25 Aprel 2024, Cümə axşamı

Türkiyənin İstanbul şəhərində təşkil olunan və dünyanın 70-dən çox ölkəsində canlı yayımlanan peşəkar kikboksçuların ənənəvi döyüş gecəsi – “Levent Bulut Fight Club Champions Night”da Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev də iştirak edib. Tədbirə rəsmi qonaq qismində dəvət olunan federasiya sədri turnirin mükafatlandırma mərasimində yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib, Azərbaycan idmançılarının bu tip yarışlarda iştirakını yüksək qiymətləndirdiyini ifadə edib. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının idman arenalarında da davam etdirilməsi təqdir olunub.
Turnirdən sonra yarışın təşkilatçısı, tanınmış məşqçi Ləvənd Bulud və Xəyal Abdullayev arasında görüş reallaşıb. İrimiqyaslı turnirlərin təşkilatçılıq məsələləri ilə bağlı müzakirə və məsləhətləşmələr aparılıb, Naxçıvanın gənc kikboksçularının bu tipli turnirlərdə iştirakının təmin olunması ilə bağlı razılıq əldə olunub. Görüşün sonunda “Levent Bulut Fight Club Champions Night”a məxsus xatirə kəməri Xəyal Abdullayevə hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR