11 Yanvar 2025, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının Şərur şəhərində fəaliyyət göstərən Tir Atıcılıq Mərkəzində birgə təşkil etdiyi atıcılığın tir növü üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.
Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində tir atıcılığı idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idman kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması olub.
Birincilikdə 20 idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən Naxçıvan Dövlət Gömrük Komitəsinin əməkdaşı Kazım Cabbarov qalib adını qazanıb. Babək rayon təmsilçisi Rüstəm Bağırov ikinci, Kəngərli rayon təmsilçisi Süleyman Süleymanov isə üçüncü olublar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, plaket və hədiyyə kuponları ilə təltif ­ediliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR