01 Noyabr 2024, Cümə

İyunun 13-də Gənclər və İdman Nazirliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər ­görülüb. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər.
Qeyd olunub ki, muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir. Bu federasiyalar da artıq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurub. Federasiyaların tərkibində 40 minə yaxın gənc idmanla məşğul olur. Təkcə bu ilin ötən dövrü ərzində idmançılarımız istər muxtar respublika, istərsə də beynəlxalq əhəmiyyətli yarışlarda yüksək nəticələr göstərib, 240-a yaxın medal qazanıblar.
Azad Cabbarov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Mayis Əliyev həm də Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasına yeni sədr təyin edilib.

Yeni təyin olunan federasiya sədri çıxış edərək qeyd edib ki, muxtar respublikada ekstremal idman növlərinin inkişafı üçün əlverişli təbii şərait mövcuddur. Həmçinin yeni quraşdırılan avadanlıqlar da gənclərin bu idman növlərinə cəlb olunmasına imkan verir. O, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, federasiyaya gənclərin cəlb edilməsi işinə daha diqqətlə yanaşacağını bildirib.
Daha sonra “Qapıcıq” İdman Klubunun sədri Aydın Hüseynov və “İlandağ” İdman Klubunun sədri Kərəm Novruzov yeni təyin olunan federasiya sədrini təbrik edib, ona uğurlar arzulayıblar.
Tədbirə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR