22 Dekabr 2024, Bazar

Sədərək rayonunun Heydərabad qəsəbəsinin mini-futbol meydançasında rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin, Naxçıvan Futbol Federasiyası Sədərək Rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında mini-futbol turniri keçirilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov çıxış ediblər.
Sonra turnirə start verilib. Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Sədərək” komandası qalib adını qazanıb. Elə bu məktəbin “Əjdəkan” komandası ikinci, 2 nömrəli tam orta məktəbin “Kəhriz” komandası isə üçüncü olub.
Sonda qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR