Gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində həlledici görüşlər keçirilib.
Şərur rayonu üzrə keçirilən görüşdə Aralıq kənd komandası Düdəngə komandasını quru hesabla məğlub edib – 4:0. Culfa rayonunda isə Camaldın Bənəniyar kənd komandasından üstün olub – 3:1.
Ordubad rayonu üzrə keçirilən final qarşılaşmasında Kələntərdizə Ordubadı, Sədərək rayonu üzrə Heydərabad Sədərək komandasını eyni hesabla məğlub ediblər (3:0). Babək rayonu üzrə keçirilən həlledici qarşılaşmada Nehrəm kənd komandası Babək qəsəbə komandasını minimal hesabla məğlub edib – 2:1. Şahbuz rayonunda Kükü Şahbuzdan (5:2), Kəngərlidə isə Qıvraq Şahtaxtından (6:2) üstün olub. Naxçıvan şəhəri üzrə final oyununda Qaraçuq və Qaraxanbəyli kənd komandaları qarşılaşıb və birincilər 8:3 hesabı ilə qalib gəlib.
Qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, yeni stadionların yaradılması Gənclər və İdman Nazirliyinin, Şəhər və Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə həmin yaşayış məntəqələrində yarışların keçirilməsinə imkan verir.
Ceyhun MƏMMƏDOV