Naxçıvan Muxtar Respublikasında dövlətimiz tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsində aqrar sektorun çoxşaxəliliyi təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 2015-ci ildə də sahibkarlara verilən güzəştli kreditlər hesabına muxtar respublikada soyuducu anbarların, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması məqsədilə yerli investisiyalar əsasında soyuducu və digər məhsulların saxlanılması üçün anbarların sayı 33-ə, ümumi tutumu 20655 tona çatdırılmışdır. Dövlət maliyyə dəstəyi ilə yaradılmış, bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 5030 ton olan ixtisaslaşdırılmış 9 soyuducu anbar və sahibkarlıq subyektlərinin istehsal məhsullarının saxlanması üzrə tutumu 6070 ton olan 13 ixtisaslaşdırılmış ərzaq məhsulları üçün anbar mövcuddur. Bunlardan başqa, sahibkarlıq subyektlərinin məhsullarını saxlamaq üçün tutumu 9555 ton olan 11 anbar fəaliyyət göstərir.
Muxtar respublikanın aqrar sektorunun inkişafında mühüm element kimi soyuducu anbarların istifadəyə verilməsi əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına şərait yaratmışdır. 2015-ci ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu аnbаrlаrа tədarük edilmiş və keyfiyyəti daim nəzarətdə saxlanılmışdır. 1 iyul 2015-ci il tarixdən 4 yanvar 2016-cı il tarixədək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 2968 ton məhsul tədarük olunmuşdur. Bunun da 2040,89 tonu kartof, 532,93 tonu soğan, 29,30 tonu ərik, 309,31 tonu alma, 3,50 tonu armud, 28,30 tonu şaftalı, 20,20 tonu üzüm, 3,00 tonu kələm, 0,32 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1641 tonunun satışı həyata keçirilmiş, 1 iyul 2015-ci il tarixə yaranmış 152 ton qalıq da daxil olmaqla, ümumilikdə, 2016-cı il yanvarın 4-nə soyuducu anbarlarda məhsul qalığı 1479 ton təşkil etmişdir.
Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən qayğı sayəsində muxtar respublikada 113 min 892 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir.
Bundan əlavə, fərdi təsərrüfatlarda, ümumilikdə, 100 min kvadratmetrdən çox sahədə sadə üsulda yaradılmış istixanalarda müxtəlif tərəvəz məhsulları əkilmişdir.
Muxtar respublikada mövcud olan ixtisaslaşdırılmış istixana təsərrüfatları tərəfindən 64 min 40 kvadratmetr sahədə pomidor, 35 min 504 kvadratmetr sahədə xiyar, 3000 kvadratmetr sahədə çiyələk, 900 kvadratmetr sahədə badımcan, 400 kvadratmetr sahədə göbələk, 6 min 232 kvadratmetr sahədə bibər, göyərti, brokoli, kahı və şitil olmaqla, ümumilikdə, 110 min 76 kvadratmetr sahədə əkin işləri aparılmışdır.
1 yanvar 2015-ci il tarixdən 4 yanvar 2016-cı il tarixədək ixtisaslaşdırılmış istixana komplekslərində yetişdirilən 1592,2 ton məhsul istehlak bazarının davamlı təchizatını təmin etmişdir. Bunun 957,8 tonunu pomidor, 604,5 tonunu xiyar, 4,8 tonunu göbələk, 16,2 tonunu badımcan, 7,4 tonunu bibər, 1,5 tonunu göyərti təşkil etmişdir.
Xəbərlər şöbəsi