22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız çıxış etdikləri yarışlarda, turnirlərdə diyarımızın idman ənənələrini layiqincə təmsil edirlər. İdmançıların təcrübələrini artırmaq üçün muxtar respublikamıza ayrı-ayrı idman növləri üzrə tanınmış mütəxəssislər mütəmadi olaraq dəvət olunurlar.

Elit idman növü olan bədii gimnastikanın Naxçıvanda inkişaf etdirilməsi, bu idman növünün kütləvi hal alması, qızların gimnastikaya cəlbi istiqamətində bir çox uğurlu addımlar atılıb. Hazırda muxtar respublikamızda 150-yə yaxın azyaşlı qız bədii gimnastika idman növü ilə məşğul olur. Son olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda gimnastlara təlim-məşq keçməsi üçün Azərbaycan Gimnastika Federasiyasından 2 məşqçinin dəvət olunması bunun bariz nümunəsidir. Belə ki, ölkə gimnastika federasiyasının məşqçiləri Pakizə Səmədova və Züleyxa İsmayılova oktyabr ayının 20-dək öz təcrübələrini gimnastlarımızla ­bölüşəcəklər.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR