22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevin sözlərinə görə, operativ nəzarət tədbirləri zamanı 26 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 35 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada əkinçiliyin inkişafına öz təsirini göstərmişdir.
Son illər dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən torpaq mülkiyyətçilərinə maliyyə və texniki dəstəyin göstərilməsi kənd təsərrüfatı məhsullarının istehsalını xeyli artırmışdır. Əsas strateji məhsul hesab olunan taxıl əkininin genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1 noyabr 2015-ci il tarixə muxtar respublikada payızlıq taxıl əkini üçün 19 min 876 hektar sahədə şum qaldırılmış, 14 min 118 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Şum aparılmış sahələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,3 faiz çoxdur. Səpin aparılmış sahələrin 12 min 86 hektarını buğda, 2032 hektarını isə arpa əkini təşkil edir.
Hazırda payız əkini davam etdirilir.

Xəbərlər şöbəsi

Babək rayonunda həyata keçirilən quruculuq tədbirlərinin davamı olaraq, rayonun Yarımca kəndində yeni obyektlər – kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi inşa edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin tikintisini həyata keçirdiyi obyektlərdə hazırda son tamamlama işləri aparılır.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.

Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir.

Ardını oxu...

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradır. Alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodların inşasına ötən il başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib. “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssislərinin və müasir maşın-mexanizmlərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb. Hazırda beton, dəmir konstruksiya işləri başa çatmaq üzrədir.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının əməkdaşı Kamal Kərimovun verdiyi məlumata görə, yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal olunacaq zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, torpaqların yenidən ölçülərək elektron uçota alınmasına başlanılmışdır. Bu işlərin yerinə yetirilməsi üçün Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin iş planına uyğun olaraq, mütəxəssislərdən ibarət işçi qrupları yaradılmışdır. Görülən işin keyfiyyətlə yerinə yetirilməsi üçün işçi qrupları yüksək texniki göstəricilərə malik, müasirtipli GPS və elektron taxometrlərlə təmin olunmuşlar.
Hazırda Babək rayonunun Babək qəsəbəsində həyətyanı torpaq sahələrinin uçota alınması davam etdirilir. Qəsəbədə qeydiyyata alınmış 864 həyətyanı torpaq sahəsindən 129-u plana alınaraq yekunlaşdırılmış və əldə olunan materiallar məlumat bazasına yığılmışdır. Bundan başqa, Babək rayonunun Qoşadizə kəndində 411 həyətyanı torpaq sahəsində planaalma işləri həyata keçirilmişdir. Hal-hazırda rayonun Sirab kəndində həyətlərin planaalma işlərinə başlanılmışdır. Bu kənddə cəmi 680 həyətyanı torpaq sahəsi mövcuddur. İndiyədək 268 həyətyanı torpaq sahəsi elektron taxometr və GPS alətləri vasitəsilə ölçülmüşdür.
Həyətyanı torpaq sahələrinin uçota alınması Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarında da aparılacaqdır.

Xəbərlər şöbəsi

Əhalinin etibarlı elektrik enerjisi və mavi yanacaqla təmin olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Bu ildən etibarən Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyindən aldığımız məlumata görə, cari ilin iyul ayından Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkə­mizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan qısa müddətdə kənd təsərrüfatının inkişaf göstəricilərinə görə ittifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutmuşdur. Bu dövrdə ölkəmizdə sənayenin inkişafı ilə yanaşı, aqrar sahədə də kompleks tədbirlər görülmüş, yeni su anbarları tikilmiş, kanallar çəkilmiş, kənd təsərrüfatı emalı müəssisələri fəaliyyətə başlamışdır. Nəticədə, əkinçilik, heyvandarlıq və bağçılıq inkişaf etdirilmiş, bol məhsul istehsalının əsası qoyulmuşdur. Müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur tamamilə dağıdılmışdır. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmişdir.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin edilməsidir. Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə şəhərdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.

Ardını oxu...

Bu gün muxtar respublikamızda, eləcə də Şərur rayonunda təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar çərçivəsində aparılan quruculuq tədbirləri nümunə gücündədir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris binasında yenidənqurma işləri aparılır, lisey üçün yataqxana binası inşa edilir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan lisey binasının yenidən qurulması “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Burada yenidənqurma işlərinə başlanılmasından ötən müddət ərzində binanın fasadında üzləmə işləri aparılıb, interyer müasir tələblər səviyyəsində dizayn edilib, kommunikasiya xətləri yenilənib. Artıq obyektdə son tamam­lama işləri aparılır, binanın ərazisi abadlaşdırılır, işıqlandırma sistemləri quraşdırılır. Elektron lövhəli siniflərin, laboratoriyaların, fənn kabinələrinin, kitabxanaların yaradılacağı binada yenidənqurma işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina qısa vaxtda müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, müxtəlif sənaye sahələrinin inkişafı yaşıl­lıqların əhəmiyyətini daha da artırır.
Ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin etmiş, yaşıllıqların ərazisi 0,6 faizdən 12 faizədək artmışdır.
Bu sahədə görülən işlər 2015-ci ildə də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda mövsümlə əlaqədar ağac əkini işlərinə hazırlıq görülür. Cari mövsümdə muxtar respublikamızda ilk dəfə olaraq xüsusi becərmə və qulluq tələb edən püstə bağlarının salınması nəzərdə tutulur. Bu məqsədlə Kəngərli rayonu ərazisində Naxçıvan Sement Zavoduna gedən yolun sol kənarında 50 hektar sahə seçilərək hamarlama aparılmış, əkin hazırlığı işlərinə başlanılmışdır. Qonşu ölkələrin bu sahədəki təcrübələri öyrənilmiş və dibçəkdə püstə fidanları alınaraq gətirilmişdir. Əkin aparıldıqdan sonra ərazidə damcılı suvarma sisteminin qurulması nəzərdə tutulmuşdur. Mütəxəssis rəyləri nəzərə alınaraq əkin işlərinə noyabr ayının əvvəlində başlanılacaq.
Qeyd edək ki, muxtar respublika ərazisində payız mövsümündə, ümumilikdə, 200 hektardan artıq ərazidə yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur. 100 hektar ərazidə yaşıllaşdırma işləri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli idarə və müəssisələri tərəfindən icra ediləcək.

Xəbərlər şöbəsi

 Cari ilin ötən dövründə Naxçıvanda 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb 

Sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ölkəmizdə qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılıb. Belə proqramlar eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi müəyyən edilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. 

Böyük uzaqgörənliklə işlənib hazırlanmış və həyata keçirilən iqtisadi inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi burada müasir, güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaradıb.

Ardını oxu...

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadi münasibətlərinə uyğun xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər öz səmərəsini verməkdədir. Bu, xüsusilə “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ildə daha geniş vüsət almışdır. Əhalinin istehlak səbətində heyvandarlıq məhsullarının xüsusi çəkisi kifayət qədər ağırdır.

Ət və süd məhsullarına olan tələbatı daxili istehsal hesabına ödəmək üçün bu sahəyə sərmayə qoyuluşu ildən-ilə artır, aqrar bölmədə sahibkarlığın inkişafına böyük önəm verilir.
Yaradılmış heyvandarlıq komplekslərinin və kiçik sahibkarlıqla məşğul olanların səmərəli fəaliyyəti nəticəsində muxtar respublikada yüksək məhsuldar heyvanların baş sayı artmış, əhalidə olan yerli mal-qaranın cins tərkibi yaxşılaşmış, nəticədə, heyvandarlıq məhsullarının (ət və süd) istehsalı xeyli çoxalmışdır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17024 ton ət, 67511,8 ton süd istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq, 13,7 və 1,7 faiz çoxdur. Heyvandarlıq məhsulları istehsalının həcmi 2 dəfə artaraq 93 milyon 424 min manata çatmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən muxtar respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə treninqlər keçirilir.
Növbəti belə tədbir “Naxçıvan” Universitetinin bank işi kabinəsində keçirilib. Tədbirdə maliyyə savadlılığı, ailə büdcəsinin formalaşdırılması və idarə olunmasının əhəmiyyətindən söz açılıb.
Treninqdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əliyev deyib ki, cəmiyyətin hər bir üzvü məhz özünün maliyyə savadı əsasında maliyyə resurslarını idarə edir, pul bazarının iştirakçısına çevrilir. Hazırda inkişaf səviyyəsindən asılı olmayaraq, bütün iqtisadiyyatlarda əhalinin daha optimal və planlaşdırılmış istehlak yönümlü fəaliyyəti təqdir olunur. Ümumiyyətlə, rasional miqyaslarda istehlakın artımı makroiqtisadi inkişaf və iqtisadi artımın stimullaşdırılması baxımından əhəmiyyətlidir. Bununla belə, istehlak ehtiyacları üçün bank xidmətlərindən istifadə zamanı əhali tərəfindən xərclərin düzgün planlaşdırılması və mövcud sərbəst vasitələrdən daha səmərəli istifadə edilməsi onların artıq borclanmaması üçün mühüm amildir. Tələbələrlə maliyyə savadlılığının artırılması sahəsində keçirilən tədbirlərin əsas məqsədi onlarda gəlirlərdən daha səmərəli istifadə, xərclərin optimal bölüşdürülməsi, bank xidmətlərindən istifadə zamanı düzgün qərarların verilməsi, həmçinin sərbəst vəsaitlərin gəlirli sahələrə investisiya edilməsi kimi vərdiş və bacarıqların formalaşdırılmasından ibarətdir.

Ardını oxu...

Son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılıb, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılıb. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilib, mütərəqqi texnologiyalar tətbiq olunub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın çox hissəsi yerli istehsal hesabına ödənilir.

Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətilə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Duzdağında əsaslı tədqiqat işləri aparılıb və bu araşdırmaların nəticələri “Naxçıvan Duzdağının qədim duz mədənləri” kitabında ətraflı şəkildə öz əksini tapıb. Kitabda Duzdağ mədəninin qədimliyi, bu mədənlərdən e.ə. III-II minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi bildirilır. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilib, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanıb.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi davamlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görür. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqlarının müəyyən edilərək yenilənməsinə nəzarət artırılıb, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülüb.

Bu barədə məlumat qəzetimizə “Naxçıvanqaz” İstehsalat Birliyindən daxil olub. Məlumatda bildirilir ki, muxtar respublika üzrə 1 oktyabr 2015-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 85 min 38, o cümlədən 83 min 267 əhali abonenti və 1871 qeyri-əhali abonenti olub. Cari ilin ötən dövründə 1061 abonent, o cümlədən 944 əhali abonenti və 117 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən, ev, mənzil və müxtəliftəyinatlı obyektlər qazlaşdırılıb. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb. Yeni sosial-inzibati obyektlərin tikilməsi, yolların genişləndirilməsi ilə əlaqədar daşıyıcı-paylayıcı qaz kəmərlərinin yerləri dəyişdirilib və yeni qaz xətləri çəkilib.

Ardını oxu...

Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi xeyli artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. 

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılıb. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artıb, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizdən çoxu özəl sektorun payına düşüb.

Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyevin verdiyi məlumata görə, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılıb. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.

Ardını oxu...

İqtisadi artımın əldə olunmasında iqtisadi sahələrə kredit dəstəyi mühüm rol oynayır. Məhz bu mexanizm bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün sahələrinin bərabər inkişaf səviyyəsini təmin edir və son nəticədə, cəmiyyətin bütün təbəqələrinin ehtiyac və tələbatlarını ödəyə bilən bir iqtisadi sistemin formalaşmasına vasitəçi olur. Pul-kredit sisteminin köməyi ilə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması mümkün olur ki, burada da kredit qoyuluşlarının sahələr üzrə paylanılmasının effektiv təsiri var.

Verilmiş kreditlər əsaslandırılmış istiqamətdə olduqda və onlar real iqtisadiyyatın tələblərinə uyğun istifadə edildikdə istənilən sahə üzrə öz müsbət səmərəsini verir.
Bu gün muxtar respublikamızın blokada şəraitində olması və bununla əlaqədar məhdud kommunikasiya imkanları burada yerli imkanlar hesabına daha çox məhsul və xidmətlərin istehsalını şərtləndirir. Muxtar respublika iqtisadiyyatının inkişafında Naxçıvanda fəaliyyət göstərən bank sektorunun mühüm rolu vardır.
2015-ci ilin 1 oktyabr tarixinə muxtar respublika iqtisadiyyatına 124 milyon 330 min manatlıq kredit qoyuluşu həyata keçirilmişdir. Bu, ötən ilin müvafiq dövründən 26 milyon 238 min manat çoxdur. Kredit qoyuluşu, əsasən, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatının inkişafına, yerli sənaye və istehlak malları istehsalının həcminin artmasına, yeni iş yerlərinin açılmasına, rəqabətədavamlı daxili bazarın formalaşmasına təkan vermişdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 204 min manat artımla 59 milyon 840 min manat həcmində kredit qoyulmuşdur. Verilmiş kreditlərin 20 milyon 838 min manatı qısamüddətli, 39 milyon 2 min manatı isə uzunmüddətli kreditlərdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetikanın inkişafı da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O vaxta qədər ölkədə bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarımstansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Ardını oxu...

“Naxçıvanterminalkompleks” Birliyi üçün müasir infrastruktur yaradılıb

Qeyd edək ki, Culfa şəhərində yerləşən “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikanın yaşı bir əsrdən artıq olan, xüsusən də sovet dövründə xarici iqtisadi əlaqələrdə mühüm rol oynayan gömrük orqanlarındandır. Bu gömrük orqanı ötən əsrin əvvəllərində Rusiya Xarici Əlaqələr Departamentinin yerli şöbəsi kimi məhz Culfa şəhərində fəaliyyətə başlamışdır. Sovet İttifaqından bu istiqamətdə xaricə hərəkət edən və xaricdən gələn qatarların sənədlərinin yoxlanılması və yola salınması birbaşa Moskvaya tabe olan bu qurum tərəfindən həyata keçirilmişdir. 1905-1907-ci illərdə bu orqanın fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidməti bina tikilmişdir. “Naxçıvanterminalkompleks” Birliyi bu vaxta qədər həmin binada fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda təsərrüfathesablı şəkildə fəaliyyət göstərən bu qurum dövlətin iqtisadi maraqlarının qorunması istiqamətində geniş səlahiyyətlərə malikdir. Birlik tərəfindən gömrük prosedurları altında yerləşdirilməli olan mal və nəqliyyat vasitələrinin bəyan edilməsi və gömrük bəyannamələrinin tərtib edilməsi üzrə gömrük brokeri xidməti göstərilir, idxal, ixrac və tranzit yüklərin tərəzilərdə çəkilməsi təmin olunur. Hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərə, o cümlədən xarici dövlətlərin ərazisindən keçməklə Azərbaycan Respublikasının digər bölgələrinə yüklərin daşınmasının təşkili və bu işin təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlərin görülməsi, avtomaşınlara beynəlxalq yük qaiməsinin yazılması, qanunvericiliklə müəyyən olunmuş qaydada muxtar respublika ərazisində gömrük və müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət və firma mağazalarının təsis və fəaliyyətinin təmin edilməsi, müvafiq dövlət orqanları tərəfindən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərracları vasitəsilə realizəsi də birliyin əsas fəaliyyət istiqamətlərindəndir.

Ardını oxu...

Naxçıvanın şöhrətini hər yerə yayıb, onu tanıdan çox sayda sərvətləri, bar-bərəkətli torpaqları vardır. İlin hansı fəslində desən, naxçıvanlıların süfrəsi hər cür nemətlərlə, növbənöv yerli meyvələrlə zəngindir. Yaz bitməmişdən yetişən təzə Ordubad, Şərur meyvələri, sonra aşıb-daşan Babək, Culfa bağlarının məhsulları, ardınca da payızın bu bərəkətli çağında Şahbuzun meyvə bağları hamının üzünə gülür.

Torpağın mineral tərkibindəndir, ya içdiyi sudan, amma Şahbuz meyvələrinin öz yeri var. Bal kimi ətirli Kükü alması, Badamlı badamı, qar kimi ağappaq Keçili cəvizi, az qala üçü bir kilo gələn sulu Ayrınc armudu, bir az gec yetişsə də, hamının çox bəyəndiyi Aşağı Qışlaq və Kolanı əriyi, özünəməxsus dadı olan Mahmudoba üzümü Naxçıvan bazarında çoxlarına tanışdır. Bütün bunlar və adlarını çəkmədiyimiz digər meyvələr Şahbuz şəhəri və onun bütün kəndlərinin sərvəti, əhalisinin əsas məşğuliyyətlərindən biridir.

Ardını oxu...

 Bu mövzuda treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülüb. Dünən bankda kollecin həmin ixtisas üzrə ikinci və üçüncü kurs tələbələrinə treninq keçirilib.

Tədbirdə idarənin əməkdaşları Tural Şirəlizadə, Bəhruz Rzayev, Elçin Əliyev və başqaları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın gücləndirilməsi, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, kollecin məzunlarının ixtisaslı və peşəkar kadr kimi hazırlanması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması meyarları bu tədbirin həyata keçirilməsində əsas məqsəd olaraq qarşıya qoyulub. Belə tədbirlər kollecdə Bank işi ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə maliyyə və bank sahəsində müəyyən təcrübəyə malik kadr kimi fəaliyyət göstərmələrinə dəstək olacaq, adıçəkilən sahələrdə və ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatların, özəl müəssisələrin, ticarət mərkəzlərinin və digər qurumların maliyyə-uçot bölmələrində tələb olunan ixtisaslı kadr potensialının gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Ardını oxu...

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması, sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin doqquz ayı ərzində də davam etdirilmişdir.
Bu dövr ərzində sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,7 faiz artaraq 1 milyard 751 milyon 523 min manat təşkil etmiş, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,3 faiz artaraq 3967 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,9 faiz təşkil etmişdir.

Ardını oxu...

Son zamanlar ailə büdcəsinin idarə olunması, bunun üçün maliyyə savadlılığının artırılmasının vacibliyi haqqında çox danışılır. Müasir cəmiyyətdə, xüsusən bazar iqtisadiyyatı şəraitində yaşadığımız bir dövrdə bu nə dərəcədə aktualdır? Yaxud görəsən, orta gəlirli bir ailə bütün zəruri problemlərini həll edərək xoşbəxt yaşaya bildiyi halda, kifayət qədər çox gəliri olub, amma borc batağında hər gün sıxıntı çəkən ailələrin düşdüyü vəziyyətin səbəbləri nədir? Və ya işdə məsuliyyətli olsa da, ancaq ev xərcləri üzərində nəzarətini itirərək istehlak üçün zəruri oldu-olmadı, hər şey əldə etmək üçün kredit yükü altına girən bir çox insanlar ailə büdcəsinin düzgün idarə olunması üçün nələri bilməlidir? Bu və digər maraqdoğuran sualları cavablandırmaq üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyevə müraciət etdik.

– Elçin müəllim, ailə büdcəsi nədir və onu planlaşdırmağın nə əhəmiyyəti vardır?

– Ailə büdcəsi hər bir ailənin gəlir və xərclərini əhatə edir və bunun əsasında ailələr öz yaşayış standartlarını müəyyənləşdirirlər. Hər bir ailənin bir gəlir mənbəyi vardır. Ailə büdcəsi hazırlanarkən də onun aylıq və ya illik gəliri, bunun da əsasında qida, geyim, təhsil, tibbi, nəqliyyat, istirahət və sair kimi ailə xərcləri əsas götürülür. Dövlət büdcəsi kimi, ailə büdcəsi də həyati əhəmiyyətlidir. Onun necə idarə edilməsini büdcəyə baxmaqla müəyyən etmək olar. Misal üçün, bəzi ailələr vardır ki, onlarda faiz miqdarı ilə götürdükdə zəruri xərclərlə müqayisədə göstəriş xatirli bahalı avtomobil, geyim, mobil telefon almağa yönəlmiş xərclər çoxluq təşkil edir və həmin ailələrdə gələcəyə əsl investisiya məqsədi daşıyan uşaqların təhsili, habelə sağlamlıq, fəal istirahət, turizm xərcləri, bir növ, unudulur. Bu da gələcəkdə həmin ailələrdə sağlam cəmiyyət dəyərlərinin daha da möhkəmlənməsi əvəzinə, sadəcə, lüks və ya kommersiya məzmunlu müəyyən ehtiyacların ödənilməsinə şərait yaradır. Bu mənada, ailə büdcəsini planlaşdırarkən gələcəkdə müəyyən məqsədlərə çatmaq üçün gəlirləri artırmaqla bərabər, ifrat xərclərə də qənaət etmək məqsədəuyğundur.

Ardını oxu...

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən, 2015-ci il ərzində verilmiş kredit resurslarına tətbiq olunan ən aşağı faiz dərəcələrini ölkənin iqtisadi regionları arasında ənənəyə sadiq qalaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar təklif edib. Belə ki, 1 sentyabr tarixinə Naxçıvan Muxtar Respublikasında verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 13,8 faiz olub.
Kreditlərin orta illik faiz dərəcəsi Lənkəran iqtisadi rayonunda 24 faiz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında 22,8 faiz, Şəki-Zaqatalada 21,8 faiz, Quba-Xaçmazda 20,5 faiz, Yuxarı Qarabağda 19,6 faiz, Gəncə-Qazaxda 19,3 faiz, Abşeronda 19 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 17,1 faiz səviyyəsində müşahidə olunub.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, muxtar respublikada kreditlərin ən aşağı faiz dərəcələri ilə təklif edilməsi eyni zamanda verilmiş kreditlərin həcmində də özünü büruzə verib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məqsədilə 59 milyon 840 min manat həcmində kredit resursu verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 204 min manat çoxdur.
Mərkəzi Bankın məlumatına əsasən, 1 oktyabr 2015-ci il tarixə Azərbaycan Respublikası üzrə vaxtı keçmiş kredit borcları 1 milyard 333 milyon 600 min manatdır. Muxtar respublikanın vaxtı keçmiş kredit borclarının ölkə üzrə vaxtı keçmiş kredit borcunda payı isə 0,9 faiz təşkil edir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin bir qolunu təşkil edən məktəb binalarının tikilməsi və yenidən qurulması cari ildə də davam etdirilir. Belə tədbirlərdən Babək rayonunun Nehrəm kəndinə də pay düşüb. Məlumat üçün bildirək ki, son illərdə bu yaşayış məntəqəsində aparılan kompleks quruculuq tədbirləri nəticəsində kənd öz simasını tamamilə dəyişib, müasirliyə qovuşub.
Köklü təhsil ənənələri olan kənddəki 2 nömrəli tam orta məktəbin binasında hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında bu tədbirlərə 2014-cü ilin aprel ayından başlanılıb.
Yenidənqurma tədbirini “Dizayn Holdinq” Şirkətlər İttifaqının inşaatçıları həyata keçirib. İnşaatçılar yaradılan şəraitdən səmərəli istifadə etməyə, öhdələrinə götürdükləri obyekti vaxtında təhvil verməyə səy göstəriblər.
Qeyd edək ki, məktəbin köhnə binasında bir korpus saxlanılmaqla əlavə üç korpus tikilib. Yeni məktəb binasında 5 elektron lövhəli sinif, 3 kompüter, 1 şahmat sinfi, müxtəlif fənn kabinələri, laboratoriyalar, yeməkxana, kitabxana, idman zalı və sair müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Hazırda obyektdə son tamamlama işləri görülür, təhsil ocağının həyətyanı sahəsində abadlıq tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ok­tyabrın 14-ü hər il Azərbaycanda da “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma məhsul üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir. Beynəlxalq Standartlaşdırma Təşkilatının əsas məqsədi dünyada yaşayan insanların və ətraf mühitin təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq ticarətin inkişafı üçün dünya ölkələrini bir-birinə yaxınlaşdırmaq və onların iqtisadi gücünü artırmaqdan ibarətdir. Bu da bütün norma və qaydalara uyğun olan keyfiyyətli məhsul istehsal etmək və onun rəqabət qabiliyyətini yüksəltmək üçün standartlardan istifadənin mühüm şərt olduğunu göstərir. Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkədaxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra standartlaşdırma, metrologiya və patent sahələrinin inkişafı təmin edilmiş, bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmişdir. Ölkəmizdə “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir.

Ardını oxu...

Bu il Azərbaycan dəmir yolu nəqliyyatının yaradılmasının 135 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 ok­tyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Dəmir yolu nəqliyyatının ən sürətli və parlaq inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən başlamışdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndərimizin həyata keçirdiyi kompleks tədbirlər digər sahələr kimi, dəmir yolu nəqliyyatının da əsaslı inkişafına təkan vermişdir. O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xətlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycanın dəmir yolu təsərrüfatı isə diqqətdən kənarda qalaraq ümumi inkişafdan geridə qalmışdı. Çünki həmin dövrdə Azərbaycana ancaq aqrar respublika gözü ilə baxılır, sənaye və nəqliyyatın inkişafına diqqət yetirilmirdi. Dahi rəhbər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Dəmir yolu üçün ən əsaslı sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olundu. Əgər 1969-cu ilə qədər Azərbaycanda 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırıldı. Bu dövrdə 482,8 kilometr məsafədə yeni dəmir yolu xətləri çəkildi, Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları tam dispetçer mərkəzinə qoşuldu. Həmçinin dəmir yollarının 1284 kilometri tam elektrikləşdirildi.

Ardını oxu...

Muxtar respublikamızda enerji təhlükəsizliyinin tam təmin olunması istiqamətində həyata keçirilən iri layihələrdən biri də bu il Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə başlanılmış 20 meqavat gücündəki Günəş Elektrik Stansiyasıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkətinin bağladığı müqavilə əsasında həyata keçirilən bu iri layihə gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaqdır. Görülən işlərlə tanış olmaq üçün tikintidə olarkən artıq layihə üzrə xeyli iş görüldüyünü, Günəş panelləri üçün dayaqların hamısının quraşdırıldığını və növbəti mərhələdəki işlərin aparıldığını müşahidə etdik. Obyektdə bildirildi ki, hazırda ikinci struktur işlərinin 65 faizi görülmüş, Günəş panellərinin isə 30 faizi quraşdırılmışdır. İstehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün lazım olan yarımstansiyaların qurulması və kabel xətlərinin çəkilməsinə də artıq başlanılmışdır. Günəş Elektrik Stansiyasında işlərin vaxtında başa çatdırılması üçün tikinti sahəsinə 30-dan artıq müxtəliftəyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunmuşdur. Mütəxəssislərin dediyinə görə, quraşdırma işlərinin uğurla yerinə yetirilməsi bu mühüm obyektin də vaxtında istifadəyə verilməsinə imkan verəcəkdir.

Əli Cabbarov

Muxtar respublikada nəqliyyat xidmətinin təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. 2015-ci ilin sentyabr ayı ərzində əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkşafı üzrə Proqram”a əsasən, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması işləri davam etdirilmişdir. Ötən ay 7 yeni avtobus gətirilərək Naxçıvan şəhərdaxili nəqliyyatında istifadəyə verilmişdir. Hesabat dövründə təhlükəsiz və rahat idarəetmənin təşkili məqsədilə avtobuslara gündəlik texniki baxış keçirilmiş, nasaz hissələri təmir olunmuşdur. Nəticədə, muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 138 marşrut xəttində 303 avtobusla şəhər, rayon mərkəzləri və kəndlərin hər biri marşrutla təmin edilmiş, 487 taksi vasitəsilə əhalinin bu nəqliyyat növünə olan tələbatı tamamilə ödənilmişdir.

Ardını oxu...

Son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən uşaq musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Bu tədbirlər uşaq və yeniyetmələrin musiqi istedadının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xidmət edir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrimizdə uşaqlara musiqi təhsili verən ünvanların sayı artmaqdadır. Növbəti belə ünvan Sədərək rayonunda yaradılır. Hazır­da rayonun Sədərək kəndində Uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. Tikinti işləri Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə həvalə edilib.
İnşaat işlərinə bu ilin aprel ayından başlanılıb. İnşaatçılara yaradılan şərait hesabına ötən müddət ərzində tikinti işləri əsasən yekunlaşdırılıb. Binanın çardağı qurulub, daxilində suvaq işləri, fasad hissədə travertin üzlük daşlarla üzləmə işləri başa çatdırılıb. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın həyətində abadlıq işlərinə başlanılıb. Ərazidə müasir işıqlandırma sistemləri quraşdırılacaq, yaşıllıqlar salınacaq. İnşaatçılar binanın nəzərdə tutulduğu vaxtda təhvil verilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Mədəniyyətimizin gələcək daşıyıcıları olan uşaqlara hərtərəfli musiqi təhsili verilməsi üçün hər cür şərait yaradılacaq binada 34 sinif otağı, orkestr zalı, musiqi nəzəriyyəsi və ədəbiyyatı kabinələri, kitabxana, iclas zalı və digər otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək.

 Muxtar Məmmədov

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına əsasən, sentyabr ayı ərzində də qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Ötən dövrdə ərazilər üzrə bütün sistem texniki baxışdan keçirilmiş, yararsız vəziyyətdə olan qaz sayğacları istismardan çıxarılaraq yenisi ilə əvəz olunmuş, Naxçıvan şəhərində 2912 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. Xətlərdə təzyiqin normada saxlanılması üzrə gündüz və gecə rejimləri müəyyənləşdirilmiş, sutka ərzində rejim və sərflərin qeydiyyatı aparılmışdır.
Sentyabr ayı ərzində yeni tikilmiş 112 evə qaz xətləri çəkilmişdir. Birliyə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından 1447 çağırış daxil olmuş, qaz təsərrüfatı şəbəkəsində 2021 halda sızma aşkarlanmış və aradan qaldırılmışdır. Həmçinin yeraltı qaz xətlərində korroziyaya uğrayan hissələrin yeni borularla əvəz olunması işləri də davam etdirilmişdir. Ümumilikdə, fərdi və ümumi yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması və digər abadlaşdırma işləri ilə əlaqədar olaraq 17 min 543 paqonometr uzunluğunda boru xətti çəkilmişdir.
Ötən ay təbii qazdan səmərəli istifadə qaydalarının izah olunması, təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə əhali arasında maarifləndirici söhbətlər də aparılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən hər il oktyabrın 9-u Azərbaycanda Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndərin 2003-cü il 17 fevral tarixli “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) haqqında Sərəncamına əsasən, Azərbaycanda rabitə sistemi, o cümlədən poçt rabitəsi yeni və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 2015-ci ilin sentyabr ayında da müvafiq tədbirlər görülmüş, payız suvarma mövsümündə əkin sahələrinin su təminatı diqqətdə saxlanılmışdır. Bu dövrdə muxtar respublika ərazisində 7,56 kilometr kanal, 48 kilometr ara arxları, 10 kilometr kollektor lildən təmizlənmiş, 4,7 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin Araz çayı sahillərində torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işi aparılmış, Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində hidrantlar, təzyiqqırıcılar və elektron sayğaclar quraşdırılmışdır.
Muxtar respublikada istismarda olan sub­artezian quyularının təmir-bərpası və yenilərinin qazılması diqqət mərkəzində saxlanılır. Ötən ay Şərur rayonunun Çəmənli, Maxta, Babək rayonunun Zeynəddin kəndlərində yeni sub­artezian quyuları istifadəyə verilmişdir. Ümumiyyətlə, sentyabr ayı ərzində 68 subartezian quyusunda təmir işləri aparılmış, 6 yeni quyu qazılmışdır. Həmçinin kəhrizlərin bərpasına da diqqət artırılmış, ötən ay 6 kəhrizdə təmir işləri davam etdirilmişdir.
Komitə tərəfindən həyata keçirilən tədbirlər içərisində içməli su təminatının yaxşılaşdırılması da mühüm yer tutur. Ötən ay 7,4 kilometr yeni içməli su xətti çəkilmiş, 850 metr yeni kaptaj tikilmiş, 2,1 kilometr içməli su xətti təmir olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Muxtar respublikada dayanıqlı elektrik enerjisi şəbəkəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi elektrik enerjisi təchizatının yaxşılaşdırılması, yaşayış evlərinin, istehsalat və xidmət sahələrinin tələbatının ödənilməsi istiqamətində hər ay müvafiq işlər görür.
Sentyabr ayında 20 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Hazırda ərazidə metal konstruksiyalar və Günəş panelləri quraşdırılır, kabel və elektrik verilişi xətləri çəkilir.
Ötən ay elektrik stansiyalarında və yarım­stansiyalarda əsaslı və cari təmir işləri aparılmış, yeni transformator yarımstansiyaları quraşdırılmış, elektrik verilişi xətləri çəkilmiş və hava verilişi xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi işləri davam etdirilmişdir. Belə ki, Kəngərli rayonu ərazisində inşa edilən tikinti materialları zavodunun elektrik təchizatı üçün yeni 110/10 kilovoltluq yarımstansiya quraşdırılmış, 10 meqavolt-amper gücündə transformator, 110 kilovoltluq eleqaz açarı, ayırıcı, boşaldıcı və 4 ədəd 10 kilovoltluq eleqaz açarlı hücrə quraşdırılmış, 300 metr uzunluğunda elektrik verilişi xətti çəkilmişdir. Ümumiyyətlə, ay ərzində muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 4 yeni transformator yarımstansiyası qoyulmuş, 51 yarım­stansiya əsaslı təmir edilmiş, 6 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilmişdir. Transformator təmiri sexlərində 8 transformator əsaslı təmir olunaraq elektrik şəbəkələrinə qaytarılmış, elektrik avadanlıqları və materialların tədarükü davam etdirilmişdir.
İstifadə olunan elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün mənzillərdə rəqəmsal elektron sayğacların quraşdırılması, enerji haqlarının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Elektrik enerjisindən istifadə olunması vəziyyətinin yoxlanması üçün reydlər sentyabr ayı ərzində də davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti

Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, Yer kürəsində taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacib tədbirlərdən biridir.
Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti bu vacib sahənin inkişafı üçün əlverişlidir. Odur ki, intensiv becərmə texnologiyalarına üstünlük verməklə əkin sahələri ilbəil genişləndirilir.
Dövlətimizin aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün gördüyü tədbirlərlə yanaşı, kənd təsərrüfatına az yararlı torpaqların əkin dövriyyəsinə qatılması, məhsuldar toxum sortlarından istifadə olunması, mütərəqqi metodlardan olan şırım üsuluna üstünlük verilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi və sahibkarların texnika ilə təmin olunması taxıl istehsalını xeyli artırmışdır.
Hazırda gələn ilin məhsulu üçün payızlıq taxıl əkilir. Taxılçılıqla məşğul olan fermerler yadda saxlamalıdırlar ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.

Ardını oxu...

Nadir və qiymətli dərman bitkilərindən olan zoğal kiçik ağac və kol bitkisidir. Naxçıvanda qədimdən becərilir. Hətta Culfa ilə Şahbuz rayonlarının sərhəd zolağında 100 il əvvəl Zoğala adında kənd də olmuşdur. Əsasən cır və mütəxəssislər tərəfindən peyvəst üsulu ilə becərilən hibrid növləri vardır. Yeganə bitkidir ki, erkən yazda hələ yarpaq açmamış fevralda çiçəkləyir, arıçılara bahardan müjdə verir. Baltutar bitkidir. Meyvələrindən təzə və qurudulmuş halda istifadə olunur. Zoğalın meyvəsində 10-11 faiz limon, alma, kəhrəba turşuları, 20-25 faiz saxaroza, fruktoza, qlükoza şəkərləri, A, B, C, D, K vitaminləri, boyaqçılıqda işlənən aşı maddələri vardır. 

Xalq təbabətində zoğalın təzə dərilmiş meyvələrindən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alan sərinləşdirici nemət sayılır. Çəyirdəkləri qovrulub toz halına salınaraq ishal və dizenteriyada ən kəsərli dərman kimi işlədilir.
Zoğalın meyvəsindən mürəbbə, kompot, cem, püre, marmelad, kisel, sirop, turşu, lavaşa, hətta ishal, bağırsaq sancılarına qarşı şərab da hazırlanır. Birinci Dünya müharibəsində rus ordusunun vitamin çatışmazlığı (skorbit) xəstəliyinə düçar olmuş əsgərləri zoğal lavaşaları ilə müalicə olunmuşlar.

Ardını oxu...

 Bu mövzuda AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə keçirdiyi elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacı­yev açıb. O, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırıb. Aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olub.
Konfransda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev “Aqrar sahənin dinamik inkişafı və perspektivləri” mövzusunda çıxış edərək əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.

Ardını oxu...

İran İslam Respublikasında iqtisadiyyatın inkişafı və xarici ölkə investorlarının cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Ölkədə əlverişli investisiya mühiti yaradılmışdır. Haliyədə İranda 7 Azad Ticarət Zonası fəaliyyət göstərir. Bunlardan biri də Araz Azad Ticarət və Sənaye Zonasıdır. İran İslam Respublikasının İslami Şura Məclisinin 2003-cü il 24 avqust tarixli qərarı ilə yaradılan zona 2004-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır.
Araz Azad Ticarət və Sənaye Zonasının mühüm coğrafi şəraitə malik yük dəhlizi üzərində yerləşməsi, istehsal olunan məhsulların ixrac imkanları, uzunmüddətli vergidən azad olma, sənaye maşınlarının və xammalın idxalında gömrük rüsumlarının alınmaması daxili və xarici investorların bura axınının əsas səbəblərindəndir. Sənaye, xidmət, anbarçılıq, kənd təsərrüfatı, ticarət, turizm və avtomobil xidmətləri sahələrində 310 şirkətin fəaliyyət göstərdiyi Araz Azad Ticarət və Sənaye Zonasını sahibkarlar şəhəri də adlandırmaq olar. Burada 96 bina sahibkarların ixtiyarına verilmişdir. Hazırda zonada müxtəlif sahələr üzrə 215 obyekt inşa olunur ki, bunlar da gələcəkdə sahibkarların istifadəsinə veriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari təsərrüfat ilini uğurla başa vuran muxtar respublika taxılçıları 2016-cı ilin bol məhsulunun əsasını qoymaq üçün hazırlıq işlərini sürətlə davam etdirirlər. Şum qaldırılması, səpin aparılması, əkilmiş zəmilərin suvarılması bu gün onların başlıca qayğılarıdır. Aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün taxılçılar yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar. Oktyabrın 1-nə muxtar respublika üzrə 12 min 563 hektar sahədə şum qaldırılması başa çatdırılıb. 2252 hektar sahədə taxıl əkini keçirilib.
Komitədən aldığımız məlumata görə, sahələrə kifayət qədər şum texnikaları çıxarılıb, ehtiyat hissələri və yanacaq tədarükü görülüb. Taxılçıların yüksək kondisiyalı və yerli şəraitə uyğunlaşdırılmış toxumlardan istifadəsi diqqət mərkəzində saxlanılıb. Bu isə belə deməyə əsas verir ki, növbəti mövsümdə də taxılçıların çəkdikləri zəhmət hədər getməyəcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində “Payızlıq taxıl əkinlərinin optimal müddətdə həyata keçirilməsi” mövzusunda tarla seminar-müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov açaraq aqrar sahəyə göstərilən dövlət qayğısı, kənd təsərrüfatının dinamik inkişafı və taxılçılıqda əldə olunan nailiyyətlərdən danışıb.
Aqrar sektorda əhəmiyyətinə görə əvəzsiz sahə olan taxılçılıqda yüksək məhsuldarlığa nail olunması yolları, eləcə də bu günün tələblərinə cavab verəcək texnologiyaların tətbiqinə dair nazirliyin əməkdaşları Zərrab Əfəndiyev, Sabir Səfərov, Həsən Əmrahov müşavirə iştirakçılarına geniş məlumat veriblər. Müşavirədə Babək rayonu və Naxçıvan şəhərinin torpaq mülkiyyətçiləri, sahibkarlar iştirak ediblər. Taxılçılıqla bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikanın nəqliyyat infrastrukturunda mühüm obyektlərindən biridir. Son illərdə göstərilən dövlət qayğısı hesabına hava limanının maddi-texniki bazası gücləndirilib, sərnişin və yükdaşımalarının rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə son illər müxtəlif təyinatlı yeni maşın-mexanizmlər alınıb. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır.
Naxçıvan Beynəlxalq Hava Limanının Xüsusi avtomobil xidmətinin rəisi Mirkamal Seyidovun verdiyi məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqət mərkəzində saxlanılır. Mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. Belə ki, ABŞ istehsalı olan “Qlobal” markalı avtomaşın buzlaşma zamanı təyyarələrin hava limanında qəbul olunması üçün istifadə edilir. Bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “MAN” və yəhərli dartıcı bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “VOLVO” markalı avtomaşınlar, habelə “SUPRA” markalı frezer rotorlu qartəmizləyən, istilik verərək buzəridən qurğular və digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə, hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır.

Ardını oxu...

İnsan orqanizminin sağlamlığı üçün onun bütün növ qidalarla bəslənməsi mühüm şərtdir. Bu baxımdan müntəzəm olaraq balıqla qidalanmağın faydaları haqqında da çox deyilib. Ürək və beyin fəaliyyətinin normal olması, yoluxucu xəstəliklərə qarşı güclü bədən müqavimətinə, yaxşı görmə qabiliyyətinə, möhkəm dişlərə, gözəl dəriyə və saçlara malik olmaq üçün həkimlər balıq əti və balıq yağını həmişə tövsiyə ediblər. Təsadüfi deyil ki, qədimdə də balıq əti insanın ilk qida mənbəyindən biri olub.

Naxçıvanın zəngin təbii sərvətləri arasında su və sudan əldə olunan nemətlər də az deyil. Bu baxımdan müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi əhəmiyyət kəsb edir. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə bilən yüksəkkeyfiyyətli balıq sortları üçün əlverişli təbii şərait vardır. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər də bu qiymətli sərvətin çoxaldılmasına imkan yaradıb. Məqsəd əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmaqdır.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin öz çəkisi var. Əldə olunan nailiyyətlərdə Şərur rayonunun da payı az deyil. Dövlətimiz tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına rayonda soyuducu anbarların, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da sahibkarlığın inkişafına geniş imkanlar açıb. Yaradılan imkanlardan bəhrələnən sahibkarlardan biri də rayonun Məmmədsabir kəndində soyuducu anbar işlədən Yusif Quliyevdir. Müsahibim deyir ki, 2009-cu ildə müəssisəmiz soyuducu anbar tikintisini başa çatdırdı. Obyektin inşasına 180 min manat vəsait sərf olunub. Bunun 50 min manatını şəxsi vəsaitim, 130 min manatını isə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına göstərilən maliyyə dəstəyi təşkil edib. Dövlət dəstəyi hesabına yaradılan soyuducu anbar artıq 5 ildir ki, fəaliyyət göstərir. Doğrudur, ilk illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının soyuducu anbarların əhəmiyyəti haqda məlumatı az olduğundan 300 ton tutumu olan anbarı doldurmaq bir az çətin idi. Ancaq son illərdə torpaq mülkiyyətçiləri bu anbarlarda məhsul saxlamağın gəlir gətirdiyini görüblər və bunun nəticəsidir ki, sentyabr ayının ikinci yarısında anbar əsasən meyvə, kartof və digər kənd təsərrüfatı məhsulları ilə tamamilə dolub.

Ardını oxu...

Bu gün muxtar respublikamızda, eləcə də Şərur rayonunda təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar çərçivəsində aparılan quruculuq tədbirləri nümunə gücündədir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üçün ayrılan binada yenidənqurma işləri aparılır, lisey üçün yataqxana binası inşa edilir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan lisey binasının yenidən qurulması “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Burada yenidənqurma işlərinə başlanılmasından ötən müddət ərzində binanın fasadında üzləmə işləri aparılıb, interyer müasir tələblər səviyyəsində dizayn edilib, kommunikasiya xətləri yenilənib. Artıq obyektdə son tamamlama işləri görülür. Elektron lövhəli siniflərin, laboratoriyaların, fənn kabinələrinin, kitabxananın yaradılacağı binada yenidənqurma işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina qısa vaxtda müəllim və şagirdlərin istifadəsinə veriləcək.
İş icraçısı Umud İsayevin bildirdiyinə görə, yaxınlıqda inşa olunan yataqxana binasında da işlər sürətlə gedir. Binanın zirzəmi hissəsində və birinci mərtəbəsində divarların və arakəsmələrin hörgüsü yekunlaşmaq üzrədir. 240 şagird yerlik yataqxana binasında hazırda son mərtəbədə qəlib-beton işləri aparılır.

Ardını oxu...

2015-ci ilin ilk səkkiz ayı ərzində muxtar respublikada fəaliyyət göstərən bank sektoru özünün müştəri seqmentini artırmaq məqsədilə, ilk növbədə, infrastruktur imkanlarını genişləndirib.
Belə ki, cari ilin yanvar-avqust ayları ərzində banklar tərəfindən müştərilərə təklif olunan ödəniş kartlarının sayında artım müşahidə olunub. Hazırda belə kartların sayı 216 min 37 ədəddir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 8 min 376 ədəd çoxdur. Bu isə muxtar respublika sakinlərindən hər iki nəfərdən birinin kartla təmin edilməsi deməkdir.
Digər artımın müşahidə olunduğu infrastruktur alətlərindən biri də POS-terminal aparatlarıdır ki, cari ilin əvvəli ilə müqayisədə banklar tərəfindən 105 ədəd əlavə POS-terminal aparatı quraşdırılıb. Quraşdırılmış POS-terminalların 489 ədədi Naxçıvan şəhəri, 525 ədədi isə rayon və kənd mərkəzlərinin payına düşməklə, ümumilikdə, muxtar respublika üzrə 1014 ədəd təşkil edib.

Ardını oxu...

Son illər iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən uğurlu islahatlar ölkəmizi regionda aparıcı dövlətə çevirmişdir. İqtisadi və siyasi sahədə baş verən bu inkişaf dünya ölkələrinin Azərbaycana olan marağını daha da artırmışdır. Təbii ki, bu uğurlu inkişaf həyatın bütün sahələrinə müsbət təsir göstərməklə yanaşı, qiymətli kağızlar bazarına da təsirsiz ötüşməmişdir. Müasir beynəlxalq bazarın tərkib hissəsi olan qiymətli kağızlar bazarına diqqət günbəgün artır. Bu baxımdan dünya iqtisadiyyatının alternativsiz alətlərindən birini də məhz qiymətli kağızlar, qiymətli kağızlar bazarı və bu bazarda aparılan əməliyyatlar təşkil edir.

Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlar əmtəə və xidmət bazarının təkmilləşdirilməsi ilə yanaşı, maliyyə bazarının da inkişafını zəruri edir. Adətən, maliyyə bazarı dedikdə qiymətli kağızlar bazarı nəzərdə tutulur. Dünyada baş verən iqtisadi böhran, ilk növbədə, qiymətli kağızlar bazarına təsir göstərir. Qiymətli kağızlar bazarı müasir iqtisadi bazarda bir sıra mühüm məsələləri həll edir. Belə ki, effektli sahələrə sərmayə axınını təmin edir, iqtisadiyyata çeviklik xüsusiyyəti verir ki, bu da, öz növbəsində, pul ehtiyatlarının tez bir zamanda bir sahədən digər sahəyə yönəltməklə iqtisadiyyatda struktur dəyişiklikləri apararaq iqtisadi inkişaf tempinin artırılmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin yaradılması ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına təkan vermişdir.

Ardını oxu...

Son illər dünyanın aparıcı ölkələrinin maliyyə problemləri ilə üzləşməsi, habelə əhali sayının çoxalması və digər bu kimi amillər əsas ərzaq məhsullarının qıtlığına və dünya bazarında qiymət artımına səbəb olmaqdadır. Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə çatmışdır. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanaqlılığının, dövlətin iqtisadi təhlükəsizliyinin qarantıdır.

Ardını oxu...

Muxtar respublikada cari ilin yanvar-avqust aylarında 1 milyard 525 milyon 381 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 5,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 6,6 faiz artaraq 3458,1 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 665 milyon 706 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust ayları ərzində əsas kapitala 623 milyon 633 min manat həcmdə investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 545 milyon 110 min manatı və ya 87,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR