Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr (2001-2002-ci illər) arasında keçirilən yüngül atletika üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayon komandaları mübarizə aparıblar. Hər komandanın heyətində 10 (5 oğlan və 5 qız ) iştirakçı mübarizə aparıb.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV