23 Dekabr 2024, Bazar ertəsi

Hazırda muxtar respublikanın sututarlarında 249,6 milyon kubmetr su ehtiyatı vardır. Aprel ayında 9,75 kilometr magistral kanal, 49,20 kilometr ara arxları və 2,8 kilometr kollektor lildən təmizlənmiş, 11,19 kilometr yeni suvarma xətti çəkilmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 2,5 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayı ətrafında 856 metr məsafədə sahilbərkitmə işi görülmüşdür.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Ötən ay ərazidə 428 metr müxtəlif diametrli boru xətti çəkilmiş, subölücü hovuzlar tikilmişdir. Şərur rayonunun Ələkli, Xanlıqlar və Vərməziyar kəndlərində suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə Arpaçay sol sahil kanalından 3 kilometr məsafədə suvarma boru xəttinin çəkilişi başa çatdırılmışdır. Culfa rayonunun Dizə kəndində isə artezian quyusu qazılaraq 35 hektar sahə əkin dövriyyəsinə qatılmışdır. Ümumiyyətlə, ötən ay muxtar respublikada 71 sub­artezian quyusu təmir olunmuşdur. Bu dövrdə 6 kəhrizdə də təmir işləri davam etdirilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, yeni kanalizasiya sistemləri qurulur. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində 10,8 kilometr kanalizasiya, 15 kilometr içməli su xətti çəkilmişdir. Babək rayonunun Şıxmahmud kəndində isə 3842 metr kanalizasiya və 4,1 kilometr içməli su xətti çəkilmiş, 93 ev birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Muxtar respublikada 2016-cı ilin yanvar-aprel aylarında 654 milyon 513 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 1470,2 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 308 milyon 220 min 900 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələmişdir.

Ardını oxu...

– Qonşu, benzin tapsan, bizi də apar. Sübh tezdəndən gedək Nehrəmə, ya da Cəhriyə. Görək, 1-2 kiloqram ət ala bilərik? Bu, təkcə mənim və qonşularımın deyil, 90-cı illəri yaşayan hər kəsin gündəlik qayğısı, problemi idi. İnsanlar ərzaq qıtlığı ilə üz-üzə qalmışdı. Bir təsərrüfatsızlıq hökm sürür, əkinçilik və heyvandarlıqla məşğul olan kəndli belə, əsas məşğuliyyətindən uzaq düşmüşdü. Naxçıvandan başlanan, sonra ölkəmizin digər regionlarında tətbiq edilən aqrar islahatlar öz bəhrəsini verdi, MDB məkanında belə, bu müsbət təcrübədən istifadə olundu. Ayrı-ayrı sahələrin inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi, icrası təmin olundu. 

Muxtar respublikamızda digər sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi, daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradıldı. Heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirildi, muxtar respublikaya, ümumilikdə, 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirildi. Heyvanların cins tərkibinin yaxşılaşdırılması təkcə xaricdən alınıb gətirilən mal-qara ilə məhdudlaşmadı. “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yerli şəraitə uyğunlaşdırılmış damazlıq düyələr təsərrüfatlara verildi. Baytar texniklər süni mayalandırma avadanlıqları və texnika ilə təmin olundu.

Ardını oxu...

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Bu qəbildən olan məhsulların əksəriyyəti adi şəraitdə uzun müddət keyfiyyətli saxlanıla bilmir. Belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq məhsullarının konservləşdirilməsində fiziki, fiziki-kimyəvi, kimyəvi və biokimyəvi metodlardan istifadə edilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən balıq konservlərinin qablaşdırılmasına, satış şəraitinə və digər amillərə ciddi nəzarət olunur. Bu məhsulların konservlərini alarkən onların qablaşdırılmasına, satış şəraitinə və bəzi amillərə diqqət yetirmək vacibdir.
İstehlakçılar tərəfindən geniş istifadə edilən balıq konservlərinin ticarət şəbəkəsində ən müxtəlif çeşidləri realizə olunur. Təbii konservləri təbii tamını, qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, bulyonunda, yeyinti konservlərini isə tomat sous, yağ və digər əlavə edilməklə hazırlayırlar.
Balıq konservləri metal, yaxud da şüşə bankalarda qablaşdırılır. Bu konservlər iri balıqların tikələrindən və xırda balıqlardan hazırlanır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaradıb. 

Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Pro­qramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz-Batabat magistralı, Naxçıvan dairəvi avtomobil yolu, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Çeşməbasar-Boyəhməd və Hacıvar-Sirab-Vayxır avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, son 19 ildə muxtar respublikamızda 3221 kilometr uzunluğunda yeni avtomobil yolu salınıb ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarından 2,4 dəfə çoxdur. Ötən ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 32 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulub.

Ardını oxu...

Yeni qəbul olunmuş normativ-hüquqi aktlar və qarşıya qoyulmuş vəzifələr haqqında sahibkarların maarifləndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində tədbir keçirib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açıb. Bildirib ki, bu gün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, əhalinin rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin əsaslı həlli ilə yanaşı, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsindən ibarətdir.
Bunun üçün daxili bazarın tələbatına uyğun məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır.
Bu gün muxtar respublikada 362 növdə, 1128 çeşiddə məhsul istehsal olunur. Həmçinin 343 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Ardını oxu...

Muxtar respublikanın dəmir yolu təsərrüfatında daşımaların təhlükəsizliyi və sərnişinlərin rahatlığı aprel ayında da diqqətdə saxlanılmış, qatarların fasiləsiz hərəkəti təmin olunmuşdur. Bu dövrdə ayrı-ayrı tikinti təşkilatlarına 6 min 840 ton müxtəlif təyinatlı yük daşınmış, 12 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlamış, baş və stansiya yollarında lazımi təmir işləri görmüşlər. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilmiş, Culfa lokomotiv və vaqon depolarında lokomotivlər 5 dəfə texniki baxışdan keçirilmiş, 2 elektrovoz və 1 sərnişin vaqonu cari təmir edilmiş, 1 vaqonda əsaslı təmir işləri aparılmışdır. Bundan başqa, Naxçıvan stansiyasına 640 metr fiber-optik kabel xətti çəkilmiş, 4 optik modem və 3 PSM tipli aparat quraşdırılmaqla yeni xətt aparat zalı istismara verilmişdir.
Aprel ayında Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işləri davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Bəs bəzi yerlərdə torpaqlardan nə üçün düzgün istifadə edilmir?

Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri hesabına ictimai təsərrüfatlarda olan torpaqların özəlləşdirilməsinə başlanılması dövrün ən böyük və yaddaqalan hadisələrindən biri oldu. Bu prosesə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal və Şurud kəndlərindən start verildi. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi bu strategiya mərhələ-mərhələ həyata keçirildikcə insanlar görürdülər ki, bu layihə zamanın tələbidir. 

Sonrakı dövrlərdə davam etdirilən bu prosesin ilk mərhələsi 2000-ci ildə başa çatdırıldı. 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatları nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verildi. Muxtar respublikada yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına və nəticə etibarı ilə ərzaq təhlükəsizliyinin təmin olunmasına istiqamətləndirilib. Bəs bu gün torpaq mülkiyyətçiləri bu qiymətli sərvətlərdən necə istifadə edirlər? Dövlətimizin iqtisadi siyasətinin dolğun formada, günün tələbləri səviyyəsində həyata keçirilməsində böyük məsuliyyət daşıyan torpaq mülkiyyətçilərinə, sahibkarlara aidiyyəti qurumlar tərəfindən hansı köməkliklər göstərilir?

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. 

Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən inşaat materialları istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılıb. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilib.
Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunun Böyükdüz massivində 2012-ci ildə sement zavodu tikilib istifadəyə verilib, 2014-cü ildə isə digər inşaat materialları istehsal ediləcək yeni zavodların tikintisinə başlanılıb. Yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, gips lövhələr, gips, əhəng və məsaməli beton istehsal olunacaq kompleksdə dünyada sement zavodları və onun bazasında digər inşaat materialları istehsal edən müəssisələri qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” və digər şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb.

Ardını oxu...

Muxtar respublikada sərnişinlərə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər aprel ayında da davam etdirilmiş, 139 marşrut xətti üzrə 305 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir.
Aprel ayında İran İslam Respublikası ərazisindən Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə gediş-gəlişin daimi fəaliyyəti də təmin olunmuş, Naxçıvandan Bakıya 61 reys vasitəsilə 1954 sərnişin daşınmışdır. Bakıdan Naxçıvana gələnlərin sayı isə 2098 nəfər olmuşdur. Bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilmiş, “Naxçıvan” Universitetinin Turizm informasiya mərkəzində kurs təşkil olunmuş, taksi sürücülərinə muxtar respublikanın tarixi-mədəni abidələri və muzeyləri haqqında məlumat verilməsi, eləcə də ingilis və rus dillərində qarşılanma terminologiyasının öyrədilməsi işinə başlanılmışdır.
Aprel ayında nazirliyin reyd komissiyası, Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi 9 dəfə reyd keçirmiş, avtonəqliyyat vasitələrinin təmizliyinə, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi muxtar respublikada əmlak və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarların icrasını diqqət mərkəzində saxlayır.

Bu istiqamətdə işlər aprel ayında da davam etdirilmiş, daşınmaz əmla­kın hüquqi ekspertizası və reyestrinin aparılması işləri çərçivəsində 474 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Həmçinin ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 92 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır. Şərur rayonunun Dəmirçi və Gümüşlü, Ordubad rayonunun Vələver və Parağa, Şahbuz rayonunun Keçili, Babək rayonunun Sirab, Culfa rayonunun Bənəniyar kənd­lərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 101 müraciətə baxılmışdır.

Ardını oxu...

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, elektrik stansiyalarının və yarımstansiyaların fasiləsiz işi təmin olunur.
2016-cı ilin aprel ayında elektrik stansiyaları, ümumilikdə, orta hesabla 51,2 meqavat gücündə işləmiş və muxtar respublika ərazisində fasiləsiz elektrik enerjisi dövriyyəsi təmin edilmişdir.
Həyata keçirilən qabaqlayıcı və cari təmir işləri nəticəsində ay ərzində elektrik enerjisi təchizatında heç bir çətinlik olmamışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları tərəfindən elektrik stansiyaları, yüksək və alçaq gərginlikli elektrik verilişi xətləri, transformator yarımstansiyaları mütəmadi texniki baxışdan keçirilmiş, yeni transformator yarımstansiyaları və elektrik verilişi xətləri çəkilmiş, şəhər və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Ümumiyyətlə, ötən ay muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 7 yeni transformator yarım­stansiyası qoyulmuş, 8 transformator təmir edilmiş, 5,5 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmiş, 1 kilometr hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Bu dövrdə Naxçıvan şəhərində 350 smartkarttipli sayğac quraşdırılmışdır. Bundan başqa, elektrik enerjisindən istifadə olunması vəziyyətinin yoxlanılması məqsədilə reydlər davam etdirilmiş, əhali arasında maarifləndirici söhbətlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin
mətbuat xidməti

Muxtar respublikamızda qeyri-nağd ödənişlərin həcminin artırılması məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini nağdsız ödənişlərin dinamik artımı ilə büruzə verməkdədir. Elektron xidmətlərin əhatə dairəsinin və yerlərdə nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, müasir tələblərə cavab verəcək şəkildə daim təkmilləşdirilməsi bu sahədə inkişafın əldə olunmasına dəstək verən ən əsas amillərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” bu istiqamətdə görülən işlərin sürətləndirilməsini təmin edib və nağdsız ödənişlərin muxtar respublika iqtisadiyyatı üçün əhəmiyyətini bir daha ortaya qoyub.

Ardını oxu...

Muxtar respublikada qaz təchizatı şəbəkəsinin normal fəaliyyəti daim nəzarətdə saxlanılır.
Bu istiqamətdə işlər aprel ayında da davam etdirilmiş, istehlakçılar tərəfindən daxil olan müraciətlərə əsasən, 75 abonentə yeni qaz xətləri çəkilmişdir. Ay ərzində magistral qaz kəmərlərinə və avtomat qaz paylayıcı stansiyalarına baxış keçirilmiş, təzyiq və qaz tənzimləyiciləri yaz-yay mövsümünə uyğun nizamlanmış, qazın nəqli texnoloji rejimə uyğun təmin olunmuşdur.
Yeni qaz xətlərinin çəkilməsi, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması, su-kanalizasiya xətlərinin çəkilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq, ümumilikdə, 31 min 123 paqonometr müxtəlif diametrli borulardan istifadə edilmişdir. Həmçinin istismarda olan yararsız qaz sayğacları yenisi ilə əvəz edilmiş, Naxçıvan şəhərində 478 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. İşlərin keyfiyyətli və təhlükəsiz həyata keçirilməsi məqsədilə “Naxçıvanqaz” İstehsalat Birliyinin Nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyasına zəruri normativ-texniki sənədlər və proqram təminatı verilmişdir.
Yaşayış məntəqələrində mütəmadi reydlər keçirilmiş, istehlakçılarla maarifləndirici söhbətlər davam etdirilmiş, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. “Naxçıvanqaz” İstehsalat Birliyinin aid strukturlarının ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində görülən işlər bu ilin aprel ayında da davam etdirilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Ay ərzində yerli hava xətti ilə 17 min 854 sərnişin, 274 min 502 kiloqram baqaj, 57 min 869 kiloqram yük və 2 min 490 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 256 sərnişin, 4 min 389 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 400 sərnişin və 3 min 646 kiloqram baqaj daşınmışdır.
Aerovağzal binasında yenidənqurma işləri ötən ay da davam etdirilmiş, teleskopik traplara, nəzarət müşahidə kameralarına, X-Ray avadanlıqları və kompüterlərə texniki baxış keçirilmiş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır. Həmçinin aerodrom ərazisində cari təmir işləri görülmüş, elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, hava gəmilərinə texniki baxış keçirilmiş, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər yay mövsümünə hazırlanmış, onların işlək vəziyyətdə olması diqqətdə saxlanılmışdır.
Hava limanı əməkdaşlarının peşə baca­rığını artırmaq məqsədilə keçirilən təlimlər ötən ay da davam etdirilmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

Muxtar respublikanın yaşayış məntəqələrində müasir rabitə sistemlərinin quraşdırılması işləri aprel ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublika ərazisində 5 kilometrə yaxın fiber-optik kabel xətti çəkilmiş, 255 yeni telefon nömrəsi istifadəyə verilmişdir.
Muxtar respublikada genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsi genişlənir, internet istifadəçilərinin sayı artır. Ötən ay Ordubad rayonunun Kotam, Bist, Nəsirvaz, Ələhi və Xurs kəndlərində, həmçinin artan tələbat nəzərə alınaraq Naxçıvan şəhər mərkəzi avtomat telefon stansiyasında yeni DSLAM avadanlıqları quraşdırılmış, genişzolaqlı “Asinxron Rəqəmsal Abunəçi Xətləri” texnologiyası vasitəsilə 317 abunəçi internetlə təmin olunmuşdur. Əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, ötən ay muxtar respublikanın elektron hökumət portalında cari yeniləmə işləri aparılmış, Naxçıvan Dövlət Televiziyasının internet saytı hazırlanmış və onlayn test yayımına başlanılmışdır.
Yeni texnologiyalar üzrə ixtisaslı kadrların hazırlanması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu iş daim diqqətdə saxlanılır. Ötən ay Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kurslarında 22 dinləyici təhsil almışdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 Ümummilli liderimiz Heydər Əliyev sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə öncül yerlərə çıxararaq dövlət müstəqilliyimiz üçün təməl yaratmış, öz xalqının gələcək inkişaf yolunu müəyyən etmişdir. Obyektiv və subyektiv səbəblər üzündən ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində olduğu kimi, kənd təsərrüfatında da mənfi meyillər özünü göstərirdi. 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə aqrar sahədə əsaslı tədbirlər həyata keçirilmişdir. 1970-ci il iyul ayının 23-də “Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərar qəbul olunmuşdur. Bununla da, bu sahədə uzun illər boyu davam edən tənəzzülə son qoyulmuş və aqrar sahənin inkişafında dönüş mərhələsi başlanmışdır. Respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların irriqasiya, meliorasiya və bir sözlə, suvarma sisteminin yaxşılaşdırılmasına vəsait qoyuluşunun artırılması ilə kənd təsərrüfatının intensiv inkişafı təmin edilmişdir. Nəticədə, doqquzuncu beş­illik ərzində 27 min hektar sahədə yeni suvarılan torpaq istifadəyə verilmiş, 189 min hektar sahədə suvarılan torpaqların meliorasiya vəziyyəti yaxşılaşdırılmış, 140 min hektar sahədə əkin yerləri əsaslı surətdə hamarlanmış, 189 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş və 80 min hektar suvarılan torpağın şoranlıqdan təmizlənməsi xərcini dövlət öz öhdəsinə götürmüşdür. Görülən bütün bu tədbirlər əkinçiliyin inkişafına güclü təkan vermiş, heyvandarlığın da inkişafı üçün stimul yaratmış, respublikada 18 sənaye xarakterli heyvandarlıq kompleksi tikilib istifadəyə verilmişdir. 1975-ci ildə respublikanın kənd təsərrüfatı sahəsində ciddi yüksəliş baş verməklə, 1969-cu ilə nisbətən artım 57 faiz olmuşdu. Həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən pambıqçılıq və üzümçülük diyarına çevrilmişdi. Təkcə 1971-1975-ci illərdə 23,5 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdı.

Ardını oxu...

 “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Biznesin inkişaf etdirilməsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.

Sonra universitetin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayevin “Tələbələrin biznes fəaliyyətinə cəlb edilməsinin təşkili və idarəedilməsi yolları”, İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişaf prosesində əhəmiyyəti”, Naxçıvan Biznes Mərkəzinin direktoru Vüqar Səfərovun “Rəhbərlik stillərinin seçilməsi”, İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadənin “Biznes maliyyəsinin mahiyyəti və təşkilinin əsasları”, İdarəetmə kafedrasının müəllimləri İsmayıl Bağırovun “Biznesin inkişaf etdirilməsində vergi sisteminin rolu”, Sevinc Cabbar­ovanın “Naxçıvan Muxtar Respublikasında innovativ biznes formalarının inkişafı” və Məhəmməd Nabatovun “Hədəfimiz karyeramızdır lahiyəsinin təqdimatı” mövzularında çıxışları olub.

Ardını oxu...

Kənd təsərrüfatının mühüm sahələrindən biri olan əkinçilik ərzaq təminatının başlıca mənbəyidir. Bu səbəbdən də muxtar respublikada əkinçiliyin inkişafına xüsusi önəm verilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də hər il regionda bu istiqamətdə görülən işlərin həcmi artır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, suvarılan torpaq sahələrinin səmərəli suvarma suyu ilə təmin olunması məqsədilə mənbəyini Arpaçay sol sahil kanalından götürən Şərur rayonunun Xanlıqlar, Ələkli, Vərməziyar kəndlərinə birbaşa suvarma suyunun verilməsi üçün yeni boru xəttinin 3 kilometr məsafəsinin 720 millimetrlik boru ilə çəkilişi başa çatdırılıb.

Ardını oxu...

Yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, daxili bazarın tələbatı ödənilməklə yanaşı, ixracyönümlü məhsullar istehsal edən yeni emal və sənaye müəssisələri həyata vəsiqə almışdır. Belə müəssisələrdən biri də muxtar respublikamızda aparılan quruculuq tədbirlərində yахındаn iştirаk еdən “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

Biznes və sərmayə üçün əlverişli olan, yaponiyalıların tanımadığı dünya iqtisadiyyatı

Keçən həftənin sonu və bu həftənin əvvəlləri Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun başçılığı ilə 40 nəfərdən ibarət Okinavanın Miyakocima-Azərbaycan dostluq missiya qrupu Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər edənlər içərisində Okinava prefekturası parlamentinin sədri Kina Masaharu və Miyakocima şəhərinin deputat qrupu, İşikava prefekturası parlamentinin deputatları, Fujiyama prefekturası parlamentinin deputatları, Komatsu şəhər parlamentinin deputatları, eləcə də Miyakocima və Azərbaycanı sevən Ekkyoukai cəmiyyətinin üzvləri də var idi.
Bakıda olanda biz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla görüşmüş, eləcə də Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Sahil Babayevlə Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun qarşılıqlı söhbəti olmuşdur. Bu görüşlərdən sonra daxili hava yolları ilə biz Azərbaycan Prezidentinin vətəni Naxçıvana yola düşdük.
Naxçıvan Şəhər İcra Hakimiyyətində rəsmi görüş oldu. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov Naxçıvan şəhəri, Okinava prefekturası parlamentinin sədri isə Miyakocima şəhəri haqqında məlumat verdi. Mən də söz alaraq ürəyimdən keçən sevgimi sözlərimlə çatdırmağa çalışdım. Nə üçün Naxçıvana gəldiyim, Miyakocima ilə Naxçıvan arasında əlaqələrin qurulmasının vacibliyi haqqında məlumat verdim. Çox sevdiyim Azərbaycan və Okinava haqqında danışmaqdan doymurdum.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq tədbirləri Naxçıvan şəhərini də əhatə edir.
Son illərdə muxtar respublikanın paytaxtında çoxsaylı inzibati və yaşayış binaları tikilib və ya yenidən qurulub, şəhər sakinlərinin, qonaqların rahatlığını təmin etmək üçün yeni park və istirahət məkanları yaradılıb. Belə ünvanlardan biri də Naxçıvan şəhəri, “İstiqlal” küçəsində tikintisi aparılan Bəhruz Kəngərli adına Rəssamlar Parkıdır. Aldığımız məlumata görə, parkın ərazisi 2880 kvadratmetrdir. Qısa müddətdə burada Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən abadlıq tədbirləri həyata keçirilib, parkın divarları milli ornamentləri özündə əks etdirən üzlük daşla üzlənib. Ərazidə yeni gülkarlıqlar üçün yerlər ayrılıb, su və elektrik xətlərinin çəkilişi başa çatdırılıb. Parkın mərkəzində isə görkəmli rəssamın heykəlinin qoyulması üçün pyedestal hazırlanıb. Hazırda ərazidə yerə üzlük daş döşənir. Yaxın günlərdə isə yeni işıqlandırma sistemi quraşdırılacaq. Sakinlərin istirahətinin təşkili üçün burada 20 ədəd skamya qoyulacaq.
Qeyd edək ki, bu park Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 14 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən yaradılır.

Hüseyn Əhmədov

İstehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. 

Göründüyü kimi, keyfiyyət ölkə­mizdə iqtisadi inkişafın səmərəliliyinin artırılmasında əsas meyar kimi qəbul olunur. Buna görə də daxili bazarın və istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti işi hər zaman diqqət mərkəzində saxlanılır. Bu məsələlər isə Azərbaycan Respublikasının qanunvericilik aktlarında geniş şəkildə təsbit olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələri, eləcə də Mülki, İnzibati Xətalar və Cinayət məcəllələri insanların istehlakçı kimi hüquqlarının qorunmasına qanuni şərait yaradır.

Ardını oxu...

 Yaradılan yeni müəssisələr hesabına muxtar respublikada da minlərlə daimi iş yerləri açılıb, 

daxili bazarda yerli istehsalın çəkisi artıb

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayan bir regiondur. XX əsrdə müxtəlif siyasi hadisələr səbəbindən ölkəmizin digər əraziləri ilə quru əlaqəsi kəsilən bu qədim diyar 1990-cı illərin əvvəlində çox ağır günlər yaşayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları xalqın azadlıq ruhunu qanla boğmaq üçün paytaxt Bakıya yeridiləndə, Ermənistan silahlı qüvvələri də Sədərək rayonu istiqamətindən Naxçıvana hücuma keçiblər. İşğalçı ermənilərin başlıca məqsədi blokada şəraitində yaşayan bu qədim Oğuz-türk yurdunu istila etmək olub. Həmin dövrdə mərkəzi hakimiyyətin başı paytaxt Bakıda törədilən qətliama qarışdığından muxtar respublikaya hər hansı yardım uzatmaq imkanları olmayıb, bu region düşmənlə üz-üzə tək-tənha dayanmaq məcburiyyətində qalıb. Lakin böyükdən kiçiyə qədər bütün naxçıvanlılar silaha sarılıb, mərdliklə öz torpaqlarının müdafiəsinə qalxıblar. Ümummilli lider Heydər Əliyevin bu ərəfədə Naxçıvanda olması muxtar respublika əhalisinin özünə inamını, mübarizlik ruhunu daha da artırıb. Naxçıvanın Ermənistanla sərhəd ərazilərində qanlı döyüşlər getsə də düşmən öz məqsədinə çata bilməyib, böyük qurbanlar bahasına olsa belə, muxtar respublikanın hər qarış torpağı göz bəbəyi kimi qorunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında peşə və orta ixtisas təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, belə təhsil müəssisələrinin yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Görülən işlərdən Naxçıvan Dövlət Texniki Kollecinə də pay düşüb.
Belə ki, bu təhsil ocağı üçün nəzərdə tutulmuş binada təmir və yenidənqurma işlərinə 2015-ci ilin aprel ayından başlanılıb. A və B korpuslarından ibarət olan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ötən müddətdə binanın giriş hissəsi dairəvi formada yenidən qurulub, pəncərələr dəyişdirilib, yeni qazanxana sistemi quraşdırılıb, elektrik, su və kanalizasiya xətləri yenilənib.
Binanın fasad hissəsi birinci mərtəbəyədək üzlük daşla üzlənib. Daxildə isə sinif otaqlarının qapıları dəyişdirilib, döşəmənin vurulması yekunlaşıb. Bina istifadəyə tam hazır olduqdan sonra A korpusunda zirzəmi hissədə qazanxana, mətbəx, kimya, biologiya və fizika laboratoriyaları, fənn kabinələri, birinci mərtəbədə elektron lövhəli sinif, kompüter sinfi, fənn kabinələri, ikinci mərtəbədə kompüter sinfi və elektron lövhəli siniflərlə yanaşı, müəllimlər otağı və digər sinif otaqları, üçüncü mərtəbədə 234 nəfərlik tədbirlər zalı və müxtəlif sinif otaqları istifadəyə veriləcək. B korpusunda isə bütün mərtəbələrdə sinif otaqları və fənn kabinələri olmaqla, sonuncu mərtəbədə arxiv, oxu zalı və kitabxana yerləşəcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Ötən dövrdə sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində istehsal müəssisələrinin sayı artıb, yerli məhsulların növ və çeşidinin həcmi yüksələn xətt üzrə inkişaf edib. Ən əsası yerli istehsalın şaxələnməsi xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi bir il öncəyə nisbətdə 8,5 faiz artaraq 64 milyon 199 min 500 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 52 milyon 680 min 700 ABŞ dollarını ixrac, 11 milyon 518 min 800 ABŞ dollarını idxal təşkil edib ki, bu da 41 milyon 161 min 900 ABŞ dolları həcmində müsbət saldonun yaranmasına imkan verib.

Xəbərlər şöbəsi

Hər il Şərur rayonunun müxtəlif kənd yaşayış məntəqələrində sosial infrastruktur layihələri həyata keçirilir, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilir və ya yenidən qurulur, yollar salınır.
Tikinti-quruculuq işləri cari ildə Arbatan kəndində davam etdirilir. Artay LTD Tikinti Şirkətinin inşaatçıları burada məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası ilə məşğuldurlar. Təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa olunan iki mərtəbədən ibarət məktəb binası 234 şagird yerlik nəzərdə tutulub. Burada idman zalı, 2 soyunub-geyinmə otağı, 2 laboratoriya, kitabxana, hərbi kabinə, direktor, psixoloq və müəllimlər otaqları, 2 elektron lövhəli sinif, 1 kompüter və 1 şahmat sinifləri, 12 sinif otağı olacaq.
Kənd mərkəzinin binasında da sürətli iş ahəngi təmin edilib. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi və digər qurumların normal fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılacaq.

Ardını oxu...

Aprelin 22-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Elektron ödəniş sahəsində inkişaf istiqamətləri” adlı seminar keçirilib. Tədbirdə muxtar respublikamızda fəaliyyət göstərən bankların nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət Universitetində təhsil alan magistrantlar, “Naxçıvan” Universitetinin bakalavrları və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov seminarın keçirilməsi məqsədindən danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar idarə muxtar respublikada infrastruktur işlərinin davam etdirilməsi, müasir elektron xidmətlərin təklif olunması ilə bərabər, ma­arifləndirilmə və institusional mühitin yaradılması məsələlərinə də ciddi diqqət yetirir.

Ardını oxu...

Sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. İqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, yeni emal müəssisələrinin yaradılması kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmiş, zaman keçdikcə məzmunca yeni münasibətlərin formalaşmasını günün tələbinə çevirmişdir. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikamızda torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəltmişdir.
Muxtar respublikada mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmış, 16 iyul 2015-ci il tarixli Fərmanı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 aprel 2016-cı il tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsində, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsində olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.

Ardını oxu...

“Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsinin fəaliyyəti genişləndirilib

Muхtаr rеspublikаmızdа bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun sаhibkаrlıq mühitinin fоrmаlаşdırılmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə muхtаr rеspublikаmızdа fəаliyyət göstərən sаhibkаrlаrа mаliyyə dəstəyi göstərilir, bаnklаr və krеdit təşkilаtlаrı tərəfindən onlara güzəştli krеditlər vеrilir. Həyаtа kеçirilən аrdıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vеrir, rəqаbətqаbiliyyətli müəssisələr həyаtа vəsiqə аlır. 

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə aparılan tədbirlər 2016-cı ilin ilk rübündə də davam etdirilmişdir.
Cari ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 478 milyon 932 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1076 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 33 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,9 faiz təşkil etmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında sənaye məhsulunun həcmi 1,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,6 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 3,5 faiz, hər bir nəfərə düşən gəlirlər 2,4 faiz artmışdır.

Ardını oxu...

Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, sahibkarlığın bütün sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili mənbələr hesabına bazarın idxaldan asılılığının aradan qaldırılması, eləcə də yerli istehsalın gücləndirilməsi dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. 

İnkişaf etmiş dünya dövlətlərində olduğu kimi, bizim ölkəmizdə də məhz belə iqtisadi siyasətin davamlı xarakter alması nəticəsində əhali işlə təmin olunur, insanların gəlirləri artır və maddi rifah halı yüksəlir. Bu mənada, dövlət başçısının sahibkarlığa yaratdığı münbit şərait iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsasını təşkil edir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün sahibkarlara əsas yol xəritəsi ölkə başçısının qəbul etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarıdır. Ardıcıl olaraq qəbul olunan bu proqramların son dərəcə operativ, dəqiq və uğurla icra edilməsində isə muxtar respublikamız bir nümunə kimi göstərilə bilər. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” uğurla icra olunub, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin vaxtında və yüksək tələbkarlıqla yerinə yetirilməsi sürətlə davam etdirilir.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi istiqamətində işlər 2016-cı ilin birinci rübündə də davam etdirilmiş, bu sahənin inkişafına xidmət edən layihələr uğurla icra olunmuşdur.
Bu dövrdə yaşayış məntəqələrində telefon və digər rabitə xidmətlərinin müasir tələblər əsasında təşkilinə diqqət artırılmışdır. Belə ki, Şərur rayonunun Yuxarı Yaycı və Axaməd, Babək rayonunun Xəlilli və Xal-xal, Ordubad rayonunun Kotam kəndlərində müasir ATS-lər quraşdırılmış, Culfa rayonunun Saltaq, Babək rayonunun Xəlilli, Kəngərli rayonunun Yurdçu, Şərur rayonunun Oğlanqala və Şahbuz rayonunun Daylaqlı kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir. Bu dövrdə “Evədək optika” layihəsinin icrası ilə əlaqədar 27 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Ümumiyyətlə, rüb ərzində muxtar respublikada 15 kilometrə yaxın fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmiş, 679 yeni telefon nömrəsi istismara verilmişdir. Həmçinin genişzolaqlı “Asinxron Rəqəmsal Abunəçi Xətləri” texnologiyası vasitəsilə 1361 abunəçi internetlə təmin olunmuşdur.
Abunəçilərə yüksəkkeyfiyyətli rabitə və internet xidməti göstərən “Naxtel”in imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rüb ərzində daha 14 baza stansiyası qurulmuş və 4-cü nəsil baza stansiyaların sayı 95-ə çatdırılmışdır. Babək rayonunun Sirab kəndində yerləşən baza stansiyası isə daha uyğun yerə köçürülmüşdür.
Muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Bunun üçün müvafiq proqram təminatı hazırlanmış və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində server qurulmuşdur. Bu günədək 75 idarə və təşkilat İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulmuş və təşkilatların mütəxəssisləri bununla bağlı keçirilən təlim kurslarında iştirak etmişlər. “Naxçıvanpoçt” MMC-nin elektron şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi də başa çatdırılmış, sistemə qoşulmuş bütün bank-maliyyə sekto­runun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Suvarma mövsümünün başlanması melioratorların üzərinə mühüm vəzifələr qoyur. Suvarmanı mütəşəkkil təşkil etmək məqsədilə sututarlarında, kanallarda, arxlarda, hidrotexniki qurğularda lazımi təmir-bərpa işləri aparılmış və suyun yığımına başlanılmışdır.
Cari ilin birinci rübündə 11,86 kilometr məsafədə yeni suvarma xətti çəkilmiş, 520 metr açıq drenaj xətti qazılmış, 280 metr yeni kaptaj tikilmişdir. Əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün kollektor və drenajlar, eləcə də 65,47 kilometr magistral kanal, 149 kilometr ara arxları, 2,89 kilometr kollektor və 170 metr qapalı drenaj xətti lildən təmizlənmiş, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün isə Arpaçayın sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılmış və 1 aprel tarixədək 2150 metr suvarma boru xətti çəkilmişdir. Bu dövrdə 96 nasos stansiyası təmir olunmuşdur. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 8,23 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayı ətrafında 2192 metr məsafədə sahilbərkitmə işləri görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində təhsil alan tələbələrlə görüş keçirib.
Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə tələbələr əvvəlcə yerli istehsal məhsullarından və əl işlərindən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov adıçəkilən sərəncamın əhəmiyyəti, bununla bağlı qarşıya qoyulmuş vəzifələr barədə danışıb. Qeyd edib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da son illər bu sahədə kompleks tədbirlər həyata keçirilir.

Ardını oxu...

2016-cı ilin ilk rübündə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilmiş, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin edilmişdir.

Cari ilin birinci rübündə 4 avtobus vasitəsilə Bakıya 242 reys edilmiş, 7 min 120 sərnişin daşınmış, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 8 min 49 nəfər olmuşdur. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlamış, fevralın 20-də bu istiqamətdə ilk reys baş tutmuşdur.
Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılmış, vaxtaşırı lazımi təmir işləri görülmüşdür. Bu dövrdə 139 marşrut xətti üzrə fəaliyyətdə olan 305 avtobus və 488 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunmuşdur.
Rüb ərzində mütəmadi reydlər keçirilmiş, avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinə müntəzəm nəzarət edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdır. Bu məqsədlə hazırlanmış layihəyə uyğun olaraq qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur.

Ardını oxu...

Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilmiş, bütün yaşayış məntəqələri, istehsal və xidmət sahələri qazlaşdırılmışdır. 2016-cı ilin birinci rübündə də bu sahədə işlər davam etdirilmiş, 362-si əhali, 53-ü qeyri-əhali olmaqla, 415 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilmiş, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötmüşdür.
“Naxçıvanqaz” İstehsalat Birliyi qaz verilişində fasilələrin yaranma­ması üçün müvafiq tədbirlər görür, təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən dövrdə də magistral qaz kəmərlərində elektrokimyəvi mühafizə qurğularına mütəmadi nəzarət edilmiş, korroziyaya uğrayan hissələr yenilənmişdir. Korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq 47 min 463 paqonometr müxtəlif diametrli boru istifadə edilmişdir. Həmçinin “Naxçıvanqaz” İstehsalat Birliyində nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası qurulmuşdur.
İlin əvvəllərində tələbatın artması nəzərə alınaraq sistemin daha artıq yüklənməsi və gərgin işləməsinə qarşı tədbirlər görülmüş, qaz kəmərlərinə xətti nəzarət edilmişdir. İlin birinci rübündə qəza dispetçer xidmətləri 6 min 218 sızma aşkarlayaraq aradan qaldırmış, istismara yararsız olan qaz sayğacları yenilənmişdir. Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılması işi davam etdirilmiş, rüb ərzində 345 yeni qaz sayğacı istismara verilmişdir.
Birliyin əməkdaşları ötən aylar ərzində müvafiq qurumlarla birlikdə muxtar respublika ərazisində reydləri davam etdirmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmə işi gücləndirilmişdir. Həmçinin kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

Son illərdə muxtar respublikamızda zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin hərbi qulluqçulara qayğısı kimi dəyərləndirilir. Növbəti belə qayğını isə Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün tikilmiş yeni yataqxana binasının nümunəsində görmək mümkündür.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 2014-cü ilin iyul ayında tikintisinə başlanılan yataqxana binasında işlər yekunlaşdırılıb. Bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarətdir. İkigirişli, 48 mənzilli yataqxana binasının zirzəmi hissəsində bərbər, anbar, camaşırxana və mağazanın fəaliyyət göstərməsi nəzərdə tutulub. Digər mərtəbələrdə otaqlarla bərabər, foye, salon, mətbəx yerləşir.
Binanın həyətində isə abadlıq işləri aparılıb, ətrafa asfalt örtük salınıb.
Yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

Əmlak və torpaq məsələlərinin həllində müasir metodların tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi vacib məsələdir. 2016-cı ilin ilk rübü ərzində muxtar respublikada bu amil əsas götürülmüş, 1353 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Komitə tərəfindən hazırlanmış 1375 texniki sənədin parametrləri və digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilmiş, 1002 texniki sənəd hazırlanmışdır.
Səyyari xidmət vətəndaşların rahatlığına və xidmətin daha operativ təşkilinə şərait yaradır. Qeyd olunan dövrdə 24 yaşayış məntəqəsində 308 vətəndaşa səyyari qaydada xidmət göstərilmişdir. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bənd­lərinin icrası da təmin edilmiş, Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələri müəyyənləşdirilmiş və həmin ərazilərin xəritələri hazır­lanmışdır. Muxtar respublikada tütünçülüyün inkişaf etdirilməsi məqsədilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında 267 hektar torpaq sahəsi plana alınaraq xəritələşdirilmiş və aidiyyəti orqanlara göndərilmişdir. Həmçinin Babək, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarının bütün qəsəbə və kəndlərində torpaqların mühafizəsi və təyinatı üzrə istifadə edilməsi sahəsində yoxlamalar davam etdirilmiş, qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.

Ardını oxu...

Bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yeni istehsal sahələri yaradılır, daxili bazarda yerli istehsalın çəkisi artır. Yeni istehsal sahələrinin yaradılması cari ilin ötən dövründə də davam etdirilib.
Belə ki, bəhs olunan dövrdə şəxsi vəsaitlər hesabına Kəngərli rayonunun Qıvraq qəsəbəsində fiziki şəxs Əli Cəfərov tərəfindən mebel istehsalı və Babək rayonunun Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov tərəfindən istixana təsərrüfatı sahəsi yaradılıb.

Ardını oxu...

Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yeni inzibati binalar, sosial obyektlər tikilərək istifadəyə verilir. İctimai yaşayış binalarının təmir edilməsi və əhalinin kommunal-məişət şəraitinin yaxşılaşması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir.
Əsaslı təmir işləri hazırda “Atabəylər” məhəlləsində də davam etdirilir. Ötən müddətdə bu məhəllədəki 5 və 6 nömrəli yaşayış binalarında artıq işlər yekunlaşdırılıb. Təmir zamanı yaşayış binalarına yeni görkəm verilməklə yanaşı, kommunikasiya xətləri də yenilənib. Bu tədbirlərin davamı olaraq adıçəkilən məhəllədəki 4 nömrəli binada təmir işlərinə başlanılıb. Burada əsaslı təmir işlərini “Cahan İnşaat” MMC-nin kollektivi həyata keçirir. Binanın qapı və pəncərələri tamamilə yenilənir, fasadı üzlənir, tikiliyə yüksəkkeyfiyyətli dam örtüyü vurulur, elektrik və rabitə xətləri yenisi ilə əvəzlənir.

Xəbərlər şöbəsi

Muxtar respublika iqtisadiyyatının inkişafında bank sektoru mühüm rola malikdir. Ayrı-ayrı sahələrə kreditlər verməklə real sektorun dəstəklənməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsində banklarımız qarşısında ciddi vəzifələr qoyulub. Məqsəd Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın stimullaşdırılması və əhali tələbatlarının ödənilməsidir. 

Muxtar respublikamızda kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumatda bildirilir ki, muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına nail olmaq üçün banklar və kredit təşkilatları tərəfindən bu sahəyə verilən güzəştli kreditlər kənd təsərrüfatı məhsullarının istehsalının artımına, istehsal edilmiş məhsulların ixracına, məşğulluğun artırılmasına səbəb olub. Məlumatda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcminin genişləndirilməsinin, onların çoxşaxəli və səmərəli olmasının təmin edilməsinin, daha münasib faiz dərəcələrinin tətbiqinin də qarşıya qoyulan mühüm vəzifələr olduğu bildirilir.

Ardını oxu...

“Fitonad” tanıtım nişanı ilə müxtəlif çеşidlərdə limonad satışa çıxarılır

Muxtar respublikamızda yaradılan əlverişli biznes mühitindən bəhrələnərək yeni emal və sənaye müəssisələri həyata vəsiqə alır, daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli yerli məhsullar istehsal edilir, əhalinin məşğulluğu təmin olunur, maddi rifahı daha da yaxşılaşır. Belə istehsal müəssisələrindən biri də Kəngərli rayonunun Qabıllı kəndində fəаliyyət göstərən “Fitonad” Kiçik Müəssisəsidir. Sahibkar Pərviz Hüseynov bizimlə söhbətində qeyd etdi ki, uyğunlаşdırılmış binаdа fəаliyyətə başlayan müəssisədə istehsal olunan məhsullara artan tələbatın ödənilməsi, yеni istеhsаl sаhələrinin yаrаdılmаsı və bunun nəticəsi olaraq əlаvə işçi qüvvəsinin cəlb еdilməsi imkаnı məhdud оlduğundаn yеni binаnın tikilməsi, dаhа müаsir tехnоlоji аvаdаnlıqlаrın аlınıb gətirilməsi zərurəti yаrаnmışdı.

Digər sаhibkаrlıq subyektləri kimi, bu müəssisə də dövlət qаyğısındаn bəhrələnmişdir. Kəngərli rayonunun Qabıllı kəndində istеhsаl müəssisəsi üçün dаhа əlvеrişli yеrdə tоrpаq sаhəsi аyrılmış, burаdа müasir layihə əsasında istеhsаl sahəsi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. 2014-cü ilin aprel ayında istifadəyə verilən müəssisədə Rusiyаdan alınmış gündəlik istehsal gücü 1500 şərti butulka olan istehsal xətti quraşdırılmış, limonad istehsalına başlanmışdır. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə çatdırılması məqsədilə avtomaşın alınmışdır. Təbii ki, yеni istеhsаl sаhələrinin yаrаdılmаsı dахili bаzаrın müхtəlif çеşiddə yеrli məhsullаrlа təmin еdilməsi ilə yаnаşı, əlаvə iş yеrlərinin аçılmаsınа dа imkan verir. Hazırda müəssisədə “Fitonad” tanıtım nişanı ilə müxtəlif çеşidlərdə limonad istеhsаl оlunur.

Ardını oxu...

   Kənd təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin strukturuna nəzər saldıqda strateji əhəmiyyətinə görə dənli taxıl bitkilərindən sonra ikinci yeri kartof tutur. Kartof ən qiymətli kənd təsərrüfatı bitkilərindən biridir. Təsadüfi deyil ki, onu el arasında “ikinci çörək” də adlandırırlar. Bu məhsuldan ilboyu istifadə olunduğu üçün ona ərzaq kimi həmişə tələbat vardır. Muxtar respublikanın torpaq-iqlim şəraiti kartofçuluğu inkişaf etdirməklə əhalinin ilboyu yerli kartof məhsulu ilə təmin olunmasına imkan verir. 

Uzun illərin təcrübəsi və aparılan təhlillər göstərir ki, kartof əkinlərinə düzgün aqrotexniki qulluq göstərdikdə vahid sahədən başqa bitkilərə nisbətən daha artıq gəlir götürmək olur. Yadda saxlamaq lazımdır ki, kartofun becərilməsində hər hansı bir aqrotexniki tədbiri aparmadıqda və ya yubatdıqda, bu, məhsuldarlığa 70-80 faizə qədər mənfi təsir göstərir. Belə vəziyyəti aradan qaldırmaq üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof münbit, dənəvər, havanı yaxşı keçirən, yüngül, az və orta gilli torpaqları sevir. Bu bitkinin qida maddələrinə tələbatı böyükdür.
Kartof torpaqdan 26 adda qida elementləri götürür. Bu ərzaq məhsulu üçün ən yaxşı sələf bitkiləri kimi payızlıq buğda, arpa, çoxillik paxlalılar, xiyar və sair bitkilərdir. Kartofun öz fəsiləsindən olan (kartof, pomidor, bibər, badımcan və sair) bitkilərdən sonra əkilməsi məsləhət deyildir. Çünki birtərəfli qidalanma getdiyi üçün həm sahələrin qida elementlərinə tələbatı çox, həm də eyni fəsilənin bitkiləri olduğu üçün bu sahələrdə xəstəlik və ziyanvericilər daha artıq olur.

Ardını oxu...

Məlum olduğu kimi, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib.

Muxtar respublikamızda aqrar sahənin inkişaf etdirilməsi üçün qarşıya qoyulmuş bu vacib tapşırığın icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər keçirməyə başlayıb. İlk olaraq belə tədbirlər Şərur və Sədərək rayonlarında keçirilib.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli xammaldan səmərəli istifadə olunmaqla, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb, Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikamızın sosial-iqtisadi inkişafında mühüm rolu olan dövlət sənədidir. Bundan əvvəlki dövrlərdə uğurla icra olunmuş regional inkişaf istiqamətli müxtəlif proqramların məntiqi davamı kimi burada da mövcud təbii və istehsal ehtiyatlarından, əmək resurslarından səmərəli istifadə etməklə iqtisadi inkişafı sürətləndirmək və miqyasını genişləndirmək məqsədi qarşıya qoyulmuşdur. 

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri sərnişinlərin rahatlığına və qeydiyyat-nəzarət sisteminin daha çevik təşkilinə imkan verir.
Bu da muxtar respublikada hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, bu ilin birinci rübündə yerli hava xətti ilə 51 min 85 sərnişin, 873 min 135 kiloqram baqaj, 148 min 49 kiloqram yük və 10796,27 kiloqram poçt daşınmışdır. Bu dövrdə beynəlxalq hava xətləri üzrə Naxçıvan-Moskva reysi ilə 425 sərnişin, 8 min 152 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 1421 sərnişin və 17 min 841 kiloqram baqaj daşınmışdır.
Uçuşların vaxtında və təhlükəsiz təşkili məqsədilə hava gəmilərinə, bütün növ xidmət vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları, perron və dayanacaqlar mütəmadi yoxlanılmış, təmir işləri görülmüşdür. Həmçinin aerovağzal ərazisindəki nəzarət qüllələrində, VİP və bir sıra inzibati binalarda təmir, aerovağzal binasında isə yenidənqurma işləri davam etdirilmiş, işıqlandırma sistemləri və elektrik paylayıcı qurğuları daim nəzarətdə saxlanılmışdır. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası isə hava limanı ərazisinin yanğından etibarlı mühafizəsini təmin etmiş, yanğınsöndürən avtomobillərə mütəmadi texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktiki yoxlamalar aparılmış, təlim və taktiki məşğələlər keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Son illərdə Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi xeyli artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Bu tədbirlərin davamı olaraq hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi davam etdirilir. Tikinti işlərinə 2015-ci ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları binanın bütün mərtəbələrində qəlib-beton, hörgü, suvaq işlərini yekunlaşdırıblar. Hazırda daxildə suvaq işləri davam etdirilir. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib.
Qeyd edək ki, 450 kvadratmetr sahədə ucaldılan yaşayış binasında 32 mənzil istifadəyə veriləcək. Bu mənzillərdən 8-i üçotaqlı, 24-ü isə iki­otaqlıdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR