Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Uşaq-gənclər şahmat məktəbinin şagirdləri arasında şahmat turniri keçirilib.
Yekun nəticələrə əsasən Əli Əliyev və Firuzə Əliyeva turnirin qalibləri olublar. Qulu Fətullayev və Zəhra Abbasova II, Fuad Tarverdiyev və İlkin Süleymanlı isə III yerə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti