23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi və ekoloji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, yay otlaq sahələrimiz yalnız 29 min 736 hektardır, onda torpaqların yem ehtiyatlarının qorunması və bərpası tədbirlərinin önəmi daha da artır.
Ona görə də yay otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi ekoloji-hüquqi maarifləndirici və məlumatlandırıcı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlarla, fermerlərlə, fərdi təsərrüfat sahibləri ilə otlaq və biçənək ərazilərində görüşlər keçirir, otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində mövcud qanunvericiliyin tələbləri onlara izah edilir. Cari ilin may, iyun, iyul və avqust aylarında yay otlaq sahələrində, örüş və biçənəklərdə ekoloji qiymətləndirmə işləri aparılıb, “Bata­bat”, “Qanlı göl”, “Keçəl dağ”, “Dəmirli yurdu” və “Göy-göl” ətrafı yaylaqlarda ekoloji-hüquqi maarifləndirici tədbirlər davam etdirilib.

İstifadəçilər bilməlidirlər ki, bu sahədə görülən işlərin yeganə məqsədi ondan ibarətdir ki, otlaqlarımızın yem ehtiyatlarını qoruyaq, torpaqların səhralaşması kimi problemlərin yaranmasına imkan verməyək. Bu sahənin qanunla tənzimlənməsi qaydalarına uyğun olaraq, inzibati tədbirlərin görülməsindən əvvəl hər bir sahibkar düşünməlidir ki, örüş və otlaqlardan düzgün istifadə edilməməsi gələcəkdə bu sahədə təsərrüfat fəaliyyətini məhdudlaşdıracaq.
Yay otlaq sahələrində, örüş və biçənəklərdə bu sahədə fəaliyyətin tənzimlənməsi məqsədilə ekoloji monitorinqlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR