30 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən növbəti interaktiv dərs keçilib. Naxçıvan Şahmat Mərkəzində keçilən dərs öncə ümumtəhsil məktəblərinin şagirdləri, daha sonra ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər, şahmat məktəbləri üçün təşkil edilib. Şagirdlər üçün beynəlxalq usta, müəllim Toğrul Həsənzadə tərəfindən “2 at müdafiəsinə aid oyunların təhlili” mövzusunda keçilən interaktiv dərsdə şahmata yeni başlayanlar üçün açıq debütlərdən istifadə etməyin daha səmərəli olduğu izah olunub. Müəllimlər üçün təşkil olunan seminarda şahmat oyununda kompüter proqramlarından istifadə haqqında məlumat verilib.


Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə etüd həllinin təhlili aparılıb.
Ümumilikdə, interaktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

* * *

Mersin Yenişəhər Bələdiyyəsi Atatürk Kültür Mərkəzində Türkiyə Şahmat Federasiyası və Mersin Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Mersin Böyükşəhər Bələdiyyəsi V Uluslararası Satranç Turnuvası”na yekun vurulub. Turnirdə iştirak edən Şahmat Federasiyasının idmançılarından beynəlxalq usta Talıb Babayev “A” qrupunda 5,5 xal toplayaraq 50 yaşdan yuxarı şahmatçılar arasında birinci yerə layiq görülüb. Qeyd edək ki, bu qrupda 82 zəka sahibi mübarizə aparıb.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR