23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda daşınmaz əmla­kın dövlət reyestrinin aparılmasında operativliyin təmin edilməsi, eləcə də torpaqlardan təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarəti sahəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə mühüm vəzifələr düşür.
Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən məqsədyönlü işlər nəticəsində ötən ay muxtar respublika üzrə 164 torpaq, 1 qeyri-yaşayış sahəsi, 64 mənzil, 131 fərdi yaşayış evi, 1 çoxmərtəbəli yaşayış, 4 qeyri-yaşayış binası, 3 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 368 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində daxil olmuş müraciətlər əsasında 289 texniki sənəd hazırlanmışdır. Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması üçün, ümumilikdə, 308 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilmiş, əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarət gücləndirilmişdir.

Ötən ay muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 75 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan reyestrinin elektron xəritələri üzərinə köçürülmüşdür. Naxçıvan şəhər dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması məqsədilə ərazilər kameral şəraitdə müəyyənləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və komitənin Naxçıvan Şəhər İdarəsinin mütəxəssisləri ilə birlikdə ölçü işləri aparılmış, 25 hektar dövlət ehtiyat fondu torpaqlarında, 177 hektar isə qış otlaq sahələrində əkinəyararlı torpaq sahələri ölçülərək xəritələşdirilmişdir.
Culfa rayonunun Şurud kəndinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Şərur şəhəri və rayonun Dərvişlər, Vərməziyar, Yengicə, Tənənəm, Dərəkənd və Oğlanqala kəndlərinin ərazisində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmış, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmışdır.
Komitənin Ordubad, Şahbuz və Sədərək rayon idarələrinin komitə ilə elektron əlaqəsini təmin edən fiber-optik xətt Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həmin idarələrin fəaliyyət göstərdiyi yeni ünvanlara köçürülmüşdür. Avqust ayında Şərur rayonunun Vərməziyar və Muğanlı, Culfa rayonunun Əlincə və Xoşkeşin, Ordubad rayonunun Yuxarı Əylis və Yuxarı Əndəmic, Babək rayonunun isə Kalbaoruc Dizə və Kərimbəyli kənd­lərində vətəndaşlara səyyar xidmət göstərilmişdir.
Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən Şərur rayonunun Yeni Havuş və Xətai, Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərinin, eləcə də Heydərabad qəsəbəsinin yerquruluşu planları, Kəngərli rayonunun Qıvraq qəsəbə, Qabıllı, Yurdçu, Şərur rayonunun Mahmudkənd, Dərəkənd və Danyeri kənd­lərinin kartoqramları hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası ilə bağlı Naxçıvan şəhəri, Şərur, Babək və Kəngərli rayonlarının dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əraziləri müəyyənləşdirilmiş, Şərur rayonunun Dərvişlər, Tənənəm, Dərəkənd, Oğlanqala kənd­lərinin və Şərur şəhərinin həyətyanı və çöl pay torpaqlarının ortofotoplana əsasən, yerləri dəqiqləşdirilərək xəritələri hazır­lanmışdır. Hazırda institutun mütəxəssisləri tərəfindən Babək rayonunun Babək qəsəbəsində həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsilə yerquruluşu planaalma işləri aparılır.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi muxtar respublikamızda torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasında operativliyin təmin edilməsi istiqamətində səylərini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR