22 Dekabr 2024, Bazar

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında təbii qaz təminatı mühüm yer tutur. Artıq muxtar respublikada bütün yaşayış məntəqələri qazlaşdırılmışdır. Abonentlərin dayanıqlı mavi yanacaqla təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Təkcə 2015-ci ildə muxtar respublikada qazlaşdırılan yeni mənzillərin, fərdi evlərin və müxtəlif təyinatlı obyektlərin sayı 1343 olmuşdur. İl ərzində yaşayış məntəqələrində fərdi və ictimai yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, tikinti işlərinin aparılması, yolların, su-kanalizasiya xətlərinin çəkilməsi və digər abadlaşdırma işləri ilə əlaqədar olaraq 185 min 961 paqonometr qaz kəmərlərinin yeri dəyişdirilmiş və ya yenilənmişdir.

Payız-qış mövsümündə istehlakçıları fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək qarşıda duran ən vacib vəzifələrdəndir. Birliyin kollektivi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmuş, payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir. Qış mövsümündə təbii qaza olan tələbatın artması nəzərə alınaraq bütün sistem boyu qaz kəmərlərinə nəzarət edilmiş, texniki baxış zamanı aşkar olunan 25 min 628 sızma və digər nasazlıqlar aradan qaldırılmışdır. Qaz itki­sinin qarşısının alınması məqsədilə yeraltı və yerüstü kəmərlər mütəmadi yoxlanılmış, korroziyaya uğrayanlar yeniləri ilə dəyişdirilmişdir. İstismara yararsız sayğaclar da yenisi ilə əvəzlənmiş, nasazlıq və qəzalarla bağlı daxil olan 18 min 547 müraciətə vaxtında baxılaraq qazın nəqli bərpa olunmuşdur. İl ərzində Naxçıvan şəhərindəki mənzillərdə 7 min 793 smartkarttipli qaz sayğacı quraşdırılmışdır.

Ardını oxu...

Muxtar respublikada yeni elektrik stansiyaları tikilib istifadəyə verilir, yarımstansiyaların, elektrik verilişi şəbəkələrinin davamlı fəaliyyəti təmin olunur. Bu sahədə görülən işlərin nəticəsidir ki, elektrik enerjisinə olan tələbat tam daxili istehsal hesabına ödənilir.

2015-ci ildə də muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin miqyası genişləndirilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi tərəfindən 2015-ci il üçün energetika proqramı qəbul olunmuş, yeni elektrik stansiyalarının tikintisi və elektrik təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Təbii ki, muxtar respublikada yaşayış məntəqələrinin, istehsal müəssisələrinin daimi və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ən əhəmiyyətlisi dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi olmuşdur. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlərin tərkib hissəsi olan 20 meqavatlıq Günəş Elektrik Stansiyası uzun illər abonentləri elektrik enerjisi ilə təmin edəcəkdir. Bu gün də muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası inşa olunur.

Ardını oxu...

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif müəssisələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək işin bir vacib sahəsidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması isə işin bir-birini tamamlayan digər mühüm əhəmiyyətli sahəsidir. Bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin mart ayında Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır.

Ardını oxu...

Muxtar respublikada yol-nəqliyyat kompleksi davamlı surətdə inkişaf etdirilir, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Bu sahədə 2015-ci ildə də mühüm işlər görülmüşdür.
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, Naxçıvan şəhərinin yol-nəqliyyat infrastrukturu təkmilləşdirilmiş, şəhərdə nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidləri və dayanacaqlar istifadəyə verilmişdir. Şəhərdaxili marşrutlar üçün yeni avtobusların alınıb gətirilməsi də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmişdir. Bu il 7 müasir avtobus alınaraq şəhərdaxili sərnişindaşımada istifadəyə verilmiş, Naxçıvan şəhərində əhaliyə 24 saat xidmət göstərən yeni taksi xidməti fəaliyyətə başlamışdır. Artıq günün istənilən vaxtında “288” nömrəsinə zəng etməklə taksi xidmətindən yararlanmaq mümkündür.
Yaşayış məntəqələrinin inkişafı, əhalinin sayının artması, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını, yenilənməsini tələb edir. Ötən dövrdə ucqar dağ kəndlərində nəqliyyat xidmətinin təşkilinə xüsusi diqqət yetirilmiş, Ordubad rayonunun Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə yeni marşrutlar açılmışdır. Hazırda muxtar respublikada 138 marşrut üzrə xidmət göstərən 303 avtobus və 489 taksi vasitəsilə bütün rayon mərkəzləri və kəndlərə gediş-gəliş təmin edilmişdir. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə xidmətin günün tələbləri səviyyəsində təşkilinə də diqqət artırılmış, 2 ədəd müasir “MAN Neoplan” markalı avtobus alınaraq xəttə buraxılmışdır. 2015-ci ilin ötən dövründə Naxçıvandan Bakıya 1101 reyslə 45 min 942, əks-istiqamət üzrə isə 45 min 703 sərnişin daşınmışdır. Yeni beynəlxalq mar­şrutların fəaliyyətə başlaması istiqamətində də müvafiq işlər görülmüş, oktyabr ayından etibarən Naxçıvan-Urmiya-Naxçıvan avtobus marşrutu istifadəyə verilmişdir.

Ardını oxu...

Şahbuz rayonunda son illərdə müxtəlif təyinatlı obyektlərin həyata vəsiqə alması, yolların müasir tələblər səviyyəsində yenidən qurulması, körpülərin salınması, digər quruculuq tədbirləri bu bölgəni müasir rayona çevirib.
Quruculuq tədbirləri həm rayon mərkəzinin, həm də kənd yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, mövcud problemləri aradan qaldırıb.
Cari ildə də rayonda bir sıra quruculuq tədbirləri reallaşdırılıb. Hazırda Daylaqlı kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün inşa olunan binalarda son tamamlama işləri həyata keçirilir. Qeyd edək ki, 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. İnşaatçılar onlara yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edir, obyekti vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Məktəb binasının yaxınlığında isə kənd mərkəzi üçün bina inşa olunub. Binada bu yaşayış məntəqəsində fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Daha bir quruculuq ünvanı xidmət mərkəzinin binasıdır. Burada müxtəlif xidmət obyektləri fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərlə görüş keçirilib. Tədbirdə vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyev nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb. O deyib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. Təkcə 2014-cü il ərzində elektron ödəniş vasitələrindən istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 223 nəfərə 20 min manatlıq hədiyyə verilib. Bu ilin birinci yarısında muxtar respublika üzrə 200 vətəndaşa 10 min manat dəyərində müxtəlif məişət avadanlıqları təqdim edilib.

Bildirilib ki, seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət yetirilib. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi say etibarı ilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib. Əminliklə demək olar ki, belə tədbirlər əhalidə POS-terminallardan istifadəyə olan marağı daha da artıracaq, nağdsız hesablaşmaların artırılmasına təkan verəcək.

Ardını oxu...

Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının istehsalı mühüm əhəmiyyət daşıyır. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il məhsul istehsalçılarına güzəştli şərtlərlə müxtəlif təyinatlı texnikalar, yanacaq və gübrələr, həmçinin muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kreditlər verilir. Bu istiqamətdə davam etdirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə də diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, sahibkarlığa dəstək məqsədilə cari ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən məhsul istehsalçılarına 19 milyon 604 min manat kredit verilmişdir ki, bu da kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasına səbəb olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsulları ixracın həcminə də müsbət təsir göstərmiş və cari ildə muxtar respublikadan 96 milyon 518 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.

Xəbərlər şöbəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi davamlı və dayanıqlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görür.
Bu barədə məlumat qəzetimizə “Naxçıvanqaz” İstehsalat Birliyindən daxil olub. Məlumatda bildirilir ki, muxtar respublika üzrə 1 dekabr 2015-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 85 min 421, o cümlədən 83 min 510 əhali abonenti və 1911 qeyri-əhali abonenti olub. Cari ilin ötən dövründə 1346 abonent, o cümlədən 1189 əhali abonenti və 157 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb. Yeni sosial-inzibati obyektlərin tikilməsi, yolların genişləndirilməsi ilə əlaqədar daşıyıcı-paylayıcı qaz kəmərlərinin yerləri dəyişdirilib və yeni qaz xətləri çəkilib.

Ardını oxu...

Tarixin bütün dövrlərində torpaq və onunla bağlı münasibətlər istənilən cəmiyyətdə əsas, həlledici amillərdən biri olub və istehlak olunan maddi nemətlərin mənbəyi kimi torpağa yanaşma bütövlükdə dəyişməyib. Müasir dövrdə isə torpaq bu funksiyanı nəinki sosial-iqtisadi, həm də sosial-siyasi və beynəlxalq münasibətlərdə qoruyub saxlayır. 

1996-cı ildə “Torpaq islahatı haqqında” Qanunun qəbul olunması, ümummilli lider Heydər Əliyev tərəfindən muxtar respublikamızın Gal və Şurud kənd­lərində təməli qoyulmuş islahatların ölkə üzrə aparılması kənd təsərrüfatında yeni mülkiyyət münasibətlərinin formalaşmasına təkan vermişdir. İslahatların sosial məzmunlu olması və ümumi rifaha xidmət etməsi sonrakı mərhələlərdə aqrar sahənin dinamik inkişafını təmin etmişdir. Torpağa qayğıkeş yanaşma, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının iqtisadi artımın başlıca hərəkətverici qüvvəsinə çevrilməsi məhz bu islahatların nəticəsidir.

Ardını oxu...

Cari ildə də Kəngərli rayonu ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi, Elektrik Şəbəkəsi üçün yeni binalar və “Qıvraq” elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Bu tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsində yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub. 

Kompleks quruculuq tədbirlərindən rayonun Yurdçu kəndinə də pay düşüb. Belə ki, adıçəkilən yaşayış məntəqəsində orta məktəb binası, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi tərəfindən inşa edilən obyektlərdə hazırda son tamamlama işləri görülür.
Adıçəkilən idarənin iş icraçısı Hicran Əliyevin bildirdiyinə görə, inşaat işlərinə başlanmasından ötən müddətdə ikimərtəbəli kənd məktəbi yenidən qurulub, binaya daha bir mərtəbə əlavə edilib, yeni korpus inşa olunub. 270 şagird yerlik məktəb binasında 15 sinif otağı, üç elektron lövhəli sinif, laboratoriyalar, şahmat otağı, idman zalı, kompüter otağı var. Yeni məktəb binasında yaradılmış şərait tədrisin müasir tələblər səviyyəsində qurulmasına imkan verəcək.

Ardını oxu...

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır.
2015-ci ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 39 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 45 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, 45 istehsal və xidmət sahəsində 326 yeni iş yeri açılıb.
İlin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına 10 müxtəlif təyinatlı istehsal müəssisəsinin, 6 müxtəlif növ xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılması regionda həyata keçirilən kompleks tədbirlərin mühüm tərkib hissəsidir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin etmiş, yaşıllıqların ərazisi 0,6 faizdən 12 faizədək artmışdır. Görülən işlərin nəticəsidir ki, son 20 ildə muxtar respublikada 16 min 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 10 milyona yaxın ağac və bəzək kolları əkilmişdir. Həyata keçirilən tədbirlər 2015-ci ildə də davam etdirilmiş, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2015-ci ilin yaz və payız əkini mövsümlərində muxtar respublikada 541 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, ümumilikdə, 446 mindən çox meşə, meyvə, həmişəyaşıl ağaclar, eyni zamanda gül və bəzək kolları əkilmişdir.
Qeyd edək ki, muxtar respublikada ağac əkinini təmin etmək üçün bu il nazirliyin tingyetişdirmə müəssisələrində 1 milyona yaxın ting yetişdiril­miş, əlavə olaraq 8 hektar sahədə toxmacarlıq yaradılmışdır.

 Səbuhi Həsənov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bununla bağlı oxucularımızı məlumatlandırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevlə həmsöhbət olduq:

– Vergi Məcəlləsinə edilmiş dəyişikliklər hansı zərurətdən irəli gəlib?
– Bu gün Azərbaycan iqtisadiyyatı yeni istiqamətlərlə inkişaf edir. Məhz ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən geniş istifadə olunur. Büdcəmizin sosialyönümlülüyünün saxlanılması, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısının artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxil­olmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması, Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişiklik­lər edilməsi ilə bağlı qanun layihələri Milli Məclisdə geniş müzakirə olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Ardını oxu...

Havaların dəyişməsi təbii olaraq heyvanat aləminə də öz təsirini göstərir. Xüsusilə qış aylarında ərazilərin qalın qarla örtülməsi qida təminatının azalmasına səbəb olur. Bu da heyvanların başqa ərazilərə miqrasiyasına, nəsil artımının azalmasına və sonda məhvinə gətirib çıxarır.
Yem çatışmazlığı nəticəsində bəzi gəmirici heyvanlar istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onları sıradan çıxarırlar. Bütün bunlar nəzərə alınaraq heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə muxtar respublikada biotexniki tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlər müəyyən edilmiş təbiət ərazilərinə müxtəlif qida məhsullarının paylanmasını əhatə edir. Nəzərə alsaq ki, muxtar respublika ərazisindəki fauna ehtiyatlarının 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilmişdir, onda bu tədbirin əhəmiyyəti daha da artır.
Muxtar respublikamızda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirədə də qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınmış yaşıllıq sahələrində biotexniki tədbirlərin keçirilməsinə başlanılmışdır. Dekabr ayının əvvəllərindən başlayaraq yağan qar dağlıq ərazilərdə 60 santimetrə çatmışdır ki, bu da biotexniki tədbirlərə başlanılması zərurəti yaratmışdır. Ötən həftə ərzində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində biotexniki tədbirlər keçirilmiş, ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daşduz və digər qida məhsulları paylanmışdır. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində, Şahbuz rayonunun Külüs, Keçili, Daylaqlı, Sələsüz, Şərur rayonunun Dizə kəndlərində qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılmış, yoxlama-reydlər keçirilmişdir.
Heyvanat aləminin qorunması üçün onların qida ehtiyatının yaradılması mühüm və əhəmiyyətli tədbirlər olduğundan bu işlər qış fəsli boyunca tədbirlər planında nəzərdə tutulmuş təbiət ərazilərində davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası gücləndirilmiş, dəmir yolu nəqliyyatı sistemi müasir tələblər səviyyəsində qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı”nın icrası da bu sahənin hərtərəfli inkişafını təmin etmişdir. Proqrama uyğun olaraq muxtar respublikanın dəmir yolu nəqliyyatı sisteminin inkişafı, yol infrastrukturunun genişləndirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. 

Proqramda nəzərdə tutulan daşınma təsərrüfatı üzrə tədbirlər uğurla yerinə yetirilmişdir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası 2012-ci ildə yenidən qurularaq istifadəyə verilmiş, binada müasir iş şəraiti yaradılmış və maddi-texniki baza möhkəmləndirilmişdir. Daşımaların səmərəli təşkili məqsədilə Vəlidağ stansiyasında yükləmə, Qarabörk stansiyasında isə yükboşaltma meydançaları yaradılmışdır. Bu sahədə görülən işlər çərçivəsində Culfa stansiyasında “Naxçıvanterminalkompleks” Birliyi üçün 258 paqonometr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir. Naxçıvan stansiyasında isə 220 paqonometr uzunluğunda əlavə dəmir yolu xəttinin çəkilməsi “Gəmiqaya Daş Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə xammalın daşınması işini asanlaşdırmışdır.

Ardını oxu...

 Ümummilli lider Heydər ƏLİYEV: İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə  yetirilsin.


Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.  


Naxçıvan Muxtar Respublikası bu gün özünün intibah dövrünü yaşayır. Bu intibahın təməlində ötən 20 ildə həyata keçirilən tədbirlər xüsusi rol oynamış, iqtisadiyyat şaxələndirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halı yaxşılaşdırılmış, ümumilikdə, bütün sahələrin dinamik inkişafı təmin edilmişdir. Muxtar respublikada ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 56 dəfə artaraq 2 milyard 465 milyon 757 min manatı üstələmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 42 dəfə artaraq 5577 manatı ötmüşdür.
Sənayenin üstün inkişafını nəzərdə tutan müasir iqtisadiyyatın formalaşmasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılması mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada sənayenin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, sement, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə, avtomobil və onlarla digər istehsal sahələri yaradılmışdır.

Ardını oxu...

Müasir dövrdə ölkənin iqtisadi gücü, ilk növbədə, onun sənayesinin inkişaf səviyyəsi ilə ölçülür. İqtisadi təhlükəsizliyə tam şəkildə nail olmaq üçün ölkələrin malik olduğu iqtisadi resursları dövriyyəyə cəlb etməklə onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalını artırmaq lazımdır. 

Azərbaycan sənayesi öz yüksək inkişaf dövrünü ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin sənayenin inkişafına göstərdiyi böyük diqqət sayəsində yaşamış, bu sahəyə yönəldilmiş irihəcmli vəsaitlər hesabına bir sıra əhəmiyyətli sənaye müəssisələri yaradılmışdır. Ulu öndərin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş və 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Ölkə başçısı tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları mükəmməl bir konsepsiya kimi həyata keçirilərək özünü doğrultmuşdur. Bu proqramların qarşısında duran əsas vəzifə regionların iqtisadi sərvətlərinin dövriyyəyə cəlb edilməsilə onların tarazlı inkişafını təmin etməkdən ibarət idi.

Ardını oxu...

Ekoloji təmiz enerji mənbələrindən istifadə olunması muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunmasının ən yaxşı yollarından biridir. Günəş və digər alternativ enerji mənbələrindən istifadə olunması ilə elektrik enerjisi alınması üçün həyata keçirilən layihələr iqtisadiyyatın inkişafı ilə aktuallıq qazanır və enerji təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayır.
Yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadəyə müasir dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan təmiz və ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının tikintisi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır. Bu il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Naxçıvan Günəş Elektrik Stansiyası son illərdə muxtar respublikada yaradılmış elektrik stansiyaları arasında mühüm əhəmiyyətə malikdir. Bu, müstəqillik illərində Naxçıvanın enerji asılılığından tamamilə azad olunması, onun enerji idxalçısından enerji ixracatçısına çevrilməsi mərhələsində qət etdiyi nəhəng inkişaf yolunun ən parlaq sübutudur.

Ardını oxu...

Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əvvəlki illərdə olduğu kimi, cari ildə də tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Bu tədbirlər sırasında kəndlərdə kompleks quruculuq işlərinin aparılması xüsusi yer tutur. 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikada onlarla kənd yaşayış məntəqəsi abadlaşdırılıb, əhalinin rahatlığı təmin olunub. Ərazi və əhali baxımından böyüklüyü ilə seçilən Şərur rayonuna da bu tədbirlərdən xeyli pay düşüb. Hazırda rayonun Axaməd və Oğlanqala kəndlərində inşa olunan yeni sosial obyektlər təhvilə hazırlanır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilir.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksik­oloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək və istehlak bazarını keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə 2015-ci ilin 11 ayı ərzində ərzaq məhsulları üzrə 86 mal çeşidini əhatə edən 2231 halda səyyari, 2089 halda ekspertiza və laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış ekspertizalar, səyyari yoxlamalar və laboratoriya müayinələri 2970 halda yerli istehsal məhsullarını, 1350 halda isə idxal məhsullarını əhatə etmişdir. Bundan əlavə, bəhs olunan dövrdə 1495 halda hüquqi və 2825 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyari təhlilləri nəticəsində 4299 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 21 nümunənin isə standartların tələblərinə uyğun gəlmədiyi müəyyənləşdirilmişdir.

Ardını oxu...

Əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması məqsədilə son illər muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, 450-dən çox müxtəlif təyinatlı emal və səna­ye müəssisəsi həyata vəsiqə almışdır.
“Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmiş, Babək qəsəbəsində istеhsаl müəssisəsi üçün tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir.
Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası istifadəyə verilmiş, kəsimə hazırlanan heyvanların saxlanılması üçün hər cür şərait yaradılmışdır. Ümumilikdə, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram” Naxçıvan şəhərində bir çox istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli xammaldan səmərəli istifadə olunmaqla, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılmışdır. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu vəsaitlə inzibati binada və yeməkxanada əsaslı təmir işləri aparılmış, müəssisə müasir avadanlıqlarla təmin edilmişdir.

Ardını oxu...

 Bu gün kəndli-fermer və heyvandarlıqla məşğul olan digər təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Dövlətimiz tərəfindən vaxtaşırı olaraq bu sahəyə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il avqust ayında imzaladığı “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında”, “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamlar ölkədə heyvandarlığın inkişafına göstərilən qayğının davamlı xarakter aldığının göstəricisi kimi dəyərləndirilir.

Sərəncamlara əsasən, heyvandarlıq məhsulları ilə təminatın daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilib.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrindəki dinamik inkişaf Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qarşısına mühüm vəzifələr qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət pro­qramlarının icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər cari ilin noyabr ayında da davam etdirilmişdir.
Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 523 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır.
Noyabr ayında muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 68 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır. Komitənin mütəxəssisləri tərəfindən Babək qəsəbəsinin Qoşadizə məhəlləsində mövcud olan nəqliyyat infra­strukturu obyektləri yerində dəqiqləşdirilərək xəritə üzərinə köçürülmüşdür. Kameral şəraitdə Qoşadizə məhəlləsindəki nəqliyyat infrastrukturu obyektlərinə şərti küçə adları verilmiş, Babək qəsəbəsinin yeni ünvan xəritəsinin layihəsi hazırlanmışdır.

Ardını oxu...

Məlum olduğu kimi, kənd təsərrüfatının inkişafına yeni təkan vermək, aqrar sektordakı cari məsələlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə 2015-ci il ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Muxtar respublikada etibarlı ərzaq təminatı sisteminin qurulması üçün mühüm işlər görülmüş, bu istiqamətdə ardıcıl və kompleks tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın mühüm tərkib hissələrindən biri olan kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların növbəti mərhələlərinin sürətləndirilməsi üçün bu tədbirlərin davam etdirilməsi zərurəti yaranır.
Bu baxımdan Elnur Bağırovun muxtar respublikada əkinəyararlı torpaqların xüsusiyyətləri, burada becərilən yüksək məhsuldar kənd təsərrüfatı bitkilərinin qorunub saxlanılması, əhalinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması məsələlərindən bəhs edən “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” adlı kitabı muxtar respublikada aqrar sahənin inkişafına layiqli töhfədir. Kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadədir.

Ardını oxu...

26-27 noyabr tarixlərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Belarusun paytaxtı Minsk şəhərində Belarus-Azərbaycan biznes forumu keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı, sənaye, informasiya və kommunikasiya texnologiyaları, tikinti, turizm, maliyyə və sair sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumda ölkəmizdə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etməsinin, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlər keçirilib, ölkəmizin nümayəndə heyəti maşınqayırma, aqrar sektor, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olub.

Ardını oxu...

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə əsrlər boyu Naxçıvanda becərilməmişdir. Bu payızda qonşu ölkələrdən püstə tinglərinin alınıb gətirilməsi, əkinə başlanması muxtar respublikanın bitki örtüyünün zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Püstə qiymətli çərəz, qatranlı aşı maddələri ilə zəngin olan gövdə və yarpaqları lak-boyaq sənayesinin xammalı hesab olunur. Bir neçə il bundan əvvəl bu bitkinin becərilmə qaydalarını öyrənmək məqsədlə Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Abşerondakı dayaq məntəqəsinə getdim. Bu məntəqədə püstənin morfoloji və aqrobioloji xüsusiyyətlərini, barasalma yollarını öyrəndim.
Püstənin becərilmə xüsusiyyətləri ilə bağlı oxucuları, həvəskar bağbanları məlumatlandırmağı özümə borc bildim.

Ardını oxu...

Özəl sektorun inkişafı daxili baza­rın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, ümumilikdə, 113 min 892 kvadratmetr sahədə 22 istixana təsərrüfatı fəaliyyət göstərir.

Ardını oxu...

Dekabrın 1-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Azərbaycan Respublikası Mərkəzi Bankının, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ekspertlərinin iştirakı ilə muxtar respublikanın bank işçiləri və ali məktəb tələbələri üçün “Maliyyə savadlılığı” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır. 

Dünya ölkələrində iqtisadi inkişafın bütün mərhələlərində və cəmiyyət həyatının bir çox sahələrində öz aktuallığını göstərən maliyyə savadlılığının davamlı olaraq artırılması, bunun əhalinin geniş təbəqələri arasında yayılması və bu sahədə bank işçiləri ilə yanaşı, ailənin və təhsil müəssisələrinin rolunun artırılması seminarda müzakirə mövzusu olmuşdur. Seminarda çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov maliyyə savadlılığının əhalidə istehlak davranışlarının və kredit resurslarına olan münasibətin düzgün formalaşdırılması baxımından əhəmiyyətini vurğulamış, bu sahədə aparılan maarifləndirmə işlərindən danışmışdır.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbirdən əvvəl “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin adını daşıyan muzeydə ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlara baxmışlar.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən tədbirdə cəmiyyətin direktoru Mahir Əliyev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, muxtar respublika nəqliyyatının mühüm bir qolunu təşkil edən dəmir yollarının əsası ötən əsrin əvvəllərində qoyulmuşdur. 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Uluxanlıdan Culfaya yeni xəttin çəkilişinə başlanmışdır. 1903-cü ildə Şərur, 1905-ci ildə isə Naxçıvan stansiyaları istifadəyə verilmiş, 1908-ci il yanvarın 20-də Zaqafqaziya dəmir yolunun tərkibində Uluxanlı-Culfa xəttinin çəkilişi başa çatdırılmışdır. Yolda parovozların və vaqonların təchizatı və təmiri məqsədilə Naxçıvanda əsas parovoz deposu, Culfada isə dövriyyə parovoz deposu yaradılmışdı. Həmin vaxt Naxçıvanda sənayeni və nəqliyyatı inkişaf etdirmək məqsədilə Araz çayı boyunca körpü, tunel, qalereya və yol yatağının tikintisinə başlanılmış, dəmir yolu xəttinin çəkilişi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl xidmətin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin adını daşıyan muzeydə ümummilli liderimizin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin akt zalında keçirilən tədbirdə xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 noyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti yaradılmışdır.
Vurğulanmışdır ki, Baytarlıq Xidmətinin yarandığı vaxtdan ötən hər il yeni baytarlıq obyektlərinin tikilməsi, mövcud obyektlərin əsaslı təmir edilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kənd­lərdə baytar məntəqələrinə yüksək iş şəraitinin yaradılması, vaxtaşırı olaraq onların baytarlıq preparatları və ləvazimatlarla təchiz edilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan şərait iqtisadi inkişafda mühüm rol oynayır. Müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, cari məsələlərin həlli üçün vacib tədbirlərin keçirilməsi və muxtar respublikamızda istehsal olunan yerli məhsulları sərgiləmək baxımından Naxçıvan Biznes Mərkəzi xüsusi əhəmiyyətli bir müəssisədir. 

Naxçıvanlı sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və onları vaxtaşırı olaraq bir mərkəzdə toplamaq ideyası, şübhəsiz, muxtar respublikada sahibkarlıq fəaliyyətinin geniş vüsət alması ilə bağlıdır. Hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Biznes Mərkəzi kimi burada müasir tələblərə uyğun bütün şərait yaradılmışdır. Əsas missiyası sahibkarlara xidmət, biznesin inkşafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində ötən dövr ərzində yaddaqalan tədbirlər keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında kənd yaşayış məntəqələrinin abadlaşdırılması öncül yer tutur. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin sonuna doğru muxtar respublikada son tamamlama işləri aparılan quruculuq obyektləri kifayət qədərdir və onlardan bəzilərinə ümumi bir nəzər salaq.
Muxtar respublikamızın ən böyük rayonlarından olan Babək rayonunun Yarımca kəndində 3 mərtəbəli kənd mərkəzində, 2 mərtəbəli həkim ambulatoriyasında, xidmət mərkəzində işlər yekunlaşdırılıb. Kənd tam orta məktəbinin binası da əsaslı şəkildə yenidən qurulub.
Xəlilli kəndində isə kənd mərkəzi ilə bərabər 144 yerlik məktəb binasında da işlər yekunlaşıb. Məktəbdə müəllim və şagirdlərin, kənd mərkəzində isə idarəetmə qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradlıb. Hər iki kənddəki tikinti işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi həyata keçirib.

Ardını oxu...

Ekoloji tarazlıq o yerdə qorunur ki, insanlar öz həyatlarının təbiətdən asılı olduğunu dərk edirlər. Bu dərketmə isə ekoloji təfəkkürə yüksək səviyyədə yiyələnmiş insanların düşüncəsində və bu düşüncənin məhsulu olan əməli fəaliyyətində özünü doğruldur. Bu gün mübaliğəsiz demək mümkündür ki, yalnız sağlam təfəkkürə malik ölkələrdə təbiətə hərtərəfli qayğı göstərilir, yaşıllıqlar qorunur. Çünki yaşıl örtüklər ərazilərin gözəlliyini artırmaqla yanaşı, canlı aləmin təbii ehtiyaclarının təmin olunmasına da öz töhfəsini verir. Əgər yaşıllıqlar olmazsa, təbiətin də ahəngi pozular, təbii proseslər öz axarından çıxar. Məhz buna görə də ta qədim dövrlərdən ağac əkmək, yaşıllıqları qorumaq və artırmaq insanların təbiət qarşısında ən böyük və müqəddəs vəzifəsi hesab olunmuşdur.

Orta və yaşlı nəslin yaxşı xatirindədir ki, ötən əsrin sonlarında Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətinə salınması, eyni zamanda məlum ictimai-siyasi vəziyyətin getdikcə mürəkkəbləşməsi təbiətə də təsirsiz ötüşməmişdir. Qışın sərt soyuğundan qorunmaq üçün yerli əhali minbir zəhmətlə qayğısını çəkdiyi ağacların böyük bir qismini kəsməli olmuşdu. Həmin dövrdə muxtar respublika müharibə fəlakəti ilə bərabər, ekoloji fəlakətlə də üz-üzə qalmışdı.

Ardını oxu...

Muxtar respublikada nail olunmuş və dinamik xarakter almış sosial-iqtisadi inkişaf həyatın bütün sahələrində mühüm yeniliklərlə özünü göstərməkdədir.
Əhaliyə göstərilən müxtəlif xidmətlərin müasir tələblər səviyyəsində qurulması, yeni texnologiyaların tətbiqinin diqqət mərkəzində saxlanılması insanların həyat tərzini xeyli yaxşılaşdırıb. Əhalinin etibarlı və fasiləsiz elektrik enerjisi və mavi yanacaqla təmin olunması üçün həyata keçirilən tədbirlər də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Məlumdur ki, bu ildən etibarən Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Bu həm elektrik enerjisi və təbii qaz itkisinin qarşısını alır, həm də həmin yanacaq növlərindən qənaətlə istifadəni təmin edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, cari ilin iyul ayından Naxçıvan şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir. Paralel olaraq əhali arasında maarifləndirici tədbirlər aparılır, sayğaclardan istifadə və onların üstün cəhətləri izah olunur.
İlkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. 320-si noyabr ayında olmaqla, ümumilikdə, 8620 ədəd sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının da quraşdırılması davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, 71-i noyabr ayında olmaqla, ümumilikdə, Naxçıvan şəhərində 7787 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

Xəbərlər şöbəsi

Müasir cəmiyyətin iqtisadi və mədəni inkişafının əsas motivləri arasında insanın yaradıcı əməyinin mühüm rolu vardır. Bütün sahələrdə insan həyatını yaxşıya doğru dəyişdirən, innovativ yenilikləri ilə texnologiyanın da inkişafını şərtləndirən sahibkarlıq, bu mənada, əsl yaradıcılıq meydanıdır. Burada hər kəsin qüvvəsini sınamağa, bacarığını ortaya qoyub cəmiyyətə faydalı olmağa imkanı vardır. Əgər sahibkarlıq üçün münbit şərait yaradılıbsa, onda çəkilən zəhmət də gec-tez öz bəhrəsini verəcəkdir.

Sahibkarlıq fəaliyyəti bacarıq qədər eyni zamanda səbir və qətiyyət tələb edən bir sahədir. Əgər bu gün dünyanın tanınmış iri firmalarının keçdiyi inkişaf yoluna baxsaq, bir çoxlarının on illər keçəndən sonra ixtisaslaşma və rəqabət şərtlərinə necə uyğunlaşdıqlarını görə bilərik. Buna görə də sərbəst bazar iqtisadiyyatının yenicə təşəkkül tapdığı, sənayeləşmə və iqtisadi təhlükəsizlik məsələlərinin aktual olduğu bir şəraitdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi yalnız dövlət dəstəyi ilə həyata keçirilə bilər. 1990-cı illərin əvvəllərindən muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin təşəkkül tapmasınadək keçilən yol və əldə olunan müasir səviyyə bu qənaətə gəlməyə imkan verir.

Ardını oxu...

Muxtar respublikada cari ilin yanvar-ok­tyabr aylarında 1 milyard 924 milyon 326 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 4356,6 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 762 milyon 663 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələmişdir.

Ardını oxu...

Böyükdüz istixana kompleksində yeni layihə həyata keçirilib

Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. “Naxçıvan bağları” istixana kompleksinin fəaliyyətə başlaması həyata keçirilən tədbirlərin davamıdır.
Sahibkar Elçin Bağırov bizimlə söhbətində qeyd etdi ki, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmiş və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında Naxçıvan şəhərində 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.

Ardını oxu...

Təcrübə sübut edir ki, elmi biliklərə əsaslanmaqla görülən hər iş gec-tez uğur qazanır. Kənd təsərrüfatı sahəsində əldə olunmuş biliklərin öyrənilərək yayılması, elmi nəticələrin ərazi xüsusiyyətlərinə görə bitkiçilik və heyvandarlıqda tətbiq olunması yüksək məhsuldarlıq verməklə bərabər, gələcəkdə etibarlı ərzaq təminatı üçün də elmi baza yaradır. Muxtar respublikamızda fəaliyyət göstərən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin də fəaliyyəti məhz Naxçıvan Muxtar Respublikası əhalisinin il boyu yerli kənd təsərrüfatı məhsulları ilə təminatında elmin son nailiyyətlərinə əsaslanan becərmə texnologiyalarının tətbiqinə yönəlmişdir.

Əvvəlcə onu qeyd edək ki, Kompleks Zona Təcrübə Stansiyası kimi yaradılan bu müəssisə 1988-ci ildən “Araz” Elm-İstehsalat Birliyi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildə birliyə görkəmli ictimai xadim, təbiətşünas-alim, akademik Həsən Əliyevin adı verilmişdir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi sürətlə yüksəlmiş, ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artmışdır.

Naxçıvan Muxtar Respublikası tarixən sənaye sahəsində Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Sənaye sahəsi XX əsrin ortalarından etibarən daha da inkişaf etməyə başlamışdır. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulmuşdur. İqtisadiyyata əsaslı vəsait qoyuluşunun artırılması ilə Naxçıvan tütün-fermentasiya, alüminium qablar zavodları, dəmir-beton məmulatı zavodunun birinci növbəsi, “Sirab” mineral sular, iki şərab zavodları istifadəyə verilmiş, Ordubad baramaaçan və Naxçıvan tikiş fabrikləri yenidən qurulmuş və genişləndirilmişdir.

Ardını oxu...

Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması istənilən region üçün ən vacib məsələlərdəndir. Muxtar respublikamızda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılmış yeni Günəş elektrik stansiyasıdır. 20 meqavat gücə malik olacaq stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Tikintidə olarkən burada layihə üzrə xeyli iş görüldüyünün şahidi olduq. Belə ki, 5 hissədən ibarət olan ərazidə Günəş panelləri üçün bütün dayaqlar, Günəş panellərinin 90 faizi quraşdırlıb, 11 ədəd elektrik yarımstansiyası qoyulub. Hazırda burada istehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün kabel xətlərinin çəkilişi, ərazidə abadlıq və yaşıllaşdırma tədbirləri aparılır. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan artıq müxtəliftəyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub.
Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaqdır.

Xəbərlər şöbəsi

Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsul istehsalının artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.
İqtisadiyyatın müxtəlif sahələri üzrə aparılan kreditləşmə prosesi 2015-ci ilin ilk 10 ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən uğurla davam etdirilmişdir. Ümumilikdə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika iqtisadiyyatının inkişafı üçün verilmiş kreditlər 61 milyon 945 min manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 497 min manat artım deməkdir. Verilmiş kreditlər sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka krediti, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Ardını oxu...

Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə məqsədilə daha bir nəhəng layihə reallaşdırılmış, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılmışdır. Əvvəlcə muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılmışdır. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyi tərəfindən və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik simvoluna çevrilib, soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynayıb. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımız üçrəngli bayrağımız altında Azərbaycançılıq ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir.

İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşıb, bayrağımız milli özündərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapıb. Çünki bayrağımız milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldırır.

Ardını oxu...

Qış mövsümü yaxınlaşdıqca artan qayğılardan biri də etibarlı ərzaq ehtiyatının yaradılmasıdır. Muxtar respublikamızda bu vacib məsələyə göstərilən diqqət sayəsində həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də onların istehlakçılara çatdırılması sahəsində geniş maddi-texniki baza və müasir infrastruktur yaradılıb. Bu baxımdan mühüm bazar infrastrukturu kimi istifadəyə verilmiş soyuducu anbarlar tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılmasında və onların münasib qiymətə satışının təşkilində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün çox sayda anbar inşa olunmuşdur. Soyuducu anbarlara tədarük olunan ərzaq məhsulları builki qış mövsümündə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına imkan verəcək.

Ardını oxu...

Muxtar respublikamızda əməyin mühafizəsi və işçilərin əmək hüquqlarının təmin olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən aldığımız məlumata əsasən, cari ilin 10 ayı ərzində bu sahədə ardıcıl tədbirlər davam etdirilmişdir. Belə ki, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 93 müəssisə və tikinti sahəsində nəzarət işi həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 114 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, 204 işçi isə həmin vasitələrlə yerində təmin olunmuşdur. Əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən 5 işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq, ümumilikdə, 5200 manat məbləğində cərimələnmişdir.

Ardını oxu...

Muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleksin inşası və xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksi olacaq.
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq, giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulmuşdur. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək.
Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşəcək. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaqdır.

Ardını oxu...

Sahibkarlıq sərbəst bazar iqtisadiyyatının, işgüzar biznes mühitinin əsas atributlarından biridir. Artan tələbatların ödənilməsi üçün hər cür maddi nemət və xidmətlərin istehsalı sahibkarın əsas qayğılarındandır. Qurduğu biznes sahəsində yaratdığı yeni iş yerləri ilə çox sayda insanın gəlir əldə etməsini təmin edən sahibkarların müəyyən məqamlarda ciddi qayğıya ehtiyacı vardır. Çünki onlar da bu cəmiyyətin bir üzvü olmaqla bərabər, həm də qurduqları biznesə görə işgüzar, sosial və ekoloji məsuliyyət daşıyırlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR