22 Dekabr 2024, Bazar

Müasir dünyada texnoloji və mədəni inkişaf elə bir səviyyəyə çatmışdır ki, neft və qaz həm yanacaq-enerji kompleksində, həm də milyonlarla adda məhsul istehsal edən kimya sənayesində əsas xammal, zəruri istehsal və iqtisadi-maliyyə resursu olmuşdur. Tarixən neftin təsiri ilə iri şəhərlər, limanlar salınmış, kəmərlər çəkilmiş, cəmlənmiş iqtisadi potensial sosial gücə və siyasi dividendə çevrilmiş, mədəni mərkəzlər yaranmışdır. 

Azərbaycan torpağı da bu qiymətli sərvətlə zəngindir. Odlar yurdu kimi də tanınan Azərbaycanın nefti qədim dövrlərdən bu yerlərin şöhrətini dünyaya yaymışdır. Hələ yüz il öncəsindən dünyanın neft akademiyası kimi tanınan Bakı şəhəri sənayeləşən dünya iqtisadiyyatının əsas enerji mərkəzlərindən biri idi. Bununla yanaşı, uzun illər neft ölkəsi Azərbaycanın bu qiymətli sərvəti onun xalqının rifahına xidmət etməmiş, neftin bölgüsü onun əlində olmamışdır.
Ötən əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinın bərpa edilməsi ilə neft-qaz sərvətlərinin də xalqımıza məxsusluğu tam təmin olunmuş və onların milli mənafelər baxımından istifadəsi üçün əlverişli şərait yaranmışdı. Lakin o dövrdə cərəyan edən hadisələr, yaranmış mürəkkəb geosiyasi vəziyyət bir çox hallarda ölkəmizin xeyrinə olma­mışdı. Bu mərhələdə Azərbaycan Respublikasının sahib olduğu zəngin karbohidrogen ehtiyatlarından necə istifadə olunması məsələsi çox əhəmiyyətli idi. Dünyanın iri enerji şirkətləri ilə qarşılıqlı əməkdaşlığın qurulması problemləri müstəqil iqtisadi siyasət yeritmək baxımından əsl imtahan mərhələsi idi. Heç də hamar görünməyən yolda bu elə bir mərhələ idi ki, təkcə təbii sərvətlərə sahib olmağın kifayət etmədiyi, bundan daha çox ağıl və zəkaya, cəsarət və iradəyə sahib olan liderin qətiyyətinə ehtiyac olduğu aydın görünürdü. Çünki həmin dövrdə Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu. Qərbin iri neft şirkətlərini ölkədə qısa zaman ərzində ictimai-siyasi sabitliyin təmin olunacağına inandırmaq çox çətin məsələ idi. Bunu yalnız dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev edə bilərdi.

Ardını oxu...

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması Naxçıvan şəhərini gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir. Hazırda Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində hamam kompleksi və yeni avtodayanacaq tikilir.
12000 kavadratmetr ərazidə inşa olunmuş avtodayanacaq üçün tikili zirzəmi ilə birlikdə iki mərtəbədən ibarətdir. Zirzəmi hissədə 304 yerlik avtomobil dayanacağı, yuxarı hissədə isə 8540 kvadratmetr sahədə avtomobil satışı üçün bazar və avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirəcək 54 mağaza fəaliyyət göstərəcək. Bundan əlavə, burada avtomobillərin yuyulması, elektrik, çilingər xidmətləri təşkil olunacaq, yeməkxana istifadəyə veriləcək. Hazırda obyektdə elektrik xətlərinin çəkilişi aparılır, müxtəlif bölmələrin qapı və pəncərələri salınır, zirzəmi hissədə isə tavan örtüyünün vurulmasına başlanılıb. Yaxın günlərdə avtomobil satışının təşkil olunacağı əraziyə asfalt salınacaq.
Ərazidə inşa olunmuş və Şərq memarlığının nümunələrini özündə əks etdirən hamam kompleksində isə işlər tamamilə yekunlaşıb. 1100 kvadratmetr ərazini əhatə edən kompleksdə qadın və kişilər üçün nəzərdə tutulmuş hər biri 305 kvadratmetr olmaqla, iki hamam zalı, ayrılıqda hər biri üçün 4 ədəd hamam otağı və soyunub-geyinmə otaqları fəaliyyət göstərəcək. Zirzəmi hissədə isə bufet, anbar, qazanxana, hamam aksesuarlarının satılacağı mağaza olacaq.
Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır.

Ardını oxu...

Nəqliyyat daşımalarının vaxtında və təhlükəsiz yerinə yetirilməsi istiqamətində avqust ayında da müvafiq tədbirlər görülmüşdür.
Belə ki, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasına başlanılmış, avtovağzallarda, avtobus parkında qışa hazır­lığın vəziyyəti yoxlanılmışdır. Texniki müayinə komissiyası qış aylarında marşrut xətlərinə buraxılacaq nəqliyyat vasitələrinin texniki sazlığına nəzarəti gücləndirmişdir.
Muxtar respublikada fəaliyyətdə olan 138 marşrut xətti üzrə hərəkət edən 303 avtobus və 487 taksi vasitəsilə şəhər, rayon mərkəzləri, qəsəbə və kəndlərin hamısı marşrutla təmin edilmişdir. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun qrafik üzrə fəaliyyəti də təmin edilmiş, bu dövrdə Naxçıvandan Bakıya 131 reys vasitəsilə 5 min 851, əks-istiqamətdə isə 5 min 927 sərnişin daşınmışdır.

Ardını oxu...

Şəhər mədəniyyəti, şübhəsiz, cəmiyyətin ən böyük nailiyyətlərindəndir. Tarixən əvvəlcə oturaq həyata keçən, sonra bununla bağlı öz mədəni tələbatlarını ödəməyə çalışan insanlar minillər keçdikdən sonra həm maddi, həm də mədəni sərvətlərin bir arada yarandığı şəhər mədəniyyəti formalaşdırmışlar.

Qədim Naxçıvan özünün 5 min ­illik şəhər mədəniyyəti ilə Şərqlə Qərbin qovşağında bəşər sivilizasiyasına bir çox ilklərlə yaddaqalan töhfələr vermişdir. Naxçıvanlılar çətinliklərə baxmayaraq, elə bir mədəniyyət nümunəsi yaratmışlar ki, bu gün qarşılıqsız qonaqpərvərlik, səmimi tolerantlıq, səbir, asayişə hörmət, kiçik bir çatışmazlığa göstərilən yüksək həssaslıq baxımından bütün dünyanın diqqət mərkəzindədirlər. Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində insan amilinə verilən diqqət, hər kiçik tələbatın ödənilməsi üçün həyata keçirilən tədbirlər müasir inkişaf dövründə naxçıvanlıların haqqı olduğu firavan həyatdan zövq alması üçündür.

Ardını oxu...

Avtomatik identifikasiya sistemlərinin yaranması informasiyanın toplanması və işlənilməsinin effektivliyini və sürətini kifayət qədər artırdı. Avtomatik identifikasiya sistemləri içərisində ən geniş yayılanı ştrixkodlaşdırmadır. Demək olar ki, bu gün ştrixkodlaşdırma bütün dünyada malların markalanmasının ayrılmaz hissəsinə çevrilmiş və minlərlə müəssisə uçot məqsədləri üçün ştrixkodlardan istifadə edir. Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, ancaq indi onların tətbiq sahəsi daha genişdir.
Bu gün ştrixkodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrinə tətbiq olunur. Ştrixkodlu etiketlər praktik olaraq istənilən səthə asanlıqla yapışdırılır, həmçinin birbaşa olaraq identifikasiya ehtiyacı olan zərflərə, qutulara, butulkalara, kitablara, mebellərə və bir çox başqa predmetlərə vurula bilər.

Ardını oxu...

Gözəl geyinməyi hər kəs sevir. Əgər söhbət uşaqlara geyim seçməkdən gedirsə, burada müxtəlif tələblər ortaya çıxır. Şübhəsiz, uşaqların gözəl libasda görünməsi təkcə onların valideynlərinin deyil, elə hamımızın arzusudur. Xüsusən müasir təhsil ocaqlarımızda oxuyan gözoxşayan formalarda məktəbli və tələbələrimizi görmək insanı daha da fərəhləndirir.
Geyim mədəniyyəti haqqında çox danışılır. İnsanı lap uşaq yaşından təmiz və səliqəli geyimə alışdırmaq, onu cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, həm özünə, həm də ətrafdakılara hörmət ruhunda tərbiyə etmək çox vacibdir. Başqa sözlə, insanlar bəzən öz geyimi ilə sosial statusunu nümayiş etdirməyə çalışsalar da, amma, əslində, bu onların cəmiyyətdə həm özlərinə, həm də başqalarına olan hörmətinin sadə dillə bir ifadə­sidir.

Ardını oxu...

Naxçıvan özünün sürətli inkişaf dövrünü yaşayır. Son illər muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bir sıra mühüm qərarlar qəbul edilmişdir. Muxtar respublikada davamlı xarakter alan inkişaf və tərəqqi regionda müxtəlif sahələrin inkişafını sürətləndirmişdir və bu sahələr içərisində kənd təsərrüfatı aparıcı mövqeyə malikdir. Kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsində üzümçülük, meyvəçilik və tərəvəzçilik mühüm əhəmiyyət daşıyır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Həmin proqramda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədə nail olunması üçün intensiv texnologiyaya əsaslanan yüksəkkeyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz əkini sahələrinin genişləndirilməsi və artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, əkin sahələrinin gübrələrlə, xəstə­liklərə və ziyanvericilərə qarşı mübarizəsi üçün kimyəvi preparatlarla dolğun təmin edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin, saxlama və soyuducu kameralarının yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlə­rin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanında avqust ayında da sərnişinlərə nümunəvi xidmət göstərilmişdir. Bu dövrdə yerli hava xətti ilə 35 min 401 sərnişin, 534 min 695 kiloqram baqaj, 16 min 526 kiloqram yük və 1238 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətləri üzrə də uçuşlar fasiləsiz təşkil olunmuş, Naxçıvan-Moskva reysi ilə 578 sərnişin, 7 min 364 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 723 sərnişin və 7 min 574 kiloqram baqaj daşınmışdır.
Texniki heyət hava gəmilərinə mütəmadi olaraq baxış keçirmiş, uçuşqabağı bütün təlimatlar yerinə yetirilmiş, təhlükəsizlik təmin olunmuşdur. Həmçinin uçuş-enmə zolağı və perronda təmir işləri görülmüş, xidməti avtomobillər texniki baxışdan keçirilərək nasazlıqlar aradan qaldırılmışdır.
Aerovağzal binasında aparılan əsaslı təmir işləri avqust ayında da davam etdirilmişdir. Hava limanında, eləcə də Ordubad, Şərur və Naxçıvan şəhər aviakassalarında bütün elektron cihazlara gündəlik nəzarət olunmuş, bilet satışı və qeydiyyat əməliyyatlarının fasiləsiz işi təmin edilmişdir.
Ötən ay elektrik, işıqlandırma, yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidmətləri də işini günün tələblərinə uyğun qurmuş, texniki heyətlə maarifləndirici taktiki məşğələlər aparılmışdır. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılmış, avqustun 28-də təhlükəsizlik xidməti əməkdaşları ilə növbəti aylıq iclas keçirilmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikanın bütün yaşayış məntəqələrinin və istehsalat sahələrinin payız-qış mövsümündə fasiləsiz mavi yanacaqla təmin olunması istiqamətində ardıcıl tədbirlər görür. Bu məqsədlə avqust ayında da qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Ötən ay 223 yeni obyekt qazlaşdırılmışdır ki, onlardan 218-i əhali abonentləridir. Yeni qaz xətlərinin çəkilişi, korroziyaya uğramış boruların dəyişdirilməsi, habelə tikinti, yenidənqurma və abadlaşdırma tədbirləri ilə əlaqədar yerdəyişmə işlərinin aparılması zamanı, ümumilikdə, 19 min 962 paqonometr müxtəlifölçülü borulardan istifadə edilmişdir.
Qaz nəqlinin normalara uyğun, təhlükəsiz və fasiləsiz yerinə yetirilməsi üçün bütün avtomat qaz paylayıcı stansiyalarda təzyiq tənzimləyicilərinə, ölçü qovşaqlarına, magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə, yaşayış məntəqələrində istismar edilən qurğu və məntəqələrə, daxili qaz kəmərlərinə mütəmadi baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri görülmüşdür. Ötən ay qaz xətlərində 2194 sızma aşkarlanaraq aradan qaldırılmışdır. Nəticədə, qazın təsdiq edilmiş texnoloji rejimdə nəqli təmin olunmuşdur.
Yaşayış məntəqələrində istismarda olan yararsız qaz sayğaclarının yeniləri ilə əvəz edilməsi və elektron sayğacların quraşdırılması işləri avqust ayında da davam etdirilmiş, Naxçıvan şəhərində 2632 mənzildə smartkarttipli qaz sayğacı quraşdırılmış, abonentlərə yeni qaz sayğaclarından istifadə qaydaları izah olunmuşdur. Bu məqsədlə birliyin yoxlama-nəzarət komissiyası reyd və maarifləndirici tədbirləri gücləndirmişdir.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzindədir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslar ötən ay da davam etdirilmiş, şəhər, rayon qaz istismarı idarələrinin bir qrup işçisi kurslara cəlb olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər yaradılan sənaye müəssisələrindəndir. Sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilib.
Müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır.
Diyarımızın ən qədim əkinçilik sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi işi avqust ayında da davam etdirilmişdir.
Ay ərzində təmir-tikinti işləri ilə əlaqədar yaşayış məntəqələrində 12 min 479 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilmiş, 234 yeni nömrə istismara verilmişdir. İnternet resurslarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 3 ümumi və 17 fərdi qrup yaradılmışdır. Bundan əlavə, genişzolaqlı internetdən istifadəyə görə artan tələbat nəzərə alınaraq Babək rayonunun Şəkərabad və Ordubad rayonunun Unus kəndlərinin hər birində 48 portluq əlavə, Babək rayonunun Nəhəcir, Ordubad rayonunun Üstüpü və Çənnəb kəndlərinin hər birində 48 abunəlik yeni DSLAM avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir.
“Naxtel” simsiz rabitə operatorunun abunəçiləri yaxın gələcəkdə texnologiyanın ən son yeniliklərindən olan 4G mobil rabitəsindən istifadə edə biləcəklər. Bu məqsədlə muxtar respublika ərazisində 4G şəbəkəsi yaradılır. Ötən ay bu istiqamətdə işlər uğurla davam etdirilmiş, 20 məntəqədə baza stansiyaları qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində işlər növbəti aylarda da davam etdiriləcək, qış aylarında rabitə xidmətinin fasiləsiz və nümunəvi təşkili təmin olunacaqdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda daşınmaz əmla­kın dövlət reyestrinin aparılmasında operativliyin təmin edilməsi, eləcə də torpaqlardan təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarəti sahəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə mühüm vəzifələr düşür.
Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən məqsədyönlü işlər nəticəsində ötən ay muxtar respublika üzrə 164 torpaq, 1 qeyri-yaşayış sahəsi, 64 mənzil, 131 fərdi yaşayış evi, 1 çoxmərtəbəli yaşayış, 4 qeyri-yaşayış binası, 3 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 368 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində daxil olmuş müraciətlər əsasında 289 texniki sənəd hazırlanmışdır. Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması üçün, ümumilikdə, 308 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilmiş, əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarət gücləndirilmişdir.

Ardını oxu...

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti avqust ayında da işin səmərəli təşkilini diqqət mərkəzində saxlamışdır. Ötən ay dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarına 11 min 537 ton yük daşınmış, 10 min 601 sərnişin xidmətdən istifadə etmişdir.
Daşımaların vaxtında və fasiləsiz təşkili məqsədilə nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət gücləndirilmiş, Culfa lokomotiv deposunda elektrovozlar 6 dəfə texniki baxışdan keçirilmiş, 1 elektrovoz, 1 manevr teplovozu və 31 vaqon cari təmir edilmişdir. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün sərnişin vaqonlarında profilaktik tədbirlər həyata ke­çirilmiş, istilik sistemi bərpa olunan 1 vaqonda əsaslı təmir işləri aparılmışdır. Nəqliyyat vasitələri ilə yanaşı, yol infrastrukturunun da hərəkətə davamlılığı təmin edilir. İnfrastruktur İdarəsinin kollektivi mütəmadi olaraq yollara baxış keçirmiş, süni tikililər, küvetlər və yol yataqları tullantılardan təmizlənmiş, uçurum gözlənilən yerlərdə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.
Ay ərzində stansiya və yolların elektrik, işıqlandırma və işarəvermə sistemlərinin fasiləsiz işi, radiorabitə əlaqəsinin dayanıqlılığı təmin edilmişdir. Bu məqsədlə bütün növ elektrikötürücü hava xətlərində və kontakt şəbəkələrində təmir işləri aparılmış, işıqforlara müntəzəm baxış keçirilmiş, inzibati, texniki və yardımçı binalarda elektrik xətlərinin vəziyyəti yoxlanılaraq nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar inzibati və yardımçı binalara baxış keçirilmiş, Nehrəm və Qarabörk təhlükəsizlik komandalarının dam örtükləri dəyişdirilmişdir.
Dəmiryolçular yollarda hərəkətin fasiləsiz təşkili üçün üzərlərinə düşən işləri bundan sonra da layiqincə yerinə yetirəcəklər.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyəti

Muxtar respublikada elektroenergetika təsərrüfatının müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Xüsusilə payız-qış mövsümündə əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində hər il müvafiq tədbirlər görülür. 

Bu işlər avqust ayında da davam etdirilmişdir. Bu dövrdə energetiklər elektrik stansiyalarında, elektrik verilişi xətlərində, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparıb, yeni transformator yarımstansiyalarının quraşdırılması, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib. Kəngərli rayonu ərazisində tikilən tikinti materialları zavodunun elektrik təchizatı üçün yeni 110/10 kilovoltluq yarımstansiya tikilib, burada 10 meqavolt-amper gücündə 110/10 kilovoltluq transformator, eleqaz açarı, ayırıcı, boşaldıcı, eləcə də 4 ədəd 10 kilovoltluq eleqaz açarlı hücrə quraşdırılıb, 300 metr uzunluğunda elektrik verilişi xətti çəkilib. Hazırda obyektdə sınaq-sazlama işləri görülür.
Ötən ay Günəş elektrik stansiyasının tikintisi də davam etdirilib. Stansiyada quraşdırılacaq kabel məmulatlarının və günəş panellərinin xeyli hissəsi alınıb gətirilib. Hazırda ərazidə metal konstruksiyaların quraşdırılması, stansiyadaxili yolların çəkilməsi işləri həyata keçirilir. Ümumiyyətlə, ötən ay muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 5 yeni transformator yarımstansiyası qoyulub, 5,5 kilometr uzunluqlu yeni elektrik verilişi xətti çəkilib, 1 kilometr məsafədə hava elektrik verilişi xətti kabellə əvəzlənib. Bu dövrdə 62 yarımstansiya, eləcə də 8 transformator əsaslı təmir olunub.
Muxtar respublikada istifadə olunan elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq və enerji dəyərinin toplanmasında itkiyə yol verməmək üçün elektron sayğacların tətbiqinə başlanılıb. Avqust ayının sonunadək Naxçıvan şəhərində 4100 ədəd smartkarttipli ön ödənişli rəqəmsal elektron sayğac quraşdırılıb, poçt məntəqələrində kart yükləmə qurğuları qoyulub.

Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Agentliyinin mətbuat xidməti

Muxtar respublikanın digər bölgələri kimi, dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonunda da yeni quruculuq ünvanlarının sayı artır.
Hazırda Saltaq kəndində kompleks quruculuq işləri aparılır. Belə ki, cari ilin mart ayından burada zirzəmi ilə birlikdə dördmərtəbəli məktəb binasının tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən tikintisi aparılan məktəb binası 215 şagird yerlikdir. Hazırda dördüncü mərtəbədə hörgü işləri, digər mərtəbələrdə isə müxtəlif tikinti tədbirləri yerinə yetirilir. İş icraçısı Ağayar Məhərrəmovun bildirdiyinə görə, müasirtipli layihə əsasında inşa olunan məktəb binasında işlər tamamlandıqdan sonra geniş və işıqlı sinif, kompüter, şahmat otaqları, elektron lövhəli sinif, laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana, həyətdə açıq idman qurğuları müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənddə mövcud olan köhnə məktəb binası isə müasir layihə əsasında yenidən qurulur. Burada kənd və xidmət mərkəzləri, eyni zamanda həkim ambulatoriyası fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən avqust ayında su anbarlarından, nasos stansiyalarından, subartezian quyularından verilən suvarma suyundan səmərəli istifadə olunması daim nəzarətdə saxlanılıb, payız əkini sahələrini suvarma suyu ilə təmin etmək üçün bütün kanal, arx, hidrotexniki və digər qurğularda tələb olunan işlər yerinə yetirilib.
Bu dövrdə 1,58 kilometr sahilbərkitmə işləri aparılıb, 8,1 kilometr kanal, 30,6 kilometr ara arxları, 8,9 kilometr kollektor lildən təmizlənib, 350 metr suvarma, 1 kilometr təzyiqli boru xətti təmir olunub. Həmçinin 2,9 kilometr yeni suvarma xətti çəkilməsi suvarma tədbirlərinin səmərəli təşkilinə şərait yaradıb. Ötən ay subartezian quyularının qazıntısı və təmiri işləri də davam etdirilib. Komitənin Subartezian İdarəsi tərəfindən 86 subartezian quyusu təmir olunub, 11 subartezian quyusuna yeni nasos qoyulub. Ay ərzində Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 600 metr sahilbərkitmə işi aparılıb, Vayxır sol sahil kanalının qidalandırdığı yeraltı suvarma şəbəkəsində təzyiqqırıcıların və elektromaqnit sayğacların quraşdırılması işləri davam etdirilib.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ay muxtar respublika ərazisində 4 kilometr içməli su, 460 metr kaptaj xətti təmir olunub, 6,22 kilometr yeni içməli su və 1,47 kilometr yeni kaptaj tikilib istifadəyə verilib. Kaptajlarda içməli suyun sərfini artırmaq məqsədilə bulaqlardan 600 metr içməli su xətti çəkilərək əsas xəttə birləşdirilib. Naxçıvan şəhərində, Culfa və Şahbuz rayonlarında çirkab sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Hazırda obyektlərdə avadanlıqların quraşdırılması işləri aparılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də muxtar respublikada aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan Milli Aviasiyasının 2004-2010-cu illər üçün ikinci inkişaf proqramı qəbul olunub, paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb.

Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb, həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını müasir inkişaf mərhələsinə çıxarıb. Ötən müddətdə hava limanının aerovağzal kompleksi yenidən qurulub, sərnişin və aviadaşımalarla bağlı xidmətin səviyyəsi daha da yüksəldilib. Hazırda terminal binasında yenidənqurma işləri davam etdirilir. Sərnişinlərin rahatlığının təmin olunması üçün burada 2 eskalator, 2 iritutumlu lift, binadan təyyarə dayanacağınadək 2 keçid körpü və 2 teleskopik trap quraşdırılıb. Teleskopik traplar vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minə və təyyarədən terminal binasına keçə biləcəklər. Ümumi sahəsi 1060 kvadratmetr olan yeni gözləmə zalında hazırda son tamamlama işləri görülür. Burada xidmətin nümunəvi təşkili, qonaqların qarşılanıb yola salınması, aviasiya və gömrük xidmətinin təmin edilməsi üçün hərtərəfli şərait yaradılacaq, kafe və mağaza fəaliyyət göstərəcək. İşlər yekunlaşdıqdan sonra digər zalda da yenidənqurma işləri aparılacaq ki, bu da sərnişinlərin hər iki keçiddən rahatlıqla istifadə etməsinə imkan verəcək.
Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal kompleksində beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilir. Aerovağzal kompleksinin yenidən qurulması işləri çərçivəsində həyata keçirilən tədbirlər illik sərnişin və yükdaşıma dövriyyəsinin artmasına da şərait yaradacaqdır.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda sürətli iqtisadi inkişaf bank xidmətlərinin də həcminin artmasına səbəb olmuşdur. Cari ildə bank xidmətlərindən istifadə üçün edilən müraciətlərdəki artım bunu deməyə əsas verir.
Belə ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, ötən ilin yanvar-avqust aylarında cəmi bank hesablarının 86,5 faizi işlək hesabların payına düşürdüsə, bu göstərici cari ilin eyni dövründə 91,8 faiz olmuşdur.
1 sentyabr 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 123 milyon 130 min, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 699 min manat, uzunmüddətli kredit qoyuluşu 107 milyon 430 min manat təşkil etmişdir.
2015-ci ilin ilk 8 ayı ərzində muxtar respublikanın bank və digər kredit təşkilatları tərəfindən 52 milyon 892 min manat kredit verilmişdir ki, bunun da 37 milyon 284 min manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 14 milyon 552 min manatı kənd təsərrüfatının, o cümlədən 1 milyon 532 min manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 1 milyon 59 min manatı isə arıçılıq və quşçu­luğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 11 milyon 642 min manatı sənaye, 556 min manatı tikinti, 4 milyon 714 min manatı kommersiya, 5 milyon 921 min manatı nəqliyyat, 4 milyon 976 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Əhalidən cəlb edilən cəmi əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sentyabr 2015-ci il tarixə 1 milyon 470 min manat artaraq 7 milyon 659 min manat olmuşdur. Xarici valyuta ilə cəlb olunan əmanətlərin milli valyuta ekvivalenti ilə həcmi isə 3 milyon 736 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 190 min manat artım deməkdir.

Xəbərlər şöbəsi

Bu ilin ilk 8 ayı ərzində muxtar respublika Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 100 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 23 ödəyici tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 28 ödəyici tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Vergilər Nazirliyi tərəfindən qəzetimizə verilən məlumatda bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində 1 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 15 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 18 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq verilmədən məşğul olması, 8 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 7 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb. Həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tərtib edilmiş 12050.0 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin bugünkü tarixə tamamilə büdcəyə ödənilməsi təmin edilib. 2015-ci ilin qeyd olunan dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 11 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidə zamanı müşahidəyədək olan dövriyyələr ilə müqayisədə 38021.2 manat dövriyyə artımına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri mütəmadi olaraq 2015-ci ilin sonrakı ayları ərzində də davam etdiriləcək.

Xəbərlər şöbəsi

Əkin sahələrinin münbitliyinin qorunmasında, məhsul istehsalının artırılmasında növbəli əkinin əhəmiyyəti böyükdür. Növbəli əkin dedikdə torpağın münbitliyini artırmaqla bitkilərin xəstəlik və zərərvericilərinə, habelə alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək və keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi, bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür.

Bitkiçilikdə növbəli əkinlərin tətbiqi çox böyük əhəmiyyətə malikdir. Çünki növbəli əkin zamanı bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq aparılan aqrotexniki tədbirlərin, hər bitkinin özündən sonra torpaqda müəyyən miqdar üzvi maddə (bitki qalıqları) saxlaması bu bitkidən sonra əkilmiş başqa bitkinin boy və inkişafına xeyli dərəcədə təsir göstərmiş olur.
Muxtar respublikamızda iqlim şəraitinə uyğun olaraq daha çox taxıl və dənli-paxlalı, kartof, tərəvəz və bostan bitkiləri əkilib-becərilir. Bu bitkiləri eyni yerdə bir neçə il təkrar əkib-becərdikdə məhsuldarlıq aşağı düşür.
Əkinlərin növbələşməsinin zəruri səbəbləri vardır. Dənli bitkilər inkişaf zamanı azot və fosfordan daha çox istifadə edir. Kartofa, şəkər çuğunduruna isə xeyli miqdarda kalium sərf olunur. Dənli bitkilərdə kök sistemi saçaqlıdır, köklər, əsasən, şum qatında yerləşir. Paxlalılarda, kökümeyvəlilərdə kök oxşəkillidir, torpağın dərin qatlarına gedir. Buna görə də dənli bitkilər qida maddələrini torpağın üst qatından, kökümeyvəlilər isə torpağın alt qatından alırlar. Əkinlərin düzgün növbələşməsi qida maddələrindən səmərəli istifadəyə təminat yaradır.

Ardını oxu...

Muxtar respublikamızda yeni emal və sənaye müəssisələri həyata vəsiqə alır, daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli yerli məhsullar istehsal edilir, əhalinin məşğulluğu təmin olunur, maddi rifahı daha da yaxşılaşır. Belə istehsal müəssisələrindən biri də Kəngərli rayonunun Qabıllı kəndində fəаliyyət göstərən “Korabulaq” Kiçik Müəssisəsidir. Sahibkar Pərviz Hüseynov qeyd etdi ki, uyğunlаşdırılmış binаdа fəаliyyətə başlayan müəssisədə istehsal olunan məhsullara artan tələbatın ödənilməsi, yеni istеhsаl sаhələrinin yаrаdılmаsı və bunun nəticəsi olaraq əlаvə işçi qüvvəsinin cəlb еdilməsi imkаnı məhdud оlduğundаn yеni binаnın tikilməsi, dаhа müаsir tехnоlоji аvаdаnlıqlаrın аlınıb gətirilməsi zərurəti yаrаnmışdır.

Ardını oxu...

Torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Torpaq insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur. Torpağı olmayan xalqın öz müqəddəratını təyin etməsi mümkün deyil.

Ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə bu sahədə mühüm qərarlar qəbul olunmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, torpağa münasibətdə tarixi ədalət bərpa edilmiş, yeni torpaq münasibətləri və qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında torpaqla bağlı münasibətlərin hüquqi təminatının əsasları öz əksini tapmış, torpaq üzərində xalqın ümumi rifahına və dövlətin iqtisadi dirçəlişinə xidmət edən mülkiyyət formaları təsbit edilmişdir. Ölkəmizdə Torpaq Məcəlləsinin və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması isə torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydalarını müəyyənləşdirmişdir. Bütün bunlar aqrar sahədə yeni təsərrüfat münasibətlərinin formalaşmasına, torpaqdan səmərəli istifadəyə və ona qayğıkeş münasibətin formalaşmasına təkan vermişdir.

Ardını oxu...

Təhsilin dünya standartlarına uyğunlaşdırılmasında məktəb binalarının müasir tələblərə cavab verməsi, tədris müəssisələrində lazımi şəraitin yaradılması mühüm amillərdəndir. Bu səbəbdən də son illər muxtar respublikamızda məktəb tikintiləri geniş vüsət alıb. Hər il Naxçıvan şəhərində, rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində bir neçə yeni məktəb binası tikilir, yaxud mövcud binalar əsaslı yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Yeni tədris müəssisələri bütün zəruri avadanlıqlarla, kompüterlərlə, elektron lövhələrlə, fənn kabinələri və laboratoriyalar əyani vəsaitlərlə, kitabxanalar latın qrafikası ilə çap olunmuş dərs vəsaitləri və bədii ədəbiyyatlarla təmin olunurlar. Bütün bunlar, təbii ki, tədrisin keyfiyyətinin yüksəldilməsinə və səmərəsinin artırılmasına müsbət təsir göstərir.
Şərur rayonunda hər il məktəblər üçün yeni binalar inşa olunur. Cari ildə rayonun müxtəlif yaşayış məntəqələrində 5 məktəb üçün yeni bina tikilir, yaxud yenidən qurulur. Oğlanqala kənd tam orta məktəbinə də quruculuq tədbirlərindən pay düşüb. “ARTAY” LTD Tikinti Şirkəti inşaatçılarının Oğlanqala kəndində əsaslı təmir-tikinti işləri apardıqları zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 468 şagird yerlik məktəbin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Yaradılan şərait ötən müddət ərzində binada əsas tikinti işlərinin başa çatdırılmasına imkan verib. Belə ki, binanın dam örtüyü yenidən qurulub, qapı və pəncərələr salınıb, digər tikinti tədbirləri həyata keçirilir, məktəb binasının həyəti qaydaya salınır.

Xəbərlər şöbəsi

Naxçıvandakı yolların tarixi çox qədimdir. Yolları insanların hərəkət trayektoriyası rolunu oynayan vasitə kimi qəbul etsək, Naxçıvan yolları keçmişdən bu günümüzədək hərəkətli və strateji əhəmiyyətli yollar olmuşdur. Çünki insanların məskunlaşdıqları ən qədim yerlərdən biri olan Naxçıvan tarixən mühüm ticarət yolları üzərində yerləşən coğrafi ərazidir. Dünyanın mühüm yollarından biri hesab edilən qədim İpək Yolunun əsas qollarından biri Naxçıvan ərazisindən keçmişdir.

Təsadüfi deyil ki, orta əsrlərdə Naxçıvan uğrunda gedən mübarizənin əsas səbəblərindən biri də ticarət baxımından əlverişli olan bu yollara nəzarətin ələ keçirilməsi idi. Sonrakı dövrlərdə də bu yollar öz əhəmiyyətini qoruyub saxlamışdır. Ötən əsrin 70-80-ci illərində ölkənin bir çox yerlərində olduğu kimi, Naxçıvan ərazisində də yol infrastrukturunun inkişafına ciddi diqqət yetirilmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində yaranmış böhranlı vəziyyət, eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış ədalətsiz müharibə nəticəsində muxtar respublikanın yol infrastrukturuna da ciddi ziyan dəymiş, yeni yolların çəkilməsi, təmiri işləri, demək olar ki, tamamilə dayandırılmışdı.

Ardını oxu...

Əhalinin etibarlı ərzaq təminatı strateji əhəmiyyət daşıdığından Naxçıvanda aqrar sektorun inkişafına ciddi diqqət yetirilir. Statistik rəqəmlər muxtar respublikada aqrar sektorun son 20 ildə daim yüksələn dinamika üzrə inkişaf etdiyini göstərir. Son 20 ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul olunmuşdur. Qəbul edilmiş dövlət proqramlarında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı daim diqqət mərkəzində olmuşdur.

Öz tarixi ənənələri və coğrafi mövqeyi ilə daim diqqəti cəlb edən Naxçıvan Muxtar Respublikasında təbii və əmək ehtiyatlarından səmərəli istifadə olunmaqla ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən uşaq musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Bu tədbirlər uşaq və yeniyetmələrin musiqi istedadının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xidmət edir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrimizdə uşaqlara musiqi təhsili verən ünvanların sayı artmaqdadır. Növbəti belə ünvan Sədərək rayonunda yaradılır. Hazırda rayonun Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. Tikinti işləri Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə həvalə edilib.

Ardını oxu...

Son illər muxtar respublikada həyata vəsiqə alan ixracyönümlü müəssisələrdən biri də Babək rayonunun Araz kəndi ərazisində fəаliyyət göstərən Naxçıvan “Təchizat” Açıq Səhmdar Cəmiyyətinin dəri emalı və yumurta taraları istehsalı müəssisəsidir.
Sаhibkаr Arzu Dünyamalıyev bizimlə söhbətində qeyd etdi ki, müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundаn 2010-cu ilin iyun ayında 150 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilib və layihəyə uyğun istеhsаl sahələri, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, yеməkхаnа, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilib, dəri emalı və yumurta taraları istehsalı sahələrində müasir texnoloji avadanlıqlar quraşdırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən qəzetimizə verilən məlumata görə, son illər muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq tədbirləri bütün sahələrdə olduğu kimi, torpağın əkilib-becərilməsində və məhsuldarlığın artırılmasında mühüm rol oynayan meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinə də əlverişli şərait yaradıb.
Mövcud sututarlarda təmir-bərpa işləri aparılıb, suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılmasında mühüm rol oynayan arx və kanallar bərpa edilib. Öz axarı ilə suvarılması mümkün olmayan torpaq sahələrinə boru xətləri çəkilib, nasos stansiyaları qurulub, subartezian quyuları qazılıb istifadəyə verilib. Ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayında muxtar respublikamıza səfəri zamanı yüz milyon kubmetr sututumu olan Heydər Əliyev Su Anbarı istifadəyə verilib. Su anbarından 24,2 kilometr sağ sahil və 30,35 kilometr uzunluğu olan sol sahil kanalları çəkilib. Ümumilikdə, 16 min 830 hektar torpaq sahəsinin suvarılmasına imkan yaranıb, o cümlədən 6 min 919 hektar əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Həmçinin son illər 150 milyon kubmetr tutumu olan Arpaçay və 7 milyon 190 min kubmetr tutumu olan Uzunoba Su anbarları təmir olunaraq istifadəyə verilib.

Ardını oxu...

Lisenziyalaşdırma iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin vacib istiqamətidir. Lisenziyalaşdırma dövlət hakimiyyəti orqanlarının icazə siyasətinin üsulu kimi təsərrüfat fəaliyyətinin ayrı-ayrı növlərinin yalnız xüsusi icazə (lisenziya) əsasında gerçəkləşdirilməsi üzrə norma müəyyənləşdirir.
Lisenziyalaşdırma vətəndaşların hüquqları, qanuni maraqları, mənəviyyatı və sağlamlıqlarının müdafiəsinin, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş dövlət nəzarəti növüdür. O, lisenziyaların verilməsi, dayandırılması və ləğv edilməsi, lisenziyaverən orqanların lisenziyalaşdırılan fəaliyyət növlərinin gerçəkləşdirilməsi zamanı lisenziya­alanlar (lisenziatlar) tərəfindən uyğun lisenziya tələbləri və şərtlərinə riayət olunmasına nəzarətlə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycanda lisenziyalaşdırmanın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin fərmanları və başqa hüquqi-normativ aktlar təşkil edir.
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi təkmilləşdirilib. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilib, lisenziyaların müddəti uzadılıb.

Ardını oxu...

Sədərək rayonunun yaradılmasından 25 il ötür

Qədim Naxçıvan torpağında yaşı ululardan ulu, igid, qəhrəman vətən övladlarının daşına, qayasına qanlarıyla tarix yazdıqları bir yurd yeri var. Xeyrin şərə qələbə çaldığı, düşmənin canına vəlvələ salan əzəmətiylə, qorxmaz insanlarıyla, yağının inadına onun gözü önündə salınan möhtəşəm tikililəri, bağları-bağatlarıyla, qoynunda vətən uğrunda canlarından keçmiş şəhidlərinə yer vermiş bu diyara tarix Sədərək adı verib. O Sədərək ki, Naxçıvan üçün ən çətin günlərdə düşmənin qarşısında səddə çevrilib. O yurd yeri ki, xalqımızın ən ali dəyərlərindən, qeyrət və şücaət daşlarından qurulan qalasının qapılarını düşmən üzünə açmayıb, döyüşüb, mübarizə aparıb və ən nəhayətində qalib gəlib. İgid ərənlərimiz, fədailərimiz bu məkanın həm vətən torpaqlarının ilk sərhədi, həm də son sərhədi olduğunu ən yüksək səslə hayqırıblar və sübuta yetiriblər ki, vətən sərhədi ana laylası, ana südü kimi müqəddəsdir, bu müqəddəsliyə heç kim xələl gətirə bilməz.

Yurdumun sərhədində alınmaz istehkamdı Sədərək…

1990-cı il Sədərək hadisələrinə qədər ermənilər bu torpağın naxçıvanlılar, eləcə də sədərəklilər üçün nə qədər əziz və müqəddəs olduğunu anlamamışdılar, bu torpağın insanlarına müharibədə zəif rəqib kimi baxmışdılar. Elə bilmişdilər ki, Sədərəyə yaxın azərbaycanlıların yaşadığı kənd­lərdə bir neçə qanlı qırğın törətdikdən sonra burada da müqavimət qırılacaq, insanlar torpaqlarını tərk edib gedəcəklər. Ancaq düşündüklərinin tam əksi ilə qarşılaşdılar. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etdilər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də oldu. 1990-cı ilin 19 yanvarında Sədərəyin müdafiəsi zamanı 8 nəfər şəhidlik zirvəsinə ucaldı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son 20 ildə nəzərəçarpan dəyişikliklərdən biri də muxtar respublikamızın şəhər və qəsəbələrindəki yaşayış binalarının yenidən qurulması və yeni yaşayış komplekslərinin yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib. Ötən müddətdə pro­qramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Pro­qramda xüsusi diqqət yetirilən sahələrdən biri də yaşayış binalarının tikintisi və təmiridir. Ötən dövr ərzində Naxçıvan şəhərində yeni yaşayış binaları tikilib, mövcud binalarda əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Bu istiqamətdə görülən işlər bu gün də davam etdirilir.

Ardını oxu...

“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdır. Bu məqsədlə hazırlanmış yeni layihəyə uyğun olaraq, zavodda süni qurutma sexi inşa olunmuş, burada Türkiyə istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur. Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. İlk mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesi başlanır. Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu bir diyircəkli araba xaric olmaqla digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpicdir.

Ardını oxu...

Günü-gündən yeniləşən qədim Naxçıvan özünün inkişaf və tərəqqisi ilə bu gün nümunə gücündədir. Diyarımızın müasirliyə qovuşması muxtar respublikada bütün sahələrdə həyata keçirilən islahatlar, görülən genişmiqyaslı və məqsədyönlü işlər hesabına mümkün olub. Bu sahədə tikinti-quruculuq tədbirlərinin davamlı xarakter alması xüsusi qeyd olunmalıdır.
Konkret bir ünvanda, Culfa rayonunda cari ilin ötən dövrü ərzində reallaşdırılmış quruculuq tədbirlərinə diqqət yetirək. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Bu ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 273 min 300 manat və yaxud 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,6 faiz artaraq 12 milyon 626 min 900 manat olub.

Ardını oxu...

 

 

 

Ata-babadan alma dadı, tamı, ətri, faydasına görə “behiştdən gələn meyvə” adlanır. Şahbuzun Keçili kəndində yararsız yerlərə hörgülərlə su arxı çəkib, 5 hektar meyvə bağı salan, bu gün də barverən həmin bağın sahibi 130 il ömür sürmüş Hacı Nurəli baba deyərmiş ki, hər kim səhər-səhər gündə iki alma yesə, atdan yıxılsa da, heç bir sınığa düçar olmaz. Alma sümükləri də bərkidir. 

Alma, sözün əsl mənasında, meyvələrin şahıdır. Tərkibində limon, kəhrəba, alma turşuları, 5 faizdən 24 faizədək şəkər, B, C vitaminləri, kalium, natrium, dəmir duzları, karotin maddələri vardır. Naxçıvan torpağında yetişən alma meyvəsi yeyiləndə kəsilən hissəsi tezliklə qızarır. Başqa yerlərin alma meyvəsində belə rəngə rast gəlmək çətindir. Hələ 40-50 il bundan əvvəl Kükü, Keçili, Nursu, Ağbulaq kənd­lərində salınan alma bağları əhalinin meyvəyə olan tələbatında mühüm rol oynamışdır. Maraqlıdır ki, vaxtilə Babək rayonunun Hacıniyyət tinglik təcrübə təsərrüfatı muxtar respublikanı alma tingləri ilə təmin edərkən keçmiş ittifaqın müxtəlif regionlarından alma toxumları alaraq ting yetişdirirdi. Avropa ölkələrindən başqa, Meksika və Kanadada yayılıb Baltikyanı ölkələr, Moldovayadək rayonlaşıb, oradan da toxumçuluqla Azərbaycana, o cümlədən Naxçıvana gətirilən çox qarışıq alma sortları burada artırılmışdır. Qonşu İran, Türkiyə və digər ölkələrdən də müxtəlif alma sortu tingləri gətirilərək bara salınmışdır. Bu torpağın ən qiymətli sortu olan qış qızılı indinin özündə də bütün gətirilmə alma sortlarına meydan oxuyur. Bu sortla rəqabətə girən alma növlərinə rast gəlmək çətindir. Çoxları elə bilir ki, qış qızılı alması yəqin qırmızı rəngdədir. Xeyr, yaşıl rənglidir. Mart, aprel, hətta may aylarınadək əla dözümlə öz dad-tamını yaxşılaşdırıb getdikcə saralır. Bu sortun vətəni Naxçıvan iqlimi kimi sərt Sibir torpağıdır. İki əsr əvvəl seleksiya yolu ilə yaradılaraq yayılmışdır. Respublikamızın bütün bölgələri ilə müqayisədə elə bil qış qızılının əsl vətəni Şahbuzun dağ kəndləridir. Yayın sərin mehində ağaclar olduqca yaxşı inkişaf edir. Soyuğa, istiliyə, zərərverici və xəstəliyə ən dözümlü sort kimi yaxşı qulluq edildikdə bol məhsul verir.

Ardını oxu...

Muxtar respublikamızda torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi və ekoloji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, yay otlaq sahələrimiz yalnız 29 min 736 hektardır, onda torpaqların yem ehtiyatlarının qorunması və bərpası tədbirlərinin önəmi daha da artır.
Ona görə də yay otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi ekoloji-hüquqi maarifləndirici və məlumatlandırıcı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlarla, fermerlərlə, fərdi təsərrüfat sahibləri ilə otlaq və biçənək ərazilərində görüşlər keçirir, otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində mövcud qanunvericiliyin tələbləri onlara izah edilir. Cari ilin may, iyun, iyul və avqust aylarında yay otlaq sahələrində, örüş və biçənəklərdə ekoloji qiymətləndirmə işləri aparılıb, “Bata­bat”, “Qanlı göl”, “Keçəl dağ”, “Dəmirli yurdu” və “Göy-göl” ətrafı yaylaqlarda ekoloji-hüquqi maarifləndirici tədbirlər davam etdirilib.

Ardını oxu...

Muxtar respublikanın iqtisadiyyatında əldə olunan nailiyyətlər Ordubad rayonunda da tikinti-abadlıq işlərinin həcminin artmasına, şəhər və kəndlərin simasının yeniləşməsinə şərait yaradıb. 2014-cü ilin birinci yarısının nailiyyətlərini tikinti-quruculuq sahəsində aydın şəkildə görmək olar. Ənənəvi olaraq bu ilin ilk 6 ayında belə işlər rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrini də əhatə edib. Tikinti-quruculuq işlərinin təyinatının müxtəlif istiqamətləri əhatə etməsi xüsusilə diqqətçəkəndir.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2015-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29 milyon 62 min 800 manat və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2 faiz artaraq 26 milyon 851 min 200 manat təşkil edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında kənd təsərrüfatı mühüm rol oynayır. 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması isə aqrar sektorun yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir. Əldə olunmuş nailiyyətlərin əsas səbəblərindən biri muxtar respublikada sahibkarlığın inkişafına geniş meydan verilməsi, bu sahəyə dövlət yardımının ilbəil artırılması, sahibkarların təcrübəsinin daha da zənginləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılmasıdır. Regionda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunmuş müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sen­tyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Döv­lət Proqramı” mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Muxtar respublikada cari ilin yanvar-iyul aylarında 1 milyard 294 milyon 428 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 6,5 faiz artaraq 2935,9 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 566 milyon 401 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələmişdir.

Ardını oxu...

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün təkmilləşdirmə kurslarına başlanılıb.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə açaraq bildirib ki, beş gün davam edəcək kurslarda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında”, “Gömrük rəsmiləşdirilməsi və yeni gömrük qanunvericiliyinin tətbiqi haqqında”, “Qida təhlükəsizliyi günün aktual məsələlərindəndir” və “İstehlakçıların hüquqlarının qorunması” mövzularında seminarlar keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq təşkil olunan kurslarda müvafiq dövlət orqanlarının nümayən­dələrinin iştirakı təmin olunacaqdır.­

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. Belə ki, cari ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 44,2 faiz artaraq 47 milyon 347 min manata çatmışdır. Bu müddət ərzində verilmiş kreditlərin 13 milyon 234 min manatı qısamüddətli, 34 milyon 113 min manatı isə uzunmüddətli olmuşdur.
Ümumiyyətlə, avqustun 1-nə muxtar respublikada cəmi kredit qoyuluşunun həcmi 121 milyon 988 min manat olmuşdur ki, bunun da 15 milyon 360 min manatı qısamüddətli, 106 milyon 628 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.

Ardını oxu...

Müəssisədə yeni istehsal sahəsi yaradılıb

Muxtar respublikanın bütün təbii ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolu nəzərə alınaraq kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2008-ci ilin dekabr ayından fəaliyyət göstərən “Nəqşi-cahan Holdinq” Şirkətlər Qrupunun Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 17 istehsal müəssisəsi, 3 xidmət sahəsi olmaqla, ümumilikdə, 20 sahənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Belə tədbirlər mövcud problemləri aradan qaldırmaqla bölgə sakinlərinin qurub-yaratmaq əzmini daha da gücləndirir.
Məlumat üçün bildirək ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzində Babək Rayon Rabitə İdarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Babək qəsəbəsinin Heydər Əliyev prospektində 500 metr məsafədə daş hasar inşa olunub, haliyədə həmin hasarın üzləmə işləri davam etdirilir. 5 mərtəbəli 60 mənzilli yaşayış binasında isə yenidənqurma işləri aparılıb, binanın yolları asfaltlanıb, ətrafında park salınıb, yaşıllaşdırma işləri aparılıb və müasir işıqlandırma sistemi quraşdırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar ayında qeydə alınmış 246 min 264 manatlıq nağdsız dövriyyə 1 avqust 2015-ci il tarixə 1 milyon 194 min 40 manat həcmində müşahidə edilib ki, bunun da 863 min 57 manatı POS-terminallar, 330 min 983 manatı isə internet və digər ödəniş vasitələri ilə aparılıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 839 min 501 manat olub. Məlumatda qeyd olunur ki, muxtar respublika ərazisində banklar tərəfindən yaradılmış nağdsız ödəniş infrastrukturunun günbəgün genişləndirilməsi də bu artıma səbəb olan amillərdəndir. Əsas ödəniş alətlərindən sayılan ödəniş kartlarının sayı artıq 1 avqust 2015-ci il tarixə 214 min 108 ədəd təşkil edib ki, bu da muxtar respublika sakinlərinin hər iki nəfərindən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir. Bu göstəricidə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış artım 18 min 797 ədəd təşkil edir. Digər əsas nağdsız ödəniş alətlərindən sayılan POS-terminalların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 333 ədəd artım qeydə alınıb. Bu, 1 avqust 2015-ci il tarixə 489 ədədi Naxçıvan şəhərində, 523-ü rayon və iri kənd mərkəzlərində olmaqla, 1012 ədəd təşkil edib. Eyni zamanda muxtar respublika ərazisində 54-ü Naxçıvan şəhərində, 41-i isə rayon və iri kənd mərkəzlərində olmaqla, 95 ədəd bankomat quraşdırılıb. Naxçıvan şəhərində quraşdırılmış 2 yeni Milli ÖN (ödəniş nöqtəsi) terminalı da əhaliyə nağdsız əməliyyatları daha rahat və etibarlı şəkildə həyata keçirmələri üçün məsafəli bank xidmətlərini göstərməkdədir.
Ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız əməliyyatların həcmi 9 milyon 324 min 601 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 715 min manat çoxdur.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda aparılan məqsədyönlü islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində müsbət mənada əsaslı dəyişikliklər baş verib. İqtisadiyyatda müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlakın və torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaları labüd edib. Həmin yanaşmalar informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini özündə ehtiva edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2015-ci il mayın 19-da imzaladığı Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə, işlərin mərkəzləşmiş qaydada daha mütəşəkkil şəkildə aparılmasına geniş imkanlar açıb, yeni-yeni uğurlu nəticələrin əldə olunmasına rəvac verib. Ötən ayın mənzərəsinə nəzər saldıqda bunu daha aydın şəkildə görmək olar. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının müvafiq bənd­lərinin icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində mövcud Əsasnaməyə və təsdiq edilmiş iş planına uyğun olaraq, 2015-ci ilin iyul ayı ərzində xeyli iş görülüb.

Ardını oxu...

İçməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr uğurla davam etdirilir. Belə ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə su xətləri yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral xətlər çəkilir, çirkab sutəmizləyici qurğular yaradılır, sayğaclaşma işləri aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumta görə, cari ilin 7 ayı ərzində Naxçıvan şəhərində 1,89 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 0,43 kilometr şəhərdaxili su şəbəkəsi çəkilmiş, 55 ev kanalizasiya şəbəkəsinə qoşulmuş, 960 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Həmçinin layihə çərçivəsində bu gün muxtar respublikamızda çirkab sularının yenidən təmizlənərək kənd təsərrüfatında istifadəsi üçün mühüm işlər görülür. Belə ki, çirkab suların təmizlənib zərərsizləşdirilməsi üçün Naxçıvan şəhərində 2014-cü ildən tikintisinə başlanılmış və bu gün davam edən bio-reaktor membrantipli çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Ardını oxu...

Kənd təsərrüfatının inkişafında taxıl istehsalı əkinçiliyin əsasını təşkil edir. Demək olar ki, dünyanın əksər ölkələrində əkinçiliyin ilk tarixi taxılın becərilməsilə başlayır. Əgər taxılçılıq inkişaf etdirilməsə, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək qeyri-mümkündür. Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır. Buğda daha geniş yayılmış və ən qiymətli dənli ərzaq bitkisidir.

Dənli taxıl bitkiləri içərisində payızlıq buğdanın xüsusi yeri var. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, yağ, vitaminlər, karbohidratlar və mineral maddələr vardır. Buğda dəni fosfor, qiymətli kalium birləşmələri, dəmir və çoxlu vitaminlərlə zəngindir. Payızlıq buğdanın becərilmə aqrotexnikası bir neçə mərhələdə aparılmalıdır. Düzgün və vaxtında aparılan tədbirlər məhsul artımını təmin edir.

Ardını oxu...

İnsan həyatı hər zaman maddi nemətlər istehsalından asılı olub. Bu baxımdan xalqımızın iqtisadi istehsal tarixinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Yaşadığımız coğrafiyanın zəngin təbiətə, bərəkətli torpaqlara, çoxsaylı iqlim qurşağına, bol sulu ərazilərə malik olması yer üzündə sənətlərin ən qədimi olan əkinçiliyin bilavasitə inkişafına imkan verib.

Ölkəmizin bir çox regionları kimi, qədim Naxçıvan torpağı da bu zənginlikdən nəsibini alaraq tarixboyu özünün mütərəqqi əkinçilik ənənələrini yaradıb. Bunu arxeoloji qazıntılardan əldə edilmiş müxtəlif əmək alətlərinin hissələri, təsərrüfat küpləri və sair də təsdiq edir. Etnoqraf olmasam da, bunu əminliklə deyə bilərəm ki, dünyanın əkinçilik tarixində ilk, həm də mühüm yeri dənli bitkilərin istehsalı tutur. Buğda, arpa, darı, çəltik kimi bitkilərin əkini də əsrlərdən bəri naxçıvanlıların əsas məşğuliyyətlərindən olub. Qədim Nuh yurdunun bərəkətli torpaqları uzun illərdir ki, üzərində yaşadığı insanların ruzisini bu əkin növlərindən verib, çəkdikləri zəhmətin hesabına dolanışıqlarını təmin edib, beləliklə, özünün əkinçilik mədəniyyətinin formalaşmasına yardım edib. Əslində, əkinçilik çox müqəddəs sənətdir. Ona görə yox ki, bu sənətin tarixi qədimdir və ya əkinçilik böyük zəhmət tələb edir. Məsələ ondadır ki, əkinçilik yeganə sənətdir, bu sənət olmasa idi, cəmiyyətin bioloji varlığı sual altında olardı. Bəlkə də, buna görədir ki, Uca Yaradanın yer üzünə göndərdiyi peyğəmbərlərdən dərzi İdris Peyğəmbər istisna olmaqla, hamısı əkinçiliklə məşğul olub.

Ardını oxu...

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlib. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar yüksək texniki göstəricilərə malik rahat avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı şirkətlər isə yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən də muxtar respublikada xaricdə istehsal olunmuş müxtəlif markalı minik və yük avtomobillərinin, maşın-mexanizmlərin sayı xeyli artıb.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu da uşaq və yeniyetmələrin musiqi istedadını üzə çıxarmaq və inkişaf etdirmək üçün inşa olunan musiqi məktəblərinin binaları təşkil edir.
Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrimizdə belə yeni ünvanların sayı artmaqdadır. Bu qayğıdan Sədərək rayonuna da pay düşüb. Hazırda rayonun Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. Tikinti işləri Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə həvalə edilib. İdarədən aldığımız məlumata görə, inşaat işlərinə aprel ayından başlanılıb. İnşaatçılara yaradılan şərait hesabına ötən müddət ərzində tikinti işlərinin böyük qismi başa çatdırılıb. Binanın çardağı qurulub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR