29 Mart 2024, Cümə

Ötən il ölkə şahmat ictimaiyyətində böyük maraqla qarşılanan “Naxçıvan Premium Turnir” bu il ikinci mövsümlə yeni mübarizəyə səhnə olacaq. 14-25 yanvar tarixlərini əhatə edəcək turnirin əsas mərhələsində 2021-ci ilin deka­brında keçirilən seçmə mərhələ yarışını adlayan şahmatçılar və ötən mövsümün ilk üçlüyü – qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Pərviz Qasımov və Toğrul Həsənzadə qələbə uğrunda mübarizə aparacaqlar.
Dairəvi sistem üzrə 11 turdan ibarət yarışda oyun vaxtı 90 dəqiqə + hər gedişə 30 saniyə olmaqla təyin edilib. Turnir cədvəlində xallar bərabər olduğu təqdirdə, “Berqer əmsalı”, şəxsi görüşlərin nəticəsi və qələbələrin sayı əsas götürüləcək. Turnirdəki sıralamadan asılı olaraq iştirakçıların hər birinə pul mükafatı təqdim olunacaq.
Yarış müddətində iştirakçılar Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə “Təbriz” mehmanxanasında məskunlaşacaqlar. Oyunlar isə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində reallaşacaq.
Xatırladaq ki, ilk dəfə təşkil olunan “Naxçıvan Premium Turnir”in qalibi Urfan Sevdimalıyev olmuşdu.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR