yaş qrupunda 30 idmançı iştirak etmişdir.
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında Amil Kətanov, 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında Fərəməz Bağırov, 2007-2008-ci illər təvəllüdlü idmançılar arasında isə Səid Məmmədov bütün rəqiblərini qabaq­layaraq finiş xəttinə çatıb və birinci yerlərə layiq görülüblər.
Sonda qaliblər diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada gənclər və idman siyasəti uğurla həyata keçirilir. 2018-ci ildə də bu sahədə qarşıya qoyulan vəzifələr yerinə yetirilib.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə gənclərin qış məktəbləri təşkil olunmuş, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda fotomüsabiqə keçirilmişdir. Bundan başqa, “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmiş, Əcəmi seyrəngahında muxtar respublikanın incəsənət xadimlərinin və Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert pro­qramı təşkil edilmişdir. Naxçıvan şəhəri ətrafında və muxtar respublikanın rayonlarında “Gənclər bağı” salınmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü təşkil edilmiş, “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda lektoriya, “Heydər Əliyev Gənclər Məktəbi”nin dinləyicilərinə açıq dərs keçilmiş, “Hakimiyyətin yükü” adlı sənədli film nümayiş olunmuşdur. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin muzey və tarixi abidələrə ekskursi­yaları olmuşdur. Gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə nazirliyin www.naxgin.az saytı yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 16 idman tədbiri keçirilmişdir ki, bu tədbirlərdən 3-ü beynəlxalq, 1-i futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir, 12-si muxtar respublika səviyyəli yarışlar olmuşdur. Ümumilikdə, bu idman yarışlarında 1652 idmançı iştirak etmişdir. 2018-ci ilin birinci yarısında muxtar respublika idmançıları ölkə birinciliklərində 78, beynəlxalq turnirlərdə 71, dünya çempionatında 2, Avropa çempionatında 1 olmaqla, cəmi 152 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Culfa Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkilatçılığı ilə rayonun şəhər və kənd komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kişilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Yarışda 8 komanda iştirak etməklə 96 gənc idmana cəlb edilib.
İlk olaraq Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Əbrəqunus kənd-Yaycı kənd və Culfa şəhəri-Bənəniyar kənd komandaları qarşılaşıblar. Bənəniyar və Əbrəqunus kənd komandaları növbəti turda oynamaq şansı əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Xırdalan şəhərində fəaliyyət göstərən “Zirvə” klubunda ağır atletika üzrə Azərbaycan çempionatının seçmə yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən Ağır atletika bölməsinin yetirmələri Həsən Babayev və Gülcahan Əliyeva da yarışda iştirak ediblər. 11 yaş qrupunda Həsən Babayev 50 kiloqram çəki dərəcəsində birbaşa qaldırmada 48, təkanla qaldırmada isə 60 kiloqram qaldıraraq I yerə layiq görülüb. 14 yaş qrupunda Gülcahan Əliyeva 48 kiloqram çəki dərəcəsində birbaşa qaldırmada 31, təkanla qaldırmada isə 42 kiloqram qaldıraraq I yerə layiq görülüb. ­Qaliblərə təşkilatçıların diplom və ­medalları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Şərur Rayon İcra Hakimiyyəti ilə birgə rayon mərkəzindəki istirahət parkında şahmat üzrə rayon birinciliyi keçirib.
Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, rayonda gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Onların bütün idman növlərinə cəlbi istiqamətində atılan addımlar sayəsində uğurlar da ilbəil çoxalır. Bölgədə mütəmadi olaraq şahmat üzrə yarışların təşkil edilməsi bu idman növünə gənclərin böyük maraq göstərməsinə səbəb olub. Təqdirəlayiq haldır ki, rayonun zəka sahibləri ölkə və beynəlxalq səviyyəli yarışlarda muxtar respublikamızı uğurla təmsil edirlər.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxışında deyib ki, son illərdə muxtar respublikanın şəhər və rayonlarında müasir tələblərə cavab verən şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazaları gücləndirilib. Bundan əlavə, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş bu məktəblərdə distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq şəhər və rayonlarda şahmat üzrə yarışların təşkil olunması da Naxçıvanda bu idman növünün kütləviliyinin artırılmasına xidmət edir.
Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktor müavini Musa Məmmədli tədbirin keçirilməsində əməyi keçən hər kəsə iştirakçılar adından minnətdarlıq edib.
Sonra yarışa start verilib. 20-yə yaxın gənc zəka sahibinin iştirakı ilə açıq havada təşkil edilən şahmat yarışı gərgin idman mübarizəsi şəraitində keçib. Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İbrahim Orucov I, Turan Qasımov II, Yeganə Əhmədova III və Miryəhya Seyidov isə həvəsləndirici yerlərə layiq görülüblər. Yarışın sonunda qaliblər ­mükafatlandırılıblar.

 Nail ƏSGƏROV

Naxçıvan şəhərindəki İlham ­Əliyev adına Olimpiya-İdman Kom­­pleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 18 çəki dərəcəsində 50-yə yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birinciliyin yekun nəticəsinə əsasən Tural Kərimsoy (28 kilo­qram), Əli Məmmədov (30 kiloqram), Zülfü Tağıyev (32 kiloqram), Ayxan Heydərov (34 kiloqram), Murad Abbas­zadə (36 kiloqram), Nicat İsmayılov (40 kiloqram), Kənan Cəfərli (48 kiloqram), Nizami Novruzov ­­­­­­­ (50 kiloqram), Ələsgər Ələkbərov ­­(52 kiloqram), Hüseyn Hüseynov (54 kiloqram), Murad Rəhimov (55 kiloqram), Həsən Hüseynov (57 kiloqram), Ayxan Süleymanov (58 kiloqram), Nadir Cəfərov (60 kiloqram), Nəriman Nağıyev (61 kiloqram), Kamran Allahverdiyev (63 kiloqram), Pərvin Sadiqov (66 kiloqram) və Həsən Babayev (+70 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Bakı şəhərində Azərbaycan Respublikası Karate Federasiyasının və “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 5 ölkənin 100 komandasının heyətində 1000 idmançı mübarizə aparıb.
Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı iştirak edib.
Yekun nəticəyə əsasən oğlanlar arasında Nicat Allahverdiyev +84 kiloqram çəki dərəcəsində kata üzrə I, kumite üzrə III, Vüsal Seyidov -37 kiloqram çəki dərəcəsində II, Rafiq Hüseynov +23 kiloqram çəki dərəcəsində II, Sərcan Məmmədov -55 kiloqram çəki dərəcəsində II, Həsən Səfərli -23 kiloqram çəki dərəcəsində, Ziya Məmmədli -20 kiloqram çəki dərəcəsində, Qafar Hüseynov -33 kiloqram çəki dərəcəsində və Seyran Quluzadə -43 kiloqram çəki dərəcəsində III yerlərə layiq görülüblər.
Qızların mübarizəsində isə Özləm Hacıyeva -25 kiloqram çəki dərəcəsində I, Aminə Novruzzadə -30 kiloqram çəki dərəcəsində I, Zəhra Məmmədova -25 kiloqram çəki dərəcəsində 2 yaş qrupunda 2 dəfə II, Çinarə Cəlalova +54 kiloqram çəki dərəcəsində III, Rəna Düzənci isə -35 kiloqram çəki dərəcəsində III olublar.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Türkiyənin Ordu Böyükşəhir Bələdiyyə İdman Klubunun təşkilatçılığı ilə “Naxçıvan-Ordu dostluq körpüsü” devizi altında keçirilən şahmat üzrə beynəlxalq dostluq turniri başa çatıb.
Ordu şəhərində, ümumilikdə, 56 şahmatçının mübarizə apardığı turnirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 20 şahmatçısı və 3 məşqçi-müəllimi iştirak edib. Zəka sahiblərimiz turnirdə yüksək nəticələr göstəriblər.
Belə ki, cəmi 9 turdan ibarət olan turnirin yekun nəticəsinə əsasən Sadiq Qarayev qalib adını qazanıb. Digər idmançımız Əli Əliyev isə ikinci olub, Əsgər Əsgərov turnirin azyaşlı şahmatçısı kimi medalla təltif edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində mübarizə aparıblar. İdmançılarımız həmin birincilikdə 12 müxtəlif əyarlı medal qazanıblar.
Bu münasibətlə Yüngül Atletika Federasiyasında idmançı və məşqçi-müəllimlərlə görüş keçirilib. Federasiyanın sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana cəlbinə şərait yaradıb. Naxçıvanda idman ənənələrinin formalaşması bu gün uşaqların da bu sahəyə kütləvi şəkildə axınına səbəb olub.

Ardını oxu...

“Heydər Əliyev kuboku” turniri bunu bir daha sübut etdi

Müasir dünyada idman insanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi ümumbəşəri mədəniyyətin tərkib hissəsinə çevrilib. İdman ictimaiyyətinin qənaətinə əsasən mənəvi, fiziki və əqli sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü və sabahıdır. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim gənclərin idmana cəlbi, fiziki, mənəvi inkişafı istiqamətində bir sıra mühüm proqramlar və tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan indi beynəlxalq arenada idman ölkəsi kimi tanınır.

Bu gün ölkəmiz dünyanın idman mərkəzlərindən birinə – mötəbər beynəlxalq idman yarışlarının ünvanına çevrilib. Onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı daim diqqət mərkəzindədir. Belə ki, muxtar respublikamız son illər əhəmiyyətli beynəlxalq miqyaslı yarışlara, turnirlərə, festivallara ev sahibliyi edir.
Cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bir sıra turnirlər, yarışlar təşkil edildi. Keçirilən tədbirlərin beynəlxalq əhəmiyyəti idmançıların mötəbər turnirlərin qalibi olmaq istəyini daha da artırmışdı.

Ardını oxu...

İyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin açılış və bağlanış mərasimləri olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın sonuncu görüşünə start verilməmişdən əvvəl tədbirin aparıcısı çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamız ilk Avropa Oyunlarının vətəni kimi tarixə düşüb. Ölkəmizdə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirlər, idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatları yüksək səviyyədə keçirilib, Formula 1 Azərbaycan Qran-Prisi ən maraqlı yarışlarından biri kimi tarixə düşüb.

Ardını oxu...

İyunun 14-də İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Milli Qurtuluş Günü münasibətilə yeni­yetmələr (2006-2008-ci illər təvəllüdlü) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Birincilikdə oğlan idmançılar ilə yanaşı, qız idmançılar da öz güclərini sınayıblar. Birinci­liyin yekununa əsasən Əlislam Səfərov, Rəhim Qaybalıyev, Səid Seyidov, Seymur Hüseynli, Rza Paşayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarov və Sadiq Həsənzadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 42, 46, 50 və 50+ kiloqram çəki dərəcələrində, qızlar arasında isə Cənnət Əliyeva 24 kiloqram çəki dərəcəsində I yerə layiq görülüblər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparır.
Yarışa start verilməmişdən öncə turnirdə idarəçilik edəcək hakimlər, eləcə də təşkilatçı qurumların rəhbərləri ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublika Stadionunda 3 gün davam edəcək futbol üzrə “Heydər Əliyev kuboku”nu idarə edəcək hakimlərə gəlincə, baş hakim funksiyasını İnqilab Məmmədov və Vüqar Həsənli yerinə yetirəcəklər. Baş hakimin köməkçiləri kimi isə İsgəndər Əliyev, Rza Məmmədov, Elşad Abdullayev, Müslüm Əliyev meydana çıxacaqlar. Oyunların hakim-inspektoru isə Rüfət Əliyevdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ilin may ayı ərzində, ümumilikdə, 59 tədbir keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüyüşü təşkil olunmuş, lektoriya və açıq dərslər keçilmiş, kitab müzakirələri təşkil edilmiş, sənədli filmlər nümayiş olunmuş, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən gənclər arasında intellektual oyunların və digər tədbirlərin keçirilməsi davam etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Naxçıvan şəhərində təşkil olunmuş yürüyüşdə gənclərin və idmançıların iştirakı təmin edilmiş, internet resurslarından düzgün istifadənin təbliğ olunması məqsədilə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda gənclərlə görüş, “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında isə təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar muxtar respublikada “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı, kikboksinq və cüdo üzrə Beynəlxalq turnirlər keçirilmiş, “Heydər Əliyev kuboku” uğrunda İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeni­yetmə və gənclər arasında boks, ­karate-do, kikboksinq, sərbəst güləş üzrə, kişilər arasında voleybol, basket­bol, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Əyləncəli İdman Oyunları üzrə Naxçıvan Muxtar Respublika turnirləri təşkil olunmuşdur. Keçirilən 15 idman tədbirindən 3-ü beynəlxalq, 12-si muxtar respublika səviyyəli olmuşdur. Bu yarışlarda 1275 idmançı iştirak etmişdir ki, onların da 458-i xarici idmançıdır.
Həmçinin Naxçıvan Muxtar Respublika Stadionunda ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped, kross, peyntbol və futbol üzrə Naxçıvan Muxtar Respublika turnirləri təşkil olunmuşdur. May ayında idmançılarımız ölkə birinciliklərində 3, beynəlxalq turnirlərdə isə 16 olmaqla, ümumilikdə, 19 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

İyunun 13-də Gənclər və İdman Nazirliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər ­görülüb. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər.
Qeyd olunub ki, muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir. Bu federasiyalar da artıq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurub. Federasiyaların tərkibində 40 minə yaxın gənc idmanla məşğul olur. Təkcə bu ilin ötən dövrü ərzində idmançılarımız istər muxtar respublika, istərsə də beynəlxalq əhəmiyyətli yarışlarda yüksək nəticələr göstərib, 240-a yaxın medal qazanıblar.
Azad Cabbarov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Mayis Əliyev həm də Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasına yeni sədr təyin edilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər idmançıları ilə yanaşı, Kəngərli, Culfa və Şərur rayonlarının yetirmələri də mübarizə aparıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 26 çəki dərəcəsində 70 dəri əlcək sahibi rinqə çıxıb.
Yekun nəticəyə əsasən Məhəmməd Əliyev (26 kiloqram, Kəngərli), Əli Seyidov (28 kiloqram, Naxçıvan), Kamran Rəsulov (29 kiloqram, Naxçıvan), Ucar Musayev (30 kiloqram, Kəngərli), Turan Kərimsoy (31 kiloqram, Naxçıvan), Sinan Əliyev (32 kiloqram, Kəngərli), Abbasəli Nəcəfli (33 kiloqram, Naxçıvan), Ziya Dünyamalıyev (34 kiloqram, Naxçıvan), Ayxan Heydərov (35 kiloqram, Naxçıvan), Ramil Babayev (36 kiloqram, Kəngərli), Alişan İsmayılov (38 kiloqram, Şərur), Miryusif Seyidov (40 kiloqram, Şərur), Məhəmməd Seyidov (42 kiloqram, Şərur), Hüseyn Hüseynov (44 kiloqram, Culfa), Əli Seyidov (45 kiloqram, Kəngərli), Teymur Abbasov (46 kiloqram, Şərur), Mustafa Bəşirov (48 kiloqram, Şərur), Nizami Novruzov (50 kiloqram, Naxçıvan), Ələsgər Ələkbərov (52 kiloqram, Naxçıvan), Hüseyn Hüseynov (54 kiloqram, Naxçıvan), Tural Süleymanov (57 kiloqram, Naxçıvan), Həsən Hüseynov (58 kilo­qram, Naxçıvan), Nadir Cəfərov (60 kiloqram, Naxçıvan), Kamran Allahverdiyev (62 kiloqram, Naxçıvan) və Sunay Orucov (63 kiloqram, Naxçıvan), qızlar arasında isə Duyğu Hüseynova (46 kiloqram, Naxçıvan) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyi tərəfindən 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə məktəblilər arasında velosiped yarışı keçirilib.
Rayon mərkəzinin “Batabat bulağı” – “Bayraq meydanı” arasında keçirilən yarışda 30-dan çox idmançı mübarizə aparıb. Velosipedçilər 3000 metr məsafədə qüvvələrini sınayıblar.
Yekun nəticəyə əsasən Turqay Musayev, Yaşar Abdullazadə və Bəhruz Həsənli finiş xəttini ilk üç pillədə başa vurublar.
Sonda qalib və fərqlənən idmançılara təşkilatçıların diplom və hədiyyələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Bu ay Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev kuboku” uğrunda növbəti turnir keçiriləcək.
Artıq 3-cü ildir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimləri xüsusi günə təsadüf edəcək.
Belə ki, həmin tədbirlər 15 İyun – Milli Qurtuluş Gününə təyin edilib. Bu isə o deməkdir ki, həmin gün Naxçıvanda əsl bayram əhval-ruhiyyəsi olacaq. Açılış mərasimində tanınmış müğənnilər Elton Hüseynəliyev və Əli Pormehr iştirak edəcəklər. Açılış mərasimində, eyni zamanda könüllülərin müxtəlif idman növlərindən ibarət hazırladıqları səhnələr nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, turnirdə yerli “Araz-Naxçıvan”la yanaşı, MOİK, “Zaqatala” və “Şüvəlan” klubları da iştirak edəcəklər. Komandalar artıq bu gün Naxçıvana gəliblər. Oyunlara isə sabah start veriləcək. Reqlamentə əsasən üç gün davam edəcək turnirdə gün ərzində iki görüş keçiriləcəkdir.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində mübarizə aparıblar.
Həmin tədbirdə Yüngül Atletika Federasiyasının 12 idmançısı böyük uğura imza atıb.
Qızlardan ibarət komandamızın üzvləri Tamella Qurbanova, Telli Abbasova, Xatun Oruclu və İlkanə Babayeva 4x100 metr estafet yarışında ikinci yerə layiq görülüblər. Qızların fərdi yarışında isə Xatun Oruclu 1500 metr məsafədə finiş xəttinə hamıdan öncə çatıb. O həmçinin 800 metr məsafədə ikinci, digər idmançılarımızdan İlkanə Babayeva 800, Sevgi Məmmədli isə 1500 metr məsafələrdə üçüncü olublar.
Oğlanlar arasında fərdi olaraq Səfər Tağıyev 1500 metr məsafədə ikinci, 3000 metr məsafədə isə üçüncü yerə çıxıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və ­medallarla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Uşaq-gənclər şahmat məktəbinin şagirdləri arasında şahmat turniri ­keçirilib.
Yekun nəticələrə əsasən Əli Əliyev və Firuzə Əliyeva turnirin qalibləri olublar. Qulu Fətullayev və Zəhra Abbasova II, Fuad Tarverdiyev və İlkin Süleymanlı isə III yerə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ötən ayın 29-da Bakı şəhərindəki Respublika Şahmat Mərkəzində 8, 10, 12 yaşadək uşaqlar və 14, 16, 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyinə start verilib.
İkidövrəli mübarizəyə əsasən 8 tur davam edəcək yarışda 18 yaşadək qız şahmatçılar arasında Naxçıvan təmsilçisi Aynur Kətanova sona 1 tur qalmış qalibiyyətini rəsmiləşdirib. Keçirdiyi 7 görüşdən 5,5 xal toplayan Aynur Kətanova ən yaxın rəqibini 2 xal qabaqlayaraq son turun nəticəsindən asılı olmayaraq, Azərbaycan birincisi adına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi – FİDE ustası Sadiq Məmmədov isə ikinci olub və Avropa çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, çempionatda Seyid Hüseyn, Ramal Həsənov, Nəsrin Babayeva və Yeganə Əhmədova da mübarizə aparırlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.
Oxucular müasir dizaynda yaradılan və 8 bölmədən ibarət olan (baş səhifə, nazirlik, tədbirlər, mətbaut xidməti, gənclər siyasəti, idman siyasəti, qalereya və bizimlə əlaqə) saytda muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edə, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər.
Saytda, eyni zamanda şəhər və rayonlarda fəaliyyət göstərən Gənclər və İdman İdarələri, nazirliyin tabe təşkilatları barədə də məlumatlar yerləşdirilib. Buradan onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə birbaşa keçid etmək mümkündür.
Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparılacaq. Burada bir yenilik isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə bağlıdır. Belə ki, nazirliyin rəsmi saytında federasiyaların sayt linkləri adları ilə qeyd olunub və bura daxil olmaqla, istənilən idman federasiyasının fəaliyyəti barədə məlumat toplamaq mümkündür. Saytın üst hissəsində isə nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alıb.
Gənclər və İdman Nazirliyi bu saytı yaratmaqla, həm də bir yeniliyə imza atıb. Belə ki, nazirliyin keçirəcəyi muxtar respublika, ölkədaxili və beynəlxalq turnirlər sayt vasitəsilə canlı yayımlanacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası ­Atıcılıq Mərkəzində peyntbol üzrə ali və orta ixtisas müəssisələrinin tələbələri arasında muxtar respublika turniri ­keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirdə hər birinin tərkibində 6 idmançı olmaqla, 7 komanda mübarizə aparıb.
Olimpiya sistemi üzrə təşkil edilən turnirin final görüşündə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin komandaları üz-üzə gəliblər. Atıcılıqda daha sərrast olduqlarını nümayiş etdirən Naxçıvan Dövlət Universitetinin tələbələri turnirin qalibi adını qazanıblar. Heydər Əliyev adına Hərbi Liseyin komandası isə üçüncü olub.
Sonda qalib komanda “Heydər Əliyev kuboku”na layiq görülüb. Digər iki pillənin sahibləri isə diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında muxtar respublika turniri başa çatıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnir iki gün davam edib.
Turnir ərzində idmançılar müəyyən edilmiş yaş və çəki dərəcələrində rinqə çıxıblar. 8-12 yaşa qədər kadetlərin mübarizəsində Akif İsmayılov (Naxçıvan), Uğur Əliyev (Naxçıvan), Məhəmməd İsmayılzadə (Naxçıvan), Şəmsəddin Əliyev (Naxçıvan) və Zeynalabdin Musayev (Şərur) müvafiq olaraq 25, 30, 35, 40, 45+ kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Elton Səfərli (Kəngərli) və Qənbər Nağıyev (Culfa) isə 12-15 yaşlı uşaq idmançıların mübarizəsində 45 və 51 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər. 15-17 yaşlı yeniyetmə idmançılar 57 kiloqram çəki dərəcəsində mübarizə aparıblar ki, bu çəkidə Fərman Rzayev (Naxçıvan) hamıdan güclü olub.
Gənclər arasında isə idmançılar 3 çəki dərəcəsində (60, 65 və 71 kiloqram) rinqə çıxıblar. Müvafiq olaraq Elcan Qənbərli (Şərur), Rauf Həsənov (Şərur) və Yusif Quluzadə (Babək) rəqiblərini məğlub edərək turnirin qalibi olublar.
25 kiloqram çəki dərəcəsində qızların mübarizəsi də yaddaqalan olub. Belə ki, 10-a yaxın qızın rinqə çıxdığı turnirdə Röya Abdullayeva (“Turan” döyüş klubu) qalib adını qazanıb. Babək təmsilçisi Fidan Yunisli ikinci, “Turan” döyüş klubunun digər yetirməsi Fidan Paşayeva isə üçüncü olublar.
Turnirin yekun nəticəsinə əsasən komanda hesabında “Naxçıvan” komandası “Heydər Əliyev kuboku”nun qalibi olub. Digər iki pillədə isə “Şərur” komandası və “Turan” döyüş klubu qərarlaşıblar.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənc­lər arasında Naxçıvan Muxtar Respublika turnirinə start verilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə idmançılar müəyyən edilmiş yaş və çəki dərəcələrində rinqə çıxıblar. Belə ki, reqlamentə əsasən, 8-12 yaşa qədər kadetlər 25, 30, 35, 40 və 45+ kiloqram çəki dərəcələrində mübarizə aparırlar. 12-15 yaşlı uşaq idmançılar isə 45 və 51 kiloqram çəki dərəcələrində kimin güclü olduğunu sübut etməyə çalışırlar. 45 və 57 kiloqram çəki dərəcələrində 15-17 yaşlı yeniyetmə idmançılar rinqə çıxıb. Gənclərin mübarizəsində isə 60, 65 və 71 kiloqram çəki dərəcəsindəki idmançılar qalibi müəyyənləşdirməyə çalışırlar.
Turnirdə, həmçinin 25 kiloqram çəki dərəcəsində qız idmançılar da mübarizə aparırlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın idmançı mübarizə aparır və bu gün final görüşləri keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirmələri Azərbaycan çempionatında iştirak ediblər.
İdmançılarımız yenə də qazandıqları uğurlarla ölkəmizin idman ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıblar. Belə ki, ilk dəfə olaraq bölmənin qız idmançısı Gülcahan Əliyeva ölkə birinciliyində mübarizə aparıb. İdmançımız 47 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb. O, birbaşa qaldırmada 29 kiloqramın öhdəsindən gəlib. Təkanla qaldırmada isə 42 kiloqramı başı üzərinə qaldırıb. Ümumi nəticəyə əsasən ağır atletimiz ölkə çempionatında dördüncü yeri tutub. Qeyd edək ki, bu Gülcahan Əliyevanın ilk rəsmi yarışıdır.
Tərmenxan Babayev isə yenidən ölkənin ən güclü atleti olduğunu sübut edib. Belə ki, 85 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız öz rekordunu da 17 kiloqram yeniləyib. Yeniyetmələr arasında mübarizə aparan ağır atletimiz birdəfəyə 137 kiloqram, təkanla qaldırmada isə 170 kiloqramın öhdəsindən səhvsiz gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda qalib idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil məktəblərinin komandaları arasında “Cümhuriyyət kuboku” uğrunda Sədərək rayonunda mini-futbol turniri keçirilib.
Turnirin açılış mərasimində Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edərək cümhuriyyətin yaranması barədə idmançı gənclərə ətraflı məlumat veriblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda 2001-2002-ci illər təvəllüdlü oğlanlar arasında basketbol üzrə muxtar respublika turniri keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev çıxış edərək turnir haqqında geniş məlumat verib, idmançılara uğurlar ­arzulayıblar.
Dairəvi sistem üzrə keçirilən və iki gün davam edən turnirdə 4 komanda mübarizə aparıb. İlk olaraq meydana üçüncü yer uğrunda “Babək” və “Şərur” komandaları çıxıb. Daha üstün oyun sərgiləyən babəklilər meydanı 30:12 hesablı qələbə ilə tərk ediblər. Turnirin həlledici qarşılaşmasında isə “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsində keçən görüş Naxçıvan basketbolçularının 56:49 hesablı qələbəsi ilə başa çatıb.
Sonda ilk üç pilləni tutan komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatına yekun vurulub.
9 komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarət olmaqla keçirilib. İlk dövrə noyabr ayında başa çatıb. İkinci dövrənin oyunları isə fevral ayının 27-də başlayıb və may ayında yekunlaşıb. Hər turda bir komanda istirahət edib.
Mövsümün ilk turlarından etibarən liderliyi ələ alan “Araz-Naxçıvan” çempionatı məğlubiyyətsiz başa vuraraq ardıcıl 4-cü dəfə çempionluğu bayram edib. Eyni zamanda “qırmızı-ağlar” mövsüm ərzində qapılarından ən az qol buraxan komandadır. Çempionatın ilk dövrəsində elə də uğurlu nəticələr əldə edə bilməyən Naxçıvan Dövlət Universitetinin komandası ikinci dövrədə ardıcıl qələbələr qazanmaqla mövsümü ikinci pillədə başa vurub. Onlar ikincilik uğrunda mübarizədə daha çox “Əlincə” komandası ilə mübarizə aparmalı olub. Culfa təmsilçisi isə cari mövsümdə uğurlu nəticələri ilə yadda qalıb. Xüsusilə səfər oyunlarında qazandıqları qələbələr onları üçüncülüyə yüksəldib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə ­Paralimpiya Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında əyləncəli idman oyunlarına yekun vurulub.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə “Nuhçıxan”, “Arpaçay”, “Babək”, “Qapıcıq”, “Əlincə”, “Batabat”, “Kəngərli” və “Qaraağac” olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə idman sahəsində mühüm işlər görülüb. Belə ki, son illər ərzində Naxçıvanda idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşası bu sahənin inkişafına möhkəm təməl yaradıb. Müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. Nazir çıxışının sonunda idman tədbiri münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan süni divaradırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın gənc­lər və idman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov bildiriblər ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində də uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
60-a yaxın idmançının iştirak etdiyi birincilik gərgin idman mübarizəsi şəraitində keçirilib. Oğlanlardan Cavid Qasımov turnirin qalibi olub. Digər iki pillədə Xızır İsmayılov və Coşqun Əliyev qərarlaşıblar.
Qızların mübarizəsində isə Fizzə Tağıyeva bütün rəqiblərini qabaqlayıb. İlkanə Babayeva ikinci, Cansu Abbasova isə üçüncü olublar.
Sonda qaliblər mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci il­dönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirdə 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnir iki gün davam edib.
Turnirin son günündə 3-cü yer uğrunda görüş, eyni zamanda final qarşılaşması keçirilib. İlk olaraq meydana Naxçıvan və Culfa voleybolçuları çıxıblar. Bu görüşdə azarkeşlər 5 setə şahidlik ediblər. Daha baxımlı oyun nümayiş etdirən “Culfa” komandası meydanı qələbə ilə tərk edib – 3:2.
Həlledici qarşılaşmada isə Sədərək və Şərur komandalarının nümunəvi oyunu azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Hər üç setdə üstünlüyü qoruyub saxlayan şərurlu­lar 3:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar.
Sonda ilk üç pilləni tutan komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.

 Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş velosiped yarışı üzrə yeni­yetmə və gənclər arasında “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov idmançıları salamlayaraq bildirib ki, ölkənin bütün regionlarında olduğu kimi, muxtar respublikamızda da idman dövlət qayğısı ilə əhatə edilib. Yeniyetmə və gənclərin bu sahəyə cəlbi istiqamətində mühüm addımlar atılır, yeni idman obyektləri, bazaları tikilərək istifadəyə verilir. Bu imkanlardan yararlanan gənclər idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında layiqincə təmsil edirlər.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxışında həyata keçirilən idman siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu idman siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam ­etdirilir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il­dönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən Ağır atletika bölməsi daha bir uğura imza atıb.
Bölmənin 3 yetirməsi təlim-məşq toplanışında iştirak və ölkə birinciliyində çıxış etmək üçün Azərbaycan yığmasının heyətinə cəlb olunublar. Oğlanlardan Tərmenxan Babayev və Həsən Babayev (11 yaş) millinin düşərgəsinə yollanıblar. Əsas məqam isə ilk dəfə olaraq qız idmançımızın yığmaya cəlb olunmasıdır. Belə ki, Gülcahan Əliyeva 14 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı Bakı şəhəri, Xırdalan qəsəbəsində yerləşən Zirvə İdman Klubunda olacaq.

Ceyhun MƏMMƏDOV

Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu – 2018” keçirilib. Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
“Küləyə qalib gəl!” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir, təşkil olunur. Builki marafonda 18 min insan iştirak edib.
Bakı marafonunda Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri və idmançıları ilə yanaşı, 25-dən çox ölkənin təmsilçiləri də mübarizə aparıblar.
Marafonun təşkil olunmasında məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək olub.
“Bakı Marafonu – 2018”də Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançıları da mübarizə aparıblar. Ən uğurlu nəticəni isə muxtar respublika idmançısı Əmrah Nağıyev qazanıb. O, finiş xəttini 12-ci keçib ki, bu da azərbaycanlı idmançılar arasında ən yaxşı nəticədir. Digər idmançımız Səfər Tağıyev isə 22-ci olub.
İdmançılarımız medallarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq  turnir keçirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, həmçinin Kikboksinq federasiyalarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə ölkəmizin gömrük orqanları arasında təşkil olunan futzal çempionatına yekun vurulub.
Aprel ayının 12-də start götürən ənənəvi yarışda, ümumilikdə, 12 komanda mübarizə aparıb. Oyunlar Azərbaycan Texniki Universitetinin Bakı şəhərindəki idman sarayında keçirilib. Mübarizəyə ikinci mərhələdən qoşulan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “Azərterminalkompleks Birliyi”, “Tovuz Gömrük İdarəsi” və “Sumqayıt Baş Gömrük İdarəsi” komandaları ilə birgə “B” qrupunda mübarizə aparıb. Müvafiq olaraq 9:3, 11:0 və 7:1 hesablı qələbələrlə qrupdan birinci çıxan komandamız yarımfinal görüşündə “Astara Gömrük İdarəsi”ni məğlub edib – 10:1.
May ayının 10-da baş tutan final qarşılaşmasında “Naxçıvan” komandasının rəqibi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” olub. Hər iki komandanın ­əzmkarlıq nümayiş etdirdiyi oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. Görü­şün əvvəlində qapısından iki top buraxan komandamız fasiləyə qədər tarazlığı bərpa edib. Futzalçılarımızdan İlqar İsmayılov və Orxan Məmmədov rəqib qapısına yol tapmağa müvəffəq olublar. İkinci hissənin əvvəlində də hesabda geri düşən komandamız sona 2 dəqiqə qalmış Kamil Hacıyevlə qələbə topunu vurub – 3:4.

Ardını oxu...

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, həmçinin Kikboksinq federasiyalarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçiriləcək.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçiriləcək turnirdə Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan idmançıları ilə yanaşı, Naxçıvan kikboksinqçiləri də rinqə çıxacaqlar.
Dünən peşəkar turnir öncəsi mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə, Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Təsadüfi deyil ki, bu gün ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif yarışlar, idman tədbirləri keçirilir. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya dövlətləri arasında böyük nüfuz qazanmasından xəbər verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xidməti çoxnövçülük üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən birincilikdə 15 komandanın heyətində 50-yə yaxın polis əməkdaşı mübarizə aparıb. Reqlamentə əsasən idmançılar 100 və 1000 metr məsafədə qaçış, turnikdən qalxaraq aşma hərəkətlərini yerinə yetiriblər. Birincilik fərdi və komanda şəklində keçirilib.
Yekun nəticəyə əsasən 100 metr məsafədə Vəli Şirəliyev (Mühafizə Polisi) finiş xəttinə hamıdan tez çatıb. 1000 metr məsafədə isə bu uğura Əli Əlizadə (Naxçıvan Dəmir Yolları Nəqliyyatı Polis Şöbəsi) imza atıb. Turnikə qalxıb aşmada isə Qismət Novruzov (Daxili Qoşunlar) hamıdan güclü olub.
Komanda hesabında Naxçıvan Dəmir Yolları Nəqliyyatı Polis Şöbəsinin komandası qalib adını qazanıb. Digər iki pillədə Naxçıvan Mühafizə Polisinin və Daxili Qoşunların komandaları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
9 turdan ibarət olan festivalda 300-dən çox zəka sahibi “A”, “B” və “C” qruplarında iştirak ediblər. Festivalda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın şahmatçıları ağ-qara taxtada mübarizə aparıblar.
Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində festivalın qaliblərini mükafatlandırma mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonra 146 şahmatçının mübarizə apardığı “C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Murad Mehtizadə (Bakı), Əhmədağa Həşimov (Bakı), Əli Zuqanov (Bakı), qızların mübarizəsində isə Səlbinaz İsmayılova (Bakı), Lalə Hüseynova (Bakı) və Aydan Şükürova (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla Əli Zuqanov olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 8-ci tura yekun vurulub.
“A” qrupunun lideri hollandiyalı qrossmeyster Sergey Tiviyakov (2569) bu turda qazaxıstanlı beynəlxalq usta Pak Yevgeninin (2390) müqavimətini qıra bilməyib. Rəqiblər xalları yarı bölməli olublar. Azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657) və Qədir Hüseynovun (2654) da görüşü böyük marağa səbəb olub. Bu görüş də “sülh”lə yekunlaşıb. Turnir cədvəlinin üst pillələrində qərarlaşan şahmatçılardan israilli qrossmeyster İlia Smirin (2592) azərbaycanlı qrossmeyster Nicat Məmmədovla (2602), ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli ilə (2470), türkiyəli qrossmeyster Sanal Vahap (2505) isə almaniyalı qrossmeyster İqor Xenkinlə (2557) qarşılaşıb. Bu görüşlərdə Nicat qələbə qazandığı halda, digər iki görüşdə qalib müəyyənləşməyib. Ukraynalı qrossmeyster Anton Korobov (2678) iranlı beynəlxalq usta Təhbaz Araşı (2451) məğlub edib.
Naxçıvanlı zəka sahiblərimizdən beynəlxalq usta Toğrul Həsənzadə (2350) bu turda oyun keçirmədən qələbə qazanıb. FİDE ustalarımızdan Pərviz Qasımov (2329) azərbaycanlı zəka sahibi Ayan Allahverdiyevanı (2002), Sadiq Məmmədov (2293) isə portuqaliyalı qrossmeyster Luis Qaleqonu (2477) sınağa çəkib. Hər iki şahmatçımız məğlubiyyətlə üzləşib. Qrossmeyster Urfan Sevdim­alıyev (2397) Xəzər Babazadə (2222) ilə görüşdə ağ-qara taxtanı heç-heçə tərk edib.
Turnir cədvəlinə 6 xalla azərbaycanlı qrossmeyster Nicat Məmmədov və hollandiyalı qrossmeyster Sergey Tiviyakov başçılıq edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəliblər.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idman ənənələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ­ölkəsi kimi tanınır. Bu sahədə həyata keçirilən dövlət siyasəti nəticəsində muxtar respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclərlə iş müasir dövrün tələbləri səviyyəsində qurulub, güclü idman infrastrukturu yaradılıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı sona yaxınlaşmaqdadır. Artıq 7-ci turun oyunları başa çatıb.
“A” qrupunda azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657) və Nicat Məmmədov (2602) üz-üzə gəlib. Görüş “sülh”lə yekunlaşıb. Eyni xala malik olan hollandiyalı qrossmeyster Sergey Tiviyakovla (2569) türkiyəli qrossmeyster Sanal Vahapın (2505) da görüşü böyük marağa səbəb olub. Qara taxtada mübarizə aparan türk şahmatçı məğlub olub. Azərbaycanlı qrossmeysterlər Fərid Abbasov (2531) və Qədir Hüseynov (2654) bu turda müvafiq olaraq almaniyalı qrossmeyster İqor Xenkin (2557) və iranlı qrossmeyster Qaem Maqami Ehsanla (2531) qarşılaşıblar və hər iki görüşdə şahmatçılar yarı xala razı olublar. Digər maraqla gözlənilən görüşlərdə qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) ispaniyalı Oleq Kornyovla (2533), ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) israilli qrossmeyster İlia Smirinlə (2592) mübarizə aparıblar. Qazaxıstanlı şahmatçı qələbəni bayram etdiyi halda, digər ­görüşdə qalib müəyyənləşməyib. Turnirin ən reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov (2678) isə azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlının (2417) müqavimətini qıra bilməyib və yarı xalla kifayətlənib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR