Muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş turnirlər keçirilir. Beynəlxalq, ölkədaxili və yerli turnirlərdə yüzlərlə gənc mübarizə aparır.
Bir çox turnirlərlə yanaşı, ölkənin futbol üzrə bir nömrəli turniri – Azərbaycan Kubokunun final görüşünə də Naxçıvan ev sahibliyi edəcək. Keçiriləcək həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun may ayının 19-u, saat 1630-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, burada Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək.
Muxtar respublikamızda futbol bayramı bununla başa çatmır. Ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və Türkiyənin “Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara may ayının 20-də start veriləcək. İlk oyun günündə saat 1100-da “Araz-Naxçıvan” MOİK-lə, 1730-da “Şüvəlan” “Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. May ayının 22-də istirahət edəcək komandalar meydana ayın 23-də çıxacaqlar. Eyni zamanda həmin gün saat 1700-da turnirin bağlanış mərasimi keçiriləcək.
Ceyhun MƏMMƏDOV