23 Dekabr 2024, Bazar ertəsi

İçməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr uğurla davam etdirilir. Belə ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə su xətləri yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral xətlər çəkilir, çirkab sutəmizləyici qurğular yaradılır, sayğaclaşma işləri aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumta görə, cari ilin 7 ayı ərzində Naxçıvan şəhərində 1,89 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 0,43 kilometr şəhərdaxili su şəbəkəsi çəkilmiş, 55 ev kanalizasiya şəbəkəsinə qoşulmuş, 960 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Həmçinin layihə çərçivəsində bu gün muxtar respublikamızda çirkab sularının yenidən təmizlənərək kənd təsərrüfatında istifadəsi üçün mühüm işlər görülür. Belə ki, çirkab suların təmizlənib zərərsizləşdirilməsi üçün Naxçıvan şəhərində 2014-cü ildən tikintisinə başlanılmış və bu gün davam edən bio-reaktor membrantipli çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Rayon mərkəzində və yaxın kənd yaşayış məntəqələrində də su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində bir çox işlər görülmüşdür.
Babək rayonunda müxtəlif diametrli borularla daxili su şəbəkəsinin 3,71 kilometr xətti, 2,83 kilometr kanalizasiya xətti çəkilmişdir. 34 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır.
Şahbuz rayonunda da layihə çərçivəsində bir sıra işlər görülüb və görülməkdədir. Xam su anbarı izolyasiya olunaraq ətrafı doldurulmuş, 320 metr beton kanal çəkilmişdir. Qurğunun ətrafında hamarlama işləri aparılmışdır. Hazırda qurğunun içərisinə tal quraşdırılır, su anbarlarının və sutəmizləyici qurğunun ətrafında abadlıq işləri görülür, hasar və işıqlandırma xətləri çəkilir. “Ayı dərəsi” adlanan ərazidə kaptaj qazılır və mövcud xəttə birləşdirilir.
Bu işlərin həyata keçirilməsində başlıca məqsəd muxtar respublikada əhalinin su ilə təminatını müasir standartlar səviyyəsinə çatdırmaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR