23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılması regionda həyata keçirilən kompleks tədbirlərin mühüm tərkib hissəsidir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin etmiş, yaşıllıqların ərazisi 0,6 faizdən 12 faizədək artmışdır. Görülən işlərin nəticəsidir ki, son 20 ildə muxtar respublikada 16 min 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 10 milyona yaxın ağac və bəzək kolları əkilmişdir. Həyata keçirilən tədbirlər 2015-ci ildə də davam etdirilmiş, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2015-ci ilin yaz və payız əkini mövsümlərində muxtar respublikada 541 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, ümumilikdə, 446 mindən çox meşə, meyvə, həmişəyaşıl ağaclar, eyni zamanda gül və bəzək kolları əkilmişdir.
Qeyd edək ki, muxtar respublikada ağac əkinini təmin etmək üçün bu il nazirliyin tingyetişdirmə müəssisələrində 1 milyona yaxın ting yetişdiril­miş, əlavə olaraq 8 hektar sahədə toxmacarlıq yaradılmışdır.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR