07 Dekabr 2024, Şənbə

Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərində keçirilən çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyində muxtar respublika təmsilçiləri ikinci yerə layiq görülüblər.


Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində uğurlu nəticə əldə edən Babək rayon komandası ilə görüş keçirilib.
Gənclər və idman naziri Ramil Hacı komanda üzvlərini təbrik edərək bildirib ki, qazanılan nəticə onu göstərir ki, bu istiqamətdə atılan addımların nəticəsi olaraq gənclərimiz vətənpərvərlik ruhunda böyüyür, onların yüksək taktiki-fiziki hazırlığı, hərb sənəti ilə bağlı əldə etdiyi bilik və bacarıqlar gələcəkdə ordu sıralarına cəlb olunmaları baxımından önəmli rola malikdir.
Görüşdə komanda üzvlərinin təəssüratları dinlənilib, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ifadə olunub.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovun rəhbərliyi ilə ölkə birinciliyində 4 nəfərdən ibarət heyətin iştirakı təmin olunub. Komandanın üzvlərindən Fərid Həsənəliyev 1000 metr məsafəyə qaçış növündə (2.37 saniyə), Sənan Əşrəfov isə qumbaraatmada (50 metr) ən yüksək nəticə göstərərək mükafatçılar sırasına düşüblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR