Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması diqqət mərkəzində saxlanılır, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Paralimpiyaçılarımız muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakına da ciddi önəm verilir.
Ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI paralimpiya idman oyunlarının pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışları muxtar respublika paralimpiyaçıları üçün uğurlu nəticələrlə yadda qalıb. Bu yarışda iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Həsən Qasımov II, Mehdi Quliyev isə III yerə layiq görülməklə, yarışın mükafatçıları sırasına daxil olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti