Muxtar respublikada cari ilin yanvar-oktyabr aylarında 1 milyard 924 milyon 326 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 4356,6 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 762 milyon 663 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada əsas kapitala 781 milyon 890 min manat həcmində investisiya yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 689 milyon 762 min manatı və ya 88,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2015-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 40 milyon 475 min manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 34 milyon 286 min manat olmaqla bir il öncəki göstəricini 2 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-oktyabr ayları ərzində 327 milyon 267 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 9,5 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 18,3 min ton ət, 74,2 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 13 faiz, süd istehsalı 1,9 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 1 milyard 411 milyon 407 min manat, onun hər bir nəfərə düşən həcmi isə 2,5 faiz yüksələrək 3195,4 manat təşkil etmişdir.
* * *
Qeyd olunan dövrdə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 394 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 noyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46609-a çatmışdır ki, bunun da 42069-u və ya 90,3 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-oktyabr aylarında açılmış 8380 bank hesabının 8326-sı və ya 99,4 faizi aktiv hesablar olmuşdur.
Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 147 POS-terminal quraşdırılmış və bu göstərici 1 noyabr 2015-ci il tarixə 1014-ə çatdırılmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 372 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 6,4 faiz artaraq 322 milyon Amerika Birləşmiş Ştatları dollarına, idxalın həcmi isə 45,3 faiz azalaraq 51 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın olmuşdur. Xarici ticarət üzrə 271 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 61945,2 min manat məbləğində kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faiz çoxdur.
* * *
2015-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5002 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 92,4 min manat və ya 1,9 faiz çoxdur.
* * *
Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikaya 313 min 76 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz və ya 7330 nəfər çoxdur.
* * *
1 oktyabr 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4003 nəfər və ya 0,9 faiz artaraq 443164 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti