23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram” Naxçıvan şəhərində bir çox istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib.

Ötən müddətdə proqramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Həyata keçirilən tədbirlər sırasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Son illərdə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Bu sahədə görülən işlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi sürətlə aparılır. Tikinti işlərinə cari ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən qısa müddətdə binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. 450 kvadratmetr sahədə ucaldılmış 8 mərtəbəli yaşayış binasında hazırda pəncərələr salınır, daxildə suvaq işləri aparılır. Eyni zamanda yaşayış binasının fasadında birinci mərtəbəyədək olan hissənin üzlük daşla üzlənməsinə başlanılıb.
Qeyd edək ki, yaşayış binasında, ümumilikdə, 32 mənzil yerləşir ki, bunlardan 8-i üçotaqlı, 24-ü isə ikiotaqlıdır.
Həyata keçirilən quruculuq tədbirləri sırasında zabitlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması önəmli yer tutur. Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yeni yataqxana binasının tikilməsi zabit ailələrinə göstərilən qayğının davamıdır.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilmiş bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarətdir. İki girişi olan 48 mənzilli yataqxana binasının zirzəmi hissəsi bərbərxana, anbar, camaşırxana, yeməkxana və sair üçün nəzərdə tutulub. Hazırda burada son tamamlama işləri görülür, ətrafda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitini yaxşılaşdıracaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR