23 Dekabr 2024, Bazar ertəsi

26-27 noyabr tarixlərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Belarusun paytaxtı Minsk şəhərində Belarus-Azərbaycan biznes forumu keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı, sənaye, informasiya və kommunikasiya texnologiyaları, tikinti, turizm, maliyyə və sair sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumda ölkəmizdə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etməsinin, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlər keçirilib, ölkəmizin nümayəndə heyəti maşınqayırma, aqrar sektor, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olub.

Adıçəkilən tədbirdə Naxçıvan Muxtar Respublikasını “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru, həmin şirkətin Bakı ofisinin nümayəndəsi və “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru təmsil edib.
Forum çərçivəsində keçirilmiş görüşlər zamanı “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının nümayəndələri Belarus Respublikasında fəaliyyət göstərən “Belqos Pishe Prom”, “Grodno Pishe Prom”, “Vitebsky Likerovochniy Zavod” “BTK Construction”, “Belaruskiy Len” və “Belselkhozmash” şirkətlərinin nümayəndələri ilə, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru müxtəlif şirkət rəsmiləri ilə əməkdaşlıq imkanlarına dair danışıqlar aparıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR