23 Dekabr 2024, Bazar ertəsi

Nəqliyyat daşımalarının vaxtında və təhlükəsiz yerinə yetirilməsi istiqamətində avqust ayında da müvafiq tədbirlər görülmüşdür.
Belə ki, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasına başlanılmış, avtovağzallarda, avtobus parkında qışa hazır­lığın vəziyyəti yoxlanılmışdır. Texniki müayinə komissiyası qış aylarında marşrut xətlərinə buraxılacaq nəqliyyat vasitələrinin texniki sazlığına nəzarəti gücləndirmişdir.
Muxtar respublikada fəaliyyətdə olan 138 marşrut xətti üzrə hərəkət edən 303 avtobus və 487 taksi vasitəsilə şəhər, rayon mərkəzləri, qəsəbə və kəndlərin hamısı marşrutla təmin edilmişdir. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun qrafik üzrə fəaliyyəti də təmin edilmiş, bu dövrdə Naxçıvandan Bakıya 131 reys vasitəsilə 5 min 851, əks-istiqamətdə isə 5 min 927 sərnişin daşınmışdır.

Xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə dövlət nəzarəti gücləndirilir. Avqust ayı ərzində 10 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 17 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Nəqliyyat vasitələrinə nəzarət məqsədilə müxtəlif günlərdə 9 dəfə reyd keçirilmiş, qanunsuz sahibkarlıqla məşğul olan sürücülər müəyyən edilərək onların barəsində müvafiq tədbirlər görülmüşdür. “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın icrasına nəzarət də gücləndirilmişdir. Ötən ay yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, 233 nəqliyyat vasitəsinə “icazə vərəqəsi” verilmişdir. Həmçinin nazirlik tərəfindən sərnişindaşıma ilə məşğul olan avtobus və taksilərin təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə nəzarət edilmiş, xüsusən axşam saatlarında şəhərdaxili marşrutların intensiv hərəkəti təmin olunmuşdur.
Yol-nəqliyyat infrastrukturunun inkişafına, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinə hesablanmış tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR