Son illər muxtar respublikada həyata vəsiqə alan ixracyönümlü müəssisələrdən biri də Babək rayonunun Araz kəndi ərazisində fəаliyyət göstərən Naxçıvan “Təchizat” Açıq Səhmdar Cəmiyyətinin dəri emalı və yumurta taraları istehsalı müəssisəsidir.
Sаhibkаr Arzu Dünyamalıyev bizimlə söhbətində qeyd etdi ki, müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundаn 2010-cu ilin iyun ayında 150 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilib və layihəyə uyğun istеhsаl sahələri, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, yеməkхаnа, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilib, dəri emalı və yumurta taraları istehsalı sahələrində müasir texnoloji avadanlıqlar quraşdırılıb.
2011-ci ilin yanvar ayından fəaliyyətə başlayan müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsalı üçün hərtərəfli şərait yaradılıb, xammal ehtiyatı məqsədilə 2012-ci ilin mart ayında Sаhibkаrlığа Kömək Fоndundаn əlavə olaraq 50 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilib. Müəssisənin daha müasir texnoloji avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb, İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Beləliklə, dəri emalı prosesində daha bir mərhələnin – dərinin tərkibində olan suyun kənarlaşdırılması prosesinin müəssisədə həyata keçirilməsinə başlanılıb.
Muxtar respublikamızda müasir texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət Ət Məhsulları Kompleksi” MMC-nin fəaliyyətə başlaması dəri emalı müəssisəsinin də daha keyfiyyətli xammalla təmin olunmasına geniş imkanlar açıb. Primitiv üsullarla kəsimi həyata keçirilən heyvanların dərilərində kəsiklərin olması emal prosesində problemlər yaradırdı. “Bərəkət Ət Məhsulları Kompleksi” MMC-də isə kəsim prosesindən ətin təhvil verilməsinədək bütün proseslər avtomatlaşdırılmış sistemlə aparıldığından dərilərdə heç bir kəsik aşkar olunmur, emal prosesi yüksək səviyyədə aparılır.
Müəssisədə istehsal olunan məhsul yarımfabrikat halında bağlanmış müqaviləyə uyğun olaraq Türkiyə Respublikasına göndərilir.
Firma və mağazalardan toplanan karton, kağız materialları emal edilərək yumurta taraları istehsal olunur. Yumurta taraları istehsalı sahəsinin aylıq istehsal gücü 65-70 min ədəddir. Bu rəqəm muxtar respublikamızda həmin məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi deməkdir.
Dəri emalı sexinin isə aylıq istehsal gücü 75-80 ton iribuynuzlu, 12-15 min ədəd xırdabuynuzlu heyvan dərisindən ibarətdir. Hazırda ay ərzində 55 tondan artıq iribuynuzlu, 4500-4600 ədəd xırdabuynuzlu heyvan dəriləri emal olunur.
Yüksəkkeyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Muxtar respublikamızda tədarük edilən və ölkəmizin digər regionlarından alınıb gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri emal olunaraq yarımfabrikat halında “Qaragül” əmtəə nişanı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən, bu sahə üzrə qabaqcıl təcrübəyə malik sifarişçi şirkətlərin ünvanlarına göndərilir. Müəssisənin tam gücü ilə işləməsi və əlavə işçi qüvvəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir, xarici ölkələrdə fəaliyyət göstərən dəri emalı sahəsində qabaqcıl təcrübəyə malik şirkətlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi aparılır. Ayrı-ayrı rayonlarda fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafiq Əliyev, Əbdül Vəliyev, Əliyar Eyvazov və başqaları qeyd etdilər ki, son illər muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlər digər sahələrdə olduğu kimi, heyvandarlığın inkişafına da öz müsbət təsirini göstərib, fermer və fərdi təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı artıb. Nəticədə, daxili bazarın keyfiyyətli ət-süd məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Ancaq kəsilən heyvanların dərilərinin tədarük edilib emal olunması problem olaraq qalırdı. Son illər tikilib istifadəyə verilən dəri emalı müəssisəsinin fəaliyyətə başlaması ilə kəsim zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan dərilərinin tədarük olunması problemi aradan qaldırıldı. Əvvəllər kəsilən heyvanların dəriləri tədarük olunmur, hara gəldi atılıb həmin ərazidə antisanitariya vəziyyəti yaradırdısa, indi bu müəssisənin özündə və hər bir rayonda təyin olunmuş nümayəndələri tərəfindən heyvan dəriləri tədarük olunur. Bu da həm israfçılığın qarşısını alır, həm də hər bir sahibkarın büdcəsinə müsbət təsir göstərir. Eyni zamanda ətin maya dəyərinin aşağı düşməsinə səbəb olur, bazarlarda ucuzluq yaranır. Nəticədə, həm istehsalçı, həm də istehlakçı qazanır.
Yeni istehsal sahəsinin fəaliyyət göstərməsi dərilərin emal olunaraq yarımfabrikat halında ixrac olunmasına əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasına da geniş imkanlar açıb. Hazırda müəssisədə yüksək əməkhaqqı, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunan16 nəfər çalışır. Ayrı-ayrı rayonlarda isə, ümumilikdə, 20 nəfər fiziki şəxslə müqavilə bağlanılıb. Bu isə heyvan dərilərinin vaxtında tədarük olunub müəssisəyə gətirilməsinə imkan verir.
Kərəm Həsənov