29 Aprel 2024, Bazar ertəsi

Gürcüstan Respublikasının Batumi şəhərində karate üzrə “Batumi Open” beynəlxalq turniri keçirilib.
Turnirdə 6 ölkənin 400 idmançısı tatami üzərinə çıxıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılarımız kata və kumite yarışlarında 8 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, 14-15 yaş qrupunda tatamiyə 57 kiloqram çəki dərəcəsində çıxan Vüsal Seyidov hər iki növdə qızıl medal qazanıb. 8-9 yaş qrupunda mübarizə aparan Rafiq Hüseynli isə iki çəki dərəcəsində (-38 və +38 kiloqram) bürünc medal qazanıb.
18-34 yaş qrupunda beynəlxalq turnirdən qazancımız 3 bürünc medal olub. Belə ki, -60 kiloqram çəki dərəcəsində Sərcan Məmmədov, -75 kiloqram çəki dərəcəsində Mirpaşa Kərimzadə və -84 kiloqram çəki dərəcəsində Aslan İsmayılov üçüncü yerlə ­kifayətləniblər.
Qızlar arasında 10-11 yaş qrupunda mübarizə aparan Nərgiz Həsənli (-40 kiloqram) də eyni uğuru təkrarlayıb və bürünc medal qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR