23 Dekabr 2024, Bazar ertəsi

Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının istehsalı mühüm əhəmiyyət daşıyır. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il məhsul istehsalçılarına güzəştli şərtlərlə müxtəlif təyinatlı texnikalar, yanacaq və gübrələr, həmçinin muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kreditlər verilir. Bu istiqamətdə davam etdirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə də diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, sahibkarlığa dəstək məqsədilə cari ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən məhsul istehsalçılarına 19 milyon 604 min manat kredit verilmişdir ki, bu da kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasına səbəb olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsulları ixracın həcminə də müsbət təsir göstərmiş və cari ildə muxtar respublikadan 96 milyon 518 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR