22 Dekabr 2024, Bazar

Muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman infrastrukturu gənc­lərin bədən tərbiyəsi və idmana olan marağını artırır. İdmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlbi istiqamətində məqsədyönlü işlər görülür, müxtəlif növlər üzrə çoxsaylı yarışların təşkili davam etdirilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, bu sahədə uğurların sayı daha da artır.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi yeni-yeni nailiyyətlərin əldə edilməsi üçün gənclərlə bağlı bir sıra tədbirlər həyata keçirir. Hər il mütəmadi keçirilən “Şahin” hərbi-idman oyunlarında iştirak edəcək gənclər üçün nazirlik tərəfindən 224 dəst yeni forma alınıb. Həmin formalar yüksək dözümlülüyü və keyfiyyəti ilə seçilir. Artıq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Gənclər və İdman idarələri vasitəsilə ­“Şahin” hərbi-idman oyunlarının iştirakçıları idman geyimləri ilə təmin olunublar.
Yeri gəlmişkən qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibi olan Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası artıq Azərbaycan çempionatına yollanır. Naxçıvanı təmsil edəcək komandanın üzvləri yarışlarda həmin formalarda iştirak edəcəklər.

 Ceyhun MƏMMƏDOV

Babək qəsəbə 2 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən tam orta məktəblərin komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” adlı bilik yarışması keçirilib.
Yarışda hər komandada 4 nəfər olmaqla, 5 komanda mübarizə aparıb. Komandalara ümummilli liderin həyatı və siyasi fəaliyyəti ilə bağlı 50 sual yazılı test formasında təqdim olunub və sualları cavablandırmaq üçün onlara 60 dəqiqə vaxt verilib.
Bilik yarışmasının yekununa əsasən Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Şuşa” komandası qalib adını qazanıb. Şəkərabad kənd tam orta məktəbin “Xəzər” komandası ikinci, Nehrəm kənd 1 nömrəli tam orta məktəbin “Zirvə” komandası isə üçüncü olub.
Sonda mükafatlandırma olub.

  Ceyhun MƏMMƏDOV

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Karate­-do Federasiyasının birgə təşkil etdiyi karate-do üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına yekun vurulub.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçıları Naxçıvan Muxtar Respublika Stadionunda 95 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seans keçiblər.
Görüşdə Eltac Səfərli, Qədir Hüseynov, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Aydan Höcətova, Xanım Balacayeva, Gülnar Məmmədli və Yunanıstan təmsilçisi Kotronias ­Vasillios iştirak ediblər.
Görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar.
Naxçıvan Şahmat Mərkəzində davam edən Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında blits-turnir də keçirilib. Turnirdə 52 şahmatçı birincilik uğrunda mübarizə aparıb. Ümumi mükafat fondu iki min ABŞ dolları olan yarışda İran qrossmeysteri Ehsan Qaem Məqami qalib gəlib. Ukraynalı qrossmeyster Anton Korobov ikinci, qazaxıstanlı beynəlxalq usta Yevgeni Pak isə yarışı üçüncü pillələrdə başa vurublar.
Blits-turniri ilk yeddi pillədə başa vuran şahmatçılara pul mükafatı təqdim olunub.
Eyni zamanda zəka sahibləri arasında mini-futbol turniri də keçirilib. Belə ki, festivalda iştirak edən şahmatçılar “Hakimlər”, “Dünya yığması” və “Naxçıvan” komandalarının tərkibində meydana çıxıblar. İlk oyunda qrossmeyster, FİDE ustaları və beynəlxalq ustalardan ibarət olan “Dünya yığması” komandası “Hakimlər” komandasını 8:4 hesabı ilə məğlub edib. İkinci görüşdə isə onlar bu qələbəni təkrarlaya bilməyib və “Naxçıvan” komandasına 6:5 hesabı ilə məğlub olublar. Son oyunda isə ədalət təmsilçiləri naxçıvanlı zəka sahibləri ilə “sülh” bağlayıblar – 4:4. Bununla, mini-futbol turnirinin qalibi 4 xalla “Naxçıvan” komandası olub.

 Ceyhun MƏMMƏDOV

Avropada “Günün döyüşü”: Naxçıvan güləşçisi kişi kimi vuruşdu 

Fikrimcə, Naxçıvan güləşçisi Hacı Əliyev yeni dövr milli qəhrəmanlarımızdan biridir. Çünki indi dünyanın həsəd apardığı, hər gənc idmançının özünə kumir seçdiyi Hacı düz beş kərə – 3 dəfə dünya, 2 dəfə isə Avropa çempionatlarında bayrağımızı başı üzərinə qaldırıb.
Üzeyir Hacıbəyli və Əhməd Cavad ruhlu himnimizi səsləndirib. Ona görə Hacıya milli qəhrəman deyirəm ki, o həm səfirdi, həm diplomatdı, həm səngərdə keşik çəkən döyüşçü əsgərdi, həm də Azərbaycanın siması olan gənc və perspektivli idman elçisidi.
Ölkələr var ki, hələ də dünya və Avropa çempionatlarında 1 bürünc medal belə, qazana bilməyiblər. Ancaq Hacı təkbaşına 5 qızıl medal qazanıb!

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş boks üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdikləri turnirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, həmçinin muxtar respublikada boks idman növünün inkişafına və kütləviliyinə nail olmaqdan ibarətdir.
Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında bir-birindən rəngarəng musiqi nümunələri nümayiş etdirilib.
Sonra yarışa start verilib.
Turnirdə 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb və son gündə finalçılar rinqə çıxıblar.
Final görüşlərində tamaşaçılar 12 çəki dərəcəsində maraqlı döyüşlərə şahidlik ediblər. Şəhər və rayon komandalarının mübarizə apardığı turnirin həlledici qarşılaşmasına daha çox “Naxçıvan” komandasının boksçuları yüksəliblər. Belə ki, finalda döyüşmək hüququ qazanan bu komandanın 13 idmançısından Nazim Abazərli (44 kiloqram), Nizami Novruzov (50 kiloqram), Ülvi Süleymanov (54 kiloqram), Ayxan Süleymanov (57 kiloqram), Kamran Allahverdiyev (60 kiloqram), Sahil Qafarov (64 kiloqram) və Sərvər Abdullayev (75 kiloqram) bütün rəqiblərini üstələyərək turnirin qalibi olublar. Digər həll­edici qarşılaşmalarda isə Alışan İsmayılov (42 kiloqram, Şərur), Mustafa Bəşirov (48 kiloqram, Şərur), Kənan Şəfiyev ­(52 kiloqram, Şərur), Ülvi İbrahimov (69 kiloqram, Ordubad) və Ayxan İsayev (+85 kiloqram, Kəngərli) rəqiblərinə qalib gələrək turnirdə birinci yerə layiq görülüblər.
Komanda hesabında isə əldə ­etdikləri qələbə sayına görə “Naxçıvan” komandası birinci yerə layiq görülüb.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 4-cü tura yekun vurulub.
“A” qrupunun liderləri bu turda da üz-üzə gəliblər. Belə ki, azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657), Nicat Məmmədov (2602) və Fərid Abbasov (2531) 4-cü turda müvafiq olaraq ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589), almaniyalı qrossmeyster İqor Xenkin (2557) və israilli qrossmeyster İlia Smirinlə (2592) qarşılaşıblar. Hər üç görüş heç-heçə başa çatıb. Qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) isə bu turda belaruslu qrossmeyster Aleksey Aleksandrovu (2594) məğlub edib. Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov da (2654) beynəlxalq usta Vüqar Əsədlidən (2470) üstün olub. Turnirin ən reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov bu turda da heç-heçə edib. O, bu dəfə gürcüstanlı beynəlxalq usta İrakli Beradze (2486) ilə xalları yarı bölüb.
Naxçıvanlı zəka sahiblərindən Urfan Sevdimalıyev (2397) iranlı qrossmeyster Mitra Hejazipurla (2283) xalları yarı bölüb. FİDE ustalarımız Pərviz Qasımov (2329) və Sadiq Məmmədov (2293) müvafiq olaraq azərbaycanlı beynəlxalq ustalar Nail Bəşirli (2374) və Məhəmməd Muradlı (2417) ilə görüşüblər. Hər iki şahmatçımız ağ-qara taxtanı məğlub tərk ediblər. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə İran şahmatçısı Purmosavi Seyid Kiani (2230) üzərində qələbə qazanıb.
Hazırda turnir cədvəlinə 3,5 xalla qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni başçılıq edir. Onu 3 xalla 10 zəka sahibi ­izləyir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının təşkil etdiyi karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq turnirinə start verilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 300-ə yaxın idmançı iştirak edir. Turnirdə muxtar respublikanın şəhər və rayonlarının 8 komandası ilə yanaşı, Bakı şəhərinin 5 komandası da mübarizə aparır. İdmançılar 47 çəki dərəcəsi və müəyyən edilmiş yaş qruplarında tatami üzərinə ­çıxacaqlar.
Bu gün turnirin final görüşləri keçiriləcək.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı davam edir.
“A” qrupunda keçirilən üçüncü turun oyunlarında liderlər üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) qarşılaşıb. Rəqiblərin qarşılaşması heç-heçə başa çatıb. Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) və Nicat Məmmədovun (2602) da görüşü “sülh”lə başa çatıb. Ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) bu turda türkiyəli qrossmeyster Sanal Vahapı (2505) məğlub etməklə liderlər sırasında qərarlaşıb. İsrailli qrossmeyster İlia Smirin (2592) və almaniyalı qrossmeyster İqor Xenkin (2557) də bu turu qələbə ilə başa vuran şahmatçılardır. Onlar müvafiq olaraq portuqaliyalı qrossmeyster Luis Qaleqo (2477) və azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlını (2417) məğlub ediblər. Qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) isə yunanıstanlı qrossmeyster Vasilios Kontroniasdan (2518) üstün olub.

Ardını oxu...

“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnir Duzdağ magistral yolunun 5 kilometrlik məsafəsində keçirilib. Turnirdə 250-yə yaxın atlet mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən yeni tikililər arasında idman obyektləri mühüm yer tutur. Bu, digər idman növləri kimi yüngül atletikanın da gənclər arasında kütləviliyin təmin edilməsinə şərait yaradır. Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir, idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə nail olub. Bunun nəticəsidir ki, idmançılarımız Avropa və dünya, beynəlxalq turnirlərdə Naxçıvanı layiqincə təmsil edirlər. Rövşən Məmmədov çıxışının sonunda turnirdə iştirak edən hər bir idmançıya uğurlar ­arzulayıb.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında mini-futbol üzrə Naxçıvan şəhər birinciliyinə start verilib.
Birincilikdə iki qrup (“A” və “B” qrupları) üzrə 10 komanda dairəvi sistem üzrə mübarizə aparacaqdır. Yarışın ilk oyunu “A” qrupunda Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin komandaları arasında keçirilib və görüş ikincilərin qələbəsi ilə (11:6) başa çatıb. Digər oyunda (“B” qrupunda) Naxçıvan Dövlət ilə “Naxçıvan” universitetlərinin komandaları qarşılaşıb. Bu görüşdə Naxçıvan Dövlət Universitetinin komandası 6:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, birincilik bu il iyunun 13-dək davam edəcəkdir.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında ikinci tura yekun vurulub.
“A” qrupunda turnirin favoriti olan azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) iranlı beynəlxalq usta Musavi Seyid Xəlillə (2460) qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan Azərbaycan şahmatçısı qələbə qazanıb. İlk turda heç-heçə edən ukraynalı qrossmeyster Anton Korobov (2678) ikinci turda da xalları yarı bölüb. Bu dəfə o, azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəylinin (2419) müqavimətini qıra bilməyib. Almaniyalı qrossmeyster İqor Xenkin də (2557) ikinci turu “sülh”lə başa vurub. Alman şahmatçı azərbaycanlı beynəlxalq usta Orxan Abdulovla (2401) heç-heçəyə razılaşıb. Belçikalı qrossmeyster Vadim Malaxatko (2532) ikinci turda aktivinə bir xal yazdırmağı bacarıb. O, azərbaycanlı FİDE ustası Rəvan Əliyevi (2340) məğlub edib.
Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) bu turda türkiyəli qrossmeyster Sanal Vahapla (2505) heç-heçə etdiyi halda, Nicat Məmmədov (2602) iranlı beynəlxalq usta Tahbaz Araşı (2451) məğlubiyyətə uğradıb.

Ardını oxu...

“Dünyanın bir çox ölkələrində müxtəlif turnirlərdə olmuşam. Onu xüsusilə qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında təşkilatçılıq çox yüksək səviyyədədir”. Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse­-prezidenti, şahmat festivalının baş hakimi Faiq Həsənov deyib.
Faiq Həsənov bildirib ki, hələ yarışlar başlanmazdan aylar öncə dünyanın müxtəlif ölkələrindən bir çox şahmatçı federasiyaya müraciət edərək bu festivalda iştirak etmək istəyini bildirmişdi. Çünki Naxçıvanda şahmatçıların yarışlarda rahat iştirakı, asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də istirahətləri üçün hər cür şərait var.
Builki festivalda 23 beynəlxalq qrossmeysterin, 16 beynəlxalq ustanın, 14 FİDE ustasının, eləcə də ustalığa namizədlərin iştirak etmələrinin də təsadüfi olmadığını deyən Faiq Həsənov vurğulayıb ki, iştirakçılar arasında xarici ölkələrin milli komandalarının üzvləri, reytinq əmsalı 2600-dən yuxarı olan bir neçə şahmatçı da vardır.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti deyib: “Muxtar respublikanın belə bir şahmat bayramına ev sahibliyi etməsi qədim diyarın sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Özünün tərəqqisi ilə diqqətləri cəlb edən, beynəlxalq tədbirlərin keçirildiyi diyara çevrilən Naxçıvan Muxtar Respublikası həm də beynəlxalq idman yarışlarının ünvanı kimi tanınıb. Muxtar respublikanın şahmat məktəblərində yaradılan şərait ölkə miqyasında nümunəyə çevrilib. Bundan başqa, orta məktəblərdə şahmat fənninin tədris olunmasını gələcəyə hesablanmış addım kimi qiymətləndirirəm”.
Sonda Faiq Həsənov festivalın yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.

Tural AĞAYEV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verilib.
Festival çərçivəsində zəka sahibləri 3 qrupda mübarizə aparacaqlar. Reqlamentə əsasən beynəlxalq festivalda güclülərin (“A” qrupu), əmsalı az olanların (“B” qrupu) və uşaqların (“C” qrupu) yarışı keçiriləcək. Artıq festivalın “A” qrupunda iştirak etmək üçün 58 şahmatçı mübarizəyə qoşulub. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.
“A” qrupunda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın 58 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Turnirin ən iddialı iştirakçısı, eyni zamanda yarışın ən yüksək reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov (2678-beynəlxalq əmsal) azərbaycanlı beynəlxalq usta Nail Bəşirli ilə (2374) qarşılaşıb və görüş “sülh”lə başa çatıb. Azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli ikinci şahmatçısı Eltac Səfərli (2657) isə ilk turda azərbaycanlı qrossmeyster Sərhan Quliyevin (2373) müqavimətini qıra bilib. Turun ən maraqlı qarşılaşması isə azərbaycanlı qrossmeysterlər – Qədir Hüseynovla (2654) Zeynəb Məmmədyarova (2367) arasında olub. Görüş birincinin qələbəsi ilə yekunlaşıb. Yarışın ən reytinqli 4-cü şahmatçısı, azərbaycanlı qrossmeyster Nicat Məmmədov (2602) beynəlxalq usta Gülnar Məmmədovaya (2360) şans tanımayıb.

Ardını oxu...

2018-ci ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu üzrə hərbi beşnövçülük üzrə birincilik keçirilib.
Birincilikdə 14 komandadan 80 hərbi qulluqçu mübarizə aparıb. Yarış iştirakçıları maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəşaçma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 kilometr məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Vahid Məmmədovun rəhbərlik etdiyi hərbi beşnövçülük yarışlarında hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da iştirak ediblər.
Birincilikdə komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə tankçılar, 3-cü yerdə isə moto­atıcılar qərarlaşıblar.
Nəticələrə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Nəriman NƏCƏFOV

Kəngərli rayon Qıvraq qəsəbəsindəki mini-futbol meydançasında rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mini-futbol üzrə rayon birinciliyi keçirilib.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Gənclər Birliyi, Futbol Federasiyasının rayon bölməsi və Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə ümumtəhsil məktəblərinin 10 komandası mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən final görüşündə Böyükdüz kənd tam orta məktəbinin komandasını məğlub edən Qıvraq qəsəbə tam orta məktəbinin komandası qalib adını qazanıb. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən ­diplom və fəxri fərmanlarla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Muxtar respublikamızda bu idman növünün inkişafı daim diqqət mərkəzindədir

 

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, respublikamız dünyada sürətli iqtisadi yüksəlişi ilə yanaşı, həm də idman sahəsində qazandığı çoxsaylı uğurları ilə diqqəti cəlb edir. Azərbaycan artıq bir idman ölkəsidir. Böyük reallığı əks etdirən bu fikir öz təsdiqini qazanılan nailiyyətlərlə də tapmaqdadır.
Müasir Azərbaycan gəncinin idmanın müxtəlif növlərinə yönəlməsi, gələcək nəslin sağlam, vətənpərvər ruhda böyüməsi üçün ölkənin bütün regionlarında idman obyektləri, kompleksləri tikilib istifadəyə verilir. Müasir idman infrastrukturuna malik Naxçıvan Muxtar Respublikasında da idmanla məşğul olan gənclərin sayının gündən-günə artması idmanın kütləviliyindən xəbər verir. Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən muxtar respublikadakı federasiyalar təşkil etdikləri yarışlarla, turnirlərlə bu sahəyə öz töhfələrini verirlər. Hərtərəfli şəraitlə təmin olunan Şahmat Federasiyası da hazırda bu növün kütləviliyi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır.

Ardını oxu...

Xaçmaz rayonunda cüdo üzrə 15 yaşlılardan ibarət komandaların Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarışı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının cüdo komandası da mübarizə aparıb.
Regionlar üzrə keçirilən yarışda komandamız 114 xal toplayıb. Həmin nəticəyə əsasən 15 yaşlılardan ibarət cüdo komandamız kubok yarışını üçüncü pillədə başa vuraraq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yarım­final mərhələsi bu il iyunun 1-2-də Şamaxı rayonunda keçiri­ləcək.

Ceyhun MƏMMƏDOV

Rusiya Federasiyasının Omsk şəhərində uşaq və yeniyetmələr arasında karate-do üzrə Rusiya çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi ­Rəşid Süleymanov 10-11 yaş qrupunda mübarizə aparıb.
İdmançımız tatami üzərinə 42 kiloqram çəki dərəcəsində çıxıb və bütün rəqiblərinə qalib gələrək yarışın baş mükafatını qazanıb.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında məktəblər arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə Naxçıvan Qızlar Liseyi ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin qız komandaları mübarizə aparıblar. Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışaraq bildiriblər ki, görüşün keçirilməsində əsas məqsəd qızları kütləvi idmana cəlb etməkdən ibarətdir.
Görüşdə 18:8 hesabı ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası qalib gəlib. Sonda hər iki komandaya diplom və fəxri fərmanlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiya imkanlarını daha da artırıb. Onların cəmiyyətə inteqrasiyası məqsədilə 2016-cı ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir. 

2018-ci il yanvar ayının 25-də ­Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasında muxtar respublikanın rayonlarında boccia bölmələrinin yaradılması qərara alınıb. İlk olaraq Culfa rayonunda məşqlər aparmaq üçün məşqçi-müəllim müəyyən edilərək təlimlərə cəlb edilib və fevralın 22-də Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilk olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Daha sonra isə muxtar respublikanın bütün bölgələrində məşqçi-müəllimlər müəyyənləşdirilərək bölmələr yaradılıb. Onların hər biri oyun üçün zəruri olan toplar və digər avadanlıqlarla təchiz edilib. Muxtar respublikada paralimpiya idman növləri üzrə idmançıların yetişdirilməsi və müəllimlərin təkmilləşdirilməsi məqsədilə ötən illərdə Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol və stolüstü tennis üzrə yığma komandalarının baş məşqçiləri buraya dəvət olunub.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında qol güləşi üzrə muxtar respublika birinciliyi keçirilib.
Birincilikdə 60-a yaxın idmançı 8 çəki dərəcəsində mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın yekun nəticəsinə əsasən Məsum Məmmədli (54 kiloqram), Ayxan Seyidov (60 kiloqram), İsmayıl Mirzəyev (66 kiloqram), Xızır İsmayılov (72 kiloqram), Elxan Babazadə (78 kiloqram), Vəli Şirəliyev (84 kiloqram), Allahverdi Allahverdiyev (90 kiloqram) və Razim Məmmədov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci olublar.
Sonda qaliblərə nazirlik tərəfindən diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında qol güləşi üzrə muxtar respublika birinciliyi keçirilib.
Birincilikdə 60-a yaxın idmançı 8 çəki dərəcəsində mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın yekun nəticəsinə əsasən Məsum Məmmədli (54 kiloqram), Ayxan Seyidov (60 kiloqram), İsmayıl Mirzəyev (66 kiloqram), Xızır İsmayılov (72 kiloqram), Elxan Babazadə (78 kiloqram), Vəli Şirəliyev (84 kiloqram), Allahverdi Allahverdiyev (90 kiloqram) və Razim Məmmədov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci olublar.
Sonda qaliblərə nazirlik tərəfindən diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik keçirilib.
Yarışdan bir gün öncə Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları və məşqçiləri məlumatlandırıb.

Ardını oxu...

Türkiyənin İstanbul şəhərində Dünya Şotakan Federasiyasının 9-cu dünya çempionatı keçirilib. Üç gün davam edən çempionatda tatami üzərinə 33 ölkənin idmançıları çıxıb.
Azərbaycan millisinin mundiala yollanan heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi də mübarizə aparıb. Belə ki, 16-17 yaş qrupunda (-76 kiloqram) Aslan İsmayılov böyük uğura imza atıb. O, şobu-nihon və şobu-sanbon qaydaları üzrə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüb.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

 

  Ceyhun MƏMMƏDOV

Azərbaycanın bütün bölgələrini əhatə edəcək ağır atletika üzrə respublika çempionatının ikinci seçmə mərhələ yarışları Xırdalan şəhərində davam edir. Yarış şəxsi xarakter daşıyır və yalnız texniki cəhətdən hazır­lıqlı idmançılar mübarizə aparırlar. Mərhələ yarışlarında 12-18 və daha yuxarı yaşda olan kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparır, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilir.
Turnirin növbəti günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev 85 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. Təmsilçimiz bütün rəqiblərindən üstün nəticə göstərərək yarışın qalibi adını qazanıb.

Ceyhun MƏMMƏDOV

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika çempionatının ikinci seçmə mərhələ yarışlarına Xırdalan şəhərində start verilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Həsən Babayev seçmə mərhələdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, yarışın ilk günündə birdən qaldırmada 45 kiloqram, təkanla qaldırmada isə 55 kiloqramlıq nəticə göstərməklə bütün rəqiblərini qabaqlayıb və qalib adını qazanıb.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Ceyhun MƏMMƏDOV

İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvəsini sınayıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununda Turqay Məmmədli, Ayxan Sərxanlı, Namiq Əlizadə, Uğur Cəfərov, Xəzər Abdullayev, Eldar Abdullayev, Onur Əlizadə, Elxan Əhmədli, Süleyman Məmmədov, Bayram Allahverdi və Murad Mirzəmmədov müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 47, 51, 54, 58 və 63+ kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Futbol komandamızın ilk oyunundan yarım əsr keçir

Futbol, sadəcə, oyun demək deyil. Futbol, eyni zamanda bir millətin, bir xalqın, bir regionun adət-ənənələrini, mədəniyyətini, tarixi baxışını dünyaya çatdıran bir vasitədir. Futbolu idarə etmək heç də kənardan göründüyü qədər asan iş deyil. Çünki müasir futbolda deyildiyi kimi, “futbol sənayesinin nazı ilə oynamalısan”. İndi bir klub düşünün: zəngin tarixə malik, bütün ənənələri özündə cəmləşdirən, oynadığı oyunlarda daha çox “feyr-pley” qaydalarına riayət edən, “nazı ilə oynanılmağa” layiq, ən əsası isə muxtar respublikanı layiqincə təmsil edən klub... Bəli, bu, “Araz-Naxçıvan”dır. Bu gün bu qoca çinarın meydana çıxdığı ilk rəsmi oyundan 50 il ötür. Biz də yarıməsrlik şərəfli yol keçmiş bu komandanın tarixini vərəqləməyə çalışdıq. 

1968-ci ilin baharı

Xalqımızın tarix köksündə yüzilliklərdir ki, öz həzin zümzüməsi ilə çağlayan Araz çayı qədər sevilib muxtar respublikamızın futbol komandası. Ölkənin digər regionlarında komandaların formalaşması və keçmiş SSRİ-nin müəyyən etdiyi zona birinciliklərində iştirak etməsi Naxçıvan futbolunda da canlanma yaratdı. Düzdür, o zamanlar keçmiş sovetlər üçün bir komandanın adı seçilib-sayılırdı – “Spartak”(Moskva). Lakin yaşlı nəsil, həmin zamanların futbol həvəskarları söyləyirlər ki, muxtar respublikada futbol həyatı daha əvvələ dayanır. Belə ki, İkinci Dünya müharibəsindən sonra Naxçıvan şəhərinin bəzi məhəllələrində futbol yarışları keçirilər, hər komandanın özünəməxsus adı olarmış.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti, həmçinin həmyerlimiz, milli komandanın üzvü, respublika çempionatının mükafatçısı Qafqaz Hüseynov muxtar respublikamıza gəliblər. Paralimpiya Federasiyasının hazırladığı proqrama əsasən dəvət olunanların 6 gün ərzində federasiyanın boccia bölmələrində təlim-məşqlərin və yekunda muxtar respublikada fəaliyyət göstərən bütün bölmələrin iştirakı ilə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.
İlk gün Şahbuz rayonunda fəaliyyət göstərən boccia bölməsinə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin idman zalında təlim-məşq keçirilib. Proqrama uyğun olaraq digər rayonlarda da ­təlim-məşqlər davam etdiriləcəkdir.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərinin 2018-ci ildə Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar hazır­lanmış tədbirlər planının müvafiq bəndinə əsasən muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” bilik yarışması və intellektual oyunu ­keçirilib.
Yarışmada iştirakçılara Azərbaycan və Naxçıvan Muxtar Respublikasına aid ümumi bilikləri özündə əks etdirən 51 sual təqdim edilib və Azərbaycanın xəritəsini pazllar vasitəsilə qurma üzrə yarış keçirilib. Suallar test üsulu ilə kompüter vasitəsilə cavablandırılıb. Sonda sualları düzgün cavablandıran və xəritəni daha tez quran iştirakçılar oyunun qalibi olublar.
Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi, İran İslam Respublikasının vətəndaşı Abbas Ağazadə Qaraxədir birinci olub. Digər iki pillədə Naxçıvan Dövlət Universitetinin tələbəsi, İran İslam Respublikasının vətəndaşı Tarak Sahand və “Naxçıvan” Universitetinin tələbəsi, Banqladeş Xalq Respublikasının vətəndaşı Mohammad Ariful qərarlaşıblar.
Azərbaycan xəritəsini ən qısa zaman müddətində tamamlayan Naxçıvan Dövlət Universitetinin tələbəsi, Türkiyə Cümhuriyyətinin vətəndaşı Yusuf Geldi qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin tələbələri – Nigeriya vətəndaşı Edegbai Auğsta ikinci, İran İslam Respublikasının vətəndaşı Zeynəb Əjdəri isə üçüncü olublar.
Hər iki oyunun qaliblərinə təşkilatçılar tərəfindən diplom, hədiyyələr və oxunması zəruri olan kitablar təqdim edilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər ­Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin qız atletləri аrаsındа yüngül atletika birinciliyi keçirilib.
Yarışda 20 məktəbin komandası mübarizə aparıb. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda Roza Süleymanlı, Ramidə Novruzova, Könül Xudadanova, Elmira Əlizadə və Leyla Musazadə müvafiq olaraq 60, 100, 200, 300, 400 metr üzrə məsafədə bütün rəqiblərini qabaqlayıblar.
Komanda hesabında isə qalib adını Naxçıvan Qızlar Liseyinin komandası qazanıb. 15 nömrəli tam orta məktəbin komandası ikinci, 16 nömrəli tam orta məktəbin komandası isə üçüncü olublar.
Sonda yer tutan komanda və idmançılara təşkilatçıların diplomları və Yüngül Atletika Federasiyasının hədiyyələri təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Atıcılıq Federasiyasının birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Naxçıvan Atıcılıq Mərkəzində keçirilən Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyətlə çıxış edib. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən 5 növdə qüvvələrini sınayıblar. İlk olaraq onlar 100 metr və 2000 metr məsafəyə qaçışda yarışıblar. Digər növdə isə məktəbli gənclər fiziki güclərindən istifadə ediblər. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları ardınca atıcılıqda məharətlərini göstəriblər. Son olaraq isə məktəblilər üzgüçülük növündə birinciliyin qalibi adını qazanmağa çalışıblar.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə birinciliyin final mərhələsinin qalibi 840 xalla Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin “Naxçıvan” komandası olub. Digər iki pillədə isə 743 xalla Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin və 708 xalla Ordubad rayon Sabirkənd tam orta məktəbinin komandaları qərarlaşıblar.
Qeyd edək ki, qalib komanda Naxçıvan Muxtar Respublikasını Azərbaycan çempionatında təmsil edəcəkdir.

 Ceyhun MƏMMƏDOV

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinə yekun vurulub.
Yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Oyun 3 tur – məktəbdaxili-seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və zona birinciliyi üzrə keçirilib. Zona birinciliyinə rayon (şəhər) birinciliklərində qalib olan komandalar vəsiqə qazanıblar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Zaur Həmidov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vüsal Əliyev çıxış edərək yarışın əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli və Şərur rayonlarının yetirmələri də mübarizə aparıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 21 çəki dərəcəsində 60 dəri əlcək sahibi qüvvəsini sınayıb.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Naxçıvan Muxtar Respublikasında aşağı yaş qruplarından təşkil olunmuş komandalar arasında turnir keçirib.
Turnirdə muxtar respublikanın şəhər və rayonlarının komandaları mübarizə aparıblar. Şərur Olimpiya­-İdman Kompleksində keçirilən turnir 7 gün davam edib.
Oyunların nəticəsinə gəlincə, 10 yaşlı futbolçuların mübarizəsində “Şahbuz” və “Araz-Naxçıvan” futbolçuları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı heç-heçə (3:3) başa çatdığından qalibi penaltilər müəyyənləşdirib. Zərbələri daha dəqiq yerinə yetirən şahbuzlu futbolçular qalib adını qazanıblar. – 3:2. 11 yaşlıların qalibi isə “Şərur” komandası olub. Onlar Kəngərli rayonundan olan rəqiblərini 8:3 hesabı ilə məğlub ediblər.
Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin (UGİM) komandası isə 12 yaşlı futbolçuların liqasının qalibi olub. Onlar buna “Şahbuz” komandasını 9:2 hesabı ilə məğlub etməklə müvəffəq olublar. Məktəbin digər komandası 13 yaşlı futbolçuların final görüşündə “Araz-Naxçıvan” komandasını büdrədiblər – 4:2. UGİM-in digər komandası – “U-14” də final görüşünü qələbə ilə başa vurub. Belə ki, “Şərur” komandası ilə görüş 7:0 hesabı ilə UGİM-in xeyrinə başa çatıb.
“Məktəbli kuboku”nun final görüşündə Ordubad və Şərur rayon məktəblərinin komandaları üz-üzə gəliblər. Şərurlu şagirdlər 9:3 hesabı ilə qələbə qazanıblar.
Final görüşlərini Bakıdan gələn hakimlər briqadası idarə edib.
Qeyd edək ki, qalib komandalar muxtar respublikanı Azərbaycan çempionatında təmsil edəcəklər.

 Ceyhun MƏMMƏDOV

Culfa rayon stadionunda rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyi, futbol federasiyasının rayon bölməsi və “Əlincə” Futbol Klubunun təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında futbol üzrə rayon birinciliyinə start verilib.
Birinciliyin reqlamentinə əsasən komandalar iki yarımqrupda olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Görüşlər isə Culfa şəhər və Bənəniyar kənd stadionlarında keçiriləcək.
Turnirdə 14 komandanın tərkibində 252 yeniyetmə iştirak edir.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Gənclər və İdman, Təhsil ­nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti iki turun oyunları keçirilib.
Son çempion – “Araz-Naxçıvan” iddialı çıxışını davam etdirib. Belə ki, “qırmızı-ağlar” ilk olaraq 12-ci turda “Babək” komandasının qonağı olub. Rəqibi 4:1 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi 13-cü turda da uğura imza atıb. Bu dəfə onlar doğma arenada turnir cədvəlində ən yaxın izləyiciləri Naxçıvan Dövlət Universitetinin (NDU) komandasını məğlubiyyətə uğradıblar – 5:0. Bununla mövsüm ərzində 13-cü ardıcıl qələbəsini qazanan “Araz-Naxçıvan” çempionluğa bir addım da yaxınlaşıb.
Hazırda turnir cədvəlinin ikinci pilləsi uğrunda kəskin mübarizə gedir. NDU-nun komandası “Araz-Naxçıvan”la görüşdə məğlub olaraq bir qədər işini çətinə salıb. Lakin Şahbuzun “Batabat” komandası üzərində qələbə tələbələri ruhlandırıb. “Əlincə” komandası isə bundan maksimum istifadə edib. Belə ki, Culfa təmsilçiləri əvvəlcə doğma arenada Sədərək futbolçularını büdrədiblər – 4:0. Növbəti turda isə onlar üç xalı “Batabat” komandasını məğlub etməklə əldə ediblər – 1:3.

Ardını oxu...

Dağıstan Respublikasının Dərbənd şəhərində Rusiya Federasiyasının əməkdar məşqçisi Sadiq Abdulovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi də iştirak edib. 2003-2005-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda federasiyanın yetirməsi Əli Əlizadə tatami üzərinə çıxıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün görüşləri qələbə ilə başa vuraraq, turnirin qalibi adını qazanıb.
Sonda qalib idmançılara diplom, medal və kubok təqdim edilib.

Ceyhun MƏMMƏDOV

2018-ci ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında cüdo, sərbəst və yunan-Roma güləş birincilikləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri birinciliklərdə 14 komandadan, ümumilikdə, 165 idmançı döşək üzərində öz gücünü sınayıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan yarışlarda idmançılar cüdo birinciliyində 7 çəki dərəcəsində, yunan-Roma və sərbəst güləş birinciliklərinin hər birində isə 8 çəki dərəcəsində mübarizə aparıblar. Güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə keçirilən yarışlarda hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da iştirak ediblər.
Həm komanda hesabı, həm də şəxsi birinciliyin qalibləri müəyyənləşib.
Qalib idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıb.

Nəriman Nəcəfov

Rumıniyanın Tırqu-Jiu şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatı yekunlaşıb. Azərbaycan millisi ­yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Millimizin heyətində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev də olub. Dəri əlcək sahibimiz qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində rinqə çıxıb.
İlk görüşdə Ukrayna boksçusunu məğlub edən Tayfur Əliyev növbəti mərhələdə İtaliya təmsilçisini mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsində isə boksçumuz almaniyalı Hamzet Şadalovu 3:2 hesabı ilə məğlub edib. Finala gedən yolda Tayfur Əliyevin rəqibi ispaniyalı Xose Giles Brotons olub. Rəqibini 4:1 hesabı ilə məğlub edən dəri əlcək sahibimiz finala yüksəlib. Həlledici qarşılaşmada idmançımız meydan sahibi Robert Jitaru ilə qarşılaşıb və məğlub olub.
Sonda idmançımıza qitə birinci­liyinin gümüş medalı və diplomu təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində karate idman növü üzrə “Sambo-70” adlı açıq çempionat keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı Rəşid Süleymanov da iştirak edib.
Yarışı yüksək səviyyədə keçirən təmsilçimiz 10-11 yaşlı idmançılar arasında mübarizə aparıb. 40 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız keçirdiyi bütün görüşlərdə qalib gələrək çempionatın qızıl medalını qazanıb.
Muxtar respublikanın Karate-do Federasiyasının digər yetirmələri Bakı şəhərində yerləşən Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Şitoryu Karate-do Federasiyasının XIV respublika çempionatında da uğurla çıxış ediblər. Birincilikdə iki idmançımız – Sərcan Məmmədov və Aslan İsmayılov da mübarizə aparıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində Sərcan Məmmədov (16-17 yaşlılar) və 70 kiloqram çəki dərəcəsində Aslan İsmayılov (14-15 yaşlı­lar) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Sonda hər iki turnirin qalibi olan idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin ağır atletika üzrə Şərur rayon bölməsinin üzvü Tərmenxan Babayev 85 kiloqram çəki dərəcəsində mübarizə aparıb. 2002-ci il təvəllüdlü idmançımız böyüklərin yarışında iştirak etməsinə baxmayaraq, mükafatçılar arasında yer alıb. Belə ki, təmsilçimiz birdən qaldırmada 135, təkanla qaldırmada isə 162 kiloqramlıq çəkinin öhdəsindən gəlib. Toplamda 297 kiloqramlıq nəticə göstərən Tərmenxan Babayev Azərbaycan çempionatının gümüş medalını qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

İsmayıllı rayonundakı Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib. Dörd gün davam edən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları uğura imza atıblar. Belə ki, beş idmançımızın mübarizə apardığı birincilikdə 3 medal əldə edilib.
Yeniyetmələr arasında 2002-ci il təvəllüdlülər – 57 kiloqram çəki dərə­cəsində rinqə çıxan Fərman Rzayev, ­ 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Quluzadə bürünc medal qazanıblar. Gənc­lər arasında isə Rauf Həsənov (1999-cu il təvəllüd) üçüncü olub. O, 60 kiloqram çəki dərəcəsində bu nailiyyətə imza atıb.
Hər üç idmançımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

İran İslam Respublikasının Bukan və Miyanduab şəhərlərində boks üzrə 3 ölkənin (Azərbaycan, Türkiyə, İran İslam Respublikası) iştirakı ilə beynəlxalq turnir keçirilib. Turnirdə 4 komandanın heyətində, ümumilikdə, 80-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb.
Ölkəmizi bu turnirdə Naxçıvan Muxtar Respublikası idmançıları təmsil ediblər. Belə ki, yarışda iştirak edən yeddi dəri əlcək sahibimiz uğurlu nəticələri ilə diqqəti cəlb edib. Boksçularımızdan Nizami Novruzov (50 kiloqram), Kənan İbrahimov (57 kiloqram) və Yusif Əliyev (60 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər dörd dəri əlcək sahibindən Cəbi İsayev (60 kiloqram), Arif Bayramov (64 kiloqram), Sərvər Abdullayev (75 kiloqram) və Zəfər Ağamalıyev (81 kiloqram) isə gümüş medal qazanıblar.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və ­kubokla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordu, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 tam orta məktəbin komandası mübarizə aparıb.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında ikinci dövrənin ilk turunun oyunları keçirilib.
Turnir cədvəlinin lideri “Araz-Naxçıvan” ikinci dövrəyə də qələbə ilə başlayıb. Belə ki, Naxçıvan şəhər təmsilçisi doğma arenada Şərurun “Arpaçay” komandasını qəbul edib və meydanı 3:0 hesablı qələbə ilə tərk edib. İlk dövrədə baxımlı oyunu ilə seçilən Culfanın “Əlincə” komandası ikinci dövrədə də uğurlu estafeti davam etdirir. Bu dəfə onlar “Babək” komandasını büdrətməyə nail olublar. Bu qələbə culfalıları turnir cədvəlində ikinci edib.

Ardını oxu...

Müxtəlif dövrlərdə qadınların ideal bədən quruluşu, onların idmana yönəldilməsi barədə təzadlı fikirlər səsləndirilib. Məsələn, XIX əsrdə kök və bir qədər güclü qadın bədən quruluşu ideal hesab edilirdisə, XXI əsrin əvvəlində bu, özünü arıq bədən quruluşu ilə əvəz etməyə başladı. Təbii ki, bu cür bədən quruluşu anadangəlmə olmur: bunun üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə idmanla məşğul olmaq vacib şərtdir. Qərb mədəniyyətində qadının idmana cəlbi bu cür təzahür olunur: “Hər şey qadının öz əlindədir”. Bəs idman qadına gözəllik, yoxsa kobudluq verir?

Müasir dövrümüzdə “qadın idmanı – gözəllik, yoxsa kobudluq?” sualı ortaya çıxıb. Qərbdə güc tələb edən qadın idmanı hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb. Qadınların bir çoxu bədən quruluşunu müxtəlif idman növləri ilə “nizamlamağa” tənqidi yanaşırlar. Onlar üçün şeypinqlə, yaxud da aerobika ilə məşğul olmaq, qaçışa üstünlük vermək, ən cəsarətli idman hesab edilən bodibildinqlə məşğul olmaq orqanizmə zərərdir. Lakin həkimlər əzələləri möhkəmləndirmək üçün böyük çəki ilə işləmək lazım olduğunu vacib bilərək qeyd edirlər ki, həm kişilər, həm də qadınlar eyni məşğələni yerinə yetirə bilərlər. Onların orqanizmlərində gedən kimyəvi proseslər isə fərqlənir. Belə olan halda qadın əzələləri həcminə görə bəzən kişi əzələlərindən geri qalacaq, lakin eyni sağlamlıq mahiyyətini itirməyəcək. Ona görə həkimlər qadınların fitnes və ya ağır atletika ilə məşğul olmazdan öncə bunlara riayət etmələrini vacib bilirlər:

Ardını oxu...

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Beynəlxaq Qadınlar Gününə həsr olunan məktəbli qızlar arasında atıcılıq üzrə rayon birinciliyi keçirilib.
8 məktəbdən 28 şagirdin iştirak etdiyi yarışın yekun idman nəticələrinə əsasən Şərur rayon Arbatan kənd tam orta məktəbinin şagirdi Nurcan Məmmədova I, eyni məktəbin digər şagirdi Göyərçin Seyidova II, Şərur rayon Düdəngə kənd tam orta məktəbinin şagirdi Gülnur Məmmədzadə isə III yerə layiq görülüblər.
Eyni zamanda rayonda şahmat üzrə yeniyetmə qızlar və qadınlar arasında keçirilən rayon birinciliyinə də yekun vurulub. Birincilikdə 40 yeniyetmə qız və 10 qadın zəka sahibi mübarizə aparıb. Yarışın yekun nəticələrinə əsasən yeniyetmə qızlar arasında Sevgi Qurbanova, qadınlar arasında isə Məhəbbət Babayeva qalib adını qazanıblar.
Sonda hər iki yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və muxtar respublika Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev idmançıları bayram münasibətilə təbrik edib, yarışın qaydaları haqqında onlara məlumat veriblər.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox dəri əlcək sahibi mübarizə aparıb. Yekun nəticədə Ayxan Heydərov, Fəxrəddin Əliyev, Xəyal Musayev, Nizami Novruzov, Hüseyn Hüseynov, Həsən Hüseynov, Nadir Cəfərov, Xəyal Quliyev, Kamran Allahverdiyev və Əbülfəz Xəlilli müvafiq olaraq 36, 42, 48, 50, 52, 54, 57, 60, 63 və 70 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində ­ yer tutan idmançılar diplomlarla ­mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR