22 Dekabr 2024, Bazar

Daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Pambıq” Uşaq Bezi Fabrikidir. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib. Təcrübəli mütəxəssislərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb, 2 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün ayrı-ayrı bölmələr yaradılıb.

Ardını oxu...

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasından 16 il ötür.
Bazar iqtisadiyyatının inkişaf etdirilməsində vergi orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Çevik vergi siyasətinin aparılması ulu öndərimizin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. Buna görə də ümummilli liderimizin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı. Yeni struktur tezliklə sistemli, operativ, koordinasiya və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Həmin dövrdə ölkəmizdə vergi münasibətlərinin tənzimlənməsi sahəsində sistemsizlik və boşluqların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən idi. Buna görə də 2001-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edildi.

Ardını oxu...

Muxtar respublikamızda stabil iqtisadi inkişaf bank sektorunun fəaliyyətində də müşahidə olunmaqdadır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk ayının nəticələri bankların fəaliyyətinin məqsədəuyğun şəkildə həyata keçirildiyini, muxtar respublikada maliyyə sabitliyinin təmin edilməsində onların rolunun artdığını deməyə əsas verir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 fevral 2016-cı il tarixə iqtisadiyyata kredit qoyuluşunun ümumi həcmi 119 milyon 830 min manat, o cümlədən qısamüddətli kreditlərin həcmi 16 milyon 700 min, uzunmüddətli kreditlərin həcmi isə 103 milyon 130 min manata çatıb. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit qoyuluşunun ümumi həcmində 18,9 faiz artım olub.

Ardını oxu...

Heyvandarlıqda damazlıq işinin və qaramalın cins tərkibinin yaxşılaşdırılması, baytarlıq xidmətinin düzgün təşkili və süni mayalandırma tədbirləri vacib amildir. Son illər ölkəmizdə bu məsələ diqqət mərkəzində saxlanılır. “Heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ardını oxu...

“Xalaoğlu” Kəndli Fermer Təsərrüfatında keçirdiyimiz bir gün

(Oçerk)

 Əhalisinin 70 faizi kəndlərdə yaşayan muxtar respublikamızda insanların əsas məşğuliyyəti olan əkinçiliyin və heyvandarlığın inkişafına hərtərəfli şərait yaradılıb. Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından bəhrələnməklə təsərrüfatını daha da genişləndirən, ətrafına on-on beş nəfər kəndlisini toplayıb, onlara iş yeri açan  fermer təsərrüfatlarının sayı ilbəil artır. Daxili bazarı keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən geniş təsərrüfat sahiblərindən, sadə zəhmət adamlarından biri haqqında oçerk yazmaq üçün bir balaca araşdırma apardım. Tanıdığım sahibkarlardan, iş adamlarından soraqlaşdım. Rafiq Əliyevlə görüşməyi məsləhət gördülər. 

Bir neçə dəfə zəngləşib görüşmək üçün vaxt təyin etsək də, gah onun, gah da mənim digər işlərimizlə əlaqədar olaraq görüşə bilmirdik. Axır ki, Rafiq Əliyev özü münasib vaxt təyin etdi, – bazar günü görüşək, sizin istirahət gününüz olsa da, üzrlü hesab edin, bizim iş vaxtımızdır. Elə ünvanı da özü nişan verdi. Naxçıvan-Culfa magistralının kənarında yerləşən Modul Elektrik Stansiyasını keçib, sağ qol üstə gəlin. Nehrəm kəndinin girişində, aptekin yanında kimdən soruşsanız, fermanı göstərəcəklər, – dedi. Razılaşdığımız kimi bazar günü getdik Nehrəmə.

Ardını oxu...

2016-cı ilin yanvar ayında dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarına 600 ton müxtəlif təyinatlı yük daşınmış, nəqliyyatın bu növündən 11 min 800 sərnişin istifadə etmişdir. Daşımaların nümunəvi təşkili məqsədilə lazımi işlər görülmüş, yollarda hərəkətin təhlükəsizliyi təmin olunmuşdur. Bu dövrdə Culfa Lokomotiv Deposunda lokomotivlər 5 dəfə texniki baxışdan keçirilmiş, 1 elektrovoz cari təmir edilmişdir. Culfa Vaqon Deposunda isə 2 vaqon cari təmir olunmuş, 1 sərnişin vaqonunda istilik sisteminin bərpası işləri davam etdirilmişdir.
Qış aylarında hərəkətdə fasilələrin yaranmaması üçün də bütün zəruri tədbirlər görülür. Belə ki, ötən ay mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilmiş, süni tikililər, küvet və yol yataqları təmizlənmişdir. Xidməti ərazidəki bütün körpü və keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular mütəmadi yoxlanılmış, polad relslərin istismara yararlılığına nəzarət olunmuşdur.
Rabitə və işarəvermə sahəsinin əməkdaşları da işini günün tələbləri səviyyəsində qurmuş, qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qıvraq stansiyasında 24 müxtəliftipli rele və lokomotivlərdə 5 blok dəyişdirilmişdir. Ay ərzində elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmış, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bu dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işlərini davam etdirmişdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda da özəl sektorun inkişafı əsas yer tutmuş, bu məqsədlə davamlı tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilmiş, yeni meyvə bağları salınmış, istixana kompleksləri yaradılmışdır. “Naxçıvan bağları” istixana kompleksinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərdəndir. 

Sahibkar Elçin Bağırov bizimlə söhbətində qeyd etdi ki, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmiş və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublika ərazisində təbii qaz nəqlinin etibarlılığını və fasiləsizliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər görür. Bu işlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
Belə ki, istehlakçılar tərəfindən Qaz İstismarı idarələrinin Qəza Dispetçer xidmətlərinə daxil olmuş 1592 çağırışa operativ baxılmış, 2173 halda qaz sızması aşkarlanaraq aradan qaldırılmışdır. Qış aylarında artan tələbat nəzərə alınaraq sutka ərzində qazın təzyiqi və sərf olunan qazın həcmi qeydiyyata alınmış, mütəmadi olaraq texniki baxış keçirilmiş, lazımi yerlərdə təmir işləri görülmüşdür. Həmçinin yararsız qaz sayğaclarının istismardan çıxarılması və yeni sayğacların quraşdırılması işləri də davam etdirilmiş, Naxçıvan şəhərində 88 ədəd smartkarttipli sayğac quraşdırılmışdır.
Təmir işləri üçün tələbata uyğun ehtiyat bazası da yaradılmış, bütün maşın-mexanizmlər və qaynaq avadanlıqlarının istismara yararlılığı təmin olunmuşdur. Bu dövrdə yeni xətlər çəkilərkən, eləcə də yerdəyişmə və təmir işləri aparılarkən 17 min 134 paqonometr müxtəlifölçülü borulardan istifadə olunmuş, 132 mənzil, fərdi ev və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır.
Təbii qazdan səmərəli istifadə və təhlükəsizlik tədbirlərinə əməl olunması məqsədilə reydlər və əhali arasında maarifləndirici tədbirlər yanvar ayında da davam etdirilmişdir. Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə də diqqət artırılmış, şəhər, rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsi üzrə kurslara cəlb olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

Muxtar respublikada 2016-cı ilin yanvar ayında da əhaliyə keyfiyyətli rabitə və poçt xidmətləri göstərilmişdir. Bu dövrdə yaşayış məntəqələrində, xüsusən də kəndlərdə yüksəkkeyfiyyətli rabitə xidmətinin təşkili diqqət mərkəzində saxlanılmış, Babək rayonunun Xəlilli, Şərur rayonunun Yuxarı Yaycı və Axaməd kəndlərində yeni avtomat telefon stansiyaları quraşdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda Şərur rayonunun Cəlilkənd, Qorçulu, Babək rayonunun Şəkərabad kəndlərində və Babək qəsəbəsində mövcud KAREL tipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuş, muxtar respublikanın yaşayış məntəqələrində 25-i simsiz olmaqla, 206 yeni telefon nömrəsi istismara verilmişdir.
“Evədək optika” layihəsi üzrə görülən işlər yanvar ayında da uğurla davam etdirilmişdir. Ötən ay Ordubad rayonunun Biləv və Gilançay kəndləri arasında 12 min 136 metr, ümumilikdə isə muxtar respublikada 15 kilometrdən artıq fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmış, 16 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Genişzolaqlı “Asinxron rəqəmsal xətləri” texnologiyası vasitəsilə yanvar ayı ərzində 321 abunəçi internetlə təmin olunmuşdur. Bundan başqa, ay ərzində “Naxtel”in daha 4 baza stansiyası qurulmuş və 4-cü nəsil baza stansiyalarının sayı 85-ə çatdırılmışdır. Həmçinin “Naxtel”in Billing sistemi üçün əsas və ehtiyat server avadanlıqları alınıb gətirilmiş, “Orakl” şirkətinin mütəxəssisləri tərəfindən montaj işləri başa çatdırılmışdır. Hazırda 1-ci mərhələ üçün nəzərdə tutulan proqram təminatının yüklənməsi işləri davam etdirilir.

Ardını oxu...

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradıb. Ətlik və südlük maldarlığın inkişafı istiqamətində 40 mindən yuxarı toxum preparatları gətirilib, yerli cins mal-qarada süni mayalanma aparılıb.
Ümumilikdə, 2008-2015-ci illər ərzində muxtar respublikada 43 min 132 baş mal-qara mayalandırılıb və 28 min 760 baş sağlam bala alınıb. Bundan başqa, “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yetişdirilən 67 baş damazlıq düyə təsərrüfatlara satılıb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq 2015-ci ildə muxtar respublikaya 249, bütövlükdə isə 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilib. Bu dövrdə muxtar respublikada yeni yaradılan və genişləndirilən heyvandarlıq təsərrüfatlarının sayı 275-ə çatdırılıb.

Ardını oxu...

Sağlam iqtisadiyyatın cəmiyyətin hərtərəfli inkişafı üçün əsas şərt olduğu, hər bir insanın yaxşı yaşaması naminə onun daha da möhkəmləndirilməsinin əhəmiyyəti hər kəsə məlumdur. Xüsusən dünyada qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə hər bir ölkədə bütün diqqətlər, ilk növbədə, iqtisadiyyatın inkişafına yönəldilərək sosial-mədəni inkişafdan tutmuş müdafiə məsələlərinədək bütün sahələrə iqtisadi zəmanət yaradılır.
Müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da muxtariyyət illərində iqtisadi inkişafı ilə nəyə qadir olduğunu bir daha sübut edərək yeni bir mərhələyə qədəm qoymuşdur. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvanın 92 il ərzində keçdiyi bu inkişaf yolu bir çox cəhətlərinə görə çoxəsrlik bir dövrə sığan zənginliyə sahibdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şəraitin yaradılması, yeni texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltmişdir. 2016-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilmiş, operativliyin artırılması diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 459 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Şərur rayonunun Axaməd və Qarxun, Şahbuz rayonunun Sələsüz, Kəngərli rayonunun Yurdçu, Ordubad rayonunun Qoşadizə, Culfa rayonunun Boyəhməd, Babək rayonunun Güznüt və Zeynəddin kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, 114 müraciətə baxılmışdır. Bundan başqa, muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 73 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır.

Ardını oxu...

Bu ilin yanvar ayı ərzində yerli hava xəttindən 15 min 387 sərnişin istifadə etmiş, 232 min 37 kiloqram baqaj, 41 min 725 kiloqram yük və 2289,27 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva reysi üzrə 136 sərnişin, 2 min 373 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi üzrə 364 sərnişin və 5 min kiloqram baqaj daşınmışdır.
Hava limanında daim təhlükəsizlik işlərinin görülməsi və texnikaların işinə nəzarət olunması uçuşların vaxtında və təhlükəsiz təşkilini təmin etmişdir. Ay ərzində hava gəmilərinə uçuşqabağı və sonra texniki baxış keçirilmiş, uçuş-enmə zolağı və dayanacaqlar mütəmadi yoxlanılmış, perronda və dönmə yollarında təmir işləri aparılmış, işıq-siqnal sisteminə və bütün növ xidməti avtomobillərə texniki baxış keçirilmiş, lazımi hissələr dəyişdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, ardıcıl meliorasiya və irriqasiya tədbirləri görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları 2016-cı ildə də bu işləri uğurla davam etdirirlər.
Yanvar ayında suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 1,75 kilometr təzyiqli boru xətti təmir olunmuş, 14,88 kilometr kanal, 29,6 kilometr ara arxlar və 1,3 kilometr kollektor lildən təmizlənmiş, 1 kilometr məsafədə yeni suvarma xətti çəkilmişdir. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq qapalı suvarma şəbəkəsində 600 metr məsafədə boru xətti çəkilmişdir. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılmış və 760 metr boru xəttinin tikintisi başa çatmışdır. Bu dövrdə Araz çayı ətrafındakı torpaqların yuyulmasının qarşısını almaq məqsədilə 300 metr sahilbərkitmə işi görülmüşdür.

Ardını oxu...

Müasir dövrdə dünya iqtisadiyyatına inteqrasiyanın mühüm göstəricilərindən biri xarici ticarətdir. Mal və xidmətlərin idxal və ixracı hesabına əhali rifahının təmin olunması dövlətlərin apardığı iqtisadi siyasətdə əsas yerlərdən birini tutur.  Bu həm də dünya üzrə iqtisadi resurslardan səmərəli istifadəyə və istehsalatda ixtisaslaşmaya şərait yaradır. Nəticədə, keyfiyyətli və münasib qiymətə təklif olunan mal və xidmətlər öz alıcısını tapmaqla bərabər, ölkələrin valyuta gəlirlərini də artırır. Bu baxımdan hazırkı dövrdə muxtar respublikamızdan xaricə göndərilən ixracyönümlü mal və xidmətlər ölkəmizin valyuta gəlirlərinə mühüm töhfələr verməkdədir. 

Muxtar respublikamızda son illər ixracyönümlü məhsul istehsalı prioritet məsələlərdən birinə çevrilmişdir. Belə ki, həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikamızda 441 müəssisə tərəfindən istehsal olunan 361 növdə və 1116 çeşiddə məhsul daxili bazarın tələbatlarını ödəməklə yanaşı, idxaldan asılılığın da azaldılmasında mühüm rol oynayır. Qeyd edək ki, hazırda muxtar respublikada 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, Naxçıvandakı bir çox müəssisə artıq xarici bazarlarda özünəməxsus yer tutmağa başlamışdır. Belə ki, bu gün muxtar respublikada istehsal gücünə görə 51 müəssisə ixrac potensialına malikdir. Həmin müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Bu gün muxtar respublikada qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən səyyar xidmət muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan olmaqla, komitənin fəaliyyət istiqamətləri üzrə səmərəliliyin artırılmasında da mühüm rola malikdir. Səyyar xidmətin təşkili həm də yerlərdə vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılmasına, vaxta qənaət  edilməsinə, şəhər və ya rayon mərkəzlərinə getmədən müraciətlərin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır.  

Ardını oxu...

Tarixən dalğalı iqtisadi inkişaf problemi dünyada həmişə özünü göstərmiş və bu, ölkələrin iqtisadiyyatına müxtəlif dərəcədə təsir etmişdir. Buna görə də qlobal rəqabətə qoşulan ölkələrin iqtisadiyyatının şaxələndirilməsi və onun ayrıca bir sahədən asılılığının aradan qaldırılması həmişə milli iqtisadiyyatın inkişafının əsas problemlərindən hesab olunur. Bu baxımdan müasir şəraitdə biliklərə əsaslanan informasiya iqtisadiyyatının qurulması və daha çox hazır məhsul istehsalı üzrə ixtisaslaşan iqtisadi model yaradılması qarşımızda duran əsas vəzifələrdəndir. 

Hazırda cəmiyyətimizin müxtəlif sahələrində – iqtisadiyyatda, sosial və humanitar sahələrdə informasiyanın artan rolu açıq-aydın görünməkdədir. Buna görə də müasir iqtisadi idarəetmənin tələblərindən biri idarəetmənin sadələşdirilməsi üçün informasiyanın gücündən tam istifadə olunması, onun səmərəliliyinin artırılmasıdır.
Bu gün qlobal dünyanın ən mühüm tələblərindən biri informa­siya cəmiyyətinə uyğunlaşmaqdır. Hazır­da ölkəmizin bu sahədəki nailiyyətləri müasir sivil cəmiyyət quruculuğunun ən yaxşı nümunələrindən biridir. Müstəqilliyin qazanılmasından keçən qısa müddət ərzində xalqımız öz tarixi-mənəvi köklərinə bağlı qalmaqla dünyanın əsas iqtisadi gücləri ilə qarşılıqlı əməkdaşlıqda və dünya mədəniyyətinə inteqrasiyada böyük nailiyyətlər əldə etmişdir. Bu gün, demək olar ki, hər bir azərbaycanlı dünyada gedən iqtisadi, mədəni və demokratik proseslər haqqında kifayət qədər məlumatlıdır. Elm, təhsil və idarəçilikdə əldə olunmuş nailiyyətlərimiz milli sərvətimizin bir parçası kimi xalqımızın ümummilli lideri Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrətinin artmasına öz töhfəsini verməkdədir. Məhz bu qüdrətin təcəssümüdür ki, bu gün Azərbaycan ondan daha zəngin ölkələrlə müqayisədə dünyanı bürümüş qlobal iqtisadi böhrandan ən az zərər görən bir ölkədir.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar 2015-ci ildə də qorunub saxlanılmışdır.
2015-ci ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Günəş Elektrik Stansiyasının, Sənaye Kompleksinin, Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsinin, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 saylı tam orta və Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəblərinin açılışında iştirak etmişdir. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat vəsait ayrılmışdır.

Ardını oxu...

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır. 2015-ci il ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 41 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 47 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Yeni yaradılmış istehsal müəssisələri tərəfindən silikon yorğan-döşək və yataq dəsti, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları, süd məhsulları, unlu-qənnadı məmulatları, çörək, yarma istehsalı həyata keçirilir. Ötən il istifadəyə verilən yeni istehsal sahələri sırasında istixana, çiyələkyetişdirmə, heyvandarlıq və balıqçılıq təsərrüfatları da vardır.

Ardını oxu...

Muxtar respublika sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu sırada əhalinin etibarlı elektrik enerjisi və mavi yanacaqla təmin olunması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına bir neçə ildir ki, bu məsələ öz həllini yüksək səviyyədə tapıb. Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılması naxçıvanlılar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, ötən ilin iyul ayından ilkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində və digər ünvanlarda yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. Bu günədək 9300 sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, bu günədək Naxçıvan şəhərində 8002 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

 Muxtar MƏMMƏDOV

Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət idi. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılırdı. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.
Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Bu istiqamətdə işlər uğurla davam etdirilib, 2013-cü ilin oktyabr ayında “NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim olunacaq.

Ardını oxu...

 Dövrümüzdə hər bir vətəndaş bazarın sabitliyinə yönələn tənzimləyici addımın məhz bank sistemindən keçdiyini yaxşı bilir və buna görə də cəmiyyət bu mühüm qurumdan adekvat addımlar gözləyir. Muxtar respublikamızın iqtisadi inkişafında burada fəaliyyət göstərən bankların rolu nədən ibarətdir? Ötən dövr Naxçıvan Muxtar Respublikasında özəl sektora maliyyə dəstəyinin göstərilməsində, yeni layihələrin həyata keçirilməsində, əhali əmanətlərinin banklara cəlb olunmasında və elektron bankçılıq sahəsində hansı irəliləyişlərlə yadda qalmışdır? Ümumiyyətlə, Naxçıvanda sadə vətəndaşlar və sahibkarlar bank xidmətləri ilə necə əhatə olunmuşlar və bu xidmətlərdən istifadə səviyyəsini genişləndirmək üçün hansı maarifləndirici tədbirlər aparılır? Oxucularımızı maraqlandıran bu sualları Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov  cavablandırır. 

– Səbuhi müəllim, ilk olaraq ötən 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bankların fəaliyyətini necə ümumiləşdirə bilərsiniz?

– Şübhəsiz, yaşadığımız bazar iqtisadiyyatı dövründə bank və digər bank olmayan kredit institutlarının üzərinə böyük məsuliyyət düşür. Banklar iqtisadi aktivliyin hərəkətə gətirilməsində, ən sadə vətəndaşdan tutmuş iri firmalaradək bütün iqtisadi subyektlərin mənafelərinin təmin olunmasında və eyni zamanda dövlətin ali maraqlarının qorunmasında ən vacib maliyyə strukturlarındandır.

Ardını oxu...

İlkin şəhərsalma mədəniyyətinin izlərini özündə yaşadan qədim Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin prospekt, küçə və məhəllələri abadlaşdırılmış, park və xiyabanlar salınmış, yeni inzibati və yaşayış binaları tikilmiş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası bu işlərin davamlı olmasına imkan vermiş, Naxçıvan şəhərində tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artmışdır.

Naxçıvan şəhərində əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılmış, şəhərin İslam Səfərli küçəsində yenidənqurma işləri aparılmış, Əliabad qəsəbəsində geniş abadlıq-quruculuq tədbirləri görülmüşdür. Tikinti-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı, ətraf kənd­ləri də əhatə etmişdir. Belə ki, Qaraçuq kəndində kompleks quruculuq işləri görülmüş, yeni kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər Bulqan kəndində davam etdirilir.

Ardını oxu...

İqtisadiyyatın stabil inkişafında bank sektorunun mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikasında real sektora investisiya qoyuluşunun artırılması üçün bank sektorunda fəallıq ötən ildə də təmin olunub. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən ötən ilin yekunlarına dair verilmiş məlumatlar belə deməyə əsas verir. 

Banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda 2015-ci ildə xeyli irəliləyiş olub. Belə ki, bank və kredit təşkilatları tərəfindən ötən il ərzində 70 milyon 221 min manat kredit verilib ki, bunun da 26 milyon 627 min manatını qısamüddətli, 43 milyon 594 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 20 milyon 860 min manatı kənd təsərrüfatının, 14 milyon 318 min manatı sənayenin, 7 milyon 162 min manatı nəqliyyatın inkişafına və digər sahələrə yönəldilib. Kredit qoyuluşu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 499 min manat artıb.
Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb. Belə ki, 2015-ci il ərzində verilmiş kreditlərin 29,7 faizi kənd təsərrüfatının inkişafına, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəldilməsinə yönəldilib. Bu kreditlər, əsasən, muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq prioritet sayılan toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, heyvandarlığın inkişafına verilib.

Xəbərlər şöbəsi

Bu gün qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biri geni modifikasiya olunmuş məhsullardır. Qısaca GMO olaraq tanınan gen mühəndisliyinə ərzaq terrorizmi də deyilir. GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir.
Dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Son məlumatlara görə, onlardan 64-ü təsərrüfatlarda tətbiq olunur. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Artıq 20 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli GMO-dan istifadə edir. ABŞ və Avropada, o cümlədən bir çox başqa ölkələrdə transgen məhsulların ayrıca satışı həyata keçirilir. Bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Artıq bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər yaratdığından geni modifikasiya olunmuş məhsullara qarşı ciddi mübarizə aparır.

Ardını oxu...

Son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılıb, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılıb. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilib, mütərəqqi texnologiyalar tətbiq olunub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın çox hissəsi yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

Yanvarın 22-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların təqdimetmə mərasimi olub.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb. Qeyd olunub ki, 2014-2015-ci illərdə muxtar respublikada 39 hüquqi şəxs dövlət qeydiyyatına, 5157 fiziki şəxs isə sahibkarlıq uçotuna alınıb. Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən sahibkarlara 82 milyon 286 min manat həcmində güzəştli şərtlərlə kreditlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6364 yeni iş yeri açılıb. Bununla yanaşı, muxtar respublika ərazisində şəxsi vəsaitlər hesabına kiçik və orta sahibkarlığın inkişafı istiqamətində 15 sənaye, 9 kənd təsərrüfatı və 8 xidmət sahəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilmiş sahələr də daxil olmaqla, ümumilikdə, 732 yeni iş yeri açılıb. Fond tərəfindən maliyyələşdirilmiş digər layihələrin icrası başa çatdırıldıqdan sonra daha 595 yeni iş yeri açılacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən idxal istiqamətində gətirilən malların keyfiyyətinə, standartlara uyğunluğuna xüsusi fikir verilir, müvafiq tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən saxlanılan malların yandırılaraq məhv edilməsidir. Həyata keçirilən növbəti məhvetmə tədbirində yandırılan mallar, əsasən, müxtəlif markalı ərzaq və qida məhsullarından, yuyucu və təmizləyici vasitələrdən, psixotrop tərkibli dərmanlardan, pirotexniki vasitələrdən, müxtəlif təsərrüfat mallarından ibarət olmuşdur. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən məhvetmədə ümumi çəkisi 12 tona yaxın olan mallar yandırılmışdır.

Ardını oxu...

Culfa rayonunda həyatın bütün sahələrində dinamik inkişafın təmin olunması ötən il davamlı tikinti-quruculuq, abadlıq tədbirlərinin həyata keçirilməsində də özünü göstərib. Məlumat üçün bildirək ki, 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 33 milyon manatdan çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 31 milyon manatdan çox olub.

Bu dövrdə Qızılca kəndində 120, Gal kəndində 96 şagird yerlik yeni məktəb binalarının, Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin və musiqi məktəbinin, Şurud kəndində yeni həkim ambulatoriyasının, Gal və Qızılca kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Bənəniyar kəndində 648, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması, Bənəniyar kəndində kitabxana və mədəniyyət evinin əsaslı təmiri, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin tikintisi, Culfa şəhəri M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb.

Ardını oxu...

Son dövrlərdə muxtar respublikamızda torpaqların monitorinqi və yerquruluşu işlərinin aparılması, geodeziya, xəritəçəkmə fəaliyyətinin yeni tələblərə uyğun təşkili, eləcə də torpaq və daşınmaz əmla­kın dövlət qeydiyyatına alınması tədbirləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbirlər yola saldığımız 2015-ci ildə də uğurla həyata keçirilib.
Komitədən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 sen­tyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na müvafiq olaraq muxtar respublika üzrə şəhər, qəsəbə və əhalisi beş mindən çox olan kənd yaşayış məntəqələrində mövcud olan nəqliyyat infrastrukturu obyektləri və daşınmaz əmlak obyektləri naturada dəqiqləşdirilərək həmin yaşayış məntəqələrinin ünvan xəritələri hazırlanıb. 2015-ci ildə komitə tərəfindən 415 girov qeydi aparılıb, əmlakın yüklülüyünə dair 3588 arayış verilib. 3157-si torpaq sahəsi, 3-ü çoxmərtəbəli yaşayış binası, 45-i qeyri-yaşayış binası, 68-i qeyri-yaşayış sahəsi, 981-i mənzil, 1710-u fərdi yaşayış evi, 12-si əmlak kompleksi kimi müəssisə olmaqla, 5976 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 85 kənddə səyyar xidmət göstərilməklə, 1502 əmlak­la bağlı müraciətlərə baxılıb, müvafiq sənədlər hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Bundan əlavə, ötən il aparılan yoxlamalar zamanı muxtar respublikanın şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına da rast gəlinib. Belə ki, muxtar respublika üzrə 713 vətəndaşın 46,5 hektar torpaq sahəsindən qanunsuz istifadə etdiyi aşkarlanıb, 10 qanunsuz fərdi yaşayış evi, 341 qanunsuz yardımçı tikili qeydə alınıb. Aşkarlanmış faktlar aktlaşdırılaraq torpaqların əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıqlar edilib. Hazırda torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

Əkinçiliyin inkişafı və bol məhsul istehsalı torpaqların su təminatından və meliorativ tədbirlərin vaxtlı-vaxtında aparılmasından çox asılıdır. Bu amil muxtar respublikada diqqət mərkəzində saxlanılır. 2015-ci ildə bu istiqamətdə görülən işlərin həcmi artmış, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmış, hidrotexniki qurğuların sazlığı daim nəzarətdə saxlanılmışdır. Ötən il muxtar respublikanın sututarlarına 230 milyon kubmetr su yığılmış, əkin sahələrinə nasos stansiyaları və çaylar daxil olmaqla, ümumilikdə, 210 milyon kubmetr su verilmiş, təkrar suvarma nəzərə alınmaqla 173 min 467 hektar torpaq sahəsi suvarılmışdır.
Melioratorlar əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün də mütəmadi tədbirlər görmüşlər. Ötən il 22 kilometr istiqamətləndirici bənd salınmış, 162 kilometr magistral kanal, 496 kilometr ara arxları, 73 kilometr kollektor lildən təmizlənmiş, 24 kilometr təzyiqli boru xətti, 8 kilometrdən artıq kaptaj və drenaj sistemi təmir olunmuşdur. Suvarma şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmış, Aza çayından çəkilən 18 kilometrlik kanal vasitəsilə Ordubad rayonunun Dəstə kəndi suvarma suyu ilə təmin edilmişdir. Həmçinin ötən il Araz çayında 9 kilometr məsafədə daşla sahilbərkitmə işi aparılmışdır.

Ardını oxu...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Anar Babayev çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb. Mövcud imkanlardan səmərəli istifadə olunması da diqqət mərkəzində saxlanılıb, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə bir sıra reydlər keçirilib, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılıblar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaq haqqında xəbərdarlıqlar edilib, tabe olmayan sürücülər Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının gücləndirilməsi, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür.
Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı aerovağzal kompleksinin “Şərq Terminalı”nın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Terminalda keçid körpüsü, teleskopik trap, lift, eskalator və yeni baqaj konveyeri quraşdırılmış, hava limanının sərnişin dövriyyəsi 400-450 nəfərə çatdırılmışdır. Hazırda “Qərb Terminalı”nda da inşaat işləri davam etdirilir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərin tərkib hissəsi olaraq ötən il Şərur və Ordubad şəhərlərində yeni aviakassa binaları istifadəyə verilmiş, ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmışdır. Sərnişinlərin rahatlığının təmin olunması sahəsində həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, 2015-ci ildə yerli hava xətti ilə 251 min 372 sərnişin, 443 min 766 kiloqram baqaj, 840 min kiloqram yük və 28 min 570 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva reysi üzrə 3 min 306 sərnişin, 56 min 278 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi üzrə 6 min 399 sərnişin və 71 min 547 kiloqram baqaj daşınmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə mühüm layihələr həyata keçirilir.
Belə ki, 2015-ci ildə muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq-qurucu­luq işləri rabitə və informasiya texnologiyaları sahəsini də əhatə etmiş, Babək Rayon Rabitə Evinin yeni binası və 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel xətti istifadəyə verilmişdir. Babək rayon mərkəzi avtomat telefon stansiyasının alternativ telekommunikasiya sisteminə qoşulması rayonda dayanıqlı və keyfiyyətli rabitə xidmətinin göstərilməsinə şərait yaratmışdır. Bundan başqa, ötən il Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Avadanlıqların Texniki Xidmət Mərkəzi yaradılmışdır.
Rabitə xidmətlərinin müasirləşdirilməsi istiqamətində görülən işlər muxtar respublikanın bütün bölgələrini əhatə etmiş, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürkənd, Kürçülü, Axaməd, Cəlilkənd, Yuxarı Yaycı, Babək rayonunun Xal-xal, Xəlilli, Yarımca, Ordubad rayonunun Gilançay, Tivi, Şahbuz rayonunun Gömür, Culfa rayonunun Qızılca, Saltaq, Camaldın, Şurud və Gal kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, yeni nəsil avtomat telefon stansiyaları qurulmuş, muxtar respublikada 187 min 367 metr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir. Artıq yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir.

Ardını oxu...

Muxtar respublikada nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Beynəlxalq Hava Limanının hərtərəfli fəaliyyət göstərməsinə şərait yaradıb. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati bina istifadəyə verilib, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəliftəyinatlı yeni maşın-mexanizmlər alınıb, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsi daha da yüksəldilib.
2015-ci ilin dekabr ayında hava limanının “Şərq Terminalı” fəaliyyətə başlayıb. Sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək üçün burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Bundan əlavə, terminalda hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb, yeni baqaj konveyeri və eskalatorlar istifadəyə verilib.
Bu günlərdə CİP xidmətinin təkmilləşdirilməsi sərnişinlərə hava limanının yüksək səviyyəli xidmətlərindən istifadə etməyə imkan verir. Belə ki, bu xidmətdən istifadə edənlər üçün xüsusi ayrılmış gözləmə zalında hərtərəfli şərait yaradılıb. Burada televizor, məlumat monitoru, “Wi-Fi” internet şəbəkəsi quraşdırılıb, yumşaq divan və kreslolar qoyulub. Xidmətin istifadəçiləri gözləmə zamanı muxtar respublikamızda istehsal olunan şirniyyatlardan, soyuq içkilərdən, yerli təbii bitki çaylarından, yeni yaradılmış avtomobil dayanacağından istifadə edə bilərlər.
CİP xidməti sərnişinlərə yük və baqajların daşınmasında, eləcə də xüsusi mikroavtobusdan istifadə etməklə, ümumi zala daxil olmadan rahatlıqla təyyarəyə minməkdə xüsusi güzəştlər təqdim edir.
Hava limanından verilən məlumata görə, xidmətdən istifadə etmək istəyənlər əvvəlcədən bunun üçün nəzərdə tutulmuş 544-47-08 nömrəli telefona zəng edib əlaqə saxlamalıdırlar.

 Səbuhi Həsənov

Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Belə ki, “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, 2005-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət pro­qramlarının həyata keçirilməsi və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” ümumi inkişafa təkan vermiş, yeni istehsal sahələri yaradılmış, iqtisadiyyatın şaxələndirilməsi təmin edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı məhsul istehsalının artımına böyük stimul vermişdir.

Ardını oxu...

Qeyd: Dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 801 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 968 min 100 manat olmuş, cəmi 2 milyon 234 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 113,5 faizini təşkil edir.

Müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin genişlənməsi iqtisadiyyatda innovativliyin və şəffaf fəaliyyətin göstəricisidir.
Bu gün dünya təcrübəsinə baxsaq, görərik ki, nağdsız dövriyyənin həcminin artırılması istiqamətində nağd ödənişlərin yuxarı həddi üçün limitin tətbiq edilməsi bu sahədə kifayət qədər uğurlara nail olmağa imkan verir. Eyni zamanda beynəlxalq təcrübədə nağdsız ödənişlərin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərdən və nağd ödənişlərə məhdudiyyətin qoyulması üsullarından da geniş istifadə olunur. Məsələn, Kolumbiyada malların (işlərin, xidmətlərin) dəyəri ödəniş kartları ilə ödənilərkən istehlakçılardan tutulan ƏDV-nin məbləği 2 faiz həcmində azaldılır. İsveçdə plastik kartlar vasitəsilə il ərzində edilən ödənişlərin 2 faizi həcmində əlavə bonus təqdim olunur. Macarıstanda POS-terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar verilir. Bundan əlavə, bir sıra ölkələrdə nağd hesablaşmaların minimuma endirilməsi məqsədilə qanunvericilikdə məhdudiyyətlər qoyulmuşdur.

Ardını oxu...

Son illər muxtar respublikamızın hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuq ünvanına çevrilmiş Şərur rayonunun siması xeyli dəyişmiş, çoxlu sayda sosial obyektlər, xidmət şəbəkələri, irili-xırdalı onlarla istehsal və emal müəssisələri fəaliyyətə başlamış, yollar, körpülər salınmış, meliorasiya qurğuları istifadəyə verilmişdir. 

Bəli, bu gün Şərur əsl yüksəliş dövrünü yaşayır. Ölkə başçısı tərəfindən imzalanan, icrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bütün bölgələr kimi, Şərurun da inkişafı özünün yeni müstəvisinə qədəm qoymuşdur. İnsanlar böyük həvəslə qurub-yaradır, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dövlətimiz tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsində aqrar sektorun çoxşaxəliliyi təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 2015-ci ildə də sahibkarlara verilən güzəştli kreditlər hesabına muxtar respublikada soyuducu anbarların, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri həyata keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 23 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklər torpaqlardan düzgün istifadə qaydalarını daha da gücləndirib, torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərarvermə ilə əlaqədar cəzaları sərtləşdirib.

Ardını oxu...

2015-ci il sоsial-iqtisadi inkişaf baxımından muxtar rеspublikamızın tarixində mühüm mərhələ təşkil еdir. Belə ki, adıçəkilən dövrdə daxili imkanlardan və еhtiyat mənbələrindən səmərəli istifadə оlunmuş, inkişaf kоnsеpsiyası iqtisadi və sоsial müstəvidə yüksələn xətlə davam еtdirilmiş, iqtisadiyyatda müsbət mеyillər daha da möhkəmləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, bu dövrdə iqtisadi və sosial sahədə bütün makroiqtisadi göstəricilərin yüksəlişi təmin edilmiş, ümumi daxili məhsulun həcmi 2 milyard 465 milyon manatdan çox olmuşdur. Müxtəlif istehsal sahələrində qazanılan uğurlara həyata keçirilən islahatlar nəticəsində nail olunmuşdur. Bu sırada sənaye sahəsi xüsusi yer tutur. Bəhs olunan dövrdə mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, təbii ehtiyatlardan və əmək resurslarından istifadə əsasında yeni müəssisələrin yaradılması nəticəsində 917 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir.

Ardını oxu...

Ərzaq təhlükəsizliyinin təmin olunması bu gün dünyanı düşündürən başlıca məsələdir. Və bu problemin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunması üçün görülən işlər öz bəhrəsini verməkdədir.
Qeyd olunmalıdır ki, bu sahədə digər ərzaq məhsulları ilə yanaşı, heyvandarlıq məhsullarının istehsalı da mühüm əhəmiyyətə malikdir. Daxili bazarın yüksəkkeyfiyyətli ət və süd məhsulları ilə təmin olunması və sağlam təsərrüfatların qorunması muxtar respublikamızda ötən ildə də ən zəruri sahə kimi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, onun şəhər və rayon baytarlıq idarələri tərəfindən regionun bütün yaşayış məntəqələrində əhaliyə məxsus mal-qara, ev quşları və digər kənd təsərrüfatı heyvanları arasında xəstəliklərə qarşı diaqnostik, profilaktik və müalicəvi tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

2015-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması ümumi daxili məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2015-ci il ərzində muxtar respublikada keçirilmiş 101 satınalma müsabiqəsi nəticəsində 1 milyon 216 min 595 manat dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Qış mövsümündə muxtar respublika sakinlərini və şəhərimizə gələn qonaqları fasiləsiz və təhlükəsiz ictimai nəqliyyatla təmin etmək qarşıda duran ən vacib məsələlər sırasındadır. Hər il bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar ötən il avqust ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə bununla bağlı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilmişdir. Nazirliyin kollektivi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmuş, adıçəkilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün var-qüvvə ilə çalışmışdır. Bunun nəticəsidir ki, qış mövsümündə ictimai nəqliyyat xidmətinin göstərilməsində heç bir problem yoxdur.

Ardını oxu...

– Ay bala, ay oğul, dükanın malıdır, o qutuların üzərinə çıxmayın. İçərisində olan peçenye əzilər, çıraq şüşələri sınar. Əlindəki qutunu göstərib, – bu da kərə yağıdır, görək birtəhər çatdırsaq yaxşı olar. Qorxuram ki, əriyə, – deyən satıcılar toyuq-cücələrini qoruyan kimi, mallarını qoruya-qoruya çatdırırdı dükana.

Ardını oxu...

2015-ci il bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də mühüm nəticələrlə yadda qalıb. İl ərzində muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan iqtisadi inkişaf məqsədilə səmərəli istifadə olunması və əlverişli ekoloji mühitin yaradılması üçün dövlət ekoloji siyasəti uğurla davam etdirilib.

Ardını oxu...

Nədənsə, yol haqqında söhbətləri hamı diqqətlə dinləyir. Məsələn, dostlarımızdan biri səyahətdə olduğu ölkənin mədəniyyətindən danışdıqda hökmən burdakı yolların vəziyyəti ilə maraqlanırıq.  Şübhəsiz, yol inkişafın ən mühüm göstəricisidir. Uzaqları yaxınlaşdıran, insanları bir-birinə qovuşduran geniş yollar çəkildikcə həyat da rahat olur. Bu yollar təkcə rahat gediş-gəliş deyil, onlar bizim abad ev-eşiyimiz, avand işlərimiz, yurdumuza gələn qonaqların gözəl təəssüratıdır.

Şəhər mədəniyyətinin, güclü iqtisadiyyatın və qonaqpərvərliyin bir simvolu olan rahat və geniş yollar həmişə insanları özünə çəkib. Bu baxımdan indiki yollarımızla gedərkən, sadəcə, yoldur, – deyib keçməyək. Biz bu günlərə necə gəldik? Nə qədər səbir və zəhmətlə bu yollar hasilə gəldi, nə qədər işçi və mühəndis yay-qış demədən bu yolların çəkilişində çalışdı? Bir çoxlarını bəzən inandırmaq çətindir. Amma inşaat işindən az-çox məlumatı olanlar bilirlər ki, yol çəkilişi ən mürəkkəb mühəndis-texniki işlərdən biridir.

Ardını oxu...

 Muxtar respublikamızda“Kənd təsərrüfatı ili” elan edilən 2015-ci il də

bu baxımdan uğurlu oldu

“Kənd təsərrüfatı ili” sona çatmaq üzrədir. Bu il də aqrar sahə iqtisadiyyatının innovasiya yönümlü inkişafını təmin edən strategiya uğurla həyata keçirilib. Son illər kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə həm də təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir.  

Dövlətimizin bu sahəyə diqqət ayırması heç də təsadüfi deyil. Çünki ölkəmiz yeraltı təbii sərvətlərlə zəngin olsa da, həmin sərvətlərimiz nə vaxtsa tükənəcəkdir. Bu gün hazırda neftin dünya bazarında ucuzlaşması iqtisadiyyatımıza təsirsiz ötüşmür. Bu baxımdan qeyri-neft sektorunun, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edir. Muxtar respublikamızda bu günədək əkilməyən münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, ucu-bucağı görünməyən meyvə bağlarının salınması, heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı, istixanaların, yeni soyuducu anbarların istifadəyə verilməsi bir daha onu göstərir ki, Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verməkdədir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR