Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında keçirilən kikboksinq üzrə muxtar respublika çempionatına yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 komandanın 120 idmançısı 3 yaş kateqoriyası üzrə 22 çəki dərəcəsində rinqə çıxıb. Birinciliyi keçirməkdə məqsəd kikboksinq idman növünün inkişafı, bu növün kütləviliyinin təmini və klubların işinin təkmilləşdirilməsindən ibarət olub.
Olimpiya sistemi üzrə keçirilən yarışda 7-8 yaş qrupu üzrə Asim Kərimli (20 kiloqram, “Turan” döyüş klubu), Məhəmməd Qasımov (22 kiloqram, “Turan” döyüş klubu), Uğur Məmmədli (24 kiloqram, “Naxçıvan-1”), Sabir Novruzov (26 kiloqram, “Turan” döyüş klubu), Mirqafar Seyidli (28 kiloqram, “Turan” döyüş klubu), İlkin Nağılı (30 kiloqram, “Naxçıvan-2”) və Rəsul Əsgərov (32 kiloqram, “Turan” döyüş klubu) qalib adını qazanıblar.
9-10 yaş qrupunda Nağı Süleymanlı (24 kiloqram, “Kəngərli”), Yusif Məmmədov (26 kiloqram, “Şərur”), Elnar Əkbərli (28 kiloqram, “Turan” döyüş klubu), Uğur Məmmədli (30 kiloqram, “Şərur”), Yaqub Hacıyev (32 kiloqram, “Turan” döyüş klubu), Ayhan Xəlilov (36 kiloqram, “Naxçıvan-2”), Əbülfəz Cəfərov (39 kiloqram, “Turan” döyüş klubu) və Mahmud Mahmudlu (39+ kiloqram, “Turan” döyüş klubu) öz çəki dərəcələrində birinciliyin qalibi olublar.
11-12 yaş qrupunda isə Nurəddin Əliyev (30 kiloqram, “Turan” döyüş klubu), Əli Nəsrullayev (32 kiloqram, “Kəngərli”), Elşad Cəlilov (35 kiloqram, “Odlar yurdu”), Səid Abbaslı (38 kiloqram, “Turan” döyüş klubu), Oğuz Məmmədli (42 kiloqram, “Turan” döyüş klubu), Uğur Əsgərov (47 kiloqram, “Naxçıvan-1”) və İsmayıl Hüseynzadə (52 kiloqram, “Turan” döyüş klubu) muxtar respublika çempionu adına layiq görülüblər.
Komanda hesabında isə ilk üç pillədə “Turan” döyüş klubu, “Şərur” və “Kəngərli” komandaları qərarlaşıblar.
Sonda qaliblər təltif olunublar.
Ceyhun MƏMMƏDOV