23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunda son illərdə müxtəlif təyinatlı obyektlərin həyata vəsiqə alması, yolların müasir tələblər səviyyəsində yenidən qurulması, körpülərin salınması, digər quruculuq tədbirləri bu bölgəni müasir rayona çevirib.
Quruculuq tədbirləri həm rayon mərkəzinin, həm də kənd yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, mövcud problemləri aradan qaldırıb.
Cari ildə də rayonda bir sıra quruculuq tədbirləri reallaşdırılıb. Hazırda Daylaqlı kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün inşa olunan binalarda son tamamlama işləri həyata keçirilir. Qeyd edək ki, 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. İnşaatçılar onlara yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edir, obyekti vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Məktəb binasının yaxınlığında isə kənd mərkəzi üçün bina inşa olunub. Binada bu yaşayış məntəqəsində fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Daha bir quruculuq ünvanı xidmət mərkəzinin binasıdır. Burada müxtəlif xidmət obyektləri fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR