22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Belə ki, Bakı şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə ölkə birinciliyində muxtar respublikanı 10 dəri əlcək sahibi təmsil edib. Boksçularımız birincilikdə dörd bürünc medal qazanıblar.
50 kiloqram çəki dərəcəsində Nizami Novruzov, 52 kiloqram çəki dərəcəsində Kənan Şəfiyev, 63 kiloqram çəki dərəcəsində Kamran Allahverdiyev və 70 kiloqram çəki dərəcəsində Məmməd Məmmədli uğurlu çıxışları ilə seçiliblər.
Sonda idmançılarımız mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeni­yetmələr (2001-2002-ci illər) arasında keçirilən yüngül atletika üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayon komandaları mübarizə aparıblar. Hər komandanın heyətində 10 (5 oğlan və 5 qız ) iştirakçı mübarizə aparıb.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yürüş üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-a yaxın idmançı mübarizə aparıb. Duzdağ Fizioterapiya Mərkəzi yolunda keçirilən yarışın əsas məqsədi muxtar respublikada hava və ekstremal idman növlərinin tanıdılması və inkişaf etdirilməsi, eyni zamanda gənc­lər arasında idmanı kütləvi hala gətirməkdən ibarət olub.
Yekun nəticəyə əsasən oğlanlar arasında qalib adını Əmrah Nağıyev qazanıb. Finiş xəttinə ikinci və üçüncü olaraq Səfər ­Tağıyev və Cavid Qasımov çatıblar.
Qızların mübarizəsində isə Gülayə ­Cəfərova hamıdan sürətli olduğunu sübut edib. Cansu Abbasova ikinci, Telli Abbasova üçüncü olublar.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib. Oğlanlardan Həsən Həsənli, Araz Kətanov və Nemət Hüseynov, qızlardan Dünya Əmrahlı, Könül Hüseynova və Sevgi Bayramova həvəsləndirici mükafata layiq görülüblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının təşkil etdiyi qadınlar arasında atıcı­lığın stend növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Muxtar respublika Atıcılıq Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yarışda 30 idmançı mübarizə aparıb. Atıcılığın stend növünün təbliğ edilməsi və bu idman növü üzrə kütləviliyin artırılması, qadınların idmana cəlbi, onlar arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması məqsədilə keçirilən birincilik gərginliyi ilə yadda qalıb. Reqlamentə əsasən hər iştirakçı 5 atış hüququndan istifadə edib.
Beş hədəfin hər birini dəqiq nişan alan Nuray Mahmudova birinciliyin qalibi olub. Leyla Bağırlı və Aysel Əliyeva isə müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
Sonda fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə ­mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərindəki Sərhədçi İdman Kompleksində cüdo idman növü üzrə 21 yaşadək gənc­lər arasında keçirilən Azərbaycan birinciliyinə yekun ­vurulub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıblar. Ən uğurlu nəticəni 100 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Abdulla İsmayılov əldə edib. Belə ki, cüdoçumuz ölkə birinciliyini üçüncü pillədə başa vurub.
Bakı şəhərindəki Əl Oyunları İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında da ölkə birinciliyi keçirilib. Güləş Federasiyasının yetirməsi, güləşçimiz Abbas İsayev 80 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Sonda hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karete-do üzrə rayon birinciliyi keçirilib.
Rayon Gənclər və İdman İdarəsi və Karete-do Federasiyasının təşkil etdiyi birincilikdə 8 yaş qrupunda 60-dan çox qız və oğlan idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən 6-7 yaşlı oğlanlar arasında Həbib Əhmədov, 8-9 yaş qrupunda Səid Nəcəfli, 10-11 yaş qrupunda Seyran Quluzadə, 12-13 yaş qrupunda Ərtoğrul Məmmədbəyli, 14-15 yaş qrupunda Nurlan Məmmədov qalib adını qazanıblar.
Qızlar arasında isə 8-9 yaş qrupunda Gülay Ələkbərli, 10-11 yaş qrupunda Raziyə Dünyamalıyeva və 12-13 yaş qrupunda Fatimə Yusifova birinci yerə layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları, rayon (şəhər) Gənclər və İdman idarələrinin rəisləri və kikboksinq idman növü üzrə məşqçi-müəllim heyətinin iştirakı ilə baş tutub. İclasda çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­tapşırığı ilə yaradılan federasiyanın idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb. O, bu idman növünün muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.
Nazir qeyd edib ki, yeni yaradılan federasiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika gəncliyinin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, kikboksinq üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsindən ibarətdir. Həmçinin bu sahədə peşəkarlığın artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi federasiyanın əsas iş prinsiplərindən biri olacaq. Eyni zamanda federasiyanın əsas məqsədlərindən biri də rayonlarda yeni bölmələrin fəaliyyətə başlaması, fəaliyyət göstərən bölmələrin isə işinin daha da yaxşılaşdırılmasıdır.
Sonra gündəlikdə duran məsələlər müzakirə edilib, məşqçi-müəllim heyətinin rəy və təklifləri dinlənilib. İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb.

Ceyhun MƏMMƏDOV

Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə Haçadağa yürüş təşkil edilib. Yürüşə muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ” İdman Klubunun 11 üzvü və  Türkiyənin müxtəlif bölgələrindən gələn 26 idmançı qatılıb. İştirakçılar Culfa rayonunun Gal kəndi ərazisindən yürüşə başlayıblar. Haçadağın zirvəsinə çatan yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıblar. Yürüş iştirakçıları ilə görüşüb onların təəssüratlarını öyrəndik.

Yakub Karataş (Antalya, müəllim): – Bu mənim Naxçıvana ilk gəlişimdir. Eşitdim ki, Xocalı soyqırımına görə Haçadağa yürüş olacaq. Çətin olsa da, zirvəyə kimi qalxdım. Ötən il də belə bir yürüş olub, lakin bilməmişəm. Bu xəbəri eşidən kimi qrup rəhbəri ilə danışıb dörd gün ərzində hazırlaşdım və gəldim. Bu cür yürüşlərin keçirilməsi yaxşı haldır.
Ötən ildən fərqli olaraq bu il yürüşdə daha çox insanın iştirak etdiyini dedilər. Bu, gözəl haldır. Növbəti il də keçirilərsə, düşünürəm ki, daha çox insan yürüşdə iştirak edəcəkdir.

Ardını oxu...

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Onların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 2016-cı ilin may ayından etibarən boccia idman növü üzrə bölmələri fəaliyyət göstərir. Bölmələrdən biri də Culfa rayonunda yaradılıb.
Artıq Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia idman bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilkin olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Məşqləri aparmaq üçün məşqçi-müəllim müəyyən edilib.
Onu da qeyd edək ki, muxtar respublikada bu idman növünə diqqət gündən-günə artmaqdadır. Belə ki, artıq Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər zehni əmək də (fikrin və diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan, bu idman növü həm də reabilitasiya xarakterlidir.

Ardını oxu...

İdmançı üçün vacib olan şərtlərdən biri onun iradəsidir. Hər bir kəs idmanı sevə, hətta idmançı ola bilər, lakin peşəkar idmançı olmaq daha çox güc və dözümlülükdən başqa, xarakter tələb edir. Yarışlar, turnirlər öncəsi yaranan həyəcan və bu həyəcana qalib gəlmək isə hər idmançıya nəsib olmur. Fiziki və psixoloji çətinliklər onlarda bəzən gücə qalib gəlir. Hər iki amilin təsirindən bu, bəzi hallarda idmançıların təlim-məşq prosesindəki faydalı işinin məhsuldarlığına, yarışlarda çıxışlarına, rəqib qarşısında istədiyi performansı göstərə bilməsinə mane olur.
Alimlərin araşdırmaları göstərir ki, belə hallar idmançının idman nəticəsinə təsir etməklə yanaşı, onun gələcəkdə bir insan kimi formalaşmasına da mənfi təsir göstərir. Bəs bu problemlərlə üzləşməmək üçün idmançı nə etməlidir?
Əvvəlcə onu qeyd edək ki, idman üzrə ekspertlərin ümumi rəyinə görə, ilk növbədə, məşqçi-müəllimlər təlim-tərbiyə işini düzgün qurmalıdırlar. Daha dəqiq desək, hər hansı idmançının əxlaqi-iradi hazırlığı vacib şərtlərdən biri olmalıdır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məşqçi-müəllimlərin fikirlərini bilmək, bu mənada, maraqlıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Atıcılıq Mərkəzində atıcılığın tir növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
Muxtar respublikada bu idman növünün təbliği və kütləviliyinin artırılması, gənclər arasında döyüş qabiliyyətinin və müdafiə vərdişlərinin formalaşdırılması məqsədilə keçirilən yarışda 50-yə yaxın yeniyetmə və gənc mübarizə aparıb. Maraqlı idman mübarizəsinin yekununda Rəcəb Rəcəbov hədəfləri dəqiq nişan alaraq qalib adını qazanıb. İkinci və üçüncü pillədə isə müvafiq olaraq Ayaz Kətanov və Fərhad Allahverdiyev qərarlaşıblar.
Sonda yüksək nəticə göstərmiş idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında ağırlıq çəki daşlarının qaldırılması və armreslinq (qol güləşi) üzrə birincilik keçirilib.
Birinciliyi keçirməkdə məqsəd Bakı şəhərində təşkil olunacaq Daxili İşlər Nazirliyinin əməkdaşları arasında çoxnövçülük yarışında muxtar respublika komandasının heyətini formalaşdırmaq və birinciliyə hazırlaşmaq olub. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov və nazirliyin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev son illər muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarışın qaydaları haqqında məlumat veriblər.

Ardını oxu...

İran İslan Respublikasının Astara şəhərində keçirilən beynəlxalq idman olimpiadasına yekun vurulub. Turnirdə taekvando və cüdo növləri ilə yanaşı, karate üzrə də yarışlar təşkil edilib. Turnir Karate Federasiyasının qaydalarına əsasən kumite və kata bölmələrində keçirilib. Bu növdə idmançılar 6 yaş kateqoriyasında mübarizə aparıblar. Azərbaycan millisinin heyətində qonşu ölkədə iki idmançımız – Vüsal Seyidov (12-13 yaş) və Aslan İsmayılov (14-15 yaş) da mübarizə aparıblar. Hər iki idmançımız uğurlu çıxış edərək Vətənə medallarla ­qayıdıb.
Belə ki, 12-13 yaş qrupunda 40 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Seyidov bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. 70 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan digər idmançımız Aslan İsmayılov isə turnirin üçüncüsü olub.
Bununla yanaşı, idmançılarımız Bakı şəhərində “Araz” idman klubunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş açıq turnirdə də iştirak ediblər. Bu turnirdə də Vüsal Seyidov 12-13 yaşlı idmançıların mübarizəsində qalib adını qazanıb. Aslan İsmayılov isə kumite yarışlarında birinci, kata yarışlarında isə ikinci olub.
Sonda idmançılarımıza diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərində yüngül atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri də mübarizə aparıblar. İki gün davam edən çempionatda atletlərimiz fərdi yarışlarda 6, kollektiv yarışlarda isə 1 dəst medal qazanıblar.
Çempionatın ilk günündə atletlərimizdən Gülayə Cəfərova 1500 metr məsafədə bütün rəqiblərini geridə qoymağı bacarıb. Digər atletimiz Sevgi Məmmədli həmin məsafədə qaçış üzrə bürünc medal qazanıb.
Çempionatın ikinci günündə isə Gülayə Cəfərova 3000 metr məsafədə qüvvəsini sınayıb və idmançımız yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumiyyətlə, bu məsafədə qaçış üzrə ilk 3 pillədə Naxçıvan idmançıları qərarlaşıblar. Belə ki, Xatun Oruclu və Sevgi Məmmədli müvafiq olaraq ikinci və üçüncü olublar.
Oğlanların mübarizəsində isə Səfər Tağıyev 3000 metr məsafədə qaçış üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Oğlanlardan ibarət komandamız 4x200 metr estafet qaçışında ölkə birinciliyinin bürünc medalını qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, ötən gün Azərbaycan Atletika Federasiyası Hakimlər Kollegiyası sədrinin və yaş qruplarına uyğun olaraq baş məşqçilərinin iştirakı ilə seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının məşqçi-müəllimləri və ölkə birinciliyində uğur qazanan idmançıların iştirak etdiyi seminarda yeni qaydalar haqqında məlumatlar verilib, iştirakçılar təlimatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə fiziki imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) yarışları üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham ­Əliyev adına Olimpiya-İdman Kompleksində Olimpiya sistemi əsasında ikikateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 21 idmançı mübarizə aparıb.
Gərgin keçən idman mübarizəsinin yekununda Turan Hüseynov (75- kiloqram) və Telman Şirinov (75+ kiloqram) öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar. Vüsal Möhsünlü (75- kiloqram), İlqar Sadiqov (75+ kiloqram) ikinci, Toğrul Əliyev (75- kiloqram), Nahid Qurbanov (75+ kiloqram) üçüncü yerlərə layiq görülüblər.
Qalib idmançılar fəxri diplom və hədiyyələrlə təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi daha bir uğura imza atıb. Rəşid Süleymanov Rusiya Federasiyasının Lipeçk şəhərində keçirilən karate üzrə “Böyük Pyotr” kuboku uğrunda turnirdə iştirak edib.
İki gün davam edən turnirdə idmançımız 10-11 yaşlı idmançılar kateqoriyasında mübarizə aparıb. Tatami üzərinə çıxan karateçimiz bürünc medal qazanıb.
Karate-do Federasiyasının yetirmələrini qarşıda daha böyük yarış gözləyir. Belə ki, fevralın 16-da İran İslam Respublikasının Gilan və Astara şəhərlərində beynəlxalq idman olimpiadası start götürəcək. Turnirdə taekvando və cüdo növləri ilə yanaşı, karate üzrə də yarışlar təşkil ediləcək. Turnir Karate Federasiyasının qaydalarına əsasən kumite və kata bölmələri üzrə keçiriləcək. Bu növdə idmançılar 6 yaş kateqoriyasında mübarizə aparacaqlar. Azərbaycan millisinin heyətində qonşu ölkəyə iki idmançımız – Vüsal Seyidov (12-13 yaş) və Aslan İsmayılov (14-15 yaş) yollanacaqlar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının ötən il ərzində gördüyü işlər və 2018-ci ildə qarşıda duran ­vəzifələr mövzusunda iclası keçirilib.
İclası giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə ötənilki nailiyyətlərdən bəhs edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu gün muxtar respublikada müasir idman infra­strukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmalarına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etmələrinə hərtərəfli şərait yaradılıb. Eyni zamanda idmançı, məşqçi-müəllim heyətinin sosial vəziyyəti yaxşılaşdırılıb, bu tədbirlər çərçivəsində ötən il gimnastika üzrə məşqçi-müəllim Humay Qafarova Naxçıvan şəhərində mənzillə təmin olunub. Bununla yanaşı, ötən dövrdə yüksək nəticələr göstərmiş yeniyetmə və gənc idmançılardan Sadiq Məmmədov, Pərviz Qasımov, Rauf Murtuzov və Tayfur Əliyevin adı “Qızıl kitab”a əlavə edilib, bu idmançılar Ali Məclis Sədrinin fəxri təqaüdünə layiq görülüblər. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə bir sıra federasiya və idmançılar ­qazandıqları uğurlara görə Ali Məclisin Sədri tərəfindən mükafatlandırılıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən dövlət qayğısı qazanılan uğurlarda öz əksini tapır. Ötən il muxtar respublika idmançılarının ölkədaxili və beynəlxalq arenalardakı nailiyyətləri Naxçıvanda idman bazasının, idman ənənələrinin nə qədər geniş, çoxşaxəli olduğundan xəbər verir.
2018-ci ilə yeni qədəm qoymağımıza baxmayaraq, idmançılarımız artıq muxtar respublika idmanını beynəlxalq arenalarda layiqincə təmsil edir, uğurlara imza atırlar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da 2018-ci ilə uğurla başlayıb. Belə ki, federasiyanın yetirmələri İran İslam Respublikasının Miyandab şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının, ümumilikdə, 9 komandasının mübarizə apardığı turnir 3 gün davam edib. Komanda və fərdi yarışlarda muxtar respublikamızın idmançıları böyük uğura imza ataraq beynəlxalq turnirin qalibi olublar. Belə ki, 14 idmançımız – Tuncay Məmmədov, Nicat Ocaqquliyev, Abbas Nəzərəliyev, Hüseyn Əhmədli, Rəvan Bayramov, ­Heydər Nəcəfov, Məhərrəm Səfərov, Sultan Quliyev, Məzahir İsmayılov, Bəhlul Əsgərli, Fariz Qurbanov, Novruz Ağayev, Yasin Cəfərov və Ələkbər Əsgərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər 6 idmançımız – Nurağa Əhmədov, Ərkal Məmmədov və Rza Vəliyev gümüş, Oruc Bayramov, Anar Həsənov və Yəhya Paşayev isə bürünc medal qazanıblar.
Sonda komanda hesabında qalib olan güləşçilərimizə təşkilatçılar tərəfindən ­kubok və fəxri diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Nehrəm kənd 1 nömrəli tam orta məktəbin idman zalında rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis turnirinə yekun vurulub.
Gərgin idman mübarizəsinin yekununda I yerə Nehrəm kənd 1 nömrəli, II yerə Babək qəsəbə 2 nömrəli, III yerə isə Nehrəm kənd 3 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.
Sonda qalib komandalara və fərqlənən idmançılara diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərindəki Hövsan Olimpiya-İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən pankration, qrapplinq və MMA üzrə Bakı şəhər açıq çempionatı başa çatıb.
Yarışda paytaxt idmançıları ilə yanaşı, bölgə təmsilçiləri, eyni zamanda Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirmələri də mübarizə aparıblar.
İki gün davam edən çempionatda idmançılarımız 8 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, 14-15 yaşlı idmançılar arasında Fərid Məhərrəmov həm pankration, həm də qrapplinq növlərində bütün rəqiblərini məğlub edərək 2 qızıl medal əldə edib. Pankration növündə 12-13 yaşlı idmançıların yarışında mübarizə aparan Mirməhəmməd Seyidov da muxtar respublikaya qızıl medalla qayıdıb. Bu növdə Oğuz Məmmədli (8-9 yaş) bürünc medal qazanıb.
MMA və qrapplinq idman növlərində isə idmançılarımız 4 medal əldə ediblər. Belə ki, Rəzzaq Əliyev, Fərid Əliyev, Orxan Həsənov və Ayxan Həsənov çempionatın üçüncüsü olublar.
Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar verilib, onlara xatirə hədiyyələri təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası ­Atıcılıq Federasiyasının ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclası federasiyanın sədri Asəf Məmmədov açaraq bildirib ki, 2017-ci il ərzində muxtar respublikamızda idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər davam etdirilib, əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolu diqqətdə saxlanılıb. Qarşıya qoyulmuş məqsədlərə çatmaq, muxtar respublikamızda atıcılıq idman növünün inkişaf etdirilməsinə, kütləviliyin artırılmasına nail olmaq üçün 2017-ci ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təqvim planı təsdiqlənib, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin olunub. Hər ay atıcılığın müxtəlif növləri üzrə ən azı bir yarışın keçirilməsi idmançılarda peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bu idman növü üzrə kütləviliyə nail olunmasına və gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artmasına müsbət təsir göstərib. İl ərzində stend, tir atıcılığı və peyntbol üzrə hər növdə üç yarış olmaqla, ümumilikdə, doqquz birincilik keçirilib. Stend yarışlarında 63, tir atıcılığı yarışlarında 100, peyntbol üzrə birinciliklərdə 107 idmançı mübarizə aparıb. Bu növlər üzrə idman yarışlarının və iştirakçıların sayı ötən illərlə müqayisədə artıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində kikboksinq üzrə yarış keçirilib. Yarışda muxtar respublika birinciliklərində uğur qazanan idmançılar müəyyən edilmiş yaş və çəki dərəcələrində rinqə çıxıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüş Sənəti Federasiyasının təşkil etdiyi yarışın keçirilməsində əsas məqsəd bu ay Bakı şəhərində təşkil olunacaq Azərbaycan çempionatında iştirak edəcək Naxçıvan yığmasının heyətini formalaşdırmaqdır. İlk olaraq qızların mübarizəsində 22 kiloqram çəki dərəcəsində Fidan Paşayeva və 26 kiloqram çəki dərəcəsində Röya Abdullayeva qalib adını qazanıblar.
8-10 yaşlı oğlanların yarışında İsa Yaqubov (22 kiloqram) və Uğur Əliyev (28 kiloqram) rinqi qələbə ilə tərk ediblər. 10-13 yaşlı oğlanların mübarizəsində isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, Sinan Kazımov (22 kiloqram), Orxan Musayev (32 kiloqram), Şəmsəddin Əliyev (37 kiloqram), İsmayıl Yaqubov (42 kiloqram) və Məhəmməd Seyidov (47 kiloqram) qalib gələrək ölkə birinciliyində iştirak etmək hüququ qazanıblar. 13-15 yaşlı oğlanların mübarizəsində isə Naxçıvan komandasını İbrahim Əsədli (42 kiloqram) və Qənbər Nağıyev (47 kiloqram) təmsil edəcəklər.
Son olaraq kişilərin mübarizəsində 4 çəki dərəcəsində qaliblərin adları açıqlanıb. Belə ki, Əhməd Rzayev (54 kiloqram), Samiq Seyidov (63,5 kiloqram), Etibar Qəribov (71 kiloqram) və İlkin Əliyev (84 kiloqram) yığma komandanın heyətində paytaxta yollanacaqlar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhər İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində gənclər arasında (2001-2003-cü illər) keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Birincilikdə 8 çəki dərəcəsi üzrə 40 güləşçi mübarizə aparıb. Yarış Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilib. Yekun nəticəyə əsasən Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Muxtar İbrahimov, Anar Həsənov, Rəvan Bayramov və Qoca Əhmədov müvafiq olaraq 45, 48, 51, 55, 60, 65, 71 və 80 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı başa çatıb.
Bakı Boks Mərkəzində təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman ­cəmiyyətlərini təmsil edən 39 komandanın 203 boksçusu mübarizə aparıb.
Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da yetirmələri iştirak ediblər. 6 gün davam edən yarışda ən yüksək nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Cəfərzadə qazanıb. Belə ki, dəri əlcək sahibimiz ilk turda Cəbi İsayevi mübarizədən kənarlaşdırıb. Ardınca boksçumuz Qəbələ İdman Klubunun idmançısı Vüsal Verdiyev və Masallı boksçusu Süleyman Süleymanlını məğlub edib. Bu qələbələr onun yarımfinala yüksəlməsinə şərait yaradıb. Finala gedən yolda İbrahim Cəfərzadə Cavid Çələbiyevə məğlub olub və Azərbaycan çempionatının bürünc medalını qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclərin idmana cəlbi, onların asudə vaxtlarının səmərəli təşkili, istedadlı idmançıların üzə çıxarılması daim diqqət mərkəzində saxlanılır. Bunun üçün mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi şəhər və rayonlarda, kəndlərdə müxtəlif idman tədbirləri həyata keçirir.
Belə tədbirlərdən biri də Şərur rayonunda təşkil olunub. Uşaqların futbola cəlbi məqsədi daşıyan məşqdə 60-dan çox uşaq futbolçu iştirak edib. Əsasən, 2006-2010-cu illər təvəllüdlü uşaqların iştirak etdiyi məşqin əsas məqsədi onlar arasında futbolun kütləviliyinə nail olmaq, istedadlı uşaqları seçmək və onları “Araz-Naxçıvan” futbol komandasının uşaq komandalarına cəlb etməkdən ibarət olub. Sakit Rzayev, Rəşad Heydərov, Yunis Məhərrəmov və Şəhriyar Məmmədov tərəfindən aparılan məşqlərdə təkcə Şərur şəhərindən deyil, eyni zamanda rayonun bir sıra kəndlərindən də uşaqlar iştirak ediblər.
Qeyd edək ki, bu cür məşqlər qarşıdakı aylarda digər ­rayonlarda da davam etdiriləcəkdir.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikada idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən yarışlarda, turnirlərdə uğurlu nəticələr əldə edirlər. Bu sahədə qazanılan nailiyyətlər həm də Naxçıvanın ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir. Həm idman obyektlərinin tikintisi, həm də muxtar respublikanın beynəlxalq yarışlara ev sahibliyi etməsi, idman sahəsindəki uğurlarımızın, regionda idman siyasətinin təbliğatçısı imicinin möhkəmlənməsinin əsasını təşkil edir. 

Yaradılan şərait gənc nəslin idman obyektlərindən necə istifadəsi sualını da ortaya çıxarır. Fərəhlə deyə bilərik ki, bu gün muxtar respublikada idman auditoriyası genişdir və bu sahənin çoxşaxəliliyi bazanın zəngin olmasından irəli gəlir. Geridə qoyduğumuz ildə idman idarələri arasında olan sağlam rəqabət bu sahənin gündən-günə inkişafına, insanların rəğbətinə səbəb olur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası federasiyanın sədr müavini Məmmədcəfər Əliyev açaraq bildirib ki, 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə yaradılan Boks Federasiyasının əvvəllər ancaq Naxçıvan şəhərində bölməsi fəaliyyət göstərirdisə, indi bütün rayonlarda bu idman növünün bölmələri var. Hazırda boksla 400-ə yaxın yeniyetmə və gəncin məşğul olduğunu vurğulayan Məmmədcəfər Əliyev qeyd edib ki, muxtar respublikada idmana göstərilən diqqət və qayğı nəticəsində məşqçilərdən Elşən Qubuşov, Məm­mədəli Eyvazov, Elnur Əliyev, Cavanşir Salayev, İsa Xəlilov əməklərinə görə mükafatlandırılıblar. Həmçinin federasiyanın məşqçi-müəllimlərindən 2 nəfəri “Tərəqqi” medalı və “Fəxri diplom”la, 4 nəfəri “Əməkdar məşqçi”, 1 nəfəri isə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunublar.
Federasiyanın sədr müavini vurğulayıb ki, 2017-ci ildə idmançılarımız ölkədaxili və beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər. Belə ki, idmançılarımız Azərbaycan və beynəlxalq yarışlardan 20 medal qazanıblar. Bununla yanaşı, boksçularımız son bir ildə 17 müxtəlif idman yarışında iştirak ediblər ki, bunun da biri Avropa birinciliyi, dördü beynəlxalq turnir, üçü Azərbaycan birinciliyi, biri Naxçıvan Muxtar Respublika turniri, yeddi açıq birincilik və bir Naxçıvan şəhər birinciliyidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Vüqar Səfərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda bütün sahələrlə yanaşı, şahmatın inkişafı da təmin edilib, onun maddi­-texniki bazası möhkəmləndirilib. Federasiyanın üzvləri yaradılan bu şərait­dən səmərəli istifadə edərək 2017-ci ildə şahmatın kütləviliyinin təmin olunması, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərin formalaşdırılması istiqamətində tədbirlər görüb, şahmatçıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakları təmin edilib.
Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş beynəlxalq şahmat festivalı, muxtar respublika, şəhər və rayon mərkəzlərində komanda və şəxsi birinciliklər, eləcə də seçmə yarışları keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2017-ci ilin nəticələri və 2018-ci ildə görüləcək işlərin müzakirəsinə həsr olunmuş yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan ­federasiyanın sədri Fazil Ələkbərov bildirib ki, Azərbaycan gəncliyini sağlam, təhsilli və vətənpərvər görmək istəyən ulu öndərimiz Heydər Əliyev dövlət siyasətinin əsas qayəsini gənclər siyasəti olaraq müəyyənləşdirib. Bu gün muxtar respublikamızda idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində ardıcıl tədbirlər görülüb, müasir idman infrastrukturu yaradılıb, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. İdman və gənclər siyasətinə böyük diqqət ayıran Ali Məclisin Sədri deyib: “Gənc­lərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın mühüm rolu vardır. Çünki cəmiyyətin sağlamlığı insanların, xüsusilə də gənclərin sağlamlığından asılıdır. Bu mənada hər bir gəncə ölkə­nin gələcəyi kimi baxmaq lazımdır”. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər turnirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, bir çox naxçıvanlı gənc bu turnirlərdə yüksək nəticələr əldə edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 2017-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yekun iclası keçirib.
İclası giriş sözü ilə açan federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda da gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə olimpiya-idman kompleksləri, idman mərkəzləri tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Məhz bunun nəticəsidir ki, gənclərin bu sahəyə maraqları xeyli artıb. Bunu ötən il idmançılarımızın qazandıqları uğurlu nəticələr də sübut edir.
Federasiyanın sədr müavini vurğulayıb ki, ötən il keçirilən yarışlarla yanaşı, kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi muxtar respublikamızda təşkil olunub. Bu turnirdə komandamız III yerə layiq görülüb. Həmçinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev kuboku” da Naxçıvanda voleybol üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan şəhər İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı mübarizə aparıb.
Açıq birinciliyin yekununa əsasən qızlar arasında 23 kiloqram çəki dərəcəsində Cənnət Əliyeva, oğlanlar arasında isə Rəhim Qaybalıyev, Nihad Məmmədov, Səid Seyidov, Sami Səfərov, Məhəmməd İsayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Pro­qramı”na uyğun olaraq onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müəyyən tədbirlər təşkil olunur.
Ötən gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Həmkarlar İttifaqları Şurası və Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Naxçıvan şəhər 2 nömrəli Təqaüdçülər Klubunda ahıllar arasında nərd, dama və şahmat üzrə yarış keçirilib.
Yarışdan öncə çıxış edənlər muxtar respublikada ahıllara göstərilən dövlət qayğısından, onların sosial-mədəni tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışıblar.
Sonra yarışa start verilib. Ümumilikdə, 42 iştirakçının mübarizə apardığı yarış (22 nəfər nərd, 12 nəfər şahmat, 8 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən nərd yarışında qalib adını Vasif Əhmədov qazanıb. Ramiz Quliyev ikinci, Hikmət Rzayev üçüncü olublar. Şahmat yarışında ilk üç pillədə Nağı Əliyev, Rəşid Sultanov və Əlibəy Kəngərli qərarlaşıblar. Dama yarışında isə Kəmaləddin İsayev bütün rəqiblərini üstələyib. Nurəddin Səfərəliyev ikinci, İlham Sadiqov isə üçüncü olublar.
Yekunda qaliblər mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən onlarla tikililər arasında idman obyektləri mühüm yer tutur. Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Ötən il nəzərdə tutulan idman yarışlarının yüksək səviyyədə hazır­lanmasına və keçirilməsinə nail olunub. Keçirilən yarışlarda 10-dan artıq komanda, 200-dək idmançı iştirak edib.
Rövşən Məmmədov qeyd edib ki, hazırda federasiyanın nəzdində iki klub və 23 şəhər, rayon bölmələri fəaliyyət göstərir. Həmin bölmələrdə yaradılan 64 qrupda 682 idmançı müntəzəm olaraq məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənc­lərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yaradılmış idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri, idmanın inkişafına göstərilən dövlət qayğısı gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Hazırda muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir ki, onlardan da biri Güləş Federasiyasıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 16 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələrdə güləş idman növləri üzrə qruplar fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası federasiyanın sədri Cavid Səfərov açaraq bildirib ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını daim diqqət mərkəzində saxlayır. 2017-ci ildə istedadlı idmançıların aşkara çıxarılması, onların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə futzal, stolüstü tennis, boccia, armrestlinq, pauerliftinq, şahmat və voleybol üzrə yarışlar və yoldaşlıq görüşləri keçirilib. Bununla yanaşı, il ərzində par­alimpiyaçıların muxtar respublikada fəaliyyət göstərən muzeylərə və sərgi salonlarına ziyarətləri təşkil edilib.
Vurğulanıb ki, 2017-ci il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə nail olunması üçün Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, stolüstü tennis, bədii gimnastika, Şərur rayonunda bədii gimnastika, üzgüçülük, stolüstü tennis, atıcılıq, şahmat, Ordubad rayonunda şahmat və basketbol, Culfa rayonunda şahmat və futbol, Şahbuz və Kəngərli rayonlarında şahmat bölmələri fəaliyyətə başlayıb. Hazırda bütün uşaq bölmələrinə 229 uşaq cəlb olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Federasiyanın sədri Azad Cabbarov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti sağlam nəslin yetişdirilməsini daim diqqət mərkəzində saxlayıb, gənclərin əsas hərəkətverici qüvvə olaraq cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında, idman hərəkatında iştirakının təmin edilməsini prioritet olaraq müəyyən edib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da gənclərin kütləvi bədən tərbiyəsi və idman tədbirlərinə cəlb olunması, istedadlı idmançıların respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə idmançılara bütün zəruri imkanlar yaradılıb, muxtar respublikanın bütün şəhər və rayonlarında ən son standartlara cavab verən müasir idman infra­strukturu formalaşdırılıb. Müxtəlif idman növləri üzrə inkişafın və kütləviliyin təmin edilməsi məqsədilə 12 federasiya yaradılıb ki, bunlardan da biri 2002-ci ildən fəaliyyətə başlayan Şərq Döyüş Sənəti Federasiyasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası 2017-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yekun iclas keçirib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Səbuhi Şahverdiyev bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Federasiyanın sədri vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən onlarla tikililər arasında idman obyektləri də yer alır. 2002-ci ildə idman federasiyalarının yaradılması muxtar respublikada idmanın inkişafına öz töhfəsini verib. Bu federasiyalardan biri də Futbol Federasiyasıdır. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hər ilin əvvəlində hazırlanan və təsdiq edilən təqvim planına uyğun olaraq nəzərdə tutulan bütün idman yarışlarının keçirilməsinə nail olunur. Geridə qoyduğumuz il ərzində federasiya bir sıra uğurlar qazanıb və futbolun muxtar respublikada kütləvi hal alması üçün müəyyən addımlar atıb.

Ardını oxu...

Şahmat – zəka və gücün, iradə və konstruktiv ideyaların, nisbətən sakit və sürətli hesablamaların harmoniyasıdır. Kənarda asan görünən döyüş, əslində, daxildə çətin olur. Hindistanlı şahmatçı Tanya Saçdevin dediyi kimi: “Bu, beynində sirkə bənzəyir”. Oyunçu planlaşdırmalı və strategiya işlətməli, gedişləri əvvəlcədən hesablamalı, problemləri həll etməli, mübarizə aparmalı və daha pis mövqelərin qarşısını almalıdır. Bu, zəka döyüşünə bənzəyir. Beyin daima yeni maneələr üzərində düşünməli olur.

Dünya idman ictimaiyyəti son illərdə qazandığı uğurlu nəticələrinə görə Azərbaycanı şahmat ölkəsi adlandırır. Əslində, zəka oyununu bu qədər mükəmməl oynamağımız bizim yalnız güləşmək, döyüşmək yox, həmçinin dərindən düşünmək, uzaq perspektivə hesablanmış planlar qurmaq bacarığımızın olduğunu bir daha sübut edir. Müasir şahmat problemi rəqabətə əsaslanaraq həll edir. Burada rəqibin və sizin bir məqsədiniz var – qalib gəlmək. Alimlərin apardığı araşdırmalar göstərir ki, şahmat insanın həyatı boyu istifadə etdiyi fikri cəmləşdirmə, mənfi və müsbət düşünmə, mücərrəd düşüncə, təsvirin tanınması, strateji planlama və yaradıcılıq, əqli bacarıqlarını inkişaf etdirən sonsuz zəka imkanlarının məşqidir.
Bu gün Naxçıvan güc idman növləri ilə yanaşı, beyin idmanında da böyük nümayəndələr yetişdirib və bu, gündən-günə artmaqdadır. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Sadiq Məmmədovdur.

Ardını oxu...

Bakı şəhərindəki Heydər Əliyev adına İdman və Konsert Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate-do üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə İsrail, İran İslam Respublikası, Rusiya, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparıblar. 60 komandanın heyətində 700 karateçinin iştirak etdiyi beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 14 (6 qız, 8 oğlan) idmançısı da tatami üzərinə çıxıb.
Yarışın yekun nəticəsinə əsasən 12-13 yaş qrupunda 33 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Seyidov qızıl medal qazanıb. Bu uğuru 14-15 yaş qrupunda (70 kiloqram) iştirak edən Aslan İsmayılov da əldə edib.
Qızların mübarizəsində isə idmançılarımız 5 medal qazanıblar. Belə ki, 8-9 yaş qrupunda Ayan Məmmədova (32 kiloqram) gümüş, 6-7 yaş qrupunda Özləm Hacıyeva (25 kiloqram), 8-9 yaş qrupunda Zəhra Məmmədova (25 kiloqram), 12-13 yaş qrupunda Səmra Məmmədli (45 kiloqram) və 14-15 yaş qrupunda Çinarə Cəlalova (47 kiloqram) bürünc medal qazanıblar.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Qeyd edək ki, yarış ərəfəsində “Əlbəyaxa döyüş – soyuq silahla özünümüdafiə” adlı seminar da təşkil edilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 4-cü Dan qara kəmər ustası adını qazanıb.

Ceyhun MƏMMƏDOV

Geridə qoyduğumuz ildə keçirilən idman tədbirləri bu sahənin inkişafını bir daha sübut etdi

2017-ci il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə – muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 200-ə yaxın yarış, turnir təşkil etməklə uşaqların, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi ilə yadda qaldı. Ötən il  nazirlik muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nəinki ölkəmiqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də idmançılarımızın uğur qazanmasında müstəsna rol oynadı. İdmançılarımız il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionat­larında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatları və birinciliklərində, kubok yarışlarında  parlaq qələbələr qazanmaqla Naxçıvanda idmana və idmançılara olan diqqət və qayğının yüksək dərəcədə olduğunu bir daha sübut etdilər. 

Ölkədaxili və beynəlxalq turnirlər

Geridə qoyduğumuz ilin ilk aylarında karateçilərimizin çıxışı 2017-ci ilin uğurlu olacağından xəbər verirdi. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmə və gənclər arasında karate-do üzrə klublararası beynəlxalq turnirdə tatami üzərinə çıxan idmançılarımız 5 müxtəlif əyarlı medal qazanıblar. İl ərzində idmançılarımız Gürcüstanın Tbilisi, Türkiyənin Ərzurum, Rusiyanın Krım, Ukraynanın Dnepr və İran İslam Respublikasının Urmiya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər. Bu uğurlu estafeti boksçularımız İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində keçirilən beynəlxalq turnirdə davam etdirərək 5 medal qazanıblar. Bu, 2017-ci ildə dəri əlcək sahiblərimizin qazandığı yeganə uğur deyil. Belə ki, boksçularımız Bakı şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyində, IX “Böyük İpək Yolu” və IV İslam Həmrəylik Oyunlarında, Türkiyənin İqdır şəhərində keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Sərbəst güləşçilərimiz isə İranın Urmiya şəhərində komanda hesabında bu uğura imza atıblar. Bununla kifayətlənməyən Güləş Federasiyasının yetirmələri ölkəmizin müxtəlif bölgələrində keçirilən yarışlarda, həmçinin Türkiyə Respublikasının Sakarya şəhərində təşkil olunan cüdo üzrə beynəlxalq turnirdə muxtar respublika idmanını layiqincə təmsil ediblər.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Hər iki qurumun təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Culfa, Kəngərli və Şərur rayonlarının idmançıları da öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 19 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən döyüşlərdə Fikrət Abbasov (26 kiloqram, Naxçıvan), Tural Rzayev (28 kiloqram, Kəngərli), Sinan Əbilov (30 kiloqram, Kəngərli), Məhəmməd Fərəcov (34 kiloqram, Naxçıvan), Alişan İsmayılov (36 kiloqram, Şərur), Fəxrəddin Əliyev (38 kiloqram, Naxçıvan), Nazim Abazərli (42 kiloqram, Naxçıvan), Əli Seyidov (46 kiloqram, Kəngərli), İlkin Baxşıyev (48 kiloqram, Babək), Nizami Novruzov (50 kiloqram, Naxçıvan), Çingiz Qasımov (51 kiloqram, Kəngərli), Kənan Şəfiyev (52 kiloqram, Şərur), Hüseyn Hüseynov (53 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (54 kiloqram, Naxçıvan), Yusif Əliyev (57 kiloqram, Naxçıvan), Cəbi İsayev (60 kiloqram, Kəngərli), Əli Vəliyev (66 kiloqram, Naxçıvan), Əli Nəbiyev (70 kiloqram, Naxçıvan) və Məhəmməd Novruzov (75 kiloqram, Culfa) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Babək Rayon Uşaq-gənclər şahmat məktəbində rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turnirinə yekun vurulub.
Turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında şahmat idman növünə marağın artırılması və məktəblərarası idman əlaqələrinin inkişaf etdirilməsindən ibarət olub.
Turnirdə 16 komanda iştirak edib. Hər komandanın tərkibində 3 oğlan 1 qız olmaqla, 64 zəka sahibi mübarizə aparıb. Turnirin sonunda Babək qəsəbə 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Hacıvar kənd tam orta məktəbinin komandası ikinci, Babək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən fəxri diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Daha bir şahmatçımız FİDE ustası adına layiq görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Sadiq Məmmədov bu nominasiyada normasını yerinə yetirib və ötən gün zəka sahibinə mükafat təqdim edilib.
2003-cü ildə Naxçıvan şəhərində anadan olan Sadiq Məmmədov 2010-cu ildən Naxçıvan Şahmat Mərkəzində şahmat ilə peşəkar şəkildə məşğul olmağa başlayıb. İlk günlərdən öz istedadı ilə diqqəti cəlb edən zəka sahibimiz 2011-ci ildə Neftçala rayonunda keçirilən Azərbaycan çempionatının seçmə yarışlarında iştirak edib. İlk yarışdan qalib çıxan idmançımız bundan sonra mütəmadi olaraq şahmat üzrə Azərbaycan çempionatında qələbələr əldə edib. O, 2015-ci ildə gümüş, 2017-ci ildə isə qızıl medal qazanıb. Şahmatçımız Naxçıvanın şahmat ənənələrini Yunanıstan, Xorvatiya, Gürcüstan, İran, Türkiyə, Rusiya və Rumıniyada keçirilən Avropa çempionatlarında uğurla davam etdirib və mükafatçılar sırasına düşüb.
Nəhayət, Sadiq Məmmədov 2017-ci ildə – cəmi 7 ilə FİDE idman ustası normativini yerinə yetirib.

 Ceyhun MƏMMƏDOV

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparıb.
Yarışın sonuncu günündə kişilər arasında tatami üzərinə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Şahin Qəhrəmanov çıxıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada “Qəbələ” idman klubunun idmançısı Uşanqi Kokaurini məğlub edib və ölkə çempionu adına layiq görülüb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Ceyhun MƏMMƏDOV

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Ordubad və Culfa Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə qızlardan ibarət “Ordubad” və “Culfa” voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan görüşdən öncə çıxış edən rayon Gənclər və İdman idarələrinin rəisləri Əbülfəz Əliyev və Ümid Həsənli Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş məlumat verib, idmançıları Yeni il münasibətilə təbrik ediblər.
Gərgin keçən mübarizə “Ordubad” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda hər iki komanda təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda dağ və ekstremal idman növləri üzrə keçirilən təlim-məşqlərə yekun vurulub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən təlim-məşq prosesindən öncə çıxış edənlər federasiyanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıblar. Təlim-məşq toplanışında Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ”, “Qapıcıq” idman klubları və 10 komandanın 100 nəfər üzvündən ibarət idmançıları iştirak edib. Toplanış zamanı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi-təlimçisi Babək İsgəndərov yerli məşqçilərə, idmançılara təlimlər keçib. Təlimlərdə idmançılara nəzəri olaraq təqdimatlar, idman dırmanması, eyni zamanda praktik olaraq süni divarda dağa və qayaya dırmanma, dağdan və qayadan enmə prosesləri göstərilib.­

Ceyhun MƏMMƏDOV

Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında yeniyetmələr arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş cüdo üzrə rayon birinciliyi keçirilib.
Culfa Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının Culfa rayon bölməsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyi və rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 65 idmançı mübarizə aparıb.
Yarış əsasnaməyə uyğun olaraq 10 çəki dərəcəsində və Olimpiya sistemi üzrə təşkil edilib. Yarışdan öncə rayon Gənc­lər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov, Uşaq-gənclər idman məktəbinin direktoru Şahin Qasımov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, idmana göstərilən diqqət və qayğıdan, idmanın cüdo növündə əldə olunan son nailiyyətlərdən danışıb, rayonda fəaliyyət göstərən idman federasiyalarının iş prinsipləri haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Gərgin mübarizə şəraitində keçirilən yarışda Uğur Novruzov (24 kiloqram), Mirismayıl Seyidov (27 kiloqram), Sabir Nəcəfov (30 kiloqram), Cəfər Məmmədli (34 kiloqram), Kənan Fərzəliyev (38 kiloqram), Ayxan Abbasov (42 kiloqram), Abbas Məmmədov (46 kiloqram), Asif Məmmədov (50 kiloqram), Abbas Bayramzadə (55 kiloqram) və Elsevər Məmmədov (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Sonda qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Şərur şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin 14 komandası arasında voleybol yarışı keçirilib.
Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 98 şagirdin iştirak etdiyi yarış mövcud voleybol qaydaları əsasında keçirilib və oyunları 5 nəfərdən ibarət hakimlər heyəti idarə edib.
Yarışda rayonun Çəmənli kənd tam orta məktəbinin komandası I, Alışar kənd tam orta məktəbinin komandası II, Vərməziyar kənd tam orta məktəbinin komandası III yerə layiq görülüb. Oyunun sonunda iştirakçılara hədiyyələr, fəxri fərman və diplomlar təqdim edilib.

Mehman MƏMMƏDOV

Balakən Olimpiya-İdman Kompleksində məktəblilər arasında sərbəst güləş üzrə XI respublika oyunları keçirilib.
Oyunlarda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıblar. Üç gün davam edən respublika oyunlarında güləşçilərimiz uğurla çıxış ediblər. Belə ki, 59 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Heydər Nəcəfov bütün rəqiblərini məğlub edərək respublika oyunlarının qalibi olub. Eyni uğuru 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurəddin Əliyev də qazanıb. O, bütün rəqiblərini üstələyərək oyunların baş mükafatını qazanıb.
Sonda hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur rayon bölməsinin təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə rayon birinciliyi keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş birincilikdə idmançılar 7 çəki dərəcəsində mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən Məhəmməd Məmmədov, Volkan Allah­verdiyev, İbrahim Hüseynov, Miryusif Seyidov, Məhəmməd Seyidov, Vüsal Zeynalov və Şamo Abdullayev müvafiq olaraq 28, 30, 35, 40, 42, 50 və 65 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Birinciliyin sonunda qaliblərə diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR