Bakı şəhərindəki Sərhədçi İdman Kompleksində cüdo idman növü üzrə 21 yaşadək gənclər arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıblar. Ən uğurlu nəticəni 100 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Abdulla İsmayılov əldə edib. Belə ki, cüdoçumuz ölkə birinciliyini üçüncü pillədə başa vurub.
Bakı şəhərindəki Əl Oyunları İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında da ölkə birinciliyi keçirilib. Güləş Federasiyasının yetirməsi, güləşçimiz Abbas İsayev 80 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Sonda hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV