02 May 2024, Cümə axşamı

Ötən ay ərzində yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Şahbuz rayon birinciliyi, “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları arasında “Peloton” İntellektual Oyunu, “8 mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qız tələbələr arasında “Xəmsə” Milli İntellektual Oyunu və muxtar respublikanın ictimai həyatında fərqlənən qadınların mükafatlandırma mərasimi keçirilmişdir.

Mart ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Badamlı-Naxçıvan Kuboku”na yekun vurulmuşdur. Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman festivalı”, Karate-do və Yüngül Atletika Federasiyası idmançılarının muxtar respublikadan kənarda keçirilən beynəlxalq turnirlərdə iştirakları təmin edilmişdir. Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərində və özəl fitnes mərkəzlərində yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılmışdır.
Mart ayında idmançılarımız beynəlxalq turnirlərdə 3 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR