07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır, gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Məqsədyönlü tədbirlərin davamlı xarakter alması və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Belə federasiyalardan biri də Basketbol Federasiyasıdır.


Federasiya idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasını daim diqqətdə saxlayır, Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurur, komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görür və basketbolun kütləvi hal alması üçün bütün zəruri tədbirləri həyata keçirir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” əsasında 2020-ci ildən etibarən basketbol idman növünün təbliği və bu sahədə peşəkar kadrların hazırlanması məqsədilə Naxçıvan Dövlət Universitetində basketbol üzrə fənn proqramı hazırlanaraq Məşqçilik ixtisasında seçmə fənnin tədrisinə başlanılıb. Eyni zamanda ali təhsil ocağında ötən il 15 tələbə hakimlik və məşqçilik üçün təşkil edilən seminarda iştirak edib və bu il universitetdə müxtəlif növ idman yarışlarında qabiliyyətlərini sınayaraq yarışların hakimi olublar. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Hazırda fəaliyyət göstərən həmin qruplarda 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur. Basketbol üzrə yığma komanda ali məktəblərin universiadasında çıxış etməklə bərabər, Türkiyənin Qars, Ərzurum şəhərlərində keçirilən turnirlərdə iştirak edib və uğur qazanıb.
Basketbol Federasiyası işini günün tələbləri səviyyəsində quraraq rəsmi internet saytını müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında hazırlayaraq yenidən istifadəyə verib (nbf.nsu.edu.az). Yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqini təmin etməkdir. Dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda funksionallıq artırılıb və yeni modullar əlavə edilib. Həmçinin saytın mobil versiyası da hazırlanıb. Yeni sayt “Ana səhifə”, “Haqqımızda”, “Qalereya”, “Yarış və nailiyyətlər”, “Rəhbərlik”, “Xəbərlər”, “Əlaqə” bölməsi olmaqla, ümumilikdə, 7 bölmədən ibarətdir. “Xəbərlər” bölməsində federasiyanın keçirdiyi tədbirlər və idman yarışlarına dair xəbərləri izləmək mümkündür. “Yarış və nailiyyətlər” bölməsində keçirilən yarışlar və qazanılan nailiyyətlərlə, “Qalereya” bölməsində keçirilən yarışların fotoşəkilləri ilə tanış olmaq mümkündür. Sual və təklifləri ünvanlamaq üçün isə “Əlaqə” bölməsindən istifadə edilə bilər.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR