23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda əməyin mühafizəsi və işçilərin əmək hüquqlarının təmin olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən aldığımız məlumata əsasən, cari ilin 10 ayı ərzində bu sahədə ardıcıl tədbirlər davam etdirilmişdir. Belə ki, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 93 müəssisə və tikinti sahəsində nəzarət işi həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 114 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, 204 işçi isə həmin vasitələrlə yerində təmin olunmuşdur. Əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən 5 işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq, ümumilikdə, 5200 manat məbləğində cərimələnmişdir.

Cari ilin 10 ayı ərzində işəgötürü­lən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 414 sahibkarlıq obyektinə baxış keçirilmiş, 278 işçi ilə yeni əmək müqaviləsinin bağlanmasına və 981 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur. Bu dövrdə “İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq, Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri ilə birlikdə müvafiq sahibkarlıq subyektlərində araşdırmalar aparılmış və 290 müəssisədə işçilərin icbari sığorta olunmalarına dair müqavilənin bağlanması təmin edilmişdir.

Xəbərlər şöbəsi 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR