23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.

Əhalinin davamlı olaraq istiliklə təmin edilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yəni qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb.
İdarənin iş icraçısı Zamin Bayramovun bildirdiyinə görə, 2015-2016-cı ilin payız-qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana fəaliyyət göstərir. Mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə 62 yaşayış binası, 2 min 947 mənzil və 5 inzibati bina, fərdi qazanxanalar vasitəsilə isə 111 yaşayış binası, 4687 mənzil və 27 inzibati bina istiliklə təmin olunur. Ümumilikdə, bu mövsümdə mərkəzləşdirilmiş və fərdi qazanxanalar vasitəsilə 7 min 634 mənzil, 173 yaşayış binası, 32 inzibati bina istiliklə tam təchiz edilir.
Onu da qeyd edək ki, son illər yeni inşa olunan binalarla yanaşı, mövcud inzibati və ictimai yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib ki, bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alır, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən aradan qaldırılmasına və müntəzəm nəzarət olunmasına əlverişli şərait yaradır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR