19 Aprel 2024, Cümə

Dünən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, Şahmat Federasiyasının rayon bölməsinin sədri Mahirə Adnayeva Sədərək Rayon Şahmat Məktəbində şahmat dərsini tədris edən müəllimlər və şahmatçı şagirdlərlə görüş keçirib.
Mahirə Adnayeva çıxış edərək vurğulayıb ki, muxtar respublikada şahmat hərəkatı son vaxtlarda geniş vüsət alıb. Ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün xüsusi siniflər ayrılıb və şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı həyata keçirilib. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan kitablar nəşr olunaraq ümumtəhsil məktəblərinə verilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilib, qarşıya mühüm vəzifələr qoyulub. Sədərək Rayon İcra Hakimiyyəti də bu məsələni diqqətdə saxlayıb, rayonda gənclərin idmana və şahmata cəlbi sahəsində işlər görülüb. Həmçinin şahmat idman növünün kütləvi hal alması üçün federasiyanın rayon bölməsi, Təhsil Şöbəsi ilə birgə tempo yarışları, rayon birincilikləri, Türkiyənin şəhər və rayonları, Pakistanın Şahmat məktəb və mərkəzləri, Azərbaycanın şəhər və rayonlarının şahmat məktəblərinin şagirdləri arasında onlayn yoldaşlıq görüşləri keçirib və bu yarışlarda şahmatçı şagirdlərimizin iştirakları təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonda şahmatın daha da inkişaf etdirilməsi məqsədilə kiçikyaşlı istedadlı şahmatçıların seçilib üzə çıxarılması və komanda şəklində formalaşması daim diqqət mərkəzində saxlanılmalı, dərsdən sonra şagirdlərlə əlavə şahmat məşğələləri keçirilməsi, Sədərək rayonunun şahmatçı şagirdlərinin də yarışlarda da fəallıqla iştirak etməsi təmin olunmalıdır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, rayonda şahmatın inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Təhsil Şöbəsinin müdiri Sirac Qarayev diqqətə çatdırıb ki, Türkiyə Şahmat Federasiyanın təşkilatçılığı ilə 13-18 sentyabr 2021-ci il tarixlərdə Kırşehir “2021 Uluslararası Ahilik Yılı Açık Satranç Turnuvasında” 10 yaşlı şahmatçılar arasında Sədərək Rayon Şahmat Məktəbinin şahmatçı şagirdi Anar İbrahimzadə 3-cü yerə layiq görülüb. Karate üzrə 11-ci Dünya Şotokan Çempionatında iştirak edən Məhəmməd Bağırov və Canər Abbaszadə müvafiq olaraq II-III yerlərin sahibi olublar.
Tədbirin sonunda ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 2 məşqçi-müəllimə mükafat təqdim edilib.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR