22 Dekabr 2024, Bazar

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 15 aprel 2019-cu il tarixdə keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqların icrası ilə bağlı işlər davam etdirilir. Bu çərçivədə dünən “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində “Hədəf” adlı yeni atış təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ­Heydər Əliyev adına Gənclər Birliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən təlimdə 100 gənc iştirak edib.
Əvvəlcə çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik Əlahiddə Ümumqoşun Ordu ilə birgə gənclərin hərbi-vətənpərvərlik işini diqqətdə saxlayır, Gənc­lər Fondu ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsini təmin edir. “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında qeyd edib ki, Atıcılıq Mərkəzi hər bir avadanlıqla təmin olunub, yeni silahlar alınaraq idmançıların ixtiyarına verilib. Federasiya sədri muxtar respublikanın gənclərlə iş, idman, iqtisadi inkişaf, beynəlxalq əlaqələr və ordu qurucu­luğu sahələrində hamiliklə bağlı görülən işlərdən geniş bəhs edib, gənclərə gələcək karyeralarında uğurlar arzulayıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandan müavini, general-mayor Teymur Eyyubov muxtar respublikada gənc­lər sahəsində görülən işlər, onlara göstərilən dövlət qayğısından danışıb.
Sonra “Hədəf” təliminə start verilib. Təlimdə gənclərə silahdan istifadə, silahdan nişanalma, təhlükəsizlik, hədəfə atəş açmaq qaydaları öyrədilib. Təlimdə iştirak edən hər bir gəncə müxtəlif silah növlərinə uyğun 5 mərmi verilərək onların atış sahəsində bacarıqları sınaqdan keçirilib.
Fərqlənən gənclərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR