23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında əvvəlki illərdə olduğu kimi, cari ildə də tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Bu tədbirlər sırasında kəndlərdə kompleks quruculuq işlərinin aparılması xüsusi yer tutur. 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikada onlarla kənd yaşayış məntəqəsi abadlaşdırılıb, əhalinin rahatlığı təmin olunub. Ərazi və əhali baxımından böyüklüyü ilə seçilən Şərur rayonuna da bu tədbirlərdən xeyli pay düşüb. Hazırda rayonun Axaməd və Oğlanqala kəndlərində inşa olunan yeni sosial obyektlər təhvilə hazırlanır.

Axaməd kəndində aparılmış kompleks quruculuq tədbirləri kəndin simasını xeyli dəyişib. Belə ki, burada 192 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası başa çatdırılıb. Təhsil ocağının binasında müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Kənd mərkəzi isə kənddə fəaliyyət göstərən dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcək. Bu obyektlərin hər birinin daxilində avadanlıqların quraşdırılması başa çatdırılıb, ətrafda abadlıq işləri yekunlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb, su və işıqlandırma xətləri çəkilib. Adıçəkilən obyektlərin ətrafına gedən yollara qara örtük salınıb, yol nişanları qoyulub.
Kompleks quruculuq tədbirlərindən öz payını alan digər yaşayış məntəqəsi isə Oğlanqala kəndidir. Buradakı kənd tam orta məktəbi zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 468 şagird yerlik məktəb binasında şahmat və kompüter sinifləri, fənn kabinələri, idman zalı, kitabxana, elektron lövhəli siniflər tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. Kənd və xidmət mərkəzləri isə kənddəki idarəetmə qurumlarının səmərəli fəaliyyəti ilə yanaşı, sakinlərin rahatlığını təmin edəcək. Hazırda bu obyektlərdə son tamamlama işləri aparılır, ətrafda abadlıq işləri görülür.
Qeyd edək ki, hər iki kənddə quruculuq işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən aparılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR